Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə191/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   187   188   189   190   191   192   193   194   ...   314

  

385 


rədə biliklərini Əbu Saleh adlı alimdən, o da Hz.Əlinin (ə) böyük qardaşı Əqil 

ibn Əbu Talibdən (ə) öyrənmişdi. 



9. 

Əbu Mixnəf Lut ibn Yəhya Əzdi (v. hicri 157/miladi 774): Məşhur şiə 

tarixçilərindən  olan  Əbu  Mixnəf  İmam  Sadiqin  (ə)  səhabələrindən  olmuşdur. 

Onun Aşura  faciəsindən  bəhs edən  “Məqtəl-ul-Hüseyn” əsəri daha məşhurdur. 

Əbu Mixnəfin digər əsərləri kimi, bu kitab da itmiş, yalnız bəzi fraqmentləri Tə-

bəri tarixinin səhifələrində iqtibas şəklində günümüzə gəlib-çatmışdır. 

10. 

Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfəhani (v. hicri 284/miladi 

897): 

Yəqubi  hərtərəfli  və  ümumiləşdirilmiş  tarix  kitabı  yazmış  ilk  müsəlman 

müəllifi sayılır. Onun məşhur “əl-Buldan” (Şəhərlər) kitabı Hz.Adəmin (ə) ya-

radılışından  başlayaraq,  müəllifin  yaşadığı  dövrə  kimi  keçən  mərhələni  əhatə 

edir. Kit

abın birinci cildində İslama qədərki tarixi hadisələrdən bəhs olunur. Bu-

rada  qədim  peyğəmbərlərin  tarixi,  Hindistan,  Yunanıstan  və  Roma,  İran,  Çin, 

Mi

sir və Nubiya torpaqlarının tarixi və İslamdan əvvəl Ərəbistanda baş verən ha-



di

sələr işıqlandırılır. İkinci cild isə Hz.Muhəmmədin (s) doğumundan on beşinci 

Ab

basi xəlifəsi Mutəmidin (870-892) hakimiyyətinin əvvəllərinə (hicri 259/mila-



di 873) qədərki xilafətin tarixini araşdırır. 

Yəqubi bu əsərində (“Tarixi-Yəqubi”) Qədir-Xumm əhvalatını tam qətiyyət-

l

ə təsvir  etmiş, bir  çox başqa tarixçilər  kimi, Xeybər  döyüşündə Hz.Əlinin  (ə) 



göstərdiyi  qəhrəmanlığı  xatırlamaqdan  boyun  qaçırmamış,  Hz.Fatimənin  (s.ə) 

vəfatı və dəfni, Əbu Bəkrin xəlifə seçilməsi və Hz.Əlidən (ə) beyət tələb olun-

ma

sı hadisələrinə də kitabda yer ayırmışdır. Eyni zamanda onuncu imama kimi 



hər bir məsum imamın vəfatı kitabda öz əksini tapmışdır. 

11. 

Əbul-Həsən Əli ibn Hüseyn Məsudi (v. hicri 346/miladi 957-958): 

“Ərəblərin Herodotu” adlandırılan, əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan 

Məsudi Babil şəhərində anadan olmuşdur. O, məşhur səhabə Abdullah ibn Mə-

su

dun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudinin “İsbat-ul-vəsiyyə”, 



“ət-Tənbih vəl-işraf” və “Əxbar-uz-zaman” kitabları daha məşhurdur. Sonuncu 

ki

tabın yığcamlaşdırılması nəticəsində Məsudiyə dünya şöhrəti gətirmiş “Mu-



ruc-uz-

zəhəb” kitabı yaranmışdır. 

Əsər xilqətin əvvəlindən başlayaraq, iyirmi üçüncü Abbasi xəlifəsi Mutinin 

(hicri 334-363/miladi 946-

974) hakimiyyətə gəlişinə kimi keçən dövrün hadi-

sələrini əks etdirir. 



12. 

Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri (v. hicri 310/miladi 923): 

Təbəristanın Amul şəhərində anadan olmuşdur. Onun tarix mövzusunda qələ-

mə aldığı ən məşhur əsəri “Tarixi-Təbəri” adı ilə tanınan “Tarix-ur-rusulu vəl-

mu

luk” kitabıdır. Kitabın əvvəlində keçmiş peyğəmbərlərin həyatı və İran şah-



la

rının tarixi barədə məlumat verilir. Daha sonra Hz.Muhəmmədin (s) ulu əc-

dad

ları  barədə  qiymətli  məlumatlar,  xüsusilə  Hz.peyğəmbərin  (s) özünün  hə-



yatı bütün incəlikləri ilə təsvir edilib. 

 

Ərəb dilçilik elmi 

  



 

386 


Ab

basilər  dövründə  ərəb  dilçiliyi  də  inkişaf  etmişdir.  Bu  dövrdə  ərəb 

qram

matikasının ən böyük simaları Bəsrə və Kufə şəhərlərində mərkəzləşmiş-



dilər. Bəsrə və Kufə şəhərləri dilçilik elminin paytaxtı halına gəlmişdi. Bəsrə 

məktəbi ərəb dilinin klassik qaydalarına sədaqətlə yanaşaraq, dilçilik elmində 

meydana çıxan hər bir mübahisəni cahiliyyə dövrünün böyük şairlərinin şeirləri 

və digər klassik mənbələrin köməyi ilə həll edirdi. Bu mənbələrdə öz təsdiqini 

tapmayan hər bir nəzəriyyə “şaz”, yəni nadir və qəribə sayılırdı. 

Bundan fərqli olaraq, Kufə məktəbində hər hansı bədəvi ərəb qəbiləsinin 

ləhcəsi belə, meyar sayılırdı. Kufə nəhv alimləri bu və ya digər nəzəriyyəni sü-

buta yetirmək üçün bədəvi ərəblərə müraciət edib, onların fikirlərini öyrənməyi 

və  bunun  əsasında  dilçilik  qanunlarında  yeniliklər  etməyi  caiz  bilirdilir.  İki 

məktəb arasında ziddiyyətlər hicri II əsrin sonlarında xüsusilə şiddətlənmişdi. 

Ab

basi xəlifələri də Kufə məktəbini dəstəkləyirdilər. 



 

Bəsrə məktəbinin yetirməsi olan qrammatiklər 

1. 

Əbu Əmr İsa ibn Ömər Səqəfi (v. hicri 149/miladi 766): Bəsrə mək-

təbinin banilərindən sayılan Əbu Əmr Səqəfi ərəb nəhvinin banisi Əbul-Əsvəd 

Du

əlidən  dərs  almışdır.  Ərəb  dilinin  nəhvi  barəsində  yetmişdən  çox  kitabın 



müəllifi  olan  Əbu  Əmr  Səqəfinin  yalnız  iki  kitabı  “əl-İkmal”  və  “əl-Came” 

dövrümü


zə gəlib çatmışdır. 

2. 

Əbu  Əmr  Zəbban  ibn  Əla  Bəsri  (v.  hicri  154/miladi  771):  Yeddi 

məşhur qiraət üslubundan birinin yaradıcısıdır. 



3. 

Əbu Əbdürrəhman Xəlil ibn Əhməd (hicri 100-175/miladi 718-791): 

Ərəb  dilinin  lüğət  tərkibi  barədə  dərin  araşdırmaların  nəticəsi  olan  “əl-Eyn” 

adlı ilk lüğət kitabının müəllifi və əruz vəzninin elmi əsaslarını işləyib-hazırla-

mış ilk şəxs sayılır. Elə buna görə də o, kitablarda “Əruzi” ləqəbi ilə xatırlanır. 



4. 

Əmr  ibn  Osman  Sibəveyh  (v.  hicri  180/miladi  796):  Nəhv  elmində 

“əl-Kitab” adlı kitabın müəllifi sayılır. 



5. 

Əbdülhəmid  Həcəri  Əxfəşi-əkbər  (v.  hicri177/miladi  793):  Böyük 

qrammatiklər Kisai və Sibəveyhin müəllimidir. 



6. 

Əbul-Həsən Səid ibn Məsədə Bəlxi Əxfəşi-ovsət (v. hicri 215/miladi 

830): 

Əruz, qafiyə, nəhv və s. sahələrdə dəyərli əsərlərin müəllifidir. 



7. 

Əbul-Həsən Əli ibn Süleyman Əxfəşi-əsğər (v. hicri 315/miladi 927). 

8. 

Əbu Ubeydə Müəmmər ibn Müsənna Bəsri (v. hicri 207/miladi 822). 

9. 

Əbu Səid Əbdülməlik Əsməi (v. hicri 216/miladi 831). 

10. 

Əbu Osman Bəkr ibn Məhəmməd Mazini (v. hicri 248/miladi 862): 

Mazini ərəb qrammatikası tarixində sərf elmini müstəqil şəkildə araşdıran ilk 

alim sayılır. 

11. 

Əbul-Fəzl Abbas ibn Fərəc Rəyaşi (v. hicri 257/miladi 871). 

12. 

Əbul-Abbas  Məhəmməd  ibn  Yəzid  Mübərrid  (v.  hicri  285/miladi 

898): 

“əl-Kamil fil-lüğət” kitabının müəllifidir. 



 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə