SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə97/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

407 


 

Bəzən Əmirxanın iş hünərindən  

Danışıb özü də ləzzət alardı.  

Bəzən də söz açıb səhvlərindən  

Şirin bir dil ilə başa salardı. 

 

Bəzən də ordenli qəhrəmanları  



Göstərib deyərdi: "Beşcə il qabaq,  

Sən bəyənmədiyin bu insanları  

Bu boyda rütbəyə qaldırdı torpaq". 

 

Əmirxan onlara baxdıqca hərdən,  



Bir qüvvə duyardı öz biləyində.  

Ayrılıb hərcayi düşüncələrdən  

Arzular bəslərdi öz ürəyində... 

 

(Adətlər övladı yaranmışıq biz,  



Təmiz duyğulara, ürəklərə də.  

Gah isti, gah soyuq küləklərə də  

Ömürlük bağlanır hisslərimiz. 

 

Meylini saldığın sadə bir daş da,  



Bəzən ömrün boyu yadında qalır.  

Ülfətin oğludur dost da, sirdaş da  

İnsana isnişib insan ucalır). 

 

İndi o hərcayi Əmirxana bax!  



Gör necə bağlanmış ana torpağa;  

Hər səhər quşlardan tez oyanaraq,  

Tələsik baş çəkir saldığı bağa. 

 

Yel soyuq əsdimi, şaxta keçdimi,  



Çiçək tökmədi ki, ağaclar gecə?  

Torpaq öz suyunu yaxşı jçdimi?  

Ümidlər, arzular çıxmasın heçə! 

 

Əsir yarpaq kimi hər yarpaq üstdə,  



Ürəkdir titrəyən əməllərilə.  

Görüncə bir kiçik budağı xəstə 

 Kəsir cərrah kimi öz əllərilə. 



______________Milli Kitabxana_______________ 

408 


 

 Bəzən də bir ağac boysuz olanda  

Onun gövdəsinə dərmanlar vurur.  

O ağac böyüyüb yaşa dolanda  

Sərin kölgəsində məclis də qurur. 

 

O hələ zövq alır pul xərcləməkdən,  



Çox açıq əllidir dosta, yoldaşa.  

Bütün gəlirini xərcləyib bəzən  

Güc ilə çatdırır ayı baş-başa. 

 

Qoy olsun, dəyməyək daha xətrinə,  



Ağız ləzzətilə yeyir çörəyi.  

Biz ona sərxoş da deməyək yenə,  

Qoy içsin, istəsə hərdən ürəyi... 

 

* * * 



Keçdi o zamandan üç qış, üç bahar.  

Zaman çox məqsədi başa yetirdi.  

O sovxoz bağında bitən ağaclar  

Üç cürə, beş cürə meyvə yetirdi. 

 

Bəzən bir ağacın üstündə gerçək,  



Alma da, armud da, heyva da doydi;  

Əriklər, gilaslar sayrışdı rəng-rəng,  

Ağır şaftalılar yerə baş əydi. 

 

(Muğanda gördüyün çöllər, yamaclar  



Bütün torpaqlardan bərəkətlidir.  

Qışda yaşıl qalır orda ağaclar,  

Zəmilər, yoncalar xoş sifətlidir. 

Arazın suyundan bol-bol içərək,  

Daş kimi çiyələk yetirir aran.  

Sağalmış yaranın qaysaqları tək  

Qopub parça-parça tökülür şoran. 

Araz dünya gəzir bir insan kimi,  

Min yerin şirəsi hopur canına:  

Şüşəyə tutulmuş bir saf qan kimi  

İşləyir Muğanın damarlarına. 

 



______________Milli Kitabxana_______________ 

409 


 

 Muğanda yetişən ilk nübarları  

Yemək də olmayır şirinliyindən.  

Gəncənin üzümü, Göyçayın narı  

Baxıb həsəd çəkir onlara bilsən). 

 

Bağın nemətləri olduqca dən-dən  



Əmirxan onları vaxtında dərdi.  

Canla bəslədiyi o meyvələrdən  

Ülkərə hər fəsil pay da göndərdi. 

 

** * 



Təsvir etdiyim bu gözəl bağa  

İnsanlar ad verdi "Əmirxan bağı".  

Şairin ürəyi döndü bir dağa,  

Sevindi dastanın hər bir varağı. 

 

Kən-kənd, şəhər-şəhər bu bağın adı,  



Şöhrəti yayildı bizim ellərə.  

Yoldaş Əmirxanın bu istedadı  

Düşdü nağıl kimi bütün dillərə. 

 

(Bəzən görürsən ki, yaxşı bir hünər  



Gizlənir insanin öz varlığında.  

Döyüşsüz, cəbhəsiz keçəndə illər  

Qılınc da paslanır yaldığı qında...) 

 

Həyatın əzəldən bir qanunu var:  



İşsiz hünər yoxdur, hünərsiz də iş.  

Dəmir də, polad da, iş üstə parlar,  

Ən böyük ilhamdır zəhmətə vərdiş. 

 

** * 



 

Elə mən özüm də bir həftə, bir ay  

Yazmasam, şeirdən çox soyuyuram  

Buludlar yığışır üstümə lay-lay,  

İçimdə bir boşluq, heçlik duyuram. 



______________Milli Kitabxana_______________ 

410 


 

  

Əsər yazmadığım işsiz zamanlar  



Şair olmağımı danıram özüm;  

Çox geniş olsa da göy asimanlar  

Mənasız boylanır aləmə gözüm. 

 

Elə ki, sətirlər durur yan-yana,  



Yarpaqlar yığışır yarpaqlar üstə.  

Elə bil dünyalar verılir mana,  

Dağlar qoymasam da, mən dağlar üstə. 

 

Böyüdü get-gedə Əmirxan bağı,  



Hər ili ardınca bir il apardı...  

O bağdan Muğanın hər bir bucağı  

Qocalmış bağlara şitil apardı. 

 

Əmirxan özü də gözləmədən heç,  



Bir də inanmadan öz qüdrətinə,  

Ellər dünyasında tanındı tez-gec,  

Taleyi tuş gəldi el hörmətinə. 

 

Dostlar, bəllidir ki, qoca dünyada  



Yerin nəfəsilə yaşayırıq biz.  

Heç kəsin zəhməti getməyir bada.  

Yaratmaq əsridir bizim əsrimiz. 

 

XXXVII 



 

Günlərin birində Muğan düzündə  

Əmirxan Bakıdan bir məktub aidı.  

Bir şadlıq oynadı onun üzündə,  

Fəqət bir neçə gün o, fikrə daldı. 

 

Ona nazirlikdən yazmışdılar ki:  



"Məsul vəzifəyə gələrsinizmi?  

Ancaq, bu xüsusda danışıq var ki,  

Siz bağdan ayrıla bilərsinizmi?" 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə