Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə258/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   254   255   256   257   258   259   260   261   ...   314

 

528 


Bu arada Osmanlılar 1555-ci ildə bağlanmış Amasya sülh müqaviləsini poza-

raq  Azərbaycan  sərhəddini  keçdilər.  1578-ci  ildə  Qızılbaşlar  İmamqulu  xan 

Qa

car rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar 



məğlub  oldular  və  Məhəmməd  xan  Toxmaq  Çuxursəədə,  İmamqulu  xan  isə 

Qa

rabağa çəkildilər. 



Səfəvi  ordusunda  birliyin  olmaması,  qızılbaş  əmirlərinin  həddindən  artıq 

öz

lərinə  arxayın  olmaları,  türklərlə  döyüşə  əhəmiyyət  verməmələri,  qüvvələr 



nis

bətinin fərqi 1578-ci ildə baş verən Çıldır döyüşündə onların məğlubiyyə-

tinə səbəb oldu. Bu döyüşdə Səfəvilər Mustafa  Lələ paşanın başçılığı altında 

olan yüz minlik osmanlı ordusuna qarşı on beş min nəfərlə döyüşürdülər. 

Çıldır qalibiyyətindən sonra Osmanlı ordusunun rəhbəri Lələ paşa Gürcüs-

tana doğru hərəkət etdi. Bu vaxt gürcü feodalları arasında ixtilaflar davam edir-

di. Onlardan 

bəziləri Səfəvilərə, bəziləri isə Osmanlılara qoşulmaq istəyirdilər. 

Çıldır döyüşü Səfəvilərin Gürcüstandakı nüfuzuna zərbə vurdu və  gürcü feo-

dal


larının Osmanlılara meylini artırdı. Bu səbəbdən idi ki, Osmanlı sərkərdəsi 

Mus


tafa Lələ paşa Şirvana yürüş edərkən və geri qayıdarkən Mesxi şahzadəsi 

Mənuçöhr və onun qardaşı Kvarkvare ona bələdçilik etdilər.

835

 

Şirvan səfərindən qayıdan Mustafa Lələ paşa Kartli çarı Simona və Kaxeti-



ya  çarı  Aleksandrın  yanına  elçilər  göndərib  onlardan  tabe  olmalarını  istədi. 

Kartli çarı Simon Mustafa Lələ paşanın təklifini rədd edib, Osmanlılara qarşı 

barizəyə başlasa da Kaxetiya çarı Aleksandr türklərə tabe oldu. Lələ paşanın 



başçılığı altında olan Osmanlı qoşunu 1578-ci ildə Tiflisi və Qorini ələ keçiridi. 

Zəyəm və Geram hakimləri də türklərə tabe oldular. Gürcüstanın türklərə tabe 

edilməsindən sonra Şəki hakimi İsa xan Səfəvilərin tərəfinə keçdi.

836


  

1578-


ci ildə Alazan çayını keçən Lələ paşanın başçılığlı altında olan Os-

manlı ordusu burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə 

Əmir  xanın  başçılığı  altında  olan  Səfəvi  ordusu  Osmanlıları  məğlub  edərək 

xeyli qənimət və əsir ələ keçirdi. Bu qələbədən sonra Şirvanı tərk edən Əmir 

xan Qaraba

ğa  qayıdaraq  Səfəvi  şahzadəsi  Həmzə  Mirzənin  əsas  qüvvələrini 

gözlədi.  Bu  arada  onun  oğlu  Sultan  Murad  xan qızılbaş  dəstələri  ilə  yenidən 

Alazan (Qa

nıq)  çayını  keçərək  türklərə  zərbə  vurdu.  Lakin  türklər  tərəfindən 

mühasirəyə  alınan  bu  dəstə  üç  min  nəfər  itki  verərək  məğlub  edildi.  Bundan 

sonra Əmir xan öz qoşunlarının qalıqları ilə Təbrizə qayıtmağı daha düzgün çı-

xış yolu hesab etdi.

837

 

Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. Osmanlı 



or

dusu Şirvana daxil olduğu zaman qızılbaş Şirvan hakimi Araz (və ya Aras) 

xan Rum

lunun üsyanı baş verdi. Bundan xəbər tutan Mustafa Lələ paşa tələsik 



Alazan ça

yını keçərək Ərəşə daxil oldu.

838

 

Ərəşə daxil olan Lələ paşa buraya 



835

Şərəfnamə, II cild, səh-157. 

836

Tarixi aləm arayi Abbasi, səh-234. 



837

Tarixi aləm aray-i Abbasi, səh-235. 

838

Müənəccimbaşı, Səhaif əl-əxbar, III cild, səh-541. 



                                                           


  

529 


Qaytas pa

şanın başçılığı ilə beş min nəfərlik hərbi dəstə yerləşdirdi. Osmanlı 

ordu

sunun  qarşısında  tab  gətirməyəcəyini  anlayan  Şirvan  hakimi  Araz  xan 



Rumlu Kü

rün  cənubunda  yerləşdi.  Bu  vaxt  Əbu  Bəkr  Mirzə  də  ləzgi  və 

şirvanlılardan ibarət olan üç minlik dəstə ilə Şirvana daxil oldu. Türk ordusu 

demək olar ki, heç bir müqavimətə rast gəlmədən Ərəş, Şamaxı, Qəbələ, Bakı, 

Şabran,  Mahmudabad  və  Salyanı  ələ  keçirdi.  Bu  ərazilərin  ələ  keçirilməsi 

Azərbaycanın və Ermənistanın xeyli köçəri kürd tayfalarının və Şimali Azər-

bay

can sünnü əyanlarının türklərin tərəfinə keçməsinə səbəb oldu. Digər tərəf-



dən də Səfəvilərin ağır zülmündən cana doymuş Şirvan əhalisi onlara qarşı qi-

yam  qaldırdılar.  Osmanlıların  şəhərə  daxil  olmasından  sonra  qiyam  qaldıran 

dərbəndlilər  Səfəvi  hakimi  Çıraq  xəlifəni  üç  yüz  nəfər  tərəfdarı  ilə  birlikdə 

məhv etdilər.

839

 

Şirvanı bütünlüklə ələ keçirən Mustafa Lələ paşa buranı mahallardan ibarət 



olan iki bəylərbəyliyinə – Şamaxı və Dərbənd bəylərbəyliklərinə böldü. 

Şamaxı vilayətinə aşağıdakı mahallar daxil idi: 1) Lahıc, 2) Ağdaş, 3) Qə-

bələ, 4) Salyan, 5) Zərdab, 6) Şəki, 7) Bakı, 8) Sədə-ru, 9) Qara Ulus, 10) Axtı 

və  İxır, 11) Diku, 12) Sirhan, 13) Osmani, 14)  Xudavərd, 15) Mahmudabad. 

16) 

Ərəş. 


Dərbənd vilayətinə isə bu mahallar daxil idi: 1) Dəmirqapı Dərbənd, 2) Şab-

ran, 3) 


Axtı, 4) Quba, 5) Məskir, 6) Kürə, 7) Çıraq, 8) Restov. Şirvan dövlətinin 

müs


təqilliyinə son qoyan Mustafa Lələ paşa buraya Osman paşanı hakim təyin 

etdi. 


Şivandan Ərzuruma doğru hərəkət edən Mustafa Lələ paşa, Tiflis ərazisində 

Qarabağ bəylərbəyi İmamqulu xan və Kartli çarı Simonun birgə hücumuna mə-

ruz qalaraq iyirmi min nəfər itki verdi və qızılbaşlar xeyli qənimət ələ keçirdi. 

Mustafa Lələ paşanın Şivanı tərk etməsindən sonra, Osman paşa Gəncəyə və 

Salyana  hücum  etsə  də  Araz  xan  Rumlunun  güclü  müqavimətinə  rast  gələrək 

Şamaxıya  çəkilərək  Krım  tatarlarının  gəlişini  gözlədi.  Bu  dəfə  Qaytas  paşanın 

başçılığı altında olan osmanlı ordusunu məğlub edən İmamqulu xan Ərəşi geri 

al

dı. Qaytas paşa öldürüldü, sərkərdə Əbdürrəhman bəy isə əsir düşdü. Bundan 



xəbər tutan Mustafa Lələ paşa ölkəni tamamilə tabe etmək üçün Şirvan hakimi 

Os

man paşaya kömək etməyi Əbu Bəkr Mirzəyə tapşırdı və vətənə qayıtdıqdan 



son

ra  Şirvana  hakim  təyin  edilməsi  barədə  sultandan  xahiş  edəcəyini  ona  vəd 

etdi. 

Bu qarışıqlıqdan istifadə edən Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin 



oğlu Həmzə Mirzə otuz minlik qoşunla əks hücuma keçib, Ərdəbildən Qaraba-

ğa gəldi. Burada əmirlərin və vəzir Mirzə Soltanın qoşunu ilə birlikdə Kürü ke-

çib Şirvanı türklərdən azad etməyi qərara aldı. 

Bundan xəbər tutan Araz xan Rumlu öz işini ehtiyatlı tutmaq üçün Şama-

xını mahasirəyə almaq məqsədi ilə Kürü keçərək Şamaxıya gəldi. Lakin sultan 

839


Azərbaycan tarixi, I cild, səh-446, Bakı-2009. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə