Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   2   3   4   5   6   7   8   9   ...   97

şeydi bilmir. Deynən get qəbiristanda yat, yatajax, eymənmək-zad yoxdu. Bunda 
urusca qəzət də var, gündə çıxardıb oxuyur. Məni günortadan gözləyir... 
- Qatso, o kimdi, sənnən gələn? 
- Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir. 
- Xeyir ola, bu uşağın Tiflisdə nə işi var? 
- Nə bilim, Nikolaz, - deyir gedib oxuyub, voyennidi, əfsərdi, nədi ondan 
olajam.  
Nikoloz qayğılı-qayğılı: 
- Qatso, dəlisən-nəsən, - dedi. - Xalqın uşağını aparıb itirərsən. 
- Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərıni? ...İbrahim həmkəndlisi 
Mirzə Hüseyn Qayıbzadənin  Şeytanbazar yanındakı evini asanlıqla tapa bildi. 
Çünki o vaxtlar Tifiisdə çoxlu azərbaycanlı yaşayırdı. Mirzə Hüseyn Əfəndi də çox 
hörmətli və məşhur şəxs idi. 
O, Tiflisdə rus-tatar məktəbində  şərq dilləri müəllimi, Zaqafqaziya müftisi 
vəzifələrində  işlədiyindən böyük nüfuza malik olmuşdu. Oxumaq istəyən kasıb 
balalarına kömək əli uzatmağı, onların bu işıqlı arzularının həyata keçməsinə şərait 
yaratmağı Mirzə Hüseyn Əfəndi ən nəcib, ən şərəfli vəzifə hesab edirdi. 
Müftmin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə gözlərinə inanmadı. 
Bu gözəl və  nəcib qadın heyrətdən, təəcübdən az qala qışqıracaqdı. O, İbrahimi 
bağrına basıb doğma balası kimi öpdü, oxşadı. Kəndi, gohumları soruşdu. Atası 
Paşa ağanın vaxtsız ölümünə heyfsləndi.  İbrahimin oxumaq dalınca gəlməsini 
eşidəndə ona elə bil dünyanı bağışladılar. 
- Səadət   xanım, - Hüseyn Əfəndi ağır-ağır soruşdu: - İbrahimin haraya 
qəbul olunmaq istədiyindən xəbərin varmı? 
- Xeyr! 
- Ot kökü üstə bitər. Praporşik Paşa ağanın oğlu hərbi qulluqçu olmaq 
istəyir. 
- Hə, - qadın xeyli duruxdu, - demək mənim kəndimin, Salahlının ilk savadlı 
hərbi qulluqçusu olacaqsan. Çox yaxşı, çox gözəl, oğul, - Səadət xanım onu 
yenidən qucaqladı. 
- Kadet korpusunda yer yoxdur, bir az gec gəlib, bu gün sentyabrın altısıdır. 
Amma Hüseyn əmisi onu məyus qaytarınaz. 
Mirzə ipək kimi yumşaq və dumağ saqqalını sığallayıb ani olaraq susdu: 
- Bəxtindən üçüncü Mejevoy Hərbi Gimnaziyasında bir yer var. Bu 
məktəbin direktorunun mənimlə dostluğunu bilirsən. Mənə belə  gəlir ki, burda 
İbrahim üçün çətin olmayacağ. Direktor milliyyətcə Kazan tatarıdır. Bizim dilə 
yaxşı bələddir. Ona həm rus dilini öyrədər, həm də təhsil verər. 
 
 
 
 
 
 
 
 


TOPOQRAF-GENERAL İBRAHİMAĞA VƏKİLOV 
 
 
 
 
 
 
 
Şerimiz, sözümüz, elimiz də var, 
Arif yaşamışdır bizim babalar. 
Lakin xoş olsa da, söz ilə sənət, 
Böyük sərkərdələr yetirən millət. 
Yalnız qalibiyyət çələngi taxar, 
Gələcək günlərə vüqarla baxa 
 
Səməd Vurğun 
 
Xalqımızın yetirdiyi elə  şəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif 
mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə, illərdə bunların 
fəaliyyəti geniş işıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. 
Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin “müsavat 
generalı” damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaşlardan qeyb 
olub. Böyüməkdə olan gənc nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu 
şəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün 
bizim üçün böyük məktəbdir. 
Topoqraf-general  İbrahim ağa Paşa ağa oğlu Vəkilov da belə unudulmuş 
şəxsiyyətlərdən biridir. 
1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının 
Qırax Salahlı  kəndində anadan olan İbrahim ağa Vəkilov on bir yaşında atadan 
yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə 
saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha 
çox öyünür, qürrələnirdi. 
General İbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi: 
1900-cü mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənablarının 7 yanvar 
1900-cü il tarixli 80 nömrəli yazılı müraciəti  əsasında mən Qazax Qəzası II 
sahəsinin Pristavı  vəzifəsinin icraçısı Poruçik Kolomeytsev bu tarixdə gizir Paşa 
Xəlil ağa, mayor Əli Vəkil Qazaxlı və Pənah Bəy Vəkilov Qazaxlının nə vaxt və 
hansı valideynlərdən doğulduqlarını aydınlaşdırınaq məqsədilə dindirilmə 
aparmaqla Salahlı  kəndinin uzunömürlü sakinləri Molla Nəsib Oruc oğlunu, 
Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, İbrahim Əfəndi oğlunu, Məmməd 
Panbıq Bəşi oğlunu, Əmirxan Hacı oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud 
oğlunu, yerli ruhanilər Molla Usub Əfəndini, Məmməd  Əfəndi oğlunu və Molla 
Məmməd Zərif oğlunu dəvət etmişəm. Onların  şəhadətləri inandırıcıdır və 
qabaqcadan  şəhadətlə  gətirilərək dindirınişəm və yuxarıda  ərz olunan məsələ ilə 
əlaqədar onlar bunları demişlər: bizə dürüst məlum olduğu kimi gizir Paşa Ağa 
qanuni valideyinləri - atası Xəlil Ağadan və anası Fatma Xanım  Əlibəy qızından 
doğulmuşdur; gizir Xəlil Ağa, mayor Əli Ağadan və Şəhriyar Xanım Hacı Qasım 
Ağa qızından doğulmuşdur; mayor Əli Ağa Pənah Ağadan və Zöhrə xanım 
Abdulla Ağa qızından, Pənah bəy isə Məmməd Şərif Ağadan və anası Yetər Xanım 
Yolçu qızından doğulmuşlar. Fəqət onların məhz nə vaxt anadan olmalarını 
doğulduqları dövrdən xeyli ötüşdüyünə görə bilmirik. Yuxarıda  ərz olunanlarla 


əlaqədar mən, Pirstavın vəzifələrinin icraçısı  qərara aldım: Hazırkı protokolu 
tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək. 
II Sahənin Pristavı Kolomeytsev
1
  
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiş və hərbi topoqraflar 
Korpusunun Kapitanı  İbrahim bəy Vəkilova onun xahişi  əsasında təhvil 
verilmişdir. Bunu da Zaqafqaziya Sünnü Ruhani İdarəsi imza və dövlət möhürü ilə 
təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis şəhəri. 
 
İdarənin rəisi Zaqafqaziya Müftisi: 
Mirzə Hüseyn əfəndi Qayıbzadə 
Möhür 
katib: imza, 
katibin köməkçisi: imza. 
 
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan  əlli altı 
nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki 
üçüncü Mejavoy Hərbi Gimnazyasına daxil olduğu göstərilir. Orta məktəb 
həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə 
Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya 
məktəbinə daxil olur. 
1879-cu ildə  İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib
praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz 
hərbi dairəsinin topoqrafiyaya qərargahı şöbəsində çalışır. 
Xidmətmin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə  məşğul olan 
İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində  Xəzər 
dənizindən  Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində  iştirak edir. 
Belə bir ciddi işi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, 
İbrahim ağa Vəkilovun xidməti  İran hökumətinin  ən yüksək “Şire-Xorşid” 
ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə 
rəhbərlik edən  İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik 
çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov 
dörd il rus səfırliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində 
yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 
1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətmin 
Rus-Türk sərhədlərində topoqrafiyak çəkilişə  rəhbərlik edir və Bosforun hərbi 
xəritəsini hazırlayır. 
1912-13-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik  
İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən 
topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən 
ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il 
inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü 
dərəcəli Vladimir ordenlərinə layiq görülür. 
                                                 
1
 Sənədin əsli Şöhrət Vəkilovda saxlanılır. –  Ş.N. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə