Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə217/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   213   214   215   216   217   218   219   220   ...   314

  

439 


18) 

Məlikul-Əşrəf Əbun-Nasir Seyfəddin Kayıtbəy (1468-1496) 

19) 

Məlikun-Nasir Əbus-Səadət Muhəmməd (1496-1498) 



20) 

Məlikuz-Zahir Kansu (1498-1500) 

21) 

Məlikul-Əşrəf Canbulat (1500-1501) 



22) 

Məlikul-Adil Tumanbəy (1501) 

23) 

Məlikul-Əşrəf Seyfəddin Kansu (1501-1516) 



24) 

Məlikul-Əşrəf Əbun-Nasir Tumanbəy (1516-1517).

641

 

  



Bəhriyyə Məmlükləri (1250-1382) 

Səlib  yürüşlərinin  davam  etdiyi  ərəfədə  Nəcməddin  Əyyub  1249-cu  ildə 

(hicri 647) Mənsura şəhərində vəfat etdi. Onun türk əsilli arvadı Şəcərüd-Dür 

Nəcməddin Əyyub vəfatını gizli saxlayaraq Xısn-Keyfada vali olan oğlu Turan 

Şaha xəbər göndərdi. Lakin onun tədbirləri yetərli olmadığı üçün əsgərlər Nəc-

məddin Əyyubun ölümünü öyrəndilər. Turan Şah 1250-ci ildə taxtı ələ keçirdi. 

La

kin Şəcərüd-Dür və Türk komandirlərinə qarşı sərt davrandığı üçün onlar tə-



rəfindən  öldürüldü  və  Şəcərüd-Dür  sultan  elan  edildi.  İzzəddin  Aybəyi  isə 

“Ata


bəyul-əsakir” elan etdilər. Ancaq başda xəlifə olmaqla Misir alimləri bunu 

qəbul etmədiyi üçün Aybəylə evlənən Şəcərüd-Dür səltənəti ona verdi.

642

 

Hakimiyyəti  əldə  edən  İzzəddin  Aybək  (1250-1257/hicri 648-655)  həm 



xaç

lılara qarşı həm də İslam dünyasını məhv edən Monqollara qarşı mübarizə-

yə başladı. Əvvəlcə Aybək onu qəbul etməyən Suriya Əyyubilərini 1251-ci il-

də Abbasiyyə yaxınlığında məğlub etdi. Daxili və xarici düşmənlərini məğlub 

edən Aybək yeni arvad aldığı üçün 1257-ci ildə (hicri 655) birinci xanımı Şəcə-

rüd-


Dür tərəfindən öldürüldü. Onun yerinə oğlu Nurəddin Əli əl-Məlik əl-Mən-

sur (1257-1259/hicri 655-657) keçdi. Naibus-

səltənə vəzifəsi Seyfəddin Kutuza 

ve

rildi. Kutuz, Aktayın ölümündən sonra Suriyaya qaçan Bəhriyyə məmlükləri 



ilə mübarizə apararaq onları məğlub etdi. 1259-cu ildə isə Aybəyin oğlunu bi-

tərəf  edərək  özünü  sultan  elan  etdi.  Bu  arada  Suriya  monqolların  hücumuna 

məruz qaldı. İlhanlılar Hülakinin başçılığı ilə Diyarbəkri ələ keçirdikdən sonra 

Hələbə daxil olaraq kişiləri qətlə yetirdilər. Şam, Baləbək və Hama monqolla-

rın əlinə keçdi. 

Hülakinin  Qaraquruma  dönməsindən  istifadə  edən  Məmlüklər  Kutuzun 

əmri altında Suriyaya gələrək 1260-cı ildə (hicri 658) Ayn-Calut adlı məntəqə-

də monqolları məğlub edərək Suriyanı özlərinə tabe etdilər. Ayn-Calut mühari-

bəsindən qayıdarkən Salihiyyə adlı məntəqədə Bəybars və adamları 1260-cı il-

də  Kutuzu  öldürdülər  və  Bəybars  əl-Məlik  əz-Zahir  əl-Bunduqdari (1260-

1277/hicri 658-676) özünü sultan elan etdi. 

Monqollara  qarşı  mübarizə  aparan  Bəybars,  xaçlıları  da  məğlub etdi. 

Qilik

ya Erməni krallığının zərərlərini ortadan qaldırdı və bəzi Çukurova qəsə-



641

Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-348-349. 

642

Yiğit İ, İslam tarixi, Memlükler, İstanbul-1991, səh-15, 17. 



  

                                                           




 

440 


bələrini zəbt etdi. 1277-ci ildə Anadoluya daxil olan Bəybars Elbistanda mon-

qol ordularını məğlub edərək Kayseriyə daxil oldu. Lakin Səlcuqlulardan dəs-

tək  görməyən  Bəybars  Şama  dönərək  1277-ci  ildə  (hicri  676)  burada  vəfat 

etdi. 


Bəybarsın vəfatında sonra yerinə oğlu Bərəkə Xan (1277-1279/hicri 676-

678) keçdi. Lakin təcrübəsiz olduğu üçün iki il sonra əmirlər tərəfindən taxtdan 

salındı. Seyfəddin Kalavun taxta Bəybarsın  yeddi yaşlı oğlu Bədrəddin Sula-

mışı çıxardı. Yüz gün sonra isə onu hakimiyyətdən uzaqlaşdıraraq hakimiyyəti 

özü ələ keçirdi (1279-1290/hicri 678-689). Əvvəlcə üsyanları yatırdıqdan son-

ra, xaçlılar, monqollar və ermənilərin Suriya bölgəsində həyata keçirdiyi təxri-

ba

ta görə Xıms üzərinə gedən Kalavun 1281-ci ildə (hicri 680) Mengu Timur 



əmrindəki ordunu məğlub etdi. Xaçlıları dəfələrlə məğlub edən Kalavun 1290-

cı ildə (hicri 689) vəfat etdi.

643

 

Onun ölümündən sonra oğlu Xəlil əl-Əşrəf (1290-1293/hicri 689-693) tax-



ta çıxdı. Onun dövründə Sur, Sayda, Hayfa, Antartuş və Ağdəniz sahilləri xaç-

lılardan təmizləndi. 1293-cü ildə Xəlil əl-Əşrəfin ölümündən sonra qardaşı Na-

si

ruddin  Məhəmməd  (1293-1295/hicri 693-694)  taxta  çıxtı.  Azyaşlı  olduğu 



üçün Zeynəddin Ketboğa (1294-1296) onu taxtdan salaraq hakimiyyəti ələ ke-

çir


di. Bir müddət sonra isə Laçın əl-Mənsur (1296-1299) onu taxtdan salaraq 

ha

kimiyyəti ələ keçirdi. Daxili asayişi bərpa edə bilmədiyi üçün Laçın və onun 



yol göstərəni Məngu Temur 1299-cu ildə (hicri 698) əmirlər tərəfindən öldürül-

lər. Ardından 1299-cu ildə Nasiruddin Məhəmmədi (1299-1309) ikinci dəfə 



ha

kimiyyətə gətirildi. 

Elxanilərin  (1256-1344)  Suriyaya  edilən  hücumlarının  qarşısını  almaq 

məqsədilə səfərə çıxan ən-Nasir 1299-cu ildə Qazan xanla etdiyi döyüşdə məğ-

lub oldu. 

Köləmən ordusu Nasirin əmrində 1303-cü ildə Kutlu Şahın başçılığı altın-

da olan yüz min nəfərlik monqol ordusunu Mərc-Suffar adlı məntəqədə məğlub 

etdi. 1309-

cu ildə Nasir hakimiyyətdən imtina etdiyi üçün Bəybars əl-Çaşngiri 

əl-Müzəffər (1309-1310) ləqəbilə hakimiyyətə gətirildi. Lakin on bir ay sonra 

Nasiruddin Məhəmməd 1310-cu ildə (1310-1341) üçüncü dəfə hakimiyyəti ələ 

keçirərək Elxani hökmdarı Olcaytunun (1304-1316) Suriya hücumunu bitərəf 

etdi, üsyanları yatırdı və 1315-ci ildə Malatyanı geri aldı. Otuz illik hakimiy-

yətdən sonra 1341-ci ildə vəfat edən Nasiruddin Məhəmmədin yerini növbə ilə 

tutan oğulları Seyfəddin, Əlaəddin, Şəhabəddin, İmaməddin bacarıqlı olmadıq-

ları üçün dövlət xeyli zəiflədi. Səkkiz qardaşın səkkizi də 1341-1361-ci illərdə 

(hicri 741-762) bir-

birinin  ardınca  hakimiyyətə  gəlib  getdilər.  Daha  sonra 

Nasiruddin  Məhəmmədin  nəvələrinin  (1361-1382)  dövrü  başladı.  Bu  dövrdə 

Bur


cu Məmlüklərinin hakimiyyəti ələ keçirməsinə qədər davam etdi.

644


 

643


Nuru Ünlü, İslam Tarihi, I cild, səh-525. 

644


Yiğit, Məmlüklər, səh-77-97. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə