Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

sutkalıq qiymətlərini almaq üçün nümunələr yerli dekret vaxtla 
7, 13, 19, 01 saatlarda aparılır. Orta sutkalıq konsentrasiyaların 
alınmasının  ən  yaxşı  üsulu  24  saat  ərzində  fasiləsiz  olaraq, 
hava nümunəsinin götürülməsidir.   
 
3.3.Su hövzələrinin vəziyyətinin müşahidə və nəzarəti  
 
 
EMVDS  çərçivəsində  səth  sularının  keyfiyyətinə 
nəzarətin əsas məsələləri aşağıdakılardır: 
 
▪  suyun  keyfiyyəti  haqqında  zaman  və  fəza  üzrə  həm 
ayrı-ayrı,  həm  də  ümumiləşdirilmiş  məlumatlarınn  sistematik 
şəkildə alınması; 
 
▪  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin,  həmçinin, 
maraqlı təşkilatların su hövzələrinin və su axarlarının suyunun 
keyfiyyəti  haqqında  sistematik  informasiya  və  suyun 
çirklənməsinin  kəskin  surətdə  dəyişməsi  haqqında  ani 
informasiya ilə təmin edilməsi  
 
Müşahidələrin 
təşkilinin 
əsas 
prinsipi, 
onların 
kompleksliyidir ki, bu da suyun keyfiyyətinə fiziki, kimyəvi və 
hidrobioloji  göstəricilər  üzrə  hidrokimya,  hidrologiya  və 
hidrobiologiya  üzrə  razılaşdırılmış  proqramın  və  müvafiq 
mikrobioloji  işlərin    yerinə  yetirilməsini  nəzərdə  tutur.  Vacib 
şərt  bütün  müşahidə  sistemlərinin  sinxronluğu,  onların 
sistemliyi 
və 
müşahidənin 
aparılma 
müddətlərinin 
razılaşdırılmasıdır.  
 
Səth  sularının  çirklənməsinin  müşahidəsi  üzrə  təşkil 
edilən 
işlərin 
mühüm 
mərhələlərindən 
biri 
müşahidə 
məntəqəsinin  yerinin  seçilməsidir. Səth sularının  keyfiyyətinin 
müşahidə  məntəqəsi  kimi,  su  hövzəsində  və  ya  su  axarında 
suyun  keyfiyyəti  haqqında  məlumatların  alınması  məqsədilə 
kompleks  tədbirlərin  aparıldığı  yer  başa  düşülür.  Müşahidə 
məntəqələri  ilk  növbədə,  böyük  xalq  təsərrüfatı  əhəmiyyətli, 
həmçinin  energetika  və  sənaye  müəssisələrinin,  təsərrüfat-
məişət  axarları,  habelə  kənd  təsərrüfatı  sahələri  və  maldarlıq 


komplekslərinin 
axarları 
nəticəsində 
xeyli 
dərəcədə 
çirklənməyə  məruz  qalmış  su  hövzələrində  və  su  axarlarında  
təşkil  edilir.  Bundan  əlavə  cüzi  çirklənməyə  məruz  qalmış  su 
obyektlərində  təbii  obyektlərin  çirkləndirici  maddələrinin 
miqdarının fon müşahidələri üçün məntəqələr yaradılır.  
  
Su hövzələrinin və su axarlarının keyfiyyətinin müşahidə 
məntəqələri 
dörd 
kateqotiyaya 
bölünür. 
Məntəqələrin 
kateqoriyaları  və  onların  yerləşdirilməsi  müəyyən  edilmiş 
qaydada,  bir  sıra  amillər  kompleksi  nəzərə  alınmaqla  yerinə 
yetirilir:  su  obyektinin  xalq  təsərrüfatlı  əhəmiyyəti,  suyun 
keyfiyyəti,  su  hövzəsinin  ölçüsü  və  həcmi,  su  axarının  ölçüsü 
və  sululuğu,  rejim  (su,  buz,  termik),  fiziki-coğrafi  əlamətlər 
haqqında məlumatlar.   
 
 
Bundan 
əlavə, 
müşahidə 
məntəqələrinin 
yerləşdirilməsində su  hövzəsinin  və  ya su axarının  vəziyyətini 
və perspektivlərini, ilkin tədqiqatların nəticələrini nəzərə almaq 
lazımdır.    
Su  hövzələrinin  və  su  axarları  sahələrinin  ilkin 
tədqiqatları  müşahidə  məntəqələrinin  təşkilində  mühüm 
mərhələdir,  çünki  bu,  gələcəkdə  məntəqədə  aparılacaq  işlərin 
istiqamətini  müəyyən  edir.  İlkin  tədqiqatın  məqsədləri 
aşağıdakılardır: 
 
●  su  obyektinin  vəziyyətinin  müəyyən  edilməsi,  su 
istifadəçiləri  haqqında  məlumatların  toplanması  və  analizi, 
çirklənmə  mənbələrinin  su  hövzələrinə  və  ya  su  axarlarına 
axıdılan  çirkab  sularının  miqdarı,  tərkibi  və  atılma  rejiminin 
aşkar edilməsi;  
 
●  müşahidə  məntəqələrinin  yerinin,  çayda  su  rejiminin 
tədqiq  edildiyi  müşahidə  yerinin  və  onlardakı  şaqul  və 
üfüqlərin müəyyən edilməsi; 
 
● verilmiş su hövzəsi və ya su axarını çirkləndirən maddə 
və biotopların xarakteristikalarının müəyyənləşdirilməsi; 
 
● iş proqramının tərtib edilməsi. 


 
Əldə  olunan  materiallar  əsasında  su  hövzəsinin,  su 
axarının  və  ya  onların  hissələrinin,  üzərində  çirklənmə 
mənbələri  və  çirkab  suların  axıdılma  yerləri  qeyd  edilmiş 
xəritə-sxemləri 
tərtib 
edilir. 
Bundan 
sonra 
müşahidə 
məntəqələri və çayda su rejimini tədqiq edən yerlər qeyd edilir. 
Daha sonra su hövzəsi və ya su axarı tədqiq edilir ki, bu zaman 
çirklənmə  mənbələri  müəyyən  olunur,  (yeri,  xarakteri, 
çirklənmiş  suların  atılma  rejimi,  onların  miqdarı  və  tərkibi), 
həmçinin,  verilmiş  məntəqə  üçün  xarakterik  olan  çirkləndirici 
maddələrin  hidrokimyəvi  və  hidrobioloji  göstəricilərinin  təyin 
edilməsi məqsədi ilə suyun nümunələri götürülür.   
 
Su  axarlarında  və  su  hövzələrində  suyun  keyfiyyətinin 
müşahidə  edilmə  məntəqələrinin  miqdarı  və  yerləşmə  yeri 
VEMDS  şəbəkəsi  qarşısında  qoyulan  məsələlərin  həlli  üçün 
tələb  edilən  informasiyanın  alınmasını  təmin  edir.  Müşahidə 
məntəqələri  çayda  su  rejimini  tədqiq  edən  bir  neçə  yerdən 
ibarət  olur.  Müşahidə  məntəqəsinin  çayda  su  rejimini  tədqiq 
edən yeri dedikdə, su hövzəsi və ya su axarının şərti en kəsiyi 
nəzərdə  tutulur  ki,  burada  suyun  keyfiyyəti  haqqında 
məlumatın əldə edilməsi üçün kompleks işlər aparılır. Çayda su 
rejimini  tədqiq  edən  yerlər  su  hövzəsinin  və  su  axarlarının 
hidrometeoroloji  şəraiti  və  morfoloji  xüsusiyyətlərindən, 
çirklənmə mənbələrinin yerləşməsindən, axıdılan çirkab suların 
həcmindən və tərkibindən, su istifadəçilərin maraqlarından asılı 
olaraq yerləşdirilir.  
 
Bütün  su  hövzəsinin  sularının  keyfiyyətinin  müşahidəsi 
zamanı, su rejimini tədqiq edən  yerlərin  sayı  ən azı üç olmalı, 
imkan daxilində sahil  xətti  nəzərə alınmaqla, bütün akvatoriya 
üzrə  bərabər  paylanmalıdır.  Su  hövzəsinin  ayrı-ayrı  sahələri 
üzrə  müşahidələr  aparılan  su  rejimini  tədqiq  edən  yerlər 
aşağıdakı qaydada yerləşdirilməlidir: 
 
○  intensiv  su  mübadiləsi  olan  su  hövzələrində  (5,0  şərti 
vahiddən  yuxarı)  su  rejimini  tədqiq  edən  yerin  biri  çirklənmə 
mənbəyindən  yuxarıda,  onun  təsir  zonasından  kənarda, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə