Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

 
 
Şək. 2.6  Neftin yanma məhsulunun kombinasiyalı spektri.      
 
 
       Atmosfer havasının qaz tərkibinin nəzarəti. 
 
 
Qaz-  və  buxar  formalı  qarışıqların  analizi  üçün  hava 
nümunəsinin  seçilməsi  havanın  xüsusi  bərk  və  ya  maye 
uducularla sorulması hesabına həyat keçirilir ki, bu uducularda 
qaz qarışığı ya kondensasiyaya və ya adsorbsiyaya uğrayır. 
 
Son  illər  mikroqarışıqları  konsentrləşdirmək  üçün,  həll 
olan 
hemosorbentlərdən,  pərdəli  polimer  sorbentlərdən 
(polisorblar,  porapaklar,  tenake  və  s.)  istifadə  olunur.  Bu 
sorbentlər  çirklənmiş  havadan  ən  müxtəlif  kimyəvi  maddələri 
tutmağa  imkan  verir.  Polimer  sorbentlərin  ən  əsas  üstünlüyü 
onların hidrofobluğu (havanın rütubəti tutucuda konsentrləşmir 
və  analizə  mane  olmur)  və  uzun  müddət  ərzində  nümunənin 
ilkin tərkibinin dəyişməz saxlamasıdır. 
 
Atmosfer  havasının  qaz-  və  buxar  formalı  qarışıqlarının 
konsentrasiyasının  nəzarəti  qazanalizatorların  köməyilə  həyata 
keçirilir.  Belə  qazanalizatorlar  ondakı  zərərli  qazların 
miqdarının  ani  və  fasiləsiz  nəzarətini  həyata  keçirməyə  imkan 
verir. 
 
Toksiki  maddələrin  ekspres-təyini  üçün  sadələşdirilmiş 
universal  qazanalizatorlardan  istifadə  edilir  (UQ-2,  QX-2  və 
s.).  Belə    qazanalizatorlar  analizin  xətt-kolaristik  metoduna 


əsaslanmışdır.  Bərk  maddə  (uducu)  ilə  doldurulmuş  indikator 
borularından  havanın  sorulması  zamanı  indikator  tozunun 
rənginin  dəyişməsi  baş  verir.  Rənglənmiş  təbəqənin  uzunluğu 
tədqiq 
olunan 
maddənin 
l
mq /  
şkalası 
ilə 
ölçülən 
konsentrasiyasına 
mütənasibdir. 
UQ-2 
universal 
qaz 
analizatoru  16  müxtlif  qaz  və  buxarın  konsentrasiyasını  təyin 
etməyə imkan verir. Ölçmələrin xətası 
%
10

-dir. 
 
Konsentrasiyanın  DOAC-4P cihazı  ilə  nəzarəti tamamilə 
avtomatlaşdırılmışdır  (  şək.  2.7  ).  Hal-hazırda  bu,  dünyada 
baxılan qazanalizatorlardan ən dəqiqidir. DOAC-4P köməyi ilə 
real  zamanda  və  böyük  dəqiqliklə  bir  çox  yüksək  toksikli 
qazların,  məsələn  xlorun, civə  buxarının, kükürd  hidridlərinin, 
ftorhidrogenin  konsentrasiyasını  çox  böyük  dəqiqliklə  ölçmək 
mümkündür. Bundan əlavə cihaz azot oksidlərinin, kükürdün,    
 
 
Şək. 2.7. Konsentrasiyanın DOAC-4P cihazı ilə nəzarəti 
 
karbohidrogenlərin,  formaldeqidin,  ozonun  və  atmosferi 
çirkləndirən  bir  çox  digər  qazların  konsentrasiyasını  da  ölçə 
bilər. 
 
Bu  növ  analizatorların  köməyi  ilə  atmosferdə  xeyli  qaz 
təyin  olunur:  amiak,  azot  oksidi,  azot-2  oksid,  azot  turşusu, 


kükürd  -2oksid,  ozon,  formaldeqid,  benzol,  toluol,  fenol, 
etilbenzol, benzaldeqid və s. 
 
2.2. Hidrosferin monitorinqi. 
 
 
Hidrologiya  –  Yer  hidrosferini,  onun  xüsusiyyətlərini, 
onda baş verən prosesləri öyrənən elm. 
 
Hidrometriya 
– 
hidrologiyanın, 
təbii 
suların 
xarakteristikalarının  təyini  və  nəzarətinin  metod və  cihazlarını 
işləyib hazırlayan bölməsi. 
 
Hidrometeorologiya  –  planetin  atmosfer  və  hidrosfer 
rejiminə aid olan prosesləri öyrənir. 
 
Hidrometeoroloji 
stansiya 
– 
uyğun 
müşahidə 
məntəqələrində  su  mühitinin  vəziyyəti  və  keyfiyyətinə 
müşahidə sistemini həyata keçirir: 
-  suyun səviyyəsi, sututarının dərinliyi; 
-  su axınlarının sürəti; 
-  suyun temperaturu; 
-  suyun rəngi və onun dəyişməsi; 
-  minerallaşma dərəcəsi; 
-  biokütlənin mövcudluğu və vəziyyəti. 
Hal-hazırda yer kürəsində quruda 9 minə yaxın stansiya 
fəaliyyət  göstərir.  Bu  stansiyalar  havanın  rütubəti,  buludluq, 
düşən atmosfer  yağıntılarının  miqdarı üzrə  müşahidələr aparır. 
Onlardan 
350 
–si 
avtomatlaşdırılıb 
və 
ya 
qismən 
avtomatlaşdırılıb.  700  -ə  yaxın  dəniz  gəmiləri  Dünya  okenı 
sularının müxtəlif parametrləri (temperatur, suların duzluğu və 
minaral  tərkibi,  axınların  istiqaməti)  üzrə  müşahidə  aparırlar. 
Bu  məlumatlar  kosmik  təyyarələrdən  aparılan  müşahidələrlə 
(sutkada  10  min  məlumata  yaxın)  tamamlanır.  300  -ə  yaxın 
lövbərlənmiş  buy  və  ya  platformalardan,  avtomatik  dəniz 
stansiyaları  kimi  işləyən  və  600  -ə  yaxın  okean  axınları  ilə 
hərəkət edən buylardan da məlumat verilir (şək.2.8). 
 


 
Quru sularının çirklənməsinin monitorinqi. 
         Stasionar  müşahidə  məntəqələri  –  hal-hazırda 60  minə 
yaxın  su  ölçən  məntəqə  və  stansiyalar  fəaliyyət  göstərir.
 
İxtisaslaşdırılmış 
məntəqələr 
1) 
çirklənmiş 
su 
obyektlərində;  2)  elmi-tədqiqat  məsələlərin  həlli  üçün  zəif 
çirklənmiş rayonlarda (fon monitorinqi). 
         Müvəqqəti 
ekspedisiya 
məntəqələri. 
Müşahidə 
məntəqələri  reprezentativ  tələbatları  təmin  etməli  və  çayların 
məsrəfi,  sututarlarda  suyun  səviyyəsi  və  digər  hidroloji 
məlumatlara malik olmalıdır. 
Çaylarda,  göllərdə  və  su  anbarlarındakı  müşahidə 
məntəqələri,  adətən  çirkab  suların  tillandığı  zonalarda 
yerləşdirilir.Məntəqələr seçilən zaman əsas obyektlər şəhərlərin  
 
Şək.2.8.  Daim lövbərlənmiş müasir dəniz buyu.  
 
və  məskumlaşmış  iri  məntəqələrin  çirkab  və  leysan 
sularının tullandığı yerlərdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə