Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   ...   97

çəkilmişdir. Onun təhlili göstərir ki, müəllif topoqrafiyanı  əla bildiyindən iri 
yaşayış məntəqələri ətrafinda, ayrı-ayrı sahələrdə bağları, şorluqları, bataqlıqları da 
göstərmişdir. Xüsusilə, Xocavənd, Lənbəran, Kvartaboyəhmədli  ərazilərində 
bağlıq sahələr daha çox qeyd olunmuşdur. 
- Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar rus xəritə 
və mənbələrindəki kimi dəyişdirilmiş, yoxsa türkcəsi saxlanılmışdır? 
- General İbrahim ağanın xəritəsinin  ən böyük dəyəri yer adlarının türkcə 
işlənməsidir. Məsələn, Kür-Araz ovalığında Muğan bozqırı, Mil bozqırı,  Şirvan 
bozqırı kimi adlar saxlanılmışdır. Təbii coğrafi yer adları isə indikilərdən az 
fərqlənir. Məsələn: Dəli Məhəmmədi. 
Xəritədən kifayət qədər maraqlı  məlumatlar almaq olar. Xüsusilə, tarixi 
adların verilməsi onun dəyərini daha da artırır (Qarabulaq, Əbdəllər, Korusu, 
Tərtər,  İrəvan, Tiflis). Salyan və Sabirabad ərazisində bir çox qalaların adları 
(Mahmud qala, Cavad qala, Şin qala, Əbul qala) tarixi məna kəsb edir. Xəritədə bu 
qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsi, göstərilməsi də 
elmi cəhətdən çox maraqlıdır. Xəzər dənizi boyu - Dərbənddən Astaraya qədər 
çoxlu burunların və  ətəkələrin hamısı türk - Azərbaycan adı ilə göstərilmişdir. 
Müəllifin silsiləni sıralar, aşırımı  aşma, çölü bozqır, kəndi köy kimi yazması da 
dilçilik baxımından çox maraqlıdır. 
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyişdirmiş 
və  təhrif etmişlər. Həmin başabəla “tədqiqatçılara”  İ.Vəkilovun xəritəsi tutarlı 
cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. türk mənşəli adlar 
bunlara  əyani misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər, 
hidronimlər, oykenimlər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar 
erməni tədqiqatçılarını ifşa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər. 
İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə kartoqrafik 
əsəridir. Xəritənin tarixçi, dilçi, coqrafiyaçı alimlər və siyasətçilərin dərindən 
təhlilinə ehtiyacı var. İndiki dövrdə  bəzi mübahisəli məsələlərin (ad, sərhəd) 
aydınlaşdırılmasında ondan istıfadə etmək vacibdir. Xəritədə göstərilmiş, indi isə 
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola 
bilər. 
Azərbaycan Respublikasının qonşu dövlətlərlə  sərhədlərinin xəritədə 
göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin Qafqazı yaxından 
tanınmasından irəli gəlir. 
İbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi və təbii xəritəsi” 
adlı  məzmunlu kartoqrafık  əsəri qəza sərhədlərini (siyasi vəziyyəti) çox əyani 
göstərən bir xəritədir. 
İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində 
kiçik əl gəzdirınəklə yenidən çap olunması vacibdir. Mənə belə gəlir ki,  
İ.Vəkilovun  əlimizə  gəlib çatmayan çoxlu əsəri hələ  də müxtəlif arxivlərdə öz 
tədqiqatçısını gözləyir. 
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı addımlar bizi 
unutdurulmuş  məşhurlarımızla daha yaxından tanış olmağa, onların  əsərlərinin 
toplanıb çap olunmasına köməklik göstərəcəkdir. 


İbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində apardığı işlər 
onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bunun üçün gənclərə  Vətən 
təəssübkeşliyi, milli hiss, keçmişimizə qayğı kimi mənəvi keyfiyyətlər 
aşılanmalıdır. 
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbaycan 
Ensiklopediyasında bir sətir belə yoxdur. 
 
  
                                AİLƏNİN BƏXT ULDUZU 
                      
Arvadla kişini bağlayır kəbin 
Bu işə yol verir şəriət, ayin. 
 
 
  
Mənimsə kəbinim bir rübaidir,   
 
  
Varmı bu kəbinə yol verən bir   din? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhsəti Gəncəvi.  
 
 
Arxiv sənədlərində general İbrahim ağa Vəkilovun hərbi topoqrafiya 
sahəsində qeyrət və vicdanla çalışmasına aid maraqlı  sənədlər, rəylər vardır. Bir 
şəhadətnamə  də diqqətimi cəlb edir. O, 1928-ci il iyulun 30-da Azərbaycan SSR 
Xalq  İctimai Təminat komissarı Muxtar Hacıyev tərəfindən verilib:  “Bununla 
təsdiq edirəm ki, hərbi topoqraf İbrahim ağa Vəkilov, mən Azərbaycan MİK-nin 
sədri olarkən, bir neçə  dəfə müxtəlif  komissiyalara üzv seçilib, eləcə  də 
Azərbaycan və Ermənistan respublikalarının sərhəddi təyin ediləndə  və 
ümumiyyətlə, Azərbaycan MIK yanında müxtəlif işlərdə iştirak etmişdir.  Yoldaş  
Vəkilov  ixtisasını  qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla, ləyaqətlə  və 
səliqəli yerinə yetirirdi”. 
Şair Mənsur Vəkilovun yaddaşından: 
1952-ci ildə Azərbaycan Respublikasın Səhiyyə Nazirinin müavini işləyən 
atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağlı maraqlı bir hadisəni indi də 
unuda bilmirəm. Gecə yarısı  qəfildən qəbuluna çağıran Stalinin qəddar silahdaşı 
Mircəfər Bağırov elə qapının astanasında sərt səslə atamdan soruşmuşdur: 
“General Vəkilov sənin qohumundur?” Bu qəfil çağrışdan yaxşı heç nə 
gözləməyən rəngi saralmış atam “Bəli” cavabını verir. Bir az mülayimləşən 
Bagırov səsinin ahəngini yumşaldıb demişdir: “Niyə  həyəcan keçirirsən? Belə 
qohumla ancaq fəxr etmək olar. Bu yaxınlarda bizim sərhədlərimiz haqqında mən 
ermənilərlə mübahisə edirdim. Vəkilovun xəritəsini tapıb əyani olaraq onlara sübut 
etdim ki, sizin mübahisə etdiyiniz torpaqlar bizimdir.” 
Bu əlbəttə o dövrün dəhşətli möcüzəsi idi: bunları o adam deyirdi ki, general 
İbrahim ağa Vəkilovun iki oğlundan birini-polkovnik Qalib bəyi güllələtmişdi
mühəndis Faris bəyi isə on səkkiz illik sürgünə göndərmişdi. 
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR Xalq 
Komissarlığı fərdi təqaüd kəsmişdir. 
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İ.Vəkilov 1884-cü ildə rus qızı 
Yelena Yefiraovna Yermolayeva ilə ailə  həyatı qurmuşdur.   Bir-birini   sevərək  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə