Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə216/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   212   213   214   215   216   217   218   219   ...   314

  

437 


Məmlük dövləti 266 il altı ay davam etmişdir. Paytaxtı Qahirə şəhəri olan 

bu 


dövlətin rəsmi yazı dili ərəbcə olsa da, ordu və saray dili türk dili olmuşdur. 

Sul


tanların məzhəbi sünni-hənəfidir. Dövlətin ərazisi əsasən Misir, Suriya, Li-

van, Ürdün (

İordaniya),  Fələstin,  Hicaz,  Sudan  və  Fərata  qədər  Anadolunu 

əhatə  edirdi. 1388-ci  ildə  Həbəşistan,  1336-cı  ildə  Cəlayirlilər,  1311-1317-ci 

illərdə Həfsilər, uzun müddət Kipr krallığı, Qaramanoğulları və Dülqədiroğul-

ları, Ramazanoğulları, bir neçə dəfə Yəmən Məmlüklərə tabe olmuşdur. Beləcə 

bu döv

lətin ərazisi Cəzairdən İrana və Orta Anadoludan Həbəşistana qədər uza-



nırdı. 1260-cı ildə Suriya (Şam, Hələb, əl-Ərəşə qədər Fələstin) Əyyubilərdən 

Məmlüklərə keçmişdir. 

Məmlüklərə yeni yazılan türk dilli kitablarda “Köləmənlər”də deyilir. Döv-

lətin rəsmi adı “əd-Dövlətit-Türkiyyə” Türk dövlətidir. Məmlük tarixi iki yerə 

ayrılır: Türk Məmlükləri və Çərkəs Məmlükləri. “Məmalikul-Bəhriyyə” (Bəhri 

Məmlükləri) də deyilən Türk məmlüklərinin sayı iyirmi dörddür. Bunlar 1250-

ci  ildən  1382-ci  ilə  qədər  hakimiyyədə  olmuşlar.  Bu  iyirmi  dörd  sultanın ilk 

ikisi oğuz türkü, qalan iyirmi ikisi isə Qıpçaq türküdür. 

“Məmalikul-Burciyyə” Burcu Məmlükləri də deyilən Çərkəs məmlüklərini 

iyirmi sultan idarə etmişdir. Çərkəs məmlükləri 1382-ci ildən 1517-ci ilə qədər 

hakimiyyətdə olmuşlar. Bu sultanlardan biri Abbasi xəlifəsi yəni ərəb irqindən-

dir.  Çərkəs  məmlükləri  dövründə  də  dövlətin  türk  xarakteri  dəyişməmişdir. 

Çərkəs sultanlarından yalnız biri türk dilini bilməmiş, digərləri isə türk dilindən 

ana dili kimi istifadə etmişlər. Əsasən bu dövrdə də ordu türk qalmış və türkcə-

dən istifadə etmişdir. Türk dövrü 133, Çərkəs dövrü isə 134 il davam etmişdir. 

Məmlüklər, XIX əsrin əvvəllərində Kavalalı Məhməd Əli Paşa tərəfindən ailə 

rəisləri məhv edilincəyə qədər, Osmanlı dövründə də nüfuzlarını, torpaqlarını 

qo

rumuşlar. Osmanlı dövründə Misirdə şəhər valiləri əsasən məmlüklərdən se-



çil

miş, ancaq Misir valiliyi bir məmlükə verilməmiş, İstanbuldan göndərilmiş-

dir. XVI əsrin ən böyük fatehlərindən Vəziri-azam Özdəmiroğlu Osman Paşa 

ilə atası Özdəmir Paşa Misir Məmlüklərindəndir. Bunlar  Həbəşistan, Yəmən, 

Qaf

qaz, Qərbi İran kimi ölkələri Osmanlı imperatorluğuna qazandırmış böyük 



əsgərlərdir. 

Məmlük tarixinin yüksəliş dövrü, Türk sultanları dövrüdür. Çərkəs sultan-

ları dövründə dövlət zəifləməyə başlamışdır. Nəhayət Yavuz Sultan Səlim im-

pe

ratorluğu  bütünlüklə  ortadan  qaldırıb  Osmanlı  dövlətinə  qatmışdır.  O  anda 



belə Məmlük dövləti, Türkiyə və  İrandan sonra  dünyanın üç böyük və  güclü 

imperatorluğundan biri idi. Məmlük sultanları və səltənət müddətlər: 

 

1. 

Bəhriyyə Məmlükləri və ya Türk məmlükləri: 

1) 


Məlikul-Muizziddin Aybək (1250-1257) 

2) 


Məlikul-Mənsur Nurəddin Sultan Əli (1257-1259) 

3) 


Məlikul-Muiz Seyfəddin Sultan Kutuz (1259-1260) 

4) 


Məlikul-Qahir əl-Həcc Ruknəddin Bəybars (1260-1277) 

  



 

438 


5) 

Məlikus-Səid Nasiruddin Bərəkəxan (1277-1279) 

6) 

Məlikul-Adil Bədrəddin Süləmiş(1279) 



7) 

Məlikul-Mənsur Seyfəddin Kalavun (1279-1290) 

8) 

Məlikul-Əşrəf Səlahəddin Xəlil (1290-1293) 



9) 

Məlikun-Nasir Nasiruddin Məhəmməd (1293-1294; 1299-1309) 

10) 

Məlikul-Adil Zeynuddin Ketbuğa (1294-1296) 



11) 

Məlikul-Mənsur Hüsaməddin Laçın (1296-1299) 

12) 

Məlikul-Muiz II Ruknəddin Bəybars (1309-1310) 



13) 

Məlikul-Mənsur Seyfəddin Əbu Bəkr (1341) 

14) 

Məlikul-Əşrəf Əlauddin Kiçik (1341) 



15) 

Məlikun-Nasir Şəhabuddin Əhməd (1341-1342) 

16) 

Məlikun-Nasir İmaduddin İsmail (1342-1345) 



17) 

Məlikul-Muiiz Seyfəddin Şaban (1345-1346) 

18) 

Məlikul-Muiiz Seyfəddin Hacı (1346-1347) 



19) 

Məlikun-Nasir Nasiruddin Həsən (1347-1351; 1354-1361) 

20) 

Məlikus-Saleh Səlahəddin Saleh (1351-1354) 



21) 

Məlikul-Mənsur Səlahəddin Muhəmməd (1361-1363) 

22) 

Məlikul-Əşrəf Nasiruddin Şaban (1363-1377) 



23) 

Məlikul-Mənsur Əlaəddin Əli (1377-1381) 

24) 

Məlikus-Saleh Səlahəddin Hacı (1381-1382; 1389-1390).



640

 

  



2. 

Burcuyyə məmlükləri və ya Çərkəs məmlükləri 

1. 


Məlikuz-Zahir Əbu Səid Seyfəddin Barkuk (1382-1389; 1390-1399) 

2) 


Məlikun-Nasir Nasiruddin Fərəc (1399-1405; 1405-1412) 

3) 


Məlikul-Mənsur İzzuddin Əbdüləziz (1405-1406) 

4) 


Məlikul-Adil Müstəin Billah (1412, altı ay) 

5) 


Məlikul-Müəyyid Seyfəddin Şeyx (1412-1421) 

6) 


Məlikul-Muizziddin Şihabəddin Əhməd (1421) 

7) 


Məlikuz-Zahir Seyfəddin Tatar (1421) 

8) 


Məlikus-Saleh Nasiruddin Muhəmməd (1421-1422) 

9) 


Məlikul-Əşrəf Seyfəddin Barsbəy (1422-1438) 

10) 


Məlikul-Əziz Cəmaləddin Yusif (1438) 

11) 


Məlikuz-Zahir Seyfəddin Çokmak (1438-1453) 

12) 


Məlikul-Mənsur Fəxruddin Osman (1453) 

13) 


Məlikul-Əşrəf İnal (1453-1461). İstanbulun fəthini bütün Məmlük im-

pe

ratorluğunda bir həftə rəsmi şənlik elan edərək şənlənmişdir. 



14) 

Məlikul-Müəyyəd Əbul-Fəth Şəhabəddin Əhməd (1461) 

15) 

Məlikuz-Zahir Xoş Qədəmin-Nasiri Bilbay (1461-1467) 



16) 

Məlikuz-Zahir Yelbay (1467) 

17) 

Məlikuz-Zahir Təmir-Buğa (1467-1468) 



640

Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı 1989, I cild, səh-347. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə