Şahlar şahbaz oğlu şƏRİfov


Kufə məktəbinin yetirməsi olan qrammatiklər



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə192/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   188   189   190   191   192   193   194   195   ...   314

  

387 


Kufə məktəbinin yetirməsi olan qrammatiklər 

1. 

Əbu Cəfər Məhəmməd ibn Həsən Rəvvasi: İbn Əbu Sarə ləqəbilə ta-

nınır. Məşhur qrammatiklər Kisai və Fərranın müəllimidir. Nəhv elmi barəsin-

də kitab yazmış ilk kufəli qrammatikdir. 

2. 

Əbul-Həsən  Əli  ibn  Həmzə  Kisai  (v.  hicri  189/miladi  805):  Yeddi 

qiraət alimlərindən biridir. 



3.Əbu  Abdullah  Məhəmməd  ibn  Ziyad  Kufi  (v.  hicri  150-231/miladi 

767-845): 

İbn əl-Ərabi ləqəbilə tanınır. 



4. 

Əbu Yusif Yəqub ibn İshaq Xuzi Əhvazi (v. hicri 244/miladi 858): 

İbn Sikkit ləqəbilə tanınır. Onun “İslah-ul-məntiq” kitabı bu gün də yüksək sə-

viy

yəli məntiq dərsliyi hesab edilir. 



5. 

Əbul-Abbas Əhməd ibn Yəhya Şeybaniyyə (v. hicri 291/miladi 904): 

“Sələb” ləqəbilə tanınır. Onun ərəb qrammatikası, ədəbiyyatşünaslıq, ərəb şeri-

nin təhlili, Quran kəlmələrinin izahı və s. sahələrdə onlarla əsəri vardır. Bunla-

rın ən məşhuru “əl-Fəsih” kitabıdır. 



6. 

Əbu İshaq İbrahim ibn Məhəmməd (v. hicri 310/miladi 922): Şüşə 

ema


latxanasında  işlədiyi  üçün  tarixdə  “Zəccac”  (şüşə  düzəldən)  ləqəbilə  qal-

mışdır. 


7. 

Əbdürrəhman ibn İshaq Nəhavəndi (v. hicri 337/miladi 949): Zəcca-

cın tələbəsi olduğu üçün “Zəccaci” ləqəbilə tanınmışdır. 



Xəttatlıq elmi 

İlk əsrlərdə ərəb yazısında demək olar ki, yalnız bir xətt-kufi xətti işlənirdi. 

Lakin bu xətt ağır və ləng yazıldığı üçün dövlət idarələrində aparılan dəftərxa-

na  yazıları  üçün  kufi  xətti  tamamilə  yararsız  idi.  Bu  istiqamətdə  xətt islahatı 

apar

maq tələb edilirdi. 



Bu  istiqamətdə  ilk  cəhd  göstərən  şəxs  məşhur  ədib  və  siyasi  xadim  İbn 

Müq


lə oldu. Abbasi xəlifələrinin bir neçəsinin sarayında vəzir olan, İbn Müqlə 

adı ilə tanınan Əbu Əli Məhəmməd ibn Əli Beyzavi Şirazi kufi xəttinə dəyişik-

lik

lər edərək, nəsx və süls xəttlərini ixtira etdi. Yazılış üçün əlverişli olan bu 



xətt növü hicrətin 310-cu ilindən (miladi 922) etibarən, ərəb yazısında xüsusilə, 

Qu

ran və dini mətnlərin yazılışında üstünlük qazandı. 



Abbasilər dövründə yaşamış məşhur xəttatlar arasında İbn Müqlədən sonra 

Həsən ibn Hüseyn ibn Əli Farsi xüsusi yerə malikdir. Farsi nəsx, rüqi və süls 

xəttlərinin əsasında yeni xətt növü olan təliqi yaratdı. Qısa müddət ərzində təliq 

xətti dəftərxanalarda işlənən, demək olar ki, yeganə xətt mövqeyini qazandı. 



 

Məşhur coğrafiyaşünas alimlər 

Hicri  II  əsrin  sonlarında  qədim  fars,  yunan  və  roma  irsinə  aid  kitabların 

səlman aləminə yol tapması nəticəsində coğrafiya elmi də öz inkişafını tap-



dı. Hicri III əsrin əvvəllərindən etibarən, coğrafiya bir elm kimi formalaşdı, ilk 

səlman  coğrafiyaşünaslar  meydana  çıxdı.  İlk  müsəlman  coğrafiyaşünas 



alim

lər bunlardır: 

  



 

388 


1. 

Əbu Abdullah Məhəmməd ibn Musa Xarəzmi (hicri 169-232/miladi 

783-846): 

O, xəlifə Məmunun sifarişi əsasında Yer kürəsinin atlasından bəhs 

edən məşhur “Surətul-ərz” adlı əsərini yazmışdır. 

O, riyaziyyat elmində də əsl inqilab yaradaraq, bu elmin “cəbr” adlı bölməsi-

nin əsasını qoymuşdur. Cəbr barədə ilkin məlumatları Xarəzmi özünün “əl-Kitab-

ül-


müxtəsərfi  hesab-il-cəbri  vəl-müqabələ”  (Cəbr  və  müqabələ  hesabı  barədə 

müx


təsər kitab) əsərində bəyan etmişdir. O, ilk dəfə olaraq, riyazi tənlikləri sadə-

ləşdirmək üçün tənliyin bir tərəfindəki kəmiyyətləri əks işarə ilə tənliyin o biri tə-

rəfinə keçirməyi təklif etmişdi. Yəni “bərabər” işarəsindən sağda yerləşən bütün 

“müs


bət” riyazi kəmiyyətlər “mənfi” işarə ilə sol tərəfə keçə bilər və əksinə. Xa-

rəzmi bu üsulu “cəbr” adlandırmışdır. Həmçinin, o, sübut etmişdir ki, tənliyin hər 

iki tərəfindəki bərabər kəmiyyətləri ixtisar etsək, tənlik yalnız sadələşər və cavabı 

dəyişməz. Bu üsul isə Xarəzmi tərəfindən “müqabələ” adlandırılmışdır. 

“Hind rəqəmləri” adı altında tanınmış rəqəmləri  də dünya elminə  gətirən 

Xa

rəzmi olmuşdur. Məhz onun əsərləri ilə tanışlıqdan sonra avropalılar Roma 



say siistemindən imtina edərək, hind rəqəmləri ilə hesablamağa başladılar. O, 

həndəsədə çox işlədilən və çevrə uzunluğunun diametri nisbətini bildirən “pi” 

ədədi üçün 3, 1416 ədədini müəyyən etmişdir ki, bu da müasir hesabatların nə-

ti

cələrinə xeyli yaxındır. 



2. 

Əbu  Əli  Əhməd  ibn  Ömər  ibn  Rüstə  İsfəhani  (v.  hicri  290/miladi 

903): 

O, “əl-Əlaq-ün-nəfisə” (Qiymətli boyunbağılar) adlı ensiklopedik əsərin 

müəllifidir. Əsər  yeddi cilddən ibarət olsa da,  yalnız sonuncu cild günümüzə 

qədər gəlib çatmışdır. 



3. 

Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn əl-Fəqih Həmədani: İbn 

əl-Fəqih  hicri  III  əsrin  sonlarında  yaşamış  görkəmli  ədiblərdən  biridir.  O, 

məşhur “Kitab-ül-buldan” adlı əsərin müəllifidir. Bu kitabda Çin, Hindistan, 

Ərəbistan, Misir, Şam, Bərbər, Mesopotamiya, Fələstin, Bizans və digər ölkə-

lərin coğrafi quruluşu, böyük dənizlər və çaylar barədə ətraflı məlumat veril-

mişdir. 


4. 

Əbul-Qasim Ubeydullah ibn Abdullah ibn Xordadbeh Xorasani (v. 

hicri 300/miladi 912): 

Onun ən məşhur əsəri “əl-Məsalik vəl-məmalik” (Yol-

lar  və  məmləkətlər)  adlanır.  Bu  kitab  Abbasilər  xilafətinin  tarixini  və  tarixi 

coğrafiyasını öyrənmək üçün əvəzsiz mənbələrdən sayılır. 



5. 

Əbu Zeyd Əhməd ibn Səhl Bəlxi (v. hicri 322/miladi 934): Onun ən 

məşhur əsəri “Süvər-ül-əqalim-il-islamiyyə” kitabıdır. Bu kitab müsəlman vila-

yətlərinin təsvirinə həsr olunmuş, xəritələrlə bəzədilmişdi. 

6. 

Əbu İshaq İbrahim ibn Məhəmməd İstəxri (v. hicri 340/miladi 951): 

Onu müsəlman coğrafiyaşünaslarının imamı (başçısı) adlandırırlar. O, on doq-

quz 

xəritədən ibarət “Süvər-ül-əqalim” və “əl-Məsalik vəl-məmalik” (Yollar və 



məmləkətlər) kitablarının müəllifidir. 

7. 

Əbul-Qasim  Məhəmməd  ibn  Həvqəl  (v.  hicri  367/miladi  977):  “əl-

Məsalik vəl-məmalik” (və ya “Surət-ul-ərz”) əsərinin müəllifidir. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə