Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə85/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   81   82   83   84   85   86   87   88   ...   314

  

173 


ölü

mə verirsən? Biz sənə aman veririk və səni İbn Ziyadın  yanına aparacağıq. 

Onun səni öldürmək məqsədi yoxdur.” Müslim bərk yorulduğu üçün çarəsiz qa-

lıb bunu qəbul edərək ağlamağa başladı. Bunu görən Abdullah ibn Abbas Sələmi 

dedi: “Ey Müslim niyə ağlayırsan?” Müslim cavab verdi: “Mən özüm üçün yox, 

o məzlum Ağam Hüseyn (ə) və onun əhli-beyti üçün ağlayıram ki, bu vəfasız 

nafiqlərin hiyləsi nəticəsində öz el-obasından ayrılıb bu tərəfə gəlməkdədir.” 



Sonra üzünü İbn Əşəsə tutub dedi: “Bilirəm ki, sizin amanınıza etibar yoxdur və 

məni öldürəcəklər. Amma mənim tərəfimdən bir nəfəri İmam Hüseynin (ə) hü-

zuruna göndər ki, o Cənab kufəlilərin yalan vədlərinə aldanıb öz diyarından çıx-

masın. Qoy o məzlum İmam (ə) qərib əmisi oğlunun başına gələnlərdən xəbərdar 

olsun. Çünk

i  bilirəm  ki,  o  Həzrət  bu  gün,  ya  sabah  bu  tərəflərə  gələcək.  Ona 

desin ki, bu səfərdən geri qayıtsın.” İbn Əşəs söz verdi ki, onun vəsiyyətini ye-

rinə yetirəcək. Sonra Müslimi sarayın qapısına qədər apardı. Bu vaxt İbn Ziyadın 

səfiri  gəlib  Müslimi çağırdı.  İbn  Ziyadın hüzuruna  gəldikdə  Müslim ona  dedi: 

“Əgər  məni  öldürəcəksənsə,  onda  qoy  məclisdə  olanlardan birini özümə  vəkil 

edim  ki,  məndən  sonra  mənim  vəsiyyətlərimə  əməl  etsin.”  İbn  Ziyadın  icazə-

sindən sonra Müslim ibn Əqil məclisdə olanlardan Ömər ibn Sədə (məşhur sə-

habə Səb ibn Əbu Vəqqasın oğlu) üzünü tutub dedi: “Mənimlə sənin aranda qo-

hum


luq əlaqəsi var. Ona görə də səndən bir istəyim var. Mənim vəsiyyətimi qə-

bul et. Məlun Ömər ibn Səd ibn Ziyadın xoşuna gəlmək üçün onun sözünə qulaq 

as

madı.” Müslim dedi: ”Birincisi budur: Mənim bu şəhərdə 700 dirhəm borcum 



var. Qılıncımı və zirehimi satıb mənim borcumu ver. İkincisi: Məni öldürəndən 

son


ra İbn Ziyaddan icazə alıb bədənimi dəfn et. Üçüncüsü: İmam Hüseynə (ə) 

yaz ki, bu 

tərəfə gəlməsin. Çünki mən ona yazmışam ki, Kufə camaatı onunladır. 

man edirəm ki, buna görə də Kufəyə tərəf gəlir.” 



Sonra İbn Ziyad Bəkr ibn Həmranı çağırıb ona əmr etdi ki, Müslimi sara-

yın damına apararaq boynunu vursun. Müslim dedi: “And olsun Allaha, əgər 

mənimlə sənin aranda qohumluq əlaqəsi olsaydı, mənim qətlimə fərman  ver-

məzdin.” Müslimin bu sözü deməkdən məqsədi Ubeydullah ibn Ziyadın və ata-

sı Ziyad ibn Əbihin zinadan doğulduqlarını və onların Qureyş qəbiləsi ilə nəsil 

cəhətdən heç bir əlaqələri olmadıqlarını bildirmək idi.  

Müslim  ibn  Əqili  qəsrin  damına  aparan  Bəkr  ibn  Həmran  onu  çarıqçılar 

ba

zarına tərəf olan  yerdə saxlayıb mübarək başını bədənindən ayırdı. Məzlu-



mun başını və cəsədini qəsrin damından yerə tullayan Bəkr ibn Həmran Ubey-

dul


lahın yanına qayıtdı. Müslimin qətlindən sonra onun qulamı Rəşid Türkü və 

Müs


limin tərəfini saxlayan Əbdul-Əla Kəlbi ilə Əmarət ibn Sələxt də İbn Ziya-

dın əmri ilə şəhid edildilər. Sonra İbn Ziyad Müslim ibn Əqilin və Haninin baş-

la

rını Şama xəlifə Yezidə göndərdi. İbn Ziyadın işlərini bəyənən məlun Yezid 



ona cavab məktubu yazaraq işlərini tərif etdi. 

Zilhiccə ayının ikisində qiyam edən Müslim ibn Əqil zilhiccə ayının doq-

qu

zunda da şəhid edildi. Qəbri Kufə məscidinin kənarındadır. Anası Əlyə adlı 



kənizdir ki, Əqil ibn Əbu Talib onu Şam şəhərində almışdı. Əldə olunan məlu-

  



 

174 


mat

lara  əsasən  Müslim  ibn  Əqilin  beş  övladı  olduğu  bildirilir.  Birinci  övladı 

Ab

dullahdır  ki,  Əli  Əkbərdən  sonra  Kərbəlada  birinci  şəhid  olub.  Anası 



Hz.

Əlinin (ə) qızı Rüqəyyadır. İkinci övladı Məhəmməd Kərbəlada Abdullah-

dan sonra şəhid oldu. Məhəmməd və İbrahim adlı oğlanları isə Müslimin şəha-

dətindən sonra Kufədə şəhid edilmişlər. Tarixi mənbələrdə adı qeyd olunmayan 

on üç yaşlı qızı isə Əsəm Kufinin nəql etdiyi rəvayətə görə İmam Hüseynin (ə) 

qızları ilə birlikdə Kərbəlaya gedib. 

 

İmam Hüseynin (ə) Kərbəlaya tərəf yola düşməsi 

Hz.Hüseyn 



(ə) hicrətin 60-cı ili şəban ayının üçündə Mədinə müxaliflərinin 

şərrindən amanda qalmaq üçün Məkkəyə getdi və şəban ayının qalan hissəsini, 

ra

mazan, şəvval və zilqədə aylarını o mübarək şəhərdə keçirdi. Zilhiccə ayı daxil 



olanda İmam (ə) həcc üçün ehram bağladı. Zilhiccə ayının səkkizində Əmir ibn 

Səid ibn As xəlifə Yezidin əmrinə əsasən öz adamları ilə Məkkəyə daxil oldu. 

Xəlifənin əmrinə əsasən Əmr ibn Səid ya İmamı (ə) tutub Yezidin yanına apar-

malı, ya da qətlə yetirməli idi. Onların niyyətindən xəbər tutan İmam Hüseyn (ə) 

həcc ehramından ümrə ehramına keçib, ümrə həccinin əməllərini yerinə yetirdik-

dən sonra ehramdan çıxaraq, elə həmin gündə İraqa tərəf yola düşdü. 

İmam Hüseyn (ə) İraqa tərəf səfər etmək istəyəndə xütbə oxumaq üçün aya-

ğa qalxdı. O Allaha həmd-səna edib Peyğəmbərə (s) salavat göndərəndən sonra 

de

di: “Ölüm Adəm övladından ayrılmazdır, necə ki, cavan qadının boynu boyun-



ba

ğıdan  ayrılmazdır.  Yəqub  (ə)  oğlu  Yusifi  görmək  arzusunda  olduğu  kimi, 

məndə  dünyadan  gedənlərimi  görmək  arzusundayam.  Mənim  üçün  bir  qətlgah 

təyin olunub ki, gərək mən ora gedəm. Elə bil ki, səhrada canavarların mənim 

bədənimi parçaladığını öz gözlərimlə görürəm. Yəni Kufənin qoşunları mənim 

bədənimi Nəvavis və Kərbəla arasında parça-parça edəcəklər. Qəza və qədər ya-

zılan  gündən  qaçmaq  olmaz.  Biz  əhli-beyt  Allahın  qəzasına  razı  olmuşuq  və 

onun bəlalarına  səbr  etmişik. Allah səbr edənlərin muzdunu  bizə verəcək. Rə-

sulullahın bədəninin parçası ondan uzaq düşməz və cənnətdə onunla birləşəcək. 

Rəsulullahın gözü onu görməklə nurlanacaq və onun verdiyi vədə düz olacaqdır. 

İndi hər kəs bizim yolumuzda canından keçməyə hazırdır mənimlə köç etsin.” 

İmam Sadiqdən (ə) belə nəql edilir: “Hz.Hüseyn (ə) Məkkədən gedən günün 

ax

şamı qardaşı Məhəmməd ibn Hənəfiyyə (Hz.Əlinin (ə) Xavlə binti Cəfər əl-Hə-



nəfiyyə adlı xanımla izdivacından dünyaya gəlmişdir) o Həzrətin yanına gəlib ərz 

etdi: “Qardaş, Kufə əhli həmin şəxslərdir ki, vaxtilə sənin atana və qardaşına qarşı 

hiylə işlətdilər. Mən qorxuram ki, sənə qarşı da o cür rəftar etsinlər. Əgər Mək-

kədə  qalmaq  qərarına  gəlsən  yaxşı  olar,  çünki  bura  Allahın  hərəmidir. Burada 

əziz  və  şərəfli  olarsan.”  İmam  (ə)  buyurdu:  “Qardaş,  mən  qorxuram ki, Yezid 

məni Məkkədə şəhid etsin və bu səbəbdən bu evin hörməti aradan getsin.” (Vax-

tilə Hz.Əli (ə) da Yezidin atası Müaviyə ibn Əbu Süfyanın şərrini Mədinədən kə-

nar etmək üçün Kufəyə getmişdir.) Məhəmməd dedi: “Əgər belədirsə, onda Yə-

mənə tərəf get, yaxud səhraya yollan heç kim səni ələ keçirə bilməz.” İmam (ə) 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə