Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə90/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   86   87   88   89   90   91   92   93   ...   314

  

183 


həb 19 süvari və 12 piyadanı qətlə yetirdi və sonda onun hər iki əlini kəsdilər. Bu 

mənzərəni  görən  anası  döyüş  meydanına  gedərək  dedi:  “Ey  Vəhəb,  nə  qədər 

qüd

rətin var, Hz.Peyğəmbərin (s) hərəmini düşməndən qoru.” İmamın (ə) göstə-



ri

şi ilə qadın geri qayıtdıqdan sonra Vəhəb döyüş meydanında şəhid oldu. 

Vəhəb ibn Abdullahın şəhadətindən sonra Müslim ibn Ovsəcə döyüş mey-

dan


ına getdi. Bütün qüvvəsi ilə vuruşduqdan sonra atdan yerə düşdü. Bu vaxt 

İmam Hüseyn (ə) və Həbib ibn Məzahir onun yanına gəldilər. İmam (ə) Müsli-

min  bağışlanmasını  Allahdan  istəyib  bu  ayəni  oxudu: 

“Onların  bəziləri  öz 

əhdlərinə vəfa etdilər (şəhid oldular) və bəziləri şəhadətə yetişmək üçün in-

ti

zar çəkirlər, onlar əhdlərinə vəfa edib sözlərindən dönmədilər.”

254

 

Həbib 



irəli gəlib dedi: “Sənin ölümün mənim üçün çətindir, amma şəhid olub cənnətə 

get


diyinə görə səni təbrik edirəm. Müslim zəif səslə dedi: “Allah səni sevindir-

sin. Sonra İmam Hüseynə işarə edib Həbibə dedi: “O həzrətə kömək etməyi və 

onun yolunda vuruşub şəhid olmağı sənə vəsiyyət edirəm. Bu sözlərdən sonra 

Müs


lim şəhadətə qovuşdu. Onun qatili Müslim Zübabi və Əbdürrəhman Bəcə-

lidir. 


Müs

limdən sonra döyüş meydanına gedən Əmr ibn Qurtə də şəhadət şərbə-

tini içdi. 

 

Həbib ibn Məzahir və Səid ibn Abdullahın şəhadəti 

Həsin ibn Təmimin döyüş meydanında olduğunu görən Həbib ibn Məzahir 

irəli gedərək onu lənətlədi. Bu vaxt Həsin və adamları Həbibə hücum etdilər. 

Bəni  Təmim  qəbiləsindən  olan  Büdeyl  ibn  Süreym  ona  həmlə  edib  qılıncla 

onun başına vurdu. Həmin qəbilədən olan digər bir şəxs isə nizə ilə vurub Hə-

bi

bi atdan saldı. Həsin ibn Təmim qılıncı Həbibin başına vurub onu şəhid etdi. 



Sonra 

atdan düşərək onun başını bədənindən ayırdı. 

Bu arada namaz vaxtı olduğu üçün İmam Hüseyn (ə) Züheyr ibn Qeynə və 

Səid ibn Abdullaha buyurdu: “Mənim qarşımda dayanın ki, zöhr namazını qı-

lım.” Onlar İmamın göstərişinə əsasən özlərini düşmənlərin oxlarına və nizələ-

rinə hədəf qərar verdilər. İmam (ə) əshabın yarısı ilə zöhr namazını xof namazı 

ki

mi (iki rükət) qıldı. Bu vaxt Səid ibn Abdullah qılınc, nizə və ox zərbələri nə-



ti

cəsində yıxılaraq dedi: “İlahi, bu camaata Ad və Səmud tayfalarına lənət etdi-

yin kimi lənət et. Ey mənim Rəbbim, mənim salamımı Peyğəmbərə yetir. Mənə 

ye

tişən bu qılınc və ox yaralarının ağrısını ona bəyan et.”Səid bu sözləri deyib 



şəhadətə qovuşdu. 

 

Züheyr ibn Qeynin, Nafe ibn Hilalın, Əbdürrəhman və Abdullah Qifa-



ri

nin şəhadəti 

Səid  ibn  Abdullahın  şəhadətindən  sonra  döyüş  meydanına  gedən  Züheyr 

ibn Qeyn, Məhəmməd ibn Əbu Talibin nəql etdiyinə görə düşmən dəstəsindən 

254


“Əhzab” surəsi, ayə-23. 

  

                                                           




 

184 


12 nəfəri cəhənnəmə göndərdi. Bunu görən Kəsir ibn Abdullah Şuəbi, Mühacir 

ibn Ovs Təmimi ilə birlikdə həmlə edərək onu şəhid etdilər. Züheyr yıxılanda 

İmam (ə) buyurdu: “Allah səni öz nəzərindən uzaq etməsin və səni öldürənlərə 

lənət etsin.” 

Züheyrin şəhadətindən sonra Nafe ibn Hilal döyüş meydanına gedərək dö-

yüşməyə başladı. Şimr ibn Zilcövşənin adamları onun qolunu sındırıb əsir ola-

raq Ömər ibn Sədin yanına apardılar. Ömər ibn Səd dedi: “Vay olsun sənə ey 

Nafe! Səni nə vadar etdi ki, özünə rəhm etmədin?” Nafe dedi: “Allah bilir ki, 

mən nə iradə etmişəm və özümü sizinlə müharibə etdiyimə görə məzəmmət et-

mi

rəm. Əgər mənim qollarım salamat olsaydı məni əsir edə bilməzdilər.” Ömə-



rin əmri ilə Şimr onu öldürmək istəyəndə Nafe dedi: “And olsun Allaha, əgər 

sən müsəlman olsaydın Allahın dərgahına bizim qanımıza bais olduğun halda 

gəlməyin sənə ağır gələrdi. Şükr olsun Allaha, bizim ölümümüzü öz məxluqun-

dan ən pis və rəzil olanın əlində qərar verib.” Bu sözlərdən sonra Şimr onu şə-

hid etdi. 

İmam Hüseynin (ə) əshabının çoxu şəhid olandan sonra Urvə Qifarinin oğ-

lan

ları Abdullah və Əbdürrəhman da mərdlik göstərərək şəhid oldular. 



 

Hənzələ  ibn  Əsəd  Şibaminin,  Şuzəbin,  Abbasın  və  Əbu  Şəsə  Bəhdəli 

Kin

dinin şəhadəti 

Hənzələ ibn Əsəd İmamın qarşısında dayanıb, onu atılan oxlardan və nizə-

lərdən qoruya-qoruya düşmənlərə nida edib deyirdi: “Ey camaat, qoruxuram ki, 

siz Allahın əzabına düçar olasınız və qorxuram ki, keçmiş ümmətlərə yetişən 

əzab sizə də yetişsin. Nuh, Ad, Səmud və onlardan sonra küfr yolu ilə gedən 

tay


falara yetişən əzab sizə də nazil olsun. Ey camaat, Allah bəndələrinə zülm 

et

mək istəmir. Mən sizə görə qiyamət günündən qorxuram. Ey camaat, Hüsey-



ni öldürməyin. Allah sizi ona görə məhv edəcək. Hər kəs Allaha iftira və böh-

tan atsa, Allahın rəhmətindən uzaq düşər.” Hənzələ bu sözlər ilə Ali Firondan 

olan mömin kişinin onlara etdiyi nəsihətə işarə edirdi. Sonra İmamla (ə) vidala-

şıb döyüş meydanında bir neçə düşməni öldürdükdən sonra şəhid oldu. 

Hənzələnin şəhadətindən sonra Şuzəb, Abbas və Əbu Şəsə Bəhdəli də İma-

mın (ə) icazəsindən sonra döyüş meydanında mərdliklə vuruşaraq şəhid oldu-

lar. 

İmam Hüseyn (ə) onların hər üçünün cənnətdə özü ilə birlikdə olacaqlarını 



vur

ğuladı. 


 

Covnun,  Həccac  ibn  Məsruqun  və  Əmr  ibn  Qərəzə  ibn  Kəb  Ənsari 

Xəzrəcinin şəhadəti 

Əbuzər Qəffarinin qulamı olan Covn Kərbəlada İmam Hüseynin (ə) ordu-

sunda yer alanl

ardan biri idi. O, İmamın (ə) icazəsindən sonra döyüş meydanı-

na gedib, iyirmi beş nəfəri cəhənnəmə göndərəndən sonra özü də şəhid oldu. 

Hz.Hüseyn 



(ə) onun cənazəsinin yanında dayanıb belə dua etdi: “İlahi, Covnun 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə