Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

 
 
 
 
 Əsas sahə dedikdə verilmiş rayon üçün tipik olan, torpaq 
və  relyef  şəraiti,  bitkiləri  və  fiziki-coğrafi  mühütin  digər 
komponentləri daim təkrarlanan sahə          (1-10 ha  və daha 
böyük)  başa  düşülür.  Əsas  sahələrin  başlıca  hissəsini  küləklər 
gülünün 
iki 
ekstremal 
şüası 
(rumba) 
istiqamətində 
yerləşdirmək  lazımdır.  Küləklər  gülü  aşkar  şəkildə  ifadə 
edilmədikdə  sahələr  ərazini  küləklər  gülünün  bütün  rumba 
istiqamətlərində  bərabər  şəkildə  xarakterizə  etməlidir.  Əgər 
ağır  metalların  miqrasiyası  su  axınları  ilə  əlaqədar  olması 
barəsində əsas  varsa, onda  şüaların  istiqamətini  su  miqrasiyası 
vektoru ilə uyğunlaşdırmaq lazımdır. Sahələrin ümumi miqdarı 
15-20 təşkil edir. 
 
Əsas  sahələrdə  torpaqların  çirklənmə  prosesləri  digər 
ərazilərə nəzərən daha ətraflı şəkildə aparılır; o, olduqca əmək 
tutumludur və uzun müddət tələb edir. Ərazidə əsas sahələr elə 
yerləşdirilir ki, onlar bütün  mümkün olan  landşaft-geokimyəvi 
şəraiti,  genezisin  müxtəlifliyini,  torpaqların  tərkib  və 
birləşmələrini, tipik  biosenozları  və əlbətdəki  fon və texnogen 
sahələrini özündə xarakterizə etsin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək.  3.3.  Torpaqların  çirklənmə  səviyyəsinin  müşahidəsi  zamanı 
ərazilərin  rekoqnossirovka  marşrutları:  a)  təfərrüatlı  müşahidələrdə;  b) 
böyük sahələrdə müşahidələr zamanı. 
 


 
  Torpaqların 
ağır 
metallarla 
çirklənmə 
dərəcəsi 
səviyyəsinin  müşahidələrində  bu  və  ya digər amillərin artması 
və  ya  azalması  ilə  əlaqədar  olan  dəyişikliklərin  müqayisəsi  və 
dəyişmələrin  məkanda  müxtəlif  inqrediyentlərlə  torpaqların 
çirklənmə  dərəcələrinin  qanunauyğun  şəkildə  dəyişmələri 
mühüm  əhəmiyyət  kəsb  edir.  Həmin  qanunauyğunluqlar  daha 
aydın  şəkildə  üstünlük  təşkil  edən  küləyin  istiqamətləri  boyu 
bütün  ərazini  kəsən  torpaq-geomorfoloji  profillərdə  özünü 
büruzə  verir  ki,  bu  da  torpaq  və  mühitlərdə  çirkləndirici 
maddələrin  paylanmaları  arasındakı  bir-birilə  bağlı  əlaqələrin 
dərk edilməsinin olduqca dəyərli metodunu təşkil edir.  
 
Torpaq-geomorfoloji 
profil 
dedikdə, 
qabaqcadan 
müəyyən  edilmiş,  xəttə  çatmağa  yönəlmiş  yer  səthinin  dar 
zolağı başa düşülür ki, onun üzərində bir və ya bir neçə ekoloji 
amil  ilə  torpaqların  çirklənmə  dərəcələri  arasında  korrelyasiya 
təyin edilmişdir.  
 
Torpaq-geomorfoloji 
profillər 
küləklər 
gülünün 
vektorları üzrə qoyulur. Profillər əsas sahələri tam şəkildə əvəz 
edə  bilməz,  xüsusən  də  o  hallarda  ki,  torpaqların  çirklənmə 
dərəcəsinin  dəyişməsi  mikrorelyefin  xarakteri  ilə  şərtlənir, 
onların torpaqların çirklənməsi  ilə  əlaqəsi əyani  şəkildə  böyük 
ərazilərdə  özünü  daha  çox  büruzə  verir.  Beləliklə,  torpaq-
geomorfoloji 
profillər 
və 
əsas 
sahələr 
bir-birlərini 
tamamlamalıdır.  
 
Həqiqətən  müəyyən  edilmişdir  ki,  atmosfer  vasitəsilə 
torpaq  örtüyünü  çirkləndirən  texnogen  tullantılar  torpağın  üst 
qatlarında  toplanırlar.  Ağır  metallar  bir  qayda  olaraq  səthdən 
birinci  2-5  sm-də  toplanır.  Aşağıda  yerləşən  üfiqlərin  
çirklənməsi  torpağın  becərilməsi  (şumlanması,  kultivasiya, 
malalanması),  həmçinin  çatlar  vasitəsilə  diffuz  və  konvektiv 
daşınması,  torpaq  heyvanları  və  bitkilərin  gedişləri  vasitəsilə 
baş  verir.  Ona  görə  də  torpaq  örtüyünün  ağır  metallarla 
çirklənməsinin dəqiq təsvirini torpaq nümunələrini dərinliyi 0-
10 və 0-20 sm şumlanmış yerdə və 0-2,5; 2,5-5,0; 5-10; 10-20; 


20-40  sm  dərinlikli  xammal  torpaqlarda  və  köhnə  qalmış 
yerlərdən  torpaqların  nümunələrinin  seçilməsi  ilə  əldə  edilə 
bilər.   
 
Birləşdirilmiş  nümunə  bir  qayda  olaraq  konvert  metodu 
ilə tərtib edilir. Torpaqların ilkin emalı ilə əlaqədar olan bütün 
növbəti  əməliyyatlar  əvvəldə  təsvir  edilmiş  torpaqların 
pestisidlərlə çirklənməsi zamanı yerinə yetirilən nəzarət zamanı 
həyata 
keçirilən 
əməliyyatlarla 
analojidir. 
Torpaq 
nümunələrinin seçilməsi yerinə yetirildikdən sonra o, analizdən 
ötrü  laboratoriyaya  göndərilir.  Hər  bir  nümunə  talonla  təchiz 
edilir, burada torpağın özü haqqında və onun götürülmə şəraiti 
haqqında  tələb  edilən  bütün  lazımı  məlumatlar  verilir. 
Müşayətedici  talonda  nümunənin  sıra  nömrəsi,  nümunənin 
götürülmə günü, ayı və ili, həmçinin ya məntəqənin faktiki adı 
ya  da  ki,  işçi  jurnalda  məntəqənin  şifrlənmiş  nömrəsi  və  ya 
şərti işarəsi göstərilir.     
 
Şəhər  şəraitində  torpaq  nümunələrinin  seçilməsi  elə 
miqyaslı kvadrat tor üzrə aparılmalıdır ki, bu 100 ha sahədə 5-6 
torpaq  nümunəsinin  götürülməsi  tezliyini  təmin  etsin.  Torpaq 
nümunələrinin  belə  tezliklə  götürülməsi  şəhər  ərazisində 
çirklənmiş 
torpaqların 
xəritəsinin 
yaradılması 
üçün 
məlumatların alınmasını təmin edir. Nümunələrin seçilməsi 20 
sm dərinlikdən, tərəfləri 5-10 m olan konvert metodu ilə yerinə 
yetirilir.  
 
Ağır  metallarla  torpaqların  çirklənmələrinin  tədqiqi 
zamanı ağır metallarla çirklənmələrin xüsusi xəritələri – torpaq 
texniki  kimyəvi  xəritələri  tərtib  edilir.  Belə  xəritələrdə  qəbul 
edilmiş sistematika üzrə torpaqların tipləri, alttiplər, növ və növ 
müxtəlifliyi 
göstərilməklə 
yanaşı, 
torpaqların 
müxtəlif 
inqrediyentlərlə çirklənmə dərəcəsi göstərilir.  
 
Torpaqların  çirklənmə  xəritələri  dedikdə,  müxtəlif 
dərəcədə  çirklənmələr  və  onların  birləşmələrinin  tipik, 
müəyyən  ümumiləşdirilmiş  riyazi  paylanmasının  müstəvi 
üzərində  kiçildilmiş  təsviri  başa  düşülür.  Çirklənmə  xəritələri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə