Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə195/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   191   192   193   194   195   196   197   198   ...   314

  

393 


haq ibn İsmayılın üzərinə məşhur sərkərdə Buğa əl-Kəbiri göndərdi. Tiflisi ələ 

keçirən Buğa əl-Kəbir burada sakitliyi bərpa etdi. 

Bundan sonra Dərbənd şəhəri xəlifə Mütəvəkkil tərəfindən iqta olaraq, Mə-

həmməd ibn Xalidə verildi. Miladi 856-cı ildə (hicri 242) Dərbəndi özünə tabe 

edən Məhəmməd ibn Xalid Azərbaycan, Ərməniyyə, Arran və Dərbənd hakim-

liyini əldə etdi. 

Gəncə  şəhərinin  banisi  hesab  edilən  Məhəmməd  ibn  Xalid,  xəlifə  Mütə-

vəkkil tərəfindən Gəncənin ilk hakimi vəzifəsinə də təyin edildi. Onun səyləri 

nəticəsində inkişaf edən Gəncə qısa müddət ərzində Azərbaycanın ən iri ticarət 

və mədəniyyət mərkəzlərindən birinə çevrildi. 

Miladi 861-

ci ildə (hicri 247) xəlifə Mütəvəkkil qətlə  yetirildikdən sonra 

xila

fət ərazisində yaranmış qarışıqlıqdan istifadə edən Məzyədilər qolunun da-



ha bir nümayəndəsi Heysəm ibn Xalid ibn Yezid Şirvan torpaqlarını ələ keçi-

rib, müstəqillik elan etdi. Özünü “şirvanşah” adlandıran Heysəm ibn Xalid hö-

ku

mətlə əlaqəni kəsdi. 



Məzyədilər  müsəlman  fəthlərindən  sonra  Şirvan  torpaqlarında  müstəqil 

döv


lət yaradan ilk sülalə sayılır. Onlar formal olaraq, Bərdədə oturan valiyə ta-

be idilər, lakin bununla belə, Şirvan torpaqlarını demək olar ki, müstəqil şəkil-

də idarə edirdilər. 

Miladi 880-

ci ildə Heysəm ibn Xalidin vəfatından sonra onu oğlu Məhəm-

məd ibn Heysəm (881-912) əvəz etdi. Bundan sonrakı beş il ərzində daha iki 

şirvanşah hakimiyyət taxtında bir-birini əvəz etmişdir. 

Bu müddət ərzində Layzan bölgəsini (indiki Lahıc) ilk şirvanşah Heysəmin 

qar

daşı Yezir ibn Xalid idarə edirdi. Özünü “layzanşah” adlandıran Yezid əs-



lində qardaşına tabe idi. 917-ci ildə Yezidin ölümündən sonra onun varisi Əbu 

Tahir Yezid ibn Məhəmməd qərara gəldi ki, şirvanşahların zəifləməsindən isti-

fadə  edib,  onların  torpaqlarını  ələ  keçirsin.  Bu  məqsədlə  o,  Şirvana  hücum 

edib, Heysəmin nəslindən olanların hamısını qılıncdan keçirib, Şirvanla Lazyan 

ərazilərini birləşdirdi. Məzyədilər bundan sonra təqribən daha yüz il hakimiy-

yətdə qaldılar və 1027-ci ildə onları Şirvanşahların başqa bir sülalasi Kəsranilər 

(1027-

1382) əvəz etdi. Kəsranilərdən sonra Şirvanşahları Dərbəndlilər sülaləsi 



(1382-

1538) idarə etməyə başladı. 

Abbasilər dövründə Azərbaycanda hökm sürmüş digər sülalələr bunlardır: 

1. 


Sacilər dövləti (879-941); 

2. 


Salarilər dövləti (941-981); 

3. 


Rəvvadilər dövləti (981-1054); 

4. 


Şəddadilər dövləti (971-1066). 

 

 

 

 

 

  



 

394 


 

 

V FƏSİL 

 

ABBASİ TORPAQLARINDA  

QURULAN DÖVLƏTLƏR 

 

 

 

1. 

Əğləbilər dövləti hicri 184-296/miladi 800-909 

Ab

basi xəlifəsi Harun ər-Rəşidin (786-809) dövründə Şimali Afrikada xila-



fətə qarşı tez-tez üsyanlar baş verirdi. Həmin vaxt xəlifə Harun Bizansla müha-

ribə apardığı üçün Şimali Afrikaya vaxt ayıra bilmirdi. Xəlifə Harun bu üsyan-

ları yatırmaq üçün İbrahim ibn Əğləb ət-Təmimini Şimali Afrikaya vali təyin 

et

di. Qısa müddət ərzində Şimali Afrikada asayişi təmin edən İbrahim ibn Əğ-



ləb paytaxtı Qeyrəvan olan Əğləbilər dövlətinin əsasını qoydu. Bir müddət son-

ra İbrahim və oğulları Trablusqərb, Tunis, Cəzair və Fasın da bir qisminə sahib 

ol

dular. Tunis tərsanələrində gəmilər düzəldən Əğləbilər Ağdənizdə fəaliyyətə 



başlayaraq bir çox döyüşlərdə Bizans ordusunu məğlub etdilər. 

Ağdənizdə fəthlərə başlayan Əğləbilər xəlifə Məmunun (813-833) dövrün-

də miladi 826-cı ildə (hicri 211) Qazi Əsad ibn Furatın başçılığı altında olan 

ordu və Kritdə məskunlaşan müsəlmanların köməyi ilə Siciliya üzərinə hərəkət 

edərək Palermonu ələ keçirdilər. Burada yollar və kanallar çəkərək kənd təsər-

fatı və sənətkarlığın hər növünü inkişaf etdirdilər. 



Siciliyanın ardınca Sardiniya, Korsika və Maltanı fəth edən Əğləbilər İtali-

ya

ya keçərək Romanı bir neçə dəfə mühasirəyə  alsalar da, fəth  edə bilmədilər 



(846-

cı il xəlifə Vasiqin və 870-ci il xəlifə Mutəmidin dövründə). Bu arada bəzi 

İtaliya  şəhərlərini  ələ  keçirən  Əğləbilər  abadlıq  işləri  apararaq  elm  mərkəzləri 

təşkil etdilər. Beləcə elmin İtaliya vasitəsilə Avropaya keçməsini təmin etdilər. 

Əğləbilər  dövləti  Tunis,  Qərbi  Liviya  və  Siciliyada  108  il  8  ay  13  gün 

hökmranlıq etmişlər. Bu müddət ərzində heç bir zaman müstəqillik iddiasında 

olmamış,  Abbasilərə  tabe  olaraq  Abbasi  xəlifələrinin  adına  xütbə  oxumuşlar. 

Şəcərə baxımından ərəb olan Əğləbilər Hənəfi qoluna mənsub olmuşlar. Əğlə-

bilər dövlətini on bir hökmdar idarə etmişdir və həmin hökmdarlar bunlardır: 

1. 


İbrahim ibn Əğləb (800-812); 

2. 


I Abdullah ibn İbrahim (812-817); 

3. 


I Ziyadətullah (817-838); 

4. 


əl-Əğləb (838-841); 

5. 


I Məhəmməd (841-856); 

6. 


Əhməd (856-863); 

7. 


II Ziyadətullah (863-864); 

8. 


II Məhəmməd (864-875); 


  

395 


9. 

II İbrahim (875-902); 

10. II Abdullah (902-903); 

11. 


III Ziyadətullah (903-909). 

Əğləbilərdə hakimiyyət atadan oğula keçirdi. Şiə təmayüllü dövlət olan Fa-

ti

milər  (909-1171)  son  Əğləbi  hökmdarı  III  Ziyadətullahı  miladi  909-cu  ildə 



(hic

ri 296) məğlub edərək bunların varlığına son qoymuşdur.

588

 

 



Samanilər dövləti hicri 279-389/miladi 892-999 

Samanilər Əməvi dövlətinin son illərində islam dinini qəbul edən Saman 

ad

lı İranın tanınmış şəxsiyyətlərindən birinə mənsubdurlar. Samanilər şiə əqi-



dəsində  olan  Samanilər  dövlətini  qurmuş  və  Yaxın  Şərqin  tarixində  mühüm 

rola ma


lik olmuşlar. Bəzi qaynaqlara görə isə Samanilər sünni-hənəfi məzhəbli 

ol

muşlar.



589

 

İranda  məşhur  şəxs  olan  Saman  oğluna  Xorasan  valisi  Əsəd  ibn 



Abdul

lah əl-Qəsrinin adını verərək onu Əsəd adlandırdılar. 

Samani hökmdarları “əmir” ünvanı ilə tanınırdı. Dövlətin paytaxtı Buxara 

şəhəri olmuşdur. Mavəraun-nəhr, İran (Azərbaycan və Fars xaric olmaqla), Rey 

və Qəzvin Samanilərə tabe idi. 

Xəlifə Məmunun (813-833) zamanında etibar qazanan Samani ailəsi, onun 

döv

ründə daim dövlət  vəzifəsində çalışdılar.  Xəlifə Məmun hicrətin 204-cü ili 



(mi

ladi 819) Əsədin oğulları Əhməd ibn Əsədi Fərqanəyə, Nuh ibn Əsədi Sə-

mərqəndə, Yəhya ibn Əsədi Çaş və Eşrusnaya və İlyas ibn Əsədi də Herata vali 

təyin etdi. Xorasan və Məşriq bölgələrinin idarəsi Tahir ibn Hüseynin əlinə ke-

çincə Əsəd ibn Samanın oğullarının ixtiyarında olan valilikləri tanıdı. Əhməd ibn 

Əsədin ölümündən sonra yerinə oğlu Nəsr keçdi və Fərqanəyə hökmdarlıq etdi. 

Miladi tarixi ilə 875-ci ildə (hicri 261) Abbasi xəlifəsi Mutəmid (870-892) 

tün Mavəraun-nəhr məmləkətinin idarəsini ona verdi. O da Səmərqənd şəhə-



rini ölkənin mərkəzi halına gətirdi, qardaşı İsmayılı isə Buxaraya əmir təyin et-

di.  Lakin  gözlənilmədən  miladi  tarixilə  888-ci  ildə  (hicri  275)  bu  iki  qardaş 

ara

sında döyüş baş verdi və bu döyüşdə Nəsr İsmayılın ordusu tərəfindən əsir 



türüldü.  Ancaq  qardaşını  bağışlayan  İsmail  yenidən  Səmərqənd  valiliyini 

ona verdi. 892-

ci ildə (miladi 279) Nəsrin ölümündən sonra liderlik İsmayıla 

keçdi.

590


 

Bu arada İmam Əlinin (ə) nəslindən və Təbəristan şahzadəsi olan Məhəm-

məd ibn Zeyd Xorasana hücum etdi. Bundan xəbər tutan İsmail ona qarşı Mə-

həmməd ibn Harunun başçılığı altında olan böyük bir ordunu göndərdi. Miladi 

900-

cü  ildə  (hicri  287)  baş  verən  döyüşdə  Məhəmməd  ibn  Zeydin  ordusunu 



məğlub edən Məhəmməd ibn Harun Təbəristana daxil oldu. 

588


Yılmaz Öztuna, İslam dövlətləri, Ankara-1989, I cild, səh-212; Əbdürrəhman Şərəf, Zübdə-

tul-


Kısas, I cild, səh-331-337. 

589


 Yılmaz Öztuna, İslam dövlətləri, Ankara-1989, I cild, səh-711. 

590


İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, VII cild, səh-381. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə