Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə89/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   85   86   87   88   89   90   91   92   ...   314

  

181 


Həmin gecə yəni Aşura gecəsi İmam (ə) əshabını bir yerə yığıb buyurdu: 

“Mən  Allahıma  çətinliyə  və  rahatlığa  görə  şükürlər  edirəm.  Ey  Rəbbim,  bizi 

nübüv

vət şərəfi ilə əzizlədiyin üçün sənə şükür edirəm. İlahi, sən bizə eşidən 



qulaq, gö

rən göz və agah ürək verdin. İlahi, bizi sənə şükür edənlərdən qərar 

ver.” Sonra üzünü əshabına tutaraq belə buyurdu: “Mən sizdən vəfalı və sizdən 

yaxşı  əshab  tanımıram.  Öz  əhli-beytimdən  yaxşı  əhli-beyt  tanımıram.  Allah 

sizə xeyir versin. İndi isə bilin və agah olun ki, mən bu camaat haqqında ayrı 

cür gü


man edirdim. Mən elə güman edirdim ki, onlar mənə itaət edib tabe ola-

caq


lar. İndi isə o xəyal alt-üst olub. Ona görə də, öz beyətimi sizdən geri götü-

rəm və sizi öz ixtiyarınıza qoyuram. İstədiyiniz yerə gedə bilərsiniz. Çünki 



bu camaat məni axtarır və məni ələ keçirəndən sonra heç kimlə işləri olmaz.” 

İmamın (ə) bu sözlərindən sonra Zəhhaq ibn Abdullah Məşriqi İmamı və 

onun səhabələrini tərk etdi. Digər səhabələrin hamısına xeyir-dua verən İmam 

Hüseyn 



(ə) onlara cənnətdə olan yerlərini göstərdi. 

Elə  ki,  Ömər  ibn  Sədin  qoşunu  atlara  minib  döyüşə  hazırlaşdılar,  İmam 

Hüseyn 

(ə) Büreyr ibn Xəziri onlara tərəf göndərdi ki, moizə etsin. Lakin onlar 

reyrə qulaq asmayıb, onun sözlərindən faydalanmadılar. Sonra İmam (ə) özü 



atına  minib  onların  müqabilində  dayandı.  Hz.Hüseyn  (ə)  Allaha  həmd  səna 

edib  Hz.

Peyğəmbərə,  mələklərə,  digər  peyğəmbərlərə  və  mürsəllərə  salavat 

gön


dərdikdən sonra vəfasız Kufə xalqına buyurdu: “İndi bilin və agah olun, zi-

na

zadə oğlu zinazadə, yəni İbn Ziyad məni iki yol arasında qoyub; ya qılıncımı 



çəkib mübarizə meydanında vuruşum, ya da zillət paltarını əynimə geyim. Zil-

lət biz əhli-beytdən uzaqdır. Allah və Rəsulu buna razı olmaz. İndi mən sizə 

höc

cətimi tamamladım. And olsun Allaha, məndən sonra piyadanın ata mindiyi 



za

man qədər diri qalmayacaqsınız. Əgər mənə möhlət verməyib üstümə hücum 

et

səniz, mən də Allahıma təvəkkül etmişəm. Allah mənim və sizin Rəbbinizdir. 



Hər bir canlının taleyi onun qüdrəti altındadır.” Sonra İmam (ə) sözlərinə belə 

da

vam etdi: “Ey mənim Rəbbim, səmanın yağışını bu camaatdan kəs. Onlara 



elə bir qıtlıq göndər ki, Hz.Yusifin (ə) zamanında misirliləri onunla imtahan et-

din. Onlara Səqif qulamını hakim et. Qoy onlara ölümün acı şərbətini dadız-

dırsın. Çünki onlar bizi aldatdılar və bizə kömək etməkdən boyun qaçırdılar.” 

Bu xütbədən sonra İmam Hüseyn (ə) Ömər ibn Sədi yanına çağırıb buyurdu: 

“Ey Ömər, sən məni qətlə yetirmək istəyirsən və belə güman edirsən ki, bunun 

qabilində zinazadə oğlu İbn Ziyad səni Rey və Curcan məmləkətinə hakim 



təyin  edəcək.  And  olsun  Allaha,  sən  öz  məqsədinə  çatmayacaqsan  və  o  iki 

məmləkətin  təbrik  gününü  görməyəcəksən.  Sanki  mən  sənin  başını  görürəm 

Ku

fədə ağacın başına keçiriblər və uşaqlar ona daş atırlar.” 



Hz.Hüseynin 

(ə) bu sözlərindən qəzəblənən Ömər ibn Səd qoşununa tərəf 

qa

yıdıb  dedi:  “Nə  vaxta  qədər  gözləyəcəksiniz?  Hüseynə  və  onun  əshabına 



yax

şıca həmlə edin. 

Bu mənzərəni görən Hürr ibn Yezid Ömər ibn Sədə yaxınlaşaraq soruşdu: 

“Sən  Hüseynlə  müharibə  etmək  fikrindəsən?!  Ömər  dedi:  “Bəli,  and  olsun 

  



 

182 


Allaha  elə  bir  müharibə  edəcəyəm  ki,  ən  azı  başlar  və  qollar  bədəndən  ay-

rılacaq. Bu sözlərdən sonra dostlarından ayrılan Hürr ibn Yezid, İmam Hüsey-

nin 

(ə) qaldığı xeyməyə yaxınlaşaraq əllərini başına qoyub dedi: “İlahi, Sənin 

dərgahına tövbə edirəm, mənim tövbəmi qəbul et!” Sonra üzünü İmam Hüsey-

 (ə) tutaraq dedi: “Mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza ma-

ne oldum. İndi tutduğum əməlimdən peşmanam, Allah dərgahına tövbə etmək 

is

təyirəm. Görəsən tövbəm qəbul olunacaqmı? Həzrət buyurdu: Bəli, Allah sə-



nin tövbəni qəbul edəcək, düş atdan. Hürr dedi: Sənin yolunda at üstündə vu-

ruşmaq  piyada  vuruşmaqdan  daha  yaxşıdır.  İmam  (ə)  buyurdu:  “Allah  sənə 

rəhm eləsən, istədiyini et.” 

Hz.Hüseynin 



(ə) icazəsindən sonra döyüş meydanına gedən Hürr ibn Yezid 

düşmənin bir neçə əsgərini öldürdü. Bu zaman Həsin ibn Təmim üzünü Yezid 

ibn Süfyana tutub dedi: “Ey Yezid, bu həmin Hürrdür ki, sən onu öldürmək is-

təyirdin. İndi o, meydandadır, onunla mübarizəyə çıx.” Bu sözlərdən sonra Ye-

zid döyüşə çıxsa da Hürr tərəfindən cəhənnəmə vasil edildi. Bunu görən Ömər 

ibn Səd Həsin ibn Təmimə əmr etdi ki, İmamın (ə) əshabını oxa tutsunlar. Nəti-

cədə onların atlarını həlak etdilər və süvarilər piyada qaldılar. Bu vaxt Ömər 

ibn  Sədin  qoşunundan  bir  dəstə  Hürrə  həmlə  edərək  onu  şəhid  etdilər.  Onun 

ya

nına gələn İmam Hüseyn (ə) buyurdu: “Ey Hürr, doğrudan da sən adlandırıl-



dığın kimi Hürrsən. Sən dünya və axirətdə azadsan.” 

Hürrün şəhadətindən sonra meydana çıxan Büreyr ibn Xüzeyrdə Rəzi ibn 

Mun

qiz Əbdi və Kəb ibn Cabir tətəfindən şəhid edildi. 



Hürr ibn Yezidin şəhadətindən əvvəl İmamın (ə) əshabından şəhid olanla-

rın adları belədir: Nüeym ibn Əclan, İmran ibn Kəb ibn Haris Əşcəi, Hənzələ 

ibn Əmr Şeybani, Qasit ibn Züheyr, Muqsit ibn Züheyr, Kənanə ibn Ətiq Tağ-

libi, Əmr ibn Zübeyə ibn Qeys Təmimi, Zərcamə ibn Malik Tağlibi, Amir ibn 

Müs

lim Əbdi, Seyf ibn Abdullah ibn Malik Əbdi, Əbdürrəhman ibn Abdullah 



Ərhəbi Həmdani, Hübab ibn Amir Teymi, Əmr Cundui, Hulas ibn Əmr Əzdi 

Ra

sibi, Nöman ibn Əmr Əzdi Rasibi, Səvvar ibn Əbu Ümeyr Nəhmi, Əmmar 



ibn Əbu Səlamət, Əmir ibn Həmiq, Məsud ibn Həccac və oğlu Əbdürrəhman, 

heyr ibn Bişr Xəsəmi, Əmmar ibn Həssan, Müslim ibn Kəsir Əzdi, Züheyr 



ibn Süleym Əzdi, Condəb ibn Hücr Kindi, Cənadə ibn Kəb Ənsari, Salim ibn 

Əmr, Qasim ibn Həbib Əzdi, Bəkr ibn Həyy Teymi, Ümeyyə ibn Səd Tai, Ab-

dullah ibn Bişr, Bişr ibn Əmr, Həccac ibn Bədr, Qənəb ibn Əmr, Aiz ibn Mü-

cəmmi, Əsləm ibn Əmr, Müncih ibn Səhm, Səd ibn Hərs, Həsr ibn Əbu Neyzər 

və Hərs ibn Nəbhan. 

 

Vəhəb ibn Abdullah və Müslim ibn Ovsəcənin şəhadəti 

Vəhəb ibn Abdullah anasının təhriki ilə atını döyüş meydanına sürüb kafir-

lərdən bir neçəsini öldürdü. Sonra anasının yanına qayıdaraq soruşdu: “Məndən 

ra

zısanmı?” Anası belə cavab verdi: “İmamın (ə) qarşısında şəhid olmayana qə-



dər səndən razı olmaram.” Anasının bu sözlərindən sonra meydana qayıdan Və-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə