Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə278/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   274   275   276   277   278   279   280   281   ...   314

  

569 


Osmanlı ordusu Malkara və İpsalanı, Dədəağac qəsəbə və limanını ələ ke-

çi

rərkən, Lələ Şahin paşa da 1363-cü ildə böyük bir ordu ilə Ədirnəni fəth etdi. 



Os

manlı komandirlərindən olan Filibe və Zağra isə Gümülcüneyi fəth etdilər. 

Bizanslılar Trakyada itirdiyi torpaqları geri qaytara bilməyəcəyini anladıqda, 

Osmanlılarla sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldılar. Bundan sonra 

Anadoludan gətirilən xeyli sayda türk köçəriləri bu ərazilərdə yerləşdirildi. 

Fəthlərlə yanaşı, əsgərlərin dini məsələlərinə də baxmaq üçün qazı-əsgərlik 

ko

mitəsi yaradıldı. Orxan bəyin dövründə qurulan piyada və süvari ordusu ki-



fayət etmədiyindən, qazı-əsgər Cəndərəli Qaraxəlil Xeyrəddin əfəndinin məslə-

həti ilə, müharibədə ələ keçirilən xristian uşaqlarından istifadə edilərək “yeni-

çəri dəstəsi” yaradıldı.

880


 

 

Serb s



ındığı müharibəsi 1364-cü il 

Osmanlılar tutduqları ərazilərdə abadlıq işləri apardığı bir vaxtda, serblər, 

bol

qarlar, əflaqlar, bosniyalılar və macarlar Macar kralı Layoşun başçılığı al-



tında Ədirnəni geri qaytarmaq üçün böyük bir ordu ilə hərəkətə keçdilər. Hə-

min  vaxt  Osmanlı  sultanı  I  Murad  paytaxt  Bursada  idi.  Lələ  Şahin  paşanın 

məsləhəti ilə Hacı Elbəy on min dərviş ilə onların üzərinə göndərildi. 1364-cü 

il

də baş verən bu döyüşdə xristianlar türklər tərəfindən məğlub edildi. 



Osmanlıların qalib gəldiyini eşidən Sultan I Murad Bursada memarlıq işlə-

ri

nə başlayaraq Çəkirgədə bir imarət, mədrəsə və bundan əlavə Biləcikdə də bir 



məscid inşa etdirdi. 1365-ci ildə isə Sultan  I Muradın  göstərişinə  əsasən Os-

man


lıların paytaxtı Bursadan Ədirnəyə köçürüldü. 

Şərqi Trakyadan sonra Sofiyaya qədər olan ərazini, Makedoniyanı və Ka-

va

lanı  ələ  keçirən  Türklər  burada  öz  qüvvələrini  yerləşdirdilər.  Eyni  vaxtda 



Serb

lərlə  sülh  bağlayan  Osmanlılar,  bundan  istifadə  edərək  bəzi  ərazilərdən 

ver

gi alıb, öz büdcələrini formalaşdırdılar. 



Sultan I Muradın oğlu Yıldırım Bəyazid Gərmiyan bəyinin qızı ilə evləndi-

yi üçün gəlinin cehizi olaraq Kutahya, Emet və Tavşanlı Osmanlılara verilmiş-

dir.  Bundan  əlavə  Osmanlılar  Hamidoğlu  bəyliyindən  səksən  min  qızıl  əvə-

zində  Akşehir,  Yalvaş,  Bəyşəhir  və  Seydişəhəri  satın  aldılar.  Beləliklə  bütün 

cəhdlərdən  istifadə  edən  Osmanlılar  müəyyən  yollarla  Anadolu  birliyini  qur-

ma

ğa çalışırdılar. 



Qısa  fasilədən  sonra  hərbi  fəthlərə  yenidən  başlayan  Osmanlılar  Bolqa-

rıstanı tutmaq üçün Sofiya və Serbiyanın girişi olan Albaniya və Nişə getmək 

üçün Manastırı tutmalı idilər. Bununla əlaqədar olaraq 1380-1386-cı illər ara-

sında  adı  çəkilən  bu  şəhərlər  Osmanlılar  tərəfindən  ələ  keçirildi.  Albaniyaya 

cum etməyən Osmanlılar oraya kəşfiyyat dəstələri halında daxil olaraq, bu 



böl

gə və ərazi haqqında geniş məlumat topladılar. Kəşfiyyat dəstələrinin geri 

dön

məsindən sonra hücuma keçən Osmanlılar ələ keçirdikləri bütün ərazilərə 



880

 Uzunçarşılı İ. Hakkı, Osmanlı Tarihi, I cild, səh-161-166. 

  

                                                           




 

570 


Ana

doludan gətirdikləri köçəri türkləri yerləşdirməyə başladılar. Bu hərəkatlar 

XV-

XVI əsrə qədər davam etmişdir. 



Anadolunu ələ keçirən Osmanlılar yerli əhali ilə mülayim rəftar etmiş, on-

la

rın inanc və həyat tərzlərinə toxunmadan onlardan cüzi miqdarda vergi almış-



dılar. Ağır vergilərdən əziyyət çəkən yerli xalq, bu səbəbdən Osmanlılara rəğ-

bət bəsləmişdir. Türklər Anadoluda nümayiş etdirdikləri bu tolerantlığı Balkan-

lar

da  da  davam  etdirirdilər.  Osmanlıların  bu  rəftarı  nəticəsində  Bizansa  tabe 



olan ərazilər asanlıqla ələ keçirilirdi. Bundan əlavə Ortodoks xristianları olan 

bu bölgənin xalqı, Katolik olan macarların zülmünə məruz qaldıqları üçün Os-

man

lıların  idarəsini  qəbul  edirdilər.  Osmanlı  fəthlərinin  ən  bariz  xüsusiyyəti, 



bu fəthlərin yağmalama məqsədi güdməməsindədir. 

Sultan II Muradın dövründə Rumelini gəzərək, türklərlə xristianların yaşa-

yışı ilə yaxından tanış olan Bertrandon De La Buroquiere belə deyir: “rahat hə-

yat tərzi keçirən türklər, xristian kəndlilərinin əksinə olaraq heç vaxt ayaqyalın 

gəzməz, dizə qədər olan çəkmələr geyinərlər. Türklər tezdən qalxaraq işlərinə 

er

kən başlayarlar. Serb, rum və bolqarların əksinə olaraq türklər, evlərinin özlə-



rinə aid olan hissəsində heyvan saxlamazlar. Heç bir türk yaxşıca yuyunmadan 

ev

dən  çıxmaz,  bir  heyvanın  toxunduğunu  yeməz,  bir  toyuq  kəsmək  istədikdə 



onu bir müddət təmiz qida ilə bəsləyərlər. Mərhəmət sahibi olan türklər, hərbdə 

məcbur qaldıqda insan öldürər. Təbiət etibarilə sakit olmasına və əməklə sərt-

ləşməsinə baxmayaraq türklər şeir qabiliyyəti yüksək, elmə meyilli insanlardır.” 

Səyyah türklərin əxlaqi baxımdan da balkanlardan üstün olduqlarını belə qeyd 

edir: “Os

manlıda gördüyüm hər iş və münasibətdə, türklərdə rumlara nisbətən 

daha çox dost

luq duyğusunun olduğunu gördüm. Türklərə rumlardan daha çox 

etimad et

dim.  Türklər  hər  yerdə  qüvvətli  cəngavər,  qənaətkar  işçi,  namuslu 

tacir, sadiq dost və himayəçilərdir. Qısacası doğru və səmimi kimsələrdir”.

881


 

 

Karamanoğullarının məğlub edilməsi və I Kosova döyüşü (1389) 

Osmanlıların Rumelidə olmasından istifadə edən Karamanoğulları 1386-

cı ildə Bəyşəhəri ələ keçirdi. Buna qarşılıq olaraq sultan I Murad böyük bir 

ordu ha


zırlayaraq Konya üzərinə hərəkət etdi. Karamanoğullarının sərkərdəsi 

Əlaəddin  bəy  qonşu  bəyliklərdən  də  kömək  istəmişdi.  1387-ci  ildə  Konya 

yaxınlığında baş verən döyüşdə Karamanoğulları məğlub edildi və Əlaəddin 

bəylə sülh müqaviləsi bağlandı. Anadolu bəyliklərinin ən güclüsü olan Kara-

manoğullarının  məğlub  edilməsindən  sonra  Osmanlıların  şöhrəti  daha  da 

artdı. 


Karamanoğullarının müttəfiqi Bosniya krallığının Uc bəyliklərindən Şahin 

paşanın başçılıq etdiyi ordu tərəfindən məğlub edilməsi Xorvat, Macar, Serb və 

Bal

kan krallarının Osmanlılara qarşı birləşmələrinə səbəb oldu. Dərhal Bolqa-



rıstana daxil olan I Murad bu ölkəni həmin ittifaqdan ayırdı. 1389-cu ildə Ko-

881


 Uzunçarşılı İ. Hakkı, Osmanlı Tarihi, I cild, səh-181-186. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə