Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə252/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   248   249   250   251   252   253   254   255   ...   314

 

516 


İsmail  Ağqoyunlular  dövründə  Azərbaycana  tabe  olan  Şərqi  Anadolunu  ələ 

keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı özünə tabe 

edən Şah İsmail daha sonra Təbrizə döndü. 

 

Osmanlı-Səfəvi müharibələrinin yenidən başlanması 

Osmanlı  İmperiyasının Azərbaycanı işğal etmək planı  II Mehmed  (1451-

1481) və II Bəyazid (1481-1512) dövründə baş tutmadı. Azərbaycan sultanları 

Uzun Həsən və Yaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq osman-

lılar Azərbaycanı və qonşu ölkələri ələ keçirmək niyyətlərindən əl çəkmədilər. 

Səfəvilər isə Gürcüstanı, Ermənistanı və Türkiyənin bir sıra şərq torpaqlarını 

öz

lərinə tabe etmək niyyətində idilər. 1512-ci ildə Şah İsmailin sərkərdəsi Ər-



zincan  hakimi  Rumlu  Nurəli  yerli  qızılbaşların  köməyi  ilə  Kiçik  Asiyada 

Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Eyni vaxtda məşhur səfəvi sərkər-

dəsi Məhəmməd xan Ustaclı Diyarbəkri ələ keçirdi və Şah İsmailin göstərişi ilə 

Sul


tan Səlimə hədələyici məktub yazdı. 1512-ci ildə taxta çıxan I Səlim (1512-

1520) Avropa dövlətləri ilə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qar-

şı səfərbər etdi. Osmanlı sultanı hərbi əməliyyata başlamazdan əvvəl bir neçə 

tədbir həyata keçirdi: 1) Avropa ölkləri ilə – Moskva dövləti, Macarıstan, Ve-

ne

siya, Moldaviya və Valaxiya ilə sülh müqaviləsi bağladı. Beləliklə, qərbdə 



vəqqəti  olaraq  hərbi  əməliyyat  dayandı.  2)  Yardım  üçün  Maveraunnəhrin 

özbək padşahı Ubeydulla xanın razılığını aldı. 3) Ölkə daxilində Səfəvi dərviş 

təriqətinin  tərəfdarları  olan  yeddi  yaşından  yetmiş  yaşa  qədər  bütün  şiə  kişi 

cinsini si

yahıya aldırdı. 4) Sultan Səlim öz işğalçılıq niyyətini pərdələmək üçün 

1514-

cü  ilin  yazında  Ədirnədə  fövqaladə  divan  çağırdı.  Bu  divanda sünni 



üləmalar Qızılbaşları (şiələri) kafir elan etdilər və onlarla müharibənin doğru 

olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmri ilə Anadoluda 40-70 min 

arasında şiə qılıncdan keçirildi. Sultan Səlimin vəzirləri Şah İsmail ilə müha-

ribənin son dərəcə təhlükəli olduğunu da bildirdilər. 1514-cü ildə Osmanlı or-

dusu  I  Səlimin  rəhbərliyi  ilə  Səfəvilərin  ərazilərinə  daxil  oldu.  Lakin  Şah 

İsmail Osmanlılara qarşı bir başa əməliyyata keçmədi və ordular uzun müddət 

qarşılaşmadi. 

Fars mənbələrinə görə, döyüşdən əvvəl hərbi şurada osmanlıların taktikası 

ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurəli düşmən üzərinə gecə 

cuma keçməyi Şah İsmailə məsləhət gördülər. Lakin səfəvi sərkərdəsi şamlı 



Dur

muş xan  bu  təklifin  əleyhinə  çıxdı,  gecə  hücumunu  qorxaqlıq  adlandırdı. 

Bu çıxışı bəyənən Şah  İsmail belə dedi: “Mən karvan basan quldur deyiləm, 

qoy Allahın məsləhət bildiyi kimi olsun”.

815

 

Şah İsmailin göstərişi ilə səfəvi ordusu 1514-cü ildə Çaldıran düzündə Os-



manlı  ordusunu  qarşıladı.  Əvvəlki  döyüşlərdən  (1402-ci  ildə  Ankarada  Tey-

mur-


İldırım  Bəyazid  və  1473-cü  ildə  Otluqbelidə  Uzun  Həsən-Fateh Sultan 

815


 Azərbaycan tarixi, I cild, səh-425, “Çıraq” nəşriyyatı Bakı-2009. 

                                                           




  

517 


Əhməd  arasında  olan  döyüşlər)  fərqli  olaraq  bu  dəfə  üz-üzə  gələn  iki  ordu 

sadəcə  din  düşmənçiliyi  ruhunda  tərbiyə  edilib  bir-birinə  qarşı  qoyulan  və 

şəhid  olmağa  hazır  olan  silahlı  fanatiklər  idilər.  Bu  isə  Çaldıran  vuruşmasını 

tarixin ən qanlı döyüşlərindən birinə çevirdi. Osmanlı sultanı I Səlim üçün bö-

yük  zəfər  sayılan  Çaldıran  döyüşü,  əslində  türk  dünyasının  ümumi  faciəsi, 

Qərb diplomatiyasının isə strateji qələbəsi idi. Döyüşun taleyini Osmanlı yeni-

çəriləri həll etdi və onların qətiyyəti sayəsində Osmanlılar zəfər qazandı. Dö-

yüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. An-

caq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra 

Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstan-

bula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan Portuqaliya İran 

kör


fəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxışını bağladı. Şah bəzi 

qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbə-

kiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Mardinin cənubunda Qoç-

hi

sarda baş verən döyüşdə məğlub olaraq şəhid edildi. Nəticədə şimalda Xarput 



və Bitlisdən Rakkiyə qədər, cənubda isə Mosul türklərin əlinə keçdi. Həmçinin 

por


tuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı. 

Çaldıran  döyüşünün  nəticəsi  olaraq  Türkiyə  Ərzurum  şəhəri  ilə  birlikdə 

Qərbi  Anadolu  və  Şimali  Mesopotamiyaya  yiyələndi.  Bağdad  daxil  olmaqla 

Ərəb İraqı səfəvilərin əlində qaldı. Lakin Türkiyə Azərbaycanı, indiki Ermənis-

tanı, Gürcüstanı ələ keçirmək iddiasından əl çəkmirdi. 

İki türk sülaləsi arasında baş vermiş bu amansız döyüş bütün türk-müsəl-

man aləmi üçün fəlakətli nəticələrə gətirib çıxardı. Əslən Cənubi Azərbaycan-

dan olan H. Rzazadə məsəlini düzgün qiymətləndirərək yazır: “Çaldıran döyü-

şü eyni dinə inanan və eyni dildə danışan Səfəvi və Osmanlı ordularına və is-

lam dünyasına böyük ziyan vurdu. Göründüyü kimi, bu döyüşün qalibləri avro-

pa

lılar oldular. Biz Şah İsmayılın və onun tərəfdarlarının igidliklərini  yüksək 



qiy

mətləndiririk və bu azərbaycanlı dahinin üstün xüsusiyyətləri ilə fəxr edirik. 

La

kin, eyni zamanda, bu savaşın hər iki tərəf üçün ziyanlı nəticələrinə görə tə-



əssüflənirik”.

816


 

  

Gürcüstanın tabe edilməsi 

Gürcüstan  XVI  əsrdə  bir  neçə  çarlığa  parçalanmışdı.  Çarlıqlar  arasında 

haribə gedirdi. Bu müharibədə İmeretiya çarı Mənuçöhr tərəfindən məğlub 



edi

lən Mesxiya çarı IV Kvarkvare (1516-1535) 1516-cı ildə Səfəvi hökmdarı 

Şah İsmailə müraciət etdi və taxtının qaytarılacağı təqdirdə Səfəvilərə itaət edə-

cəyini bildirdi. Buna görə Şah I Şah İsmail 1517-ci ildə Əli xan Rumlunu (Div 

sultanı)  orduya  əmir  təyin  edərək  Şüraqel  yolu  ilə  Gürcüstana  göndərdi.  Əli 

xan bütün Gü

rcüstanı tabe etdi və Şahın yanına döndü. Ancaq İmeretiya çarı 

816


H. Rzazadə, Negah-i müxtəsər be zindəgi-yi Şah İsmail-i Səfəvi, “Ərdəm”, 1/4.1381, səh-

21-22.


 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə