SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,92 Mb.
səhifə4/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   2   3   4   5   6   7   8   9   ...   42

11. ŞÜBHƏ «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Abdullah ən-Numan b. Bəşir - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu iksinin arasında (müştəbihat)97 bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə duşərsə, harama düşmüş olar…»98. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Şübhə fitnəsi bəsirətin zəifliyindən və elmin azlığından meydana gəlir»99. Şübhəli şeyləri çox edən kimsənin qəlbi qaralar. Çünki elm və təqva nurunu sözndürər. Əli b. Əbu Talibin oğlu, Peyğəmbər sallallahu aleyhi və səlləm - in (qızı Fatimə - radiyallahu anhə nin oğlu) və xoş iyli reyhanı Əbu Muhəmməd əl-Həsən - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl»100. Bu fitnənin qaynağı Allahın dinini yaxşı bilməmək, şəriətini bilməmək, nəfsi arzulara uymaqdır.

12. NƏFSİ ARZULAR - «Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə». (əl-Kəhf 28). «Əgər sənə gələn elmdən sonra onların istəyinə uysan o, zaman Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar». (əl-Bəqərə 120,145). «Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir». (ən-Nəziat 40-41). «Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı göylər, yer və onlarda olanlar korlanıb gedərdi». (əl-Muminun 71).

NƏFSİ DƏVƏT: Allah öz Rəsulunu göndərib ki, insanları zülmətdən nura, öz nəfsi istəklərindən Allaha mühakiməyə çıxartsın. Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən buyurdu: «Mən səni göndərmişəm ki, səninlə imtahana çəkmək üçün və səninlə imtahana çəkilmək üçün»101. Şatibi – rahmətullahi aleyhi deyir ki: «Şəriət insanı öz havasına, nəfsi-istəyinə tabe olmaqdan çıxardaraq Allahın əmrinə tabe olmağa görə gəlmişdir». Qula vacibdir ki, öz nəfsi istədiyindən kənara çıxsın və həqiqi qul olsun və qulluğu yerinə yetirsin. Kim özü üçün xeyir istəyirsə bunu öyrənməli və Allahın Rəsuluna nazil etdiyi elmi öyrənməlidir. İnsanlarla rəftar etmək üçün şəri elmə ehtiyac vardır. Müxtəlif insanlarda vardır ki, elm öyrəndikdə şəri elmlərlə yanaşı nafilə elmləri də öyrənirlər. Bu elmi öyrəndikdə nəfsində ona qarşı ləzzət duyduğuna görə öyrənir. Hədis elmini, fiqh elmini öyrənirlər nəfslərində ona ləzzət duyduqları üçün. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: «Belə bir kimsə öz nəfsi-istəyinə tabe olmaqdan kənara çıxmamışdır. İnsan elmi Allahın əmridir deyə öyrənməli və başlamalıdır fərz olan ibadətlərdən».

Şəkk yoxdur ki, insan üzərinə vacib olanı öyrənməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Elm tələb etmək hər bir müsəlmana fərzdir»102. Elm öyrəndiyin zaman üzərindən cahilliyi qaldırmaq üçün səyy göstərməlisən. Bu cahillik də Allahın Rəsuluna nazil etdiyini öyrənməklə qaldırılır. Elmdə olan ixlas cahilliyi üzərindən qaldıraraq Allahın bəsirətinə ibadət etməklə olur. Elm tələb edən müsəlman, əməlinin şəriətə müvafiq olmasına həris olan insan mənfəətli elmi öyrənir. Öz halını düzəldəcək elmi öyrənir. İlk özncədə fərz olan elmlər vardır ki, onları öyrənməyə həris olmaq lazımdır.

Sənə ən yaxın olan nəfsindir və sən ən çox öz nəfsinlə müamilə edirsən. İnsan öz nəfsi ilə necə rəftar etməlidir? Allah və Rəsulu müsəlmana vacib olanı Quran və Sünnədə bəyan etmişdir. «And olsun nəfsi yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 7-10). İnsan öz nəfsini təmizləməlidir. Çünki nəfsin həm şərrə, həm də xeyirə yönəlməsi vardır. Əgər insan öz nəfsini təmizləmək üçün səy göstərərsə artıq o, nəfs yaxşı nəfs sayılar və o nəfsin sahibi də xoşbəxt olanlardan olar. Nəfsin təmizliyi, xoşbəxtliyi ümumi bir işlə olur ki, o da nəfsin axirətə bağlan-masıdır. Bu qürur diyarından uzaqlaşmasıdır. Nəfs bütün hallarda, istəklərdə axirət diyarına bağlanmalıdır. İlk öncə insan nəfsi üçün axirət diyarında yararlı olan bir şeyə baxmalıdır. Baxmalıdır ki, axirətdə nəfsi üçün nə kimi yararlı şeylər varsa onları etməlidir. Əgər insan nəfsini axirət diyarına bağlayarsa Cənnəti diləyərək, Cəhənnəmdən qorxaraq bu nəfs Cənnətə aparan əməlləri görməyə səy göstərər və Cəhənnəmdən uzaqlaşdıran əməlləri tərk etməyə səy göstərər. Nəfsin təmizlənməsi üçün üç meyar vardır.

1. İnsan nəfsini, qəlbini islah etməklə təmizləyir. Qəlbində Tövhidi və İxlası yerləşdirməklə. Qəlbdə ixlasın olması nəfsin təmizlənməsi üçün ən əzəmətli şeylərdən biridir. Çünki insanın qəlbində müştərək sevgilər vardır. Əgər insanın nəfsində Allah sevgisi ən ucadırsa nəfsin istəkləri də Allahın istəyinə uyğun olacaqdır və qəlbində olan ixlas daha böyük olacaqdır. Bununla da onun Allaha yönəlməsi günbəgün artacaqdır. İxlasa tabe olur qəlb ibadətləri. Çünki qəlb ibadətlərinin əsası ixlasdır. Qəlbin islahı da yalnız qəlbin Allahla olması ilə olur. Qəlbdə ən əzəmətli bir şey Allah olmalıdır. Nəfsin islahı, düzəlməsi, təmizlənməsi ən uca mətləblərdəndir. Allah və Rəsulu bəndə üçün ən sevimli bir şey olmalı-dır. Bəndəni hərəkətə gətirən sevgidir. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: «İnsanların hər bir işində onları hərəkətə gətirən sevgidir. Əgər insan axirət diyarını sevərsə ona tərəf hərəkət edər. Əgər dünyanı sevərsə onun üçün hərəkət edər». Hər bir şeyin kökü, əsası məhəbbətdən irəli gəlir. İnsanın qəlbində olan məhəbbətin miqdarına, əzəmətinə görə insan da sevdiyi şeyə yönəlməsi, hərəkəti yaranır. Əgər Allah və Rəsulu insana hər bir şeydən sevimlidirsə insanın hərəkəti, bədəni, əzaları Allaha itaətdə olacaqdır.

2. Bəndə Allahın əmrlərini yerinə yetirməli və qadağalarından çəkinməlidir. Bəndə nəfsini itaətə yönəltməlidir. Bununla da nəfs təmizlənir. Bəzi alimlər əmrləri tərk etməyin günahını qadağaları etməyin günahından daha üstün görürlər, bəziləri isə əksinə fikirləşirlər. Lakin əsas odur ki, bunların ikisində də nəfsin təmizlənməsi vardır. Bəzən insanların çoxu nəfslərinə qarşı səhlənkar yanaşaraq fərzləri tərk edir, qadağaları işləyirlər. Bundan sonra da onun nəfsində boğazdan keçməyən bir loxma kimi çətinlik yaranır. Günahın ardıyca digər bir günah gəlir. Sələflər deyirlər ki: «Əgər sən görsən ki, bir nəfər günah edir bil ki, onun bundan başqa da günahları vardır. Əgər görsən ki, bir nəfər xeyirli işlər görür bil ki, onun bundan başqa da xeyirli işləri vardır. Şəkk yoxdur ki, yaxşı əməl özü ilə yaxşı əməl gətirir, pis əməlin ardıyca isə digər bir pis əməl gəlir». Sən bilməlisən ki, sənin malik olduğun ən qiymətli şey nəfsindir.

3. Bəndə öz nəfsini daima hesaba çəkməlidir və nəfsindən qafil, bixəbər olmamalıdır. Bəndə nəfsindən qafil qalarsa nəfs istədiyini edər. Əgər nəfsini tərk edərsə nəfs istədiyinə uyar və sonra arzular, xəyallar içərisində olar. İnsan nəfsini pis şeylərdən çəkindirməli, nəfsini xeyirə və Allaha itaətə yönəltməlidir.



13. ŞEYTAN Adəm əleyhissəlam dan günümüzə qədər insanlığın ən azğın düşməni şeytandır. O, hər insanın ən amansız düşmənidir. Hər ibadət, itaət və saleh əməllərə görə insanlara kin duyar. Şübhələrdən, şəhvət və digər fitnə, fuhuş və bəlalardan doğan bütün günahları onlara sevdirir. «O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 169). «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17). İbn Abbas - radiyallahu anhu deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən demədi. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır. İmam Şabi rahmətullahi aleyhi deyir ki: «Uca və Böyük olan Allah rəhməti onların üzərindən enər»103. «Sənin izzətinə qüdrətinə and olsun ki, onların hamısını azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa». (Sad 82). «İblis dedi: Ey Rəbbim! Məni azdırmağına and içirəm ki, mən də insanlara (günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxardacağam». (əl-Hicr 39). «Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə o, sizi çirkin və pis işləri görməyi əmr edər». (ən-Nur 21). «Şeytan Adəmə vəsvəsə edib dedi: Sənə əbədiyyat ağacı və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi». (Ta ha 120). «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halalından yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizin açıq-aydın düşməninizdir. O, sizə pis və murdar şeyləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir». (əl-Bəqərə 168-169). «Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları Cəhənnəm əhli olmağa çağırır». (Fatir 6). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şeytan Adəm oğlunun yollarında oturur. Onun İslam yoluna oturaraq deyir: «Müsəlman olub öz dinini, atalarının, babalarının dinini buraxacaqsan. Adəm oğlu ona qarşı çıxaraq müsəlman olur. Sonra şeytan hicrət yolunda oturur və: «Hicrət edirsən, öz yurdunu, ölkəni tərk edirsən. Ömür boyu at belində gəzən birisimi olcaqsan» deyər. Adəm oğlu ona qarşı çıxaraq hicrət edər. Sonra şeytan onun cihad yolunda oturar və: «Cihad edirsən. Bu canını və malını çətinliyə salma, təhlükəyə atma. Vuruşaraq öldürüləcəksən. Zövcən başqasına nigahlanacaq, malın dağıdılacaq». Adəm oğlu ona qarşı çıxaraq cihad edər. Kim belə edərsə onu Cənnətə qoymaq Allah üzərinə bir haqdır. Kim şəhid olarsa onu Cənnətə salmaq Allah üzərinə bir haqdır»104. İbm Qeyyim rahmətullahi aleyhi ən-Nəs asursinin təfsirini edərkən şeytanın təhlükəsini, vəsvəsəsini və şərrini belə açıqlayır: «Şeytanın şərri altı mərtəbədir. Adəm oğullarını bu mərtəbədən birinə salmaq istəyər. 1. Şirk və Küfr şərri. Allah və Rəsuluna düşmən olma şərri. 2. Bidət mərtəbəsi. Bu mərtəbə şeytan üçün fısq və günah mərtəbəsindən daha sevimlidir. 3. Böyük günahlar mərtəbəsi. 4. Kiçik günahlar ki, çox edildikdə sahibini həlak edir. 5. Savabı və günahı da olmayan mübah əməllərlə məşğul etmək. Qulun vaxtını boş şeylərə keçirməklə məşğul edər. 6. Daha fəzilətli əməl varkən, ondan aşağı olan fəzilətli əməli etməklə məşğul edər»105.
GÜNAHLARA YOL AÇAN BƏZİ SƏBƏBLƏR VƏ ONLARIN DƏRMANI

Şübhəsiz ki, günahlara yol açan səbəbləri bilmək, qəlbi günahlara qarşı müalicə etməyə və onları tərk etməyə kömək olur. Xəstəliyin müalicəsi də ona yol açan səbəbləri aradan qaldırmaqla olur. Burada günaha yol açan səbəbləri, hamısını olmasa da Allahın nəsib etdiyi qədərini açıqlamağa çalışacağıq. Allahdan mənə və bu kitabı oxuyanlara günahları tərk etməkdə kömək olmasını diləyirik. 1. İmanın zəifliyi və təqvanın yoxluğu – İmanı gücləndirmək, qəlbi təqva və Allah qorxusuyla diriltmək. İman və Təqva gücləndikcə Allah qorxusu da artar. Allah qorxusu günahları tərk etmək üçün ən mühüm müalicə yoludur. İbn Həcər Heytəmi rahmətullahi aleyhi deyir ki: «Bil ki, insanı günahlardan uzaq edən ən böyük şey Allahdan qorxmaq, Onun güc və intiqamından çəkinmək, cəza, əzab və qəzəbindən çəkinməkdir. Bu səbəblə onun əmrinə zidd davrananlar, başlarına bir bəla və ya müsibətin gəlməsindən qorxsunlar»106. Qorxu Allaha yaxın ola bilmək üçün qulları elm öyrənməyə və əməl etməyə sövq edən bir qamçıdır, əzaları günahlardan çəkindirən və onları ibadətlə bağlayan, pis arzu və zövqləri yandıran, əzaları tərbiyyə edən, qəlbi itaətkar və alçaq könüllü edən, təkəbbürlüyü, riyanı, həsəd və kini uzaqlaşdıran ən böyük səbəbdir. Beləcə qəlb diqqətini qorxduğu şey üzərində toplayar, pis aqibət haqqında düşünər və boş şeylərlə məşğul olmaz. Qorxunun olmaması qəflət və günahlara düşməyə səbəbdir, həddən artıq qorxmaq isə ümüd kəsməyə yol açar. Qulun günah etməməyə səbr etməsi onun imanının qüvvəsinə bağlıdır. İmanı nə qədər güclü olarsa səbri də qüvvətli olar. Amma iman zəif olarsa səbri də zəif olar. Sağlam bir imana sahib olmadan haram və günahları tərk edə biləcəyini zənn edən kimsə xəta edər. Əgər qəlbdə iman lampası güclənib onun nuru qəlbin hər bir güşəsini nurlandırdıqda bu nur əzalara da yayılar. Beləcə əzalar imanın bu çağırışına həmən qulaq verər, itaətsizlik və təmbəllik etmədən ona itaət edərlər. 2. Allahı tanımamaq, əmr və qadağalarını bilməmək – Allahı tanımaq, İsim, Sifət, əmr və qadağalarını öyrənmək. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Cəhalət öldürücü bir xəstəlikdir, onun şəfası isə iki şeydədir: Quran və Sünnə. Həkimi isə Rabbani alimdir». Ömər b. AbdulBərr rahmətullahi aleyhi dedyir ki: «Cahil kimsə yaşı çox olsada uşaqdır, alim isə yaşı az olsa da böyükdür». 3. Allahın əffinə güvənib bağışlanma xəyallarına dalmaq – Allahın əffinə ümüdlü olmaqla boş xəyallara dalmaq arasındakı fərqi öyrənmək. İnsanlardan bir çoxları böyük günahlar edir, ibadətlərdən uzaq olurlar, sonra da elə zənn edirlər ki, Cəhənnəmə düşüb bir az yandıqdan sonra Cənnətə girəcəklər. Şeytan sahib olduğu hiylələri ilə insanları bir çox ibadətlərlə başlarını qataraq onların doğru yolda olduqlarını və yaxşı işlər etdiyini onlara vəsvəsə edər. Bu kimi kimsələrdən görürsən ki, bir-iki dəfə sədəqə verir, lakin fərz zəkatı vermir, haramdan qazanan bir kimsə elə zənn edir ki, bir-iki quruş sədəqə verməklə malını təmizləyir, halbuki bilmir ki, Allah pis malı qəbul etməz. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Ey boş xəyallara aldanan kimsə! Bil ki, Allah İblisi ona əmr etdiyi bir tək səcdəni etmədiyinə görə lənətlədi və uca məqamından qovdu, Adəm əleyhissəlamı - ı yediyi bir loxma səbəbilə Cənnətdən çıxardı»107. 4. Şübhə və arzuların çoxluğu – Haqqı dəlilləriylə öyrənmək, dini fitnələrdən qorunmaq, Quran və Sünnəyə sarılmaq. Yəhyə b. Muaz rahmətullahi aleyhi deyir ki: «Mənə görə ən böyük aldanma günah etməyə davam edib peşmançılıq çəkmədən bağışlanacağını, itaət və ibadət etmədən Allaha yaxın olacağını, Cəhənnəm toxumlarını əkib Cənnətə girəcəyini, üsyanlar edərək itaətkarlarla bir yerdə olacağını, əməl etmədən mükafat alacağını və həddi aşdığı halda Allahın rəhmət etdəcəyini zənn etməkdir»108. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Allahdan qaçaraq Onu qəzəbləndirəcək yerlərə gedən, Onun lənətini haqq edən, əmirlərini zay edən, qadağalarını bəsit görən bir kimsə necə Allah haqqından hüsnü zənn edə bilər? Allaha döyüş açan, Onun dostlarına düşmən, düşmənlərinə dost olan, kamil sifətlərini inkar edən kimsə necə Allah haqqında yaxşı niyyətlər bəsləyə bilər? Yenə də Allahın danışmadığını, əmir və qadağa qoymadığını, razı olmadığını, qəzəblənmədiyini zənn edən bir kimsə Allah haqqında necə hüsnü zənn sahibi ola blər? Hüsnü zənn Rəca/ümüdlü olmaq deməkdir. Kimin ümüdü onu itaətə yönəldirsə və üsyandan uzaqlaşdırırsa bu doğru bir ümüddür. Lakin təmbəlliyi ümüd zənn edən, ümüdü də təmbəllik qəbul edən kimsə aldanmış deməkdir»109. İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: «Rəcadan qəsd edilən budur: Hər hansı bir qüsur edən kimsə Allah haqqında hüsnü zənn edər və Onun günahını bağışlayacağını ümüd edər. Bir ibadət etdikdə də Allahın onu qəbul etməsini umar. Lakin cəzalandırmayacağını ümüd edərək günahlara baş vuran və onları tərk etməyən və peşmançılıq hissi də keçirməyən bir kimsə özünü aldadır deməkdir». Əbu Osman əl-Cizi deyir ki: «Qurtulmağın əlamətlərindən bir itaət və ibadət edib onun qəbul olmamasından qorxmaqdır. Həlak olmağın əlamətlərindən biri də üsyan edib qurtulacağını ümüd etməkdir»110. İbnul Covzi rahmətullahi aleyhi deyir ki: «Dünyanın aqibətini düşünən tədbirini görər, yolun uzun olduğunu bilən səfərinə hazırlıq görər, bir şeyə inanan və sonda onu unudan, Allah qorxulmaya daha layiq ikən insanlardan qorxan kimsə sənin halın necə də qəribədir? Başqalarının ölümü sənə sənin də öləcəyini göstərir, başqalarının yatdığı yer sənə də yatacağın yeri göstərir. Sən isə sanki bunlardan xəbərsizsən». 5. Pis insanlar və günahkar kimsələrlə bir yerdə olmaq – Saleh insanlarla bir yerdə olmaq və elmilə əməl edən alimlərin həyatlarını öyrənmək. Çox günah etməyin səbəblərindən biri də qulun onu günah etməyə sövq edən insanların içərisində oturması və onlarla dostluq etməsidir. Alimlər də dini qorumaq üçün pis kimsələri tərk etməyi və bununla bərabər saleh kimsələrlə birlikdə olmağı tövsiyə edirlər.
GÜNAHLARIN TƏQDİR EDİLMƏSİNDƏ OLAN HİKMƏT

Bu da Allahın hikmətini müşahidə etməkdir. Bu müşahidə səviyəsinə çıxan qul Allahın onunla günahları baş-başa buraxması, günah yollarını onun üçün hazırlamasındakı hikməti görür. Əgər Allah istəsəydi onu günahlardan qoruyar və onunla günah arasında əngəl olardı. Lakin Allahdan başqa heç bir kimsənin edəməyəcəyi çox böyük hikmətlərdən ötrü onunla günahları baş-başa buraxdı. 1. Allah tövbə edənləri sevir və onların tövbə etmələrindən ötrü xoş olur. Tövbəni sevib xoş olduğu üçün qulun günah etməsini təqdir etmişdir. Günah etdikdən sonra tövbə etməsi təqdir edilir. 2. Qulun Allahın qorumasına möhtac olduğunu, əgər Allah onu qorumazsa, qaçınılmaz olaraq həlak olacağını. Çünki parça-parça etmək üçün şeytanların hər tərəfdən əllərini ona tərəf uzatdıqlarını ona bildirməkdədir. 3. Qulun Ondan yardım istəməsini və düşməniylə nəfsinin şərrindən Ona sığınmasını, Ona dua edib yalvarmasını. 4. Qul saleh və istiqamət üzərə olduğunu müşahidə edərsə təkəbbürlənər və doğru yolda olduğunu zənn edər. Allah onu günah etməklə imtahan etdiyi zaman, nəfsi kiçilər, zəlil olar və Allahın onu bağışlamasını umar. 5. Beləcə Allah quluna nəfsinin həqiqətini və onun çox xəta edən cahil olduğunu göstərir. Nəfsində olan elm, saleh əməl və xeyir kimi bütün gözəlliklərin Allahdan ona verildiyini öz nəfsindən gəlmədiyini ona bildirir. 6. Bununla Allah qulunun günahlarını örtməklə nə qədər geniş bir elm və kərəmə sahib olduğunu ortaya qoymuş olur. Çünki əgər Allah diləsəydi günahlardan ötrü həmən qulunu cəzalandırar və qulların arasında onun eyiblərini üzə çıxarar və beləcə onların arasında gözəl bir yaşayışı olmazdı. 7. Qulun zülm və pislik etməsiylə bərabər onun tövbəsini qəbul edib onu bağışlamasıyla Allah ona olan kərəmini və lütfünü göstərmiş olur. 8. Allahın qulun əleyhinə hüccətini qaldırması. Qula qarşı ən üstün hüccət Allahındır. Əgər Allah ona əzab edərsə ədalətiylə və onun üzərində olan haqqıyla ona əzab etmiş olur. 9. Öz əməlləri ilə öyünmək və özünü bəyənmək libasını quldan çıxarmasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizlər günah etməsəydiniz, sizin haqqınızda bundan da pis bir şeydən qorxardım. Özünü bəyənmək». 10. Padşahlardan başqasına əlverişli olmayan böyüklənmə libasını quldan çıxardıb, zillət libasını ona geyindirməkdir. 11. Bununla Allah qulun qəlbində olan qulluq hislərini qorxu, haşiyə, ağlamaq, titrəmək və peşman olmaq yolarıyla üzə çıxarmaqdadır. 12. Günah və müsibətlərə məruz qalmaqla qul Allahın neməti olan lütfünü, onu qorumasının qiymətini bilir. Çünki daima xoş güzaran içində yaşayan kimsə nə müsibətlərə məruz qalan kimsələrin çəktikləri əzabları bilə bilir, nə də xoş güzaranın qədrini bilə bilir. 13. Qul tövbə edib Rəbbinə döndüyü zaman Allah onu sevər və mükafatlandırar. Allah onun bu tövbəsi səbəbilə ona olan sevgisini, rizasını və mükafatını artırır. Əgər onun bu tövbəsi olmasaydı bunların heç biri də olmazdı. Hər nə qədər başqa itaətlərlə başqa nəticələr ortaya çıxarsa, ancaq bu xüsusi nəticə sadəcə tövbə ilə ortaya çıxar. 14. Qul etdiyi pislikləri və zülmləri müşahidə etdiyi zaman Allahın ona verdiyi az nemətləri də belə çox görür. Çünki özü kimi pis bir adama bu nemətlərin belə çox olduğunu düşünür. Eyni zamanda etdiyi çox olan əməlləri də az görür. Çünki etmiş olduğu pislik və günahları silmək üçün qat-qat əməlləri çoxaltmaq lazım olduğunu bilir. O, nə qədər çox olursa olsun öz əməllərini az görür. Əgər bundan başqa günahların fayda və hikməti olmasaydı bu yetərli olardı. 15. Artıq qul şeytanın hansı qapıdan ona hücum etdiyini və ona qarşı hansı tədbirlərin görülməsini çox yaxşı bilməyə başlayır. Həm xəstəliyin, həm də onun əlacını dadan həkim kimi. 16. Bəzən qulun qəlbində hiss etmədiyi gizli xəstəliklər də olur ki, Lətif və Xabir olan Allah ona minnət edib, onun çox açıq bir günahı etməyi təqdir edər. Bu günahı edən qul bu xəstəliyin acısını hiss edər və Rəbbinə sığınaraq faydalı olan əlacı içər. Beləcə hiss etmədiyi o, xəstəliklərdə gedər. 17. Bəzən Allah günah etməsi səbəbilə qulun Allahdan uzaqlaşması və onunla Rəbbi arasında bir pərdə olmasını ona daddırır ki, qəlbilə Allaha yönəldiyi və Ona itaət etməkdə davam etdiyi zaman ki, nemət kamil olsun. etdiyi günahdan sonra tövbə edib bütün qəlbilə Allaha yönələn bu qulun hiss etdiyi ləzzət – çox susuz olan birinin dadlı və soyuq sudan və ya şiddətli bir şəkildə qorxuya düşmüş birisinin əminliyə düşərkən keçirdiyi hissləri, yaxud da çox uzun bir müddət sevgilisindən uzaq düşmüş birinin sevdiyinə qovuşduğu zaman duyduğu ləzzət kimidir. Şübhəsiz ki, Rəbbinin lütfü, yaxşılığı və ehsanı bütün bunlardan da üstündür və ləzizidir. Rəblərini tanımaqdan və Onu sevməkdən üz çevirənlərə vay olsun! 18. İnsan oğlunun təbiətində şəhvət, qəzəb və arzu duyğusu olmasıdır. Əgər insanda bu hisslər olmasaydı insan deyil mələk olardı. Həmçinin də insanın unutqan olmasıdır. Buna görə də günah etmək insan üçün təqdir edilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»111. Onların imtahan olunmaları üçün günahların olması labüddür. Yenə də doğrusunu bilən Allahdır. 19. Allah qulun etmiş olduğu yaxşı əməlləri görməsini ona unutdurur. Onu günahlarıyla məşğul edir. Beləcə onun etmiş olduğu günahlar davamlı olaraq gözlərinin önündə olur. Şübhəsiz ki, Allah bir qulu üçün xeyir istədiyi zaman qulun gözəl əməllərini müşahidə etməsini onun qəlbindən və onları söyləməsini dilindən çəkib alar. Onu günahlarını müşahidə etməklə məşğul edər. Beləcə onun etmiş olduğu günahları o, Cənnətə girənə qədər onun gözlərinin önündə edər. Buna görə də Sələflər deyillər ki: «Bəzən qul bir günah edər və ondan ötrü də Cənnətə girər, bəzən də gözəl əməl edər və ondan ötrü də atəşə girər. Bu necə olur? Deyə soruşulduqda dedilər: «Qul bir günah edər və o, günahı gözünün önündən heç getməz. Onu xatırladığı zaman peşman olar, Allaha yalvarıb yaxarar, o günahı silmək üçün çapalıyar, Rəbbinin qarşısında boyun əyər və bununla da təkəbbürlüyü və özünü bəyənməsi yox olub gedər. Belə cə də Cənnətə girər. Bəzən qul bir yaxşı iş görər, o yaxşılıq da onun gözündən heç bir vaxt getməz. Etdiyi o, yaxşılığı görərək Allaha minnət edər, o yaxşılığı arxayın olub təkəbbürlənər. Beləcə də Cəhənnəmə gedər». 20. Qul etmiş olduğu günah və xətalarını müşahidə edər, heç kimsədən üstün olmadığını və heç kimsə üzərində haqqının olmadığını düşünməsinə səbəb olur. Qul öz eyiblərini, günah və xətalarını müşahidə etdikdə Allaha və Axirət gününə iman edən hər hansı bir müsəlmandan daha xeyirli olduğunu düşünməz. 21. Belə bir hal qulu insanların eyiblərini araşdırmaqdan və onların xətalarını düşünməkdən çəkindirir. Öz nəfsi və xətaları ilə məşğul edər. Öz eyiblərini görərək insanların eyiblərini düşünməyənlərə müjdələr olsun. Vay olsun öz eyiblərini unudaraq insanların eyibləriylə məşğul olanlara! Birincisi səadətin əlaməti, ikinci isə bədbəxtçiliyin əlamətidir. Amr b. As - radiyallahu anhu deyir ki: «Mən o, adama təəccüb edirəm ki, qədər ona yetişdiyi halda o, qədərdən qaçar. Qardaşının gözündə çop görür, öz gözündəki kötüyü isə unudur. Qardaşının ürəyində olan nifrəti çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur…»112. 22. Qulun günahlar ilə baş-başa buraxılması qulun insanlara yaxşılıq etməsi və mömin qardaşlarından xəta edən, günah edənlər üçün Allahdan bağışlanma diləməsinə səbəbdir. Artıq onun dilindən düşməyən bir söz: «Rəbbim! Məni, ana və atamı, müsəlman bacı və qardaşlarımı bağışla». Çüki o, başına gələn müsibətin günah edən qardaşlarının da başına gəldiyini və özü möhtac olduğu kimi onların da ehtiyac duyduğunu bilməkdədir. Müsəlman qardaşlarının onun üçün bağışlanma diləməsini istədiyi kimi özü də müsəlman qardaşları üçün bağışlanma diləyir. 23. Bununla qul geniş bir helm sahibi olmasına, ona pislik edənləri əff etməsinə və həmən onları cəzalandırmamasına sövq edir. Nəfsinin Rəbbi ilə necə davrandığını görən bir qul, nəfsinin çox pis və xəta edən günahkar biri olmasına baxmayaraq Rəbbinin ona davamlı olaraq yaxşılıq və ehsan etməsini, özünün Ona olan ehtiyacını və bir göz qırpımı belə Ondan nəzarətsiz olmadığını görən bir qul, insanların ona qarşı doğru olmalarını və ona qarşı ehsanda olmalarını necə uma bilər? Halbuki Rəbbinə qarşı o, belə davranmamışdır. Rəbbinin istədiyi hər bir şeydə Ona itaət etməmiş olan bir qul, köləsinin, uşaqlarının, xanımının istədiyi hər bir şeydə ona itaət etmələrini necə gözləyə bilər? Bütün bunları İbn Qeyyim rahmətullahi aleyhi «Tarikul Hicrəteyn» kitabında gətirir.
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə