Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə84/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   80   81   82   83   84   85   86   87   ...   314

  

171 


hına  apardı.  O  Həzrətin  əhli-beyti  onun  yerinə  layiqli  idilər.  Lakin  bir  dəstə 

adam bizdən irəli keçib haqqımızı əlimizdən aldılar. Biz fitnə düşməsin və qan-

lar axmasın deyə sükut etdik. İndi bu məktubu sizə yazıb sizi Allaha və Pey-

ğəmbərə  tərəf  çağırıram.  Həqiqətən  şəriət  və  Peyğmbərin  (s)  sünnəti  məhv 

olub

dur. Əgər mənim dəvətimi qəbul edib əmrimə itaət etsəniz, sizi zəlalət yo-



lun

dan qaytarıb düz yola hidayət edərəm.” Sonra məktubu Süleyman Əbu Rə-

zinə verən İmam Hüseyn (ə) onu Bəsrə böyüklərinə çatdırmağı əmr etdi. İmam 

Hüseynin 



(ə) məktubu Bəsrədə Münzir ibn Caruda yetişəndə o, qorxdu ki, bu 

məktub  Ubeydullah  ibn  Ziyadın  məkrlərindən  biri  ola.  İstəyir  ki,  camaatın 

fikrini öyrənib, sonra da onları cəzalandırsın. Münzirin qızı Bəhriyyə Ubeydul-

lah ibn Ziyadın arvadı idi. Buna görə də Münzir məktubu onu gətirənlə birlikdə 

Ubey

dullahın yanına apardı. Məktubu oxuyub Süleyman Əbu Rəzini edam et-



di

rən  Ubeydullah  ibn  Ziyad  Bəsrədə  minbərə  çıxıb  camaatı  hədələdi.  Sonra 

qar

daşı Osman ibn Ziyadı öz yerində qoyub Kufəyə getdi. 



 

Müslim ibn Əqilin Kufəyə gəlməsi və camaatın onunla beyəti 

İmam  Hüseynin  (ə)  əmrinə  əsasən  Kufə  səfərinə  hazırlaşan  Müslim  ibn 

Əqil, rəvayətlərə əsasən ramazan ayının ortalarında Məkkədən çıxdı və şəvval 

ayının beşində Kufəyə çatdı. Əvvəlcə Mədinəyə gələn Müslim ibn Əqil Pey-

ğəmbər məscidində namaz qılıb Hz.Peyğəmbərin (s) qəbrini ziyarət etdi. Sonra 

evinə gedərək əhli-əyalı ilə vidalaşıb Qeys qəbiləsindən olan iki nəfərlə Kufəyə 

tərəf yola düşdü. Lakin yolda iki bələdçinin ölümündən sonra bütün çətinliklə-

rə sinə gələn Müslim özünü Məziq ərazisində olan suya çatdırdı. Oradan Qeys 

ibn Müsəhhərin vasirəsilə İmam Hüseynə (ə) məktub yazaraq bu işdən geri çə-

kil


diyini bildirdi. İmam Hüseyn (ə) onun istefasını qəbul etməyib Kufəyə doğ-

ru hərəkət etməyi əmr etdi. İmamın (ə) məktubu Müslim ibn Əqilə çatan kimi 

dərhal Kufəyə doğru hərəkət etdi. Kufəyə gələn Müslim ibn Əqil Muxtar ibn 

Ubeydə əs-Səqəfinin evinə sığındı. Məşhur tarixçi Məhəmməd ibn Cərir ət-Tə-

bərinin rəvayətinə görə isə Kufəyə gələn Müslim ibn Əqil Müslim ibn Ovsə-

cənin  evinə  sığınmışdır.  Bundan  xəbər  tutan  Kufə  əhli  dəstə-dəstə  Müslimin 

ya

nına gedərək İmam Hüseynin (ə) adından ona beyət edirdilər. On səkkiz min 



nəfərin beyətindən sonra Müslim İmama (ə) məktub yazaraq onun Kufəyə gəl-

məyini məsləhət gördü. 

Müslimin Kufəyə  gəlməsinin və Kufəlilərin ona beyət etmələrinin xəbəri 

Ku

fəyə  yayılandan  sonra  şəhərin  valisi  Nöman  ibn  Bəşir  camaatı  hədələyib 



cəzalandıracağını bildirdi. Camaatdan tələb etdi ki, Müslimdən əl çəksinlər və 

onun yanına get-gəl etməsinlər. Bəni Ümeyyə tərəfdarlarından olan Abdullah 

ibn Müslim Rəbiə Nömanın zəifliyini görüb xəlifə Yezidə məktub yazaraq Ku-

fədə baş verənləri ona çatdırdı. Bundan əlavə Ömər ibn Səd və başqaları da bu 

məzmunda məktub yazaraq Yezidi Kufə hadisələrindən xəbərdar etdilər. Kufə-

də baş verən hadisələrdən xəbər tutan xəlifə Yezid qulamı Sərcunun məsləhəti 

ilə Bəsrənin hakimiyyətindən əlavə, Kufənin də hakimiyyətini Ubeydullah ibn 

  



 

172 


Zi

yada verərək ona belə bir məktub yazdı: “Ey ibn Ziyad, mənim tərəfdarlarım 

Ku

fədən mənə yazıblar ki, Əqilin oğlu Müslim Kufəyə daxil olub və Hüseyn 



üçün qoşun yığır. Elə ki, mənim məktubum sənə yetişdi, yubanmadan Kufəyə 

get və nəyin bahasına olursa-olsun İbn Əqili ya zindana sal, ya da Kufədən çı-

xart. Yezidin məktubuna əsasən Kufəyə doğru hərəkət edən ibn Ziyad qardaşı 

Os

manı öz yerində Bəsrə hakimliyinə canişin təyin etdi. Kufəyə daxil olan ibn 



Zi

yad minbərə çıxıb Kufəliləri hədələyərək onları Yezidə qarşı üsyan etmək-

dən çəkindirdi. 

İbn Ziyadın Kufəyə gəldiyini öyrənən Müslim Muxtarın evindən çıxıb Ha-

ni

nin evinə sığındı. Gizli şəkildə Haninin evinə gələn Kufəlilər Müslimə beyət 



edir

dilər.  Müslimin  harada  olduğunu  bilməyən  İbn  Ziyad  onun  yerini  öyrən-

mək üçün casuslar təyin etdi. Sonda ibn Ziyad qulamı Məqəlin vasitəsilə Müs-

li

min Haninin evində olduğunu öyrəndi. İbn Ziyad Məhəmməd ibn Əşəs, Həs-



san ibn Əsma ibn Xaricə, Əmr ibn Həccac və Haninin qayınatasının vasitəsilə 

onu öz hüzuruna gətizdirdi. Haninin vasitəsilə Müslim ibn Əqili ələ keçirmək 

is

təyən İbn Ziyad, istəyinə nail olmadıqda onu şəhid etdirdi. Haninin şəhid ol-



du

ğunu  öyrənən  Müslim  və  tərəfdarları  döyüş  hazırlığına  başladı.  İbn  Ziyad 

qorxusundan “Darul-

İmarə” sarayına pənah aparıb onun qapılarını bağlatdırdı. 

Sa

rayda ibn Ziyadla birlikdə əlli nəfər oxçu qalmışdı. Kəsir ibn Şəhabı yanına 



ça

ğıran ibn Ziyad ona dedi: “Sənin Məzhic qəbiləsində çoxlu dostların var. Sa-

raydan ç

ıxaraq onları Yezidin verəcəyi əzabdan qorxut və Müslimə kömək et-

məkdən  çəkindir.  Məhəmməd  ibn  Əşəsi  Kində  qəbiləsinə  göndərib  onlara 

aman verəcəyini bildirdi. Qəqa Zühəlinin, Şibs ibn Rəbinin, Həccac ibn Cəbri-

nin, Şimr ibn Zilcövşənin səyləri ilə yanaşı Şam ordusunun yaxınlaşdığını öy-

rənən vəfasız Kufə camaatı Müslimin ətrafından dağılmağa başladılar. Şam na-

ma

zından sonra Müslimin ətrafında yalnız otuz nəfər qalmışdı. Müslim kufəli-



lərin vəfasızlığını görüb məsciddən çıxmaq istəyəndə Kində qapısına çatmamış 

onunla on nəfər qalmışdı. Az sonra onu on nəfərdə tərk etdi. Təhna qalan Müs-

lim ibn Əqil Bəni Bəcilə qəbiləsindən olan Tovənin evinə sığındı. Bundan xə-

bər tutan Tovənin oğlu Bilal İbn Ziyadın qapısına gəlib Müslimin xəbərini Mə-

həmməd ibn Əşəsin oğlu Əbdürrəhmana verdi. (Sonralar əməvi xəlifəsi Əbdül-

məlik ibn Mərvanın (685-705) xilafəti dövründə 701-703-cü illərdə üsyan edən 

Əbdürrəhman ibn Məhəmməd Kufə valisi Həccac ibn Yusif tərəfindən öldürül-

müşdür.) Baş verənlərdən xəbər tutan ibn Ziyab Əbdürrəhmanın atası Məhəm-

mədə əmr etdi ki, dərhal Müslimi onun hüzuruna gətirsin. 

Əllamə Məclisi “Cəlalul-uyun” kitabında yazır: “Elə ki, Müslim atların ayaq 

səslərini eşitdi, başa düşdü ki, onun dalınca gəliblər və dedi: 

“İnna lillah və inna 

ileyhi raciun.”

248

 

Sonra onlara hücum  edərək 45 nəfəri cəhənnəmə vasil  etdi. 



Sonda  Bəkr  ibn  Həmran  onun  mübarək  üzünə  qılıncı  vurdu.  İbn  Əşəs  onu 

asanlıqla ələ keçirə bilməyəcəyini görüb dedi: “Ey Müslim ibn Əqil, niyə özünü 

248

“Bəqərə” surəsi, ayə-156. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə