Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə187/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   183   184   185   186   187   188   189   190   ...   314

  

377 


ver

gi  (xərac)  ödəməkdən  azad  idilər.  Qalan  torpaq  sahələrinin  sahiblərindən 

yəni azad kəndlilərdən xərac alınırdı. 

Bununla  belə,  xilafət  ərazisindəki  bütün  torpaq  sahiblərindən  “üşr”  adlı 

ver

gi  yığılırdı.  “Üşr”-əldə  edilən  məhsulun  1/10  hissəsi  həcmində  tutulurdu. 



Bun

dan  əlavə,  əhli-kitabdan  olanlar  “cizyə”  adlı  canbahası  verirdilər.  Cizyə, 

de

mək olar ki, nəğd pul formasında alınırdı. Bütün imkanlı müsəlmanlar şəriət-



də nəzərdə tutulmuş xums və zəkat vergilərini verməli idilər. Xums qızıl-gü-

müş mədənlərindən, müharibələrdə əldə edilmiş qənimətdən (o cümlədən əsir-

lərdən), daşınmaz əmlakdan alınırdı. Zəkat isə, zəkat həddinə (buna “nisab” de-

yi

lir)  çatmış  mal-qaradan,  əkin  məhsulundan  və  qızıl-gümüşdən  tutulurdu. 



Əkin məhsulunun zəkatı “üşr” vergisi idi. 

Xəzinə gəlirinin əsas mənbəyi şəhər sənətkarlığı və ticarət idi. Şəhər sənət-

kar

lığının əsas istiqamətlərindən birini toxuculuq təşkil edirdi. Şam sənətkarları 



ipək parça toxunuşunda, Misir və Fars ustaları isə kətan istehsalında daha məh-

şur idilər. Xorasan vilayətində toxunan iplik parçalar hər yerdə məşhur idi. Elm 

və texnikanın ən böyük nailiyyəti isə kağız idi. Təqibən miladi 800-ci ildə Ha-

ru

nun  vəziri,  Yəhya  Bərməki  Bağdadda  ilk  kağız  fabrikini  tikdirdi.  Bundan 



son

ra Şamda, Şimali Afrika və Əndəlusda da kağız fabrikləri yarandı. Avropa 

yal

nız 1090-cı ildə Siciliya kralı II Rocerin vasitəsilə kağızla tanışlıq əldə etdi-



lər. Başqa bir məlumata görə, XII əsrdə səlibçilər Şərq torpaqlarında ilk dəfə 

ka

ğızı görərək heyrətə  gəlmiş və özləri ilə Avropaya aparmışdılar. Avropada 



ka

ğız fabrikləri XIV əsrdən başlayaraq qurulmuşdur. Sənətkarlardan da “üşr” 

ver

gisi alınırdı. 



Aralıq  dənizi  hövzəsi  və  Cənubi  Avropa  ölkələrini  Hindistan  və  Uzaq 

Şərqlə  birləşdirən  ticarət  yolları  xilafət  torpaqlarından  keçirdi.  Qərbdə  uzaq 

məğrib  ölkələrindən  şərqdə  Hindistana  qədər,  şimalda  Qafqaz  və  Orta  Asiya 

tor


paqlarından  cənubda  bütün  Yəmənədək  bütün  xilafət  ərazisi  ticarət  yolları 

ilə örtülmüşdü. Həm sahəsinə, həm də əhalisinin sayına, həm də sənayeləşmə 

dərəcəsinə görə Avropanın ən iri yaşayış məskənlərini üstələyən bu şəhərlərin 

ən məşhurları bunlardır: İraqda Bağdad, Kufə, Bəsrə; Suriyada Dəməşq və An-

tak

ya; Misirdə Fustat və İsgəndəriyyə; İranda Şiraz, İsfəhan və Rey; Xorasanda 



Ni

şapur və Mərv; Orta Asiyada Səmərqənd və Buxara; Şimali Afrikada Qey-

rəvan və Fas. 

Bəsrə və Siraf kimi iri liman şəhərləri dəniz ticarətinin mərkəzi sayılırdı. 

səlman gəmiləri Bəsrə tabeliyində olan Ubulla limanından Fars körfəzinə, 



ya  da  Siraf  limanından  Ədən  körfəzinə  daxil  olur,  Ərəbistan  yarımadasından 

ötərək, Şərqi Afrika sahillərinə və Zənzibar adalarına doğru hərəkət edirdi. Gə-

mi

lər buradan Şərqə dönərək, Hindistan, Malayya, İndoneziya və Çinə tərəf hə-



rəkət edirdi. 

Xilafət  ərazisindən  keçən  böyük  ticarət  yollarından  biri  də  məşhur  “ipək 

yo

lu” idi. Müsəlman tacirləri öz mallarının bir hissəsini Orta Asiyaya gətirərək, 



ora

dan “ipək yolu” vasitəsilə Çinə ötürürdülər. 

  



 

378 


Ticarətdə müsəlmanların tərəf müqabili kimi bütün dinlərin nümayəndələri 

çıxış edirdilər. Hind okeanındakı dəniz ticarətində aparıcı rol farslara və ərəblə-

rə məxsus idi. Müsəlmanların Qərbdə əsas şərikləri İtaliya və Venesiya tacir-

ləri, eləcə də İspaniya və cənubi Fransadan olan yəhudilər idi. 



 

Yeddi Quran qaresi 

Bu  qarelər  və  onların  ravilərinin  əksəriyyəti  ilk  Abbasi  dönəmində  yaşa-

mışlar. Həmin qarelər bunlardır: 

1. 


Abdullah ibn Amir Dəməşqi Əməvilər dövründə hicrətin 118-ci ilində 

(mi


ladi 736) xəlifə Hişam ibn Əbdülməlikin dövründə vəfat etsə də, onun ravi-

ləri Abbasilər dövründə yaşamışlar. Onun birinci ravisi Hişam ibn Əmmar (v. 

hicri 245/miladi 859-

860) həm də gözəl natiq kimi tanınırdı. İkinci ravisi İbn 

Zəkvan (v. hicri 242/miladi 856-857) öz dövrünün ən mahir Quran bilicilərin-

dən sayılır. 

2. 

İkinci məşhur qare Abdullah ibn Kəsir də Əməvilər zamanında hicrətin 



120-

ci ilində (miladi 738) xəlifə Hişamın dövründə vəfat etmişdir. İbn Kəsirin 

bi

rinci ravisi Əhməd ibn Məhəmməd Bizzi əslən İranın Həmədan şəhərindən 



olub,  Məkkədəki  Məscidul-həramda  azançı  işləyirdi.  İkinci  ravi  Məhəmməd 

ibn Əbdürrəhman Qunbül də Məkkədə yaşayırdı. 

3. 

Üçüncü qare Asim ibn Əbun-Nücud Kufi hicrətin 128-ci ilində (miladi 



745) Əməvi xəlifəsi II Mərvan ibn Məhəmmədin xilafəti dövründə vəfat etmiş-

dir. Hazırda Asimin qiraəti müsəlman aləmində ən geniş yayılmış qiraət hesab 

olu

nur və dünyanın əksər ölkələrində nəşr olunan Quran nüsxələri onun qiraət 



qay

dalarına  əsaslanır.  Onun  ravilərindən  biri  olan  Həfs  ibn  Süleyman  Əsədi 

Ku

fini öz müəllimi Asimin ögey oğlu hesab edirlər. İkinci ravi Əbu Bəkr Şöbə 



ibn  Əyyaş  Əsədi  Kufi  isə  qiraətdə  üstünlüyü  ilə  yanaşı,  hədis  sahəsində  çox 

səhv etməsilə məşhurdur. 

4. 

Dördüncü qare Əbu Əmr Zəbban ibn Əla Bəsri əslən iranlı idi. Əbu Əmr 



Bəsri hicrətin 154-cü ilində (miladi 771) xəlifə Mənsurun dövründə vəfat etdik-

dən  sonra  iki  ravi  onun  qiraət  üslubunu  yaşatmışdır.  Ravilərin  birincisi  Həfs 

ibn Əmr Duri Əzdi qiraət elmi barədə bilikləri toplamağa başlayan ilk şəxsdir. 

İkinci ravi Əbu Şüeyb Saleh ibn Ziyad Susi isə İranın Şuş şəhərindən idi. 

5. 

Əslən İranlı olan Əbu Əmmarə Həmzə ibn Həbib Zəyyat Kufi hicrətin 



156-

cı ilində (miladi 773) xəlifə Mənsurun dövründə vəfat etmişdir. Bəzi mən-

bələrdə həm onun, həm də Asim ibn Əbun-Nücud Kufinin şiə olması barədə 

məlumatlar vardır. Onun birinci ravisi Əbu Məhəmməd Xələf ibn Hişam Əsədi 

on  yaşında  bütün  Quranı  əzbər  bilirdi.  İkinci  ravi  Əbu  İsa  Xəllad  ibn  Xalid 

Şeybani isə Kufədə yaşamışdır. 

6. 

Əslən İsfəhan şəhərindən olan Nafe ibn Əbdürrəhman Mədəni Mədinədə 



yaşayırdı.  O  hicrətin  169-cu  ilində  (miladi  785-786)  xəlifə  Hadinin  xilafəti 

döv


ründə vəfat etmişdir. Birinci ravisi Əbu Musa İsa ibn Mina Nafenin ögey 

oğlu idi. İkinci ravi Osman ibn Səid Misri idi. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə