Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə76/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   72   73   74   75   76   77   78   79   ...   314

  

155 


irəliləyib əhalini cizyə verməyə məcbur etmişdir. Lakin onun geri qayıtmasın-

dan sonra burada yenidən üsyanlar başlamışdır. 

Abdullah ibn Əmir tərəfindən Hind sərhədlərinə göndərilən Abdullah ibn 

Səvvar hindlilərə qarşı bir çox səfərlər edərək xeyli qənimət ələ keçirsə də bu 

bölgədə öldürülmüşdür.

211


 

665-


ci ildə Abdullah ibn Əmr Bəsrə valiliyindən alındıqdan sonra onu Ziyad 

ibn Əbihi əvəz etmişdir. Ziyad ibn Əbihi əvvəllər Hz.Əli (ə) və Hz.Həsənin (ə) 

tərəfində idi. Lakin Müaviyənin tərəfinə keçən Ziyad ibn Əbihi Bəsrədə Hz.Əli-

nin 



(ə) tərəfdarlarına təzyiq göstərməyə başladı. Muğeyrə ibn Şöbənin vəfatından 

sonra  Kufə  valisi  təyin  edilən  Ziyad,  Ərəbistan  və  İranın  daxil  olduğu  şərq 

vilayətinin ümumi valisi oldu. İdarə etdiyi ərazilərdə dörd min nəfərlik cəsusla 

Hz.


Əli (ə) tərəfdarlarını təqib edərək, Əməvilərin nüfuzunu qorumuşdur.

212


 

671-676-


cı illər arasında Əfqanıstan və Türküstana səfərlər edən əməvilər 

Ka

bil  və  Buxaranı  alaraq  orada  islamı  yaymağa  çalışdılar.  Hindistan  üzərinə 



gön

dərilən Muhəlləb ibn Əbu Sufra Multan və Kabil bölgələrinə qədər irəlilə-

mişdir. 

Şimal bölgəsinin idarəsi Xıms valisi Əbdürrəhman ibn Xalid ibn Vəlidin 

əlində idi. Onun qazandığı uğurları görən Müaviyə ibn Əbu Süfyan miladi ta-

rixi ilə 666-cı ildə (hicri 46) onu zəhərləyərək öldürdü.

213

 

667-



ci ildə Gur dağlarına qədər irəliləyən Həkəm ibn Əmr Muhəlləb ibn 

Əbu Sufranın köməyi ilə xeyli qənimət ələ keçirmişdir. 

674-

cü  ildə  Xorasan  valisi  təyin  edilən  Ubeydullah  ibn  Ziyad  Nəsəf  və 



Bəykənd şəhərlərini ələ keçirdikdən sonra Türkləri məğlub edib xeyli qənimət 

ələ keçirmişdir. 675-ci ildə Bəsrə valisi təyin edilən Ubeydullah qısa müddət 

son

ra yenidən Xorasan valisi təyin edilmişdir. 



 

2. 

Anadolu və İstanbul səfərləri 

Müaviyənin  xilafəti  dövründə  Şimali  Afrika  və  Şərqə  səfərlər  edilməklə 

bərabər Bizansın əlində olan Anadoluya da səfərlər edilirdi. Bizans imperatoru 

II Konstantinin ölkədə olmamasından istifadə edən Müaviyə 663-cü ildə Ana-

do

luya səfər edərək Kadıköyə qədər gəlmişdir. Bundan bir il sonra Anadoluya 



ye

nidən  səfər  edən  Əməvilər  Busr  ibn  Ərtatın  başçılığı  ilə  Üsküdara  qədər 

irəliləyib xeyli qənimət ələ keçirdilər. 

Növbəti dəfə Süfyan ibn Ovfun başçılığı altında İstanbul üzərinə böyük bir 

or

du təşkil edən Müaviyə ibn Əbu Süfyan bu səfəri qabaqcadan elan etmişdir. 



Bu  orduda  məşhur  səhabələrdən  Abdullah  ibn  Abbas,  Abdullah  ibn  Zübeyr, 

Əbu  Əyyub  Ənsari  kimi  şəxslər  olmuşdur. 670-ci  ildə  (hicri  50)  edilən  bu 

səfərdə  İstanbul  uzun  müddət  mühasirə  olunsa  da  fəth  edilməmişdir.  Səfər 

211


Tarixi ibn Əsir, III cild, səh-436-438. 

212


Tarixi-

Yəqubi, II cild, səh-218. 

213

Tarixi ibn Əsir, III cild, səh-453. 



  

                                                           




 

156 


əsnasında  Əbu  Əyyub  Ənsari  vəfat  etmiş  və  Eyup  adlı  məntəqədə  dəfn 

edilmişdir.

214

 

Müaviyə ibn Əbu Süfyan valiliyi zamanında başladığı dəniz səfərlərinə on 



i

l ara verdikdən sonra yenidən başlayıb Kipr, Rados və Egey adalarını ələ ke-

çir

dikdən sonra eyni donanmanı Mərmərəyə göndərərək Qapıdağ yarımadasını 



da  ələ  keçirmişdir.  672-ci  ildə  (hicri  52)  isə  Çukurova  sahillərinə  donanma 

gön


dərərək  İzmiri  zəbt  etmişdir.  673-cü  ildə  (hicri  53)  Müaviyə  ibn  Xudeyc 

Sey


sil adasını fəth etmişdir. 674-cü ildə (hicri 54) İslam donanması yenidən İs-

tan


bulu mühasirəyə almış və bu mühasirə 678-ci ilə qədər davam etsədə yenə 

də İstanbul müsəlmanlar tərəfindən fəth edilməmişdir.

215

 

 



3. 

Şimali Afrikanın fəthi 

Şimali Afrikaya vali təyin edilən Uqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə 

ya

naşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qayra-



va

nı  inşa  etdirmişdir.  Uqbə  valiliyi  zamanında  özünə  mərkəz  olaraq  Bərqanı 

seç

mişdir.  



Bundan  əvvəl  Abdullah  ibn  Səd  Bizansın  Şimali  Afrika  valisini  məğlub 

edərək Tablusqərbi (indiki Tripoli) ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi 

or

du isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır.  



Uqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-

ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbul Mühaciri bu bölgəyə vali təyin et-

mişdir. Uqbə ibn Nafe Şama gəldikdə Müaviyə söz verdi ki, yenidən onu Şi-

mali Afrikaya vali təyin edəcək. Lakin o, Müaviyənin ölümünə qədər Şamda 

qal

mışdır. Yezid ibn Müaviyənin dövründə Uqbə ibn Nafe yenidən Şimali Af-



ri

kaya vali təyin edilmişdir. Qayravana gələn Uqbə Əbul Mühaciri həbs edərək 

ye

rinə Zuheyr ibn Qaysı vəkil təyin etmişdir. Sonra böyük bir ordu ilə qərbə 



doğru irəliləyən Uqbə ibn Nafe bu bölgədəki Bizans əsgərləri ilə bərabər onlara 

yar


dım  edən  Bərbəriləri  də  məğlub  edərək  Tahərtə  qədər  irəliləmişdir.  Daha 

son


ra okean sahillərinə çatan Uqbə ibn Nafe atını dənizə sürüb belə demişdir: 

“Ya Rəbb! Şahid ol ki, əgər qarşıma dəniz çıxmasaydı İsmi-Cəlalını çox uzaq-

lara götürərdim.” 

Uqbə ibn Nafe Qayravana döndükdən sonra bərbərilər Quseylə ibn Kəmrə-

min başçılığı ilə üsyan etdilər. Həmin vaxt həbsdən azad edilən Əbul Mühacir-

də Uqbə ilə bərabər Qayravanı müdafiə etməyə çalışdı. Lakin baş verən döyüş-

də Uqbə ilə birlikdə Əbul Mühacirdə şəhid olmuşdur. Onların ölümündən son-

ra  Zuheyr  ibn  Qays  bərbərilərin  qarşısında  dayana  bilməyib  Qayravanı  tərk 

edərək Bərqaya gəlmişdir.

216


 

 

214


Tarixi ibn Əsir, III cild, səh-458-459; İbn Kəsir, Əl-bidayətu vən-nihayə, VIII cild, səh-32. 

215


İslam tarixi, Nuri Ünlü, səh-163, İstanbul-1997. 

216


Tarixi ibn Əsir, IV cild, səh-105-108; İbn Cavad Əfdaluddin, İslam tarixi, səh-218-220. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə