Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə80/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   76   77   78   79   80   81   82   83   ...   314

  

163 


uşaqlarını onların atalarına nisbət verərlər. Yalnız Fatimənin övladları müstəs-

nadır və mən onların atasıyam.” 

Hz.

Əli (ə) Siffeyn döyüşündə Həsən (ə) Müaviyə ilə döyüşə can atanda buyur-



du: 

“Həsənin qarşısını alın, qoymayın döyüş meydanına getsin. Çünki mən qor-

xuram ki, Həsən və Hüseyn öldürülsün və Hz.Peyğəmbərin (s) nəsli kəsilsin.”

229


 

Bəzi əhli-sünnə alimlərinin kitablarında rəvayət olunub ki, Hz.Peyğəmbər (s) 

Həsən və Hüseynin əllərindən tutub səhabələrin toplaşdığı bir yerdə dedi: “Ey 

camaat, bu iki nəfəri və onların ata-anasını özünə dost tutan adam qiyamət gü-

nün

də mənimlə cənnətdə olacaq.”



230

 

İbn Şəhr Aşub Salman Farisidən belə nəql edib: “İmam Hüseyn (ə) Hz. Pey-



ğəmbərin (s) dizi üstündə oturmuşdu. Həzrət onu öpüb deyirdi: “Sən ağa oğlu 

ağasan. Ağaların atasısan. Sən İmam oğlu İmamsan və imamların atasısan. Sən 

Hüc

cət  oğlu  Hüccət  və  Allahın  Hüccətlərinin  atasısan.  Sənin  belindən  doqquz 



İmam dünyaya gələcək və onların doqquzuncusu Ali Muhəmmədin Qaimidir.”  

 

İmam Hüseynin (ə) şəhadəti haqqında hədislər 

Şeyx Cəfər ibn Qövliveyh Salman Farisidən rəvayət edir: “Asimanda elə 

bir 

mələk  qalmadı  ki,  İmam  Hüseynin  (ə)  müsibəti  üçün  Hz.Peyğəmbərə  (s) 



baş sağlığı verməsin. Mələklər o Həzrətə İmam Hüseynin (ə) şəhadəti ilə əlaqə-

dar Allahın ona əta etdiyi savabdan xəbər verdilər. Hər bir mələk Həzrətin (s) 

hüzu

runa gələndə İmam Hüseynin üzərində zülm və sitəmlə öldürüləcəyi tor-



paq

dan onun üçün gətirirdi. Hər kəs gələndə Peyğəmbər (s) buyururdu: “İlahi, 

seyni xar edəni xar et. Hər kəs Hüseynə kömək etməsə, Allah ona kömək et-



məsin.  İlahi, onu öldürəni öldür. Hər kəs onun  başını kəssə onun başını kəs. 

İlahi, onları arzularına çatdırma.” 

Digər bir rəvayətdə İmam Sadiqdən (ə) nəql edilir ki, İmam Sadiq (ə) bu-

yur


du: “Bir gün İmam Hüseyn (ə) Hz.Peyğəmbərin (s) qucağında oturmuşdu. 

Həzrət onunla oynayıb onu güldürürdü. Aişə dedi: “Ya Peyğəmbər, bu uşağı nə 

çox istəyirsən?!” Həzrət buyurdu: “Vay olsun sənə! Necədə mən onu istəmə-

yim və ondan xoşum gəlməsin? Halbuki bu balamı mənim ümmətim öldürə-

cək. Hər kəs onun şəhadətindən sonra onu ziyarət etsə Allah onun üçün mənim 

həccim kimi bir həcc yazar.” Aişə təəccüblənərək soruşdu: “Sənin həccin kimi 

bir həcc?”. Hz.Peyğəmbər (s) buyurdu: “Hətta iki həcc.” Aişə yenə təəccüblə 

dedi: “İki həcc?” Hz.Peyğəmbər (s) buyurdu: “Hətta dörd həcc.” Aişə hey təəc-

cüb edir, Hz.

Peyğəmbər (s) də həccin sayını artırırdı. Axırda bu yerə yetişdi ki, 

Hz.Pey

ğəmbər (s) buyurdu: “Mənim həccim kimi 90 həcc və hər bir həcc ilə 



üm

rə də yazacaq.” 

Digər bir hədisdə isə İmam Sadiqdən (ə) belə nəql edilir: “Cəbrail (ə) Mu-

həmmədə (s) nazil olub dedi: ey Muhəmməd! Allah səni Fatimənin (ə) dünyaya 

229

Vəqətu-Siffeyn, səh-113; İbn Əbil Hədid, Nəhcül-bəlağnin şərhi, XI cild, səh-25, xütbə 200. 



230

Tir


mizi, “Mənaqib” 21. 

  

                                                           




 

164 


gətirəcəyi bir oğlan övladı ilə müjdələyir, amma ümmətin səndən sonra onu öl-

rəcəklər. Peyğəmbər (s) dedi: ey Cəbrail! Rəbbimə salam de və Fatimənin (ə) 



belə dünyaya gətirəcəyi və məndən sonra ümmətimin öldürəcəyi uşağa ehtiya-

cım yoxdur. Cəbrail (ə) qalxdı və bir azdan nazil olaraq həmin xəbəri təkrar etdi. 

Pey

ğəmbər (s) bayaq dediyi cavabı təkrarladı. Cəbrail (ə) bu dəfə də qalxıb bir 



az

dan yenidən gəldi və dedi: ya Muhəmməd! Rəbbin sənə salam deyir və salam-

dan  sonra  belə  müjdələyir:  O  uşaq  sənin  zürriyyətin  içərisində  İmam,  Vəli  və 

Vəsi olacaqdır. Peyğəmbər (s) buyurdu: indi razı oldum. Sonra O, Fatimənin (ə) 

evi

nə sifariş yollayıb ona dedi: Allah məni dünyaya gətirəcəyin bir oğlanla müj-



dələdi. Amma məndən sonra onu ümmətim öldürəcəkdir. Fatimə (ə) Peyğəmbə-

 (s) sifariş yollayaraq dedi: mənim dünyaya gətirəcəyim və səndən sonra öldü-

ləcək belə uşağa ehtiyacım yoxdur! Peyğəmbər (s) ona sifariş yollayıb dedu: 



Allah  onu  İmam,  Vəli  və  Vəsi  edəcəkdir.  Bundan  sonra  Fatimə  (ə)  buna  razı 

oldu. Bununla əlaqədar olaraq Allah bu ayəni nazil etdi: “Biz insana ata-ana-



sına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziy-

yətlə doğmuşdur. Onun daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nə-

hayət kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: Pərvərdigara! 

Mənə mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə 

xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməli saleh et. Mən 

sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam.”

231

 

İmam (ə) buyurdu: Onun, “mənim zürriyyətimi də salehlərdən et” deməsi, 



zür

riyyətinin hamısının imam olmasına səbəb oldu. Hüseyni (ə) nə Fatimə (ə) 

nə də digər qadınlardan heç kimsə əmizdirməmişdir. Peyğəmbər (s) gəlib şəha-

dət barmağını onun boğazına salmış və Hüseyn (ə) üç gün ondan qidalanmış-

dır. Beləliklə də Hüseynin (ə) əti-qanı Peyğəmbərin (s) əti-qanından əmələ gəl-

mişdir. O, altı aylıq doğulmuşdur.”

232

  

Digər bir hədisdə deyilir: “Hüseyn ibn Əli (ə) doğulan zaman onu Peyğəm-



bərin (s) yanına gətirdilər. Həzrət dilini onun ağzına saldı. Hüseyn (ə) onun di-

li

ni qəbul edib ondan qidalandı. Səfiyyə deyir: mən elə güman etdim ki, Pey-



ğəmbər (s) ona bal və yaxudda süd yedizdirdi. Hüseyn (ə) onun üstünü sidiklə 

ba

tırdı. Peyğəmbər (s) onun alnından öpdü, sonra da mənə qaytardı. Bu zaman 



o, ağladı və dedi: Allah sənin qatillərinə lənət etsin ay oğlum! O, bunu üç dəfə 

təkrar etdi. Dedim: Atam-anam sənə qurban ey Allahın Rəsulu! Onu kim qətlə 

ye

tirəcək?  Həzrət  buyurdu:  onu  Bəni  Ümməyyədən  olan  azğınlar  qətlə  yeti-



rəcəklər. Allah onlara lənət etsin!”

233


  

İbn Abbasdan belə bir rəvayət nəql edilir: “Hüseyn ibn Əli (ə) cümə günü do-

ğulduqda Allah Cəhənnəmin gözətçisinə vəhy etdi ki, Muhəmmədin (s) oğlunun 

231


 əl-Əhqaf-15. 

232


Şeyx  Kuleyni,  Üsuli-Kafi,  I  cild,  səh-280-281,  hədis-1264;  Əllamə  Hairi, Dairətul-Məarif, 

VIII cild, səh-244-245-246. 

233

Əllamə Hairi, Dairətul-Məarif, VIII cild, səh-247-248. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə