SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

______________Milli Kitabxana_______________ 

135 


 

 

"Azca aşıra, - demiş, - ağrımaz başım...  



Çayların suyunda yumuş özünü,  

Ömründə bilməmiş hamam sözünü.  

"Təvəkkül" sözləri dilində əzbər,  

Açmış qapısını vaxtsız ölümlər.  

Yerini əyri bir çubuqla sürmüş,  

Gözilə dünyada nə odlar gönmüş!  

Başında hər zaman bostan əkilmiş,  

Gözünə bir qara pərdə çəkilmiş...  

Əllərində qabar, gözəllərində qan,  

Bir qarnı yeməmiş qazandığından.  

Həyəti, qapısı, dalanı palçıq;  

Körpə uşaqların baldırı açıq,  

Titrəyə-tİtrəyə girmiş tonqara.  

Onun gövdəsinə daraşan yara  

Təbibsiz, davasız simlər almışdır;  

Oğulsuz analar yasa batmışdır.  

Gəlinlər sığınmış cindara, fala;  

Bir el tapşırılmış bir "ağsaqqala".  

Budur, Talıstanın sıx ormanları  

Mənə xatırladır o zamanları.  

Həyat bu yerlərdə sakit axarmış,  

Hər kolun dibində bir oğru varmış.  

Keçən karvanları soyub talayan,  

Dağların başında ocaq qalayan,  

Hər axşam bir evə basqına gələn,  

Yırtıcı qurd kimi öldürüb, ölən  

Ellərin yağısı o vəhşilərdən  

Bir nişan görmədim Talıstanda mən.  

Tüfənglər bağlıdır, qılınclar qında,  

Kəndimmiz yer sürür ay işığında.  

Deyirəm: Bu yerdə dilənçi varmı?"  

Deyirlər: "Kolxozda aclıq olarmı?"  

Otnrmuş qapıda məktəbli bir qız,  

Əlində bir qələm, bir parça kağız,  

Dumanlı dağlara boylanıb durur,  

İndidən sadəcə rəsmlər qurur. 

 



______________Milli Kitabxana_______________ 

136 


 

 

Onun da ruhunu oynadır sənət,  



Qoynunda bəsləmiş onu təbiət.  

Çatılmış yay kimi qara qaşları,  

Yığılmış başına qız yoldaşları;  

Bir deyib, bir gülüb, aşıb daşırlar,  

Bəzən kəklik kimi qaqqıldaşırlar.  

Gözlərdə yaşamaq, gülmək həvəsi,  

Bəzən də göylərdə bir matros səsi...  

O ağ buludları doğrayıb biçən,  

Bu qəlbi dağların üstündən keçən  

Bizim təyyarəyə dikilir gözlər,  

Yüyürür ardınca bu sadə qızlar,  

"Ay qız! Ay Pərican! Ona bax, ona!  

Sürən ya Leyladır, Ya da ki; Sona!  

Sağ əli başıma! Bir mən də... mən də... 

" Gülür bu nəşəylə çöl də, çəmən də.  

Gülür nəslimizin qızıl bayrağı.  

Gülür dumanlarda Talıstan dağı.  

Kəndi dolaşıram yedəyimdə at,  

İçimdə bir qüvvə əmr edir: yarat! 

Bu böyük günlərin adını sən yaz!  

Otür könüllərdə min sədəfli saz;  

Bu ellər, bu günlər səni səsləyir,  

O ilk sevgisini sənə bəsləyir;  

O deyir - mənim də şairim vardır,  

Şeirsiz bir cahan xarabazardır...  

Cavab ver bu səsə! Doğmadır bu səs!  

Çörək itirənə ar olsun əvəz!..  

Kəndi dolaşıram yedəyimdə at,  

Içimdə bir qüvvə əmr edir: yarat!  

Qarşıma müxtəlif insanlar çıxır,  

Kefimi soruşur, əlimi sıxır.  

Hər gələn qapıma qonaq düş, - deyir,  

Bu ağ günlərimlə gəl öpüş, - deyir.  

Mənim təbiətə bir sualım var:  

Olərmi bunları görən sənətkar?  

Axşamdır, qaralır göyün həşyəsi, 

 



______________Milli Kitabxana_______________ 

137 


 

 

Canlanır bu dəli suların səsi.  



Böyük bir həyətdə iclasımız var,  

Sükut içindədir sonsuz yamaclar...  

Bu ayrı dağları baş-başa çatın,  

Günəşə, ulduza kəməndlər atın!  

Qanun da sizdədir, yer də sizdədir,  

Ölkənin taleyi əlinizdədir!  

Qolunu çırmasın igid oğullar,  

Dağılsın bu daşlı, kəsəkli yollar!  

Çəpərlər aradan bir-bir sökülsün,  

Palçıqlı yollara çınqıl tökülsün.  

Talıstan yolları düzəlsin dümdüz!  

Burda seçilməsin gecəylə, gündüz – 

Axşam elektrik lampalar yansın,  

Onun işığına quşlar oyansın.  

Sanma ki, məqsədim boş yaraşıqdır,  

Cahanda ən böyük qüvvət işıqdır,  

İşıqdır o günəş, işıqdır o ay!  

İşıqsız könülün taleyinə vay!  

Onsuz açılmazdı ətirli səhər,  

Donardı dəryalar, sərin küləklər.  

Onsuz qızarmazdı nə alov, nə şam,  

Daima kor kimi gəzən bir axşam  

Zümrüd şəhərlərə həsrət qalardı,  

Qaranlıq həyata qanad salardı.  

Nə çirkin, nə gözəl bilinməzdi heç,  

Könül təbiətə küsərdı tez-gec.  

Olmazdı sənətdə gözəllik sözü,  

Düşərdi qüvvədən insanın gözü. 

Ormanlar içində durur Talıstan,  

Ona bir baxışda vurulur insan!  

Qayalar az qalır göylərə dəyə...  

Boylanıram yaxın bir gələcəyə;  

Yenə yerindədir dağlar, dərələr,  

Xəyalı güldürən xoş mənzərələr,  

Çıxır seyrəngaha qızlar, analar. 

  

 




______________Milli Kitabxana_______________ 

138 


 

 

Ağaclar içində təzə binalar  



Baxın, durna kimi cərgələnmişdir,  

Göydən yer üzünə nur ələnmişdir!  

Böyük pəncərələr günəşə doğru;  

İsti mədənlərin çalışqan oğlu  

Burda saf havalar udur ürəkdən,  

Taxır sinəsinə güldən, çiçəkdən,  

Açır süfrəsini bulaq başında,  

Ömrünün bəxtiyar, azad yaşında  

Gözüylə seyr edir, zövq alır qəlbdən,  

Sərin hovuzlardan, fəvvarələrdən.  

Yaratmış bunları işçinin əli,  

Yaranmş bu günün böyük əməli!.. 

Gecə də, gündüz də qaynayır həyat,  

Həyatdan zövq alır qoca kainat.  

Məninı təbiətə bir sualım var:  

Ölərmi bunları görən sənətkar? 

1935 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə