Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə11/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   7   8   9   10   11   12   13   14   ...   144

37 

 

şənlənən tələbələr mənə yadplanetlilər kimi qəribə gəldi. Tələbə 



olmaq  həvəsim  birə  min  artdı  bu  anlarda,  –  “Mütləq  instituta 

daxil olub bu tələbələrin arasına qatılmalıyam”. Südlü kakaoya 

vuruldum.  Nə  Akif  müəllim,  nə  də  Ənniyaz  müəllim  mənə 

tələbəliyi  bu  qədər  sevdirməyi  bacarmamışdı,  südlü  kakao  isə 

tələbə olmağı şərt kimi boynuma qoydu. 

...İmtahana  sayılı  günlər  qaldığından  Səmərqənd  mənə 

mane  olmamaq  üçün  ancaq  gecələr  yatmağa  gəlirdi.  Yataqxa‐

nada  otaqların  çoxu  boşaldığından  (tələbələr  yay  tətilindəy‐

dilər)  qalmağa  yer  istədiyin  qədəriydi.  Oxuya  bilmirdim.  Fik‐

rim,  hələ  kənddəykən  televiziya  ilə  gördüyüm  şəhər  mənzə‐

rələrində  qalmışdı.  Televizordan  tanıdığım  yerlərin  hamısını 

tələsik  gəzmək  istəyirdim.  Həm  də  –  “Yeməknən  doymayan, 

yalamaqnan  doyası  deyildi”,  –  nə  bilirdimsə  “qabımda”  oydu. 

Prokata  götürülmüş  “Krım”  televizorunun  mis  məftildən  olan 

“antena”sı  yerə  düşdü,  fikrim  yayındı.  Televizorun  “antena‐

sını”  taxdım.  Kanalları  dəyişən  tutacaq  da  avtomobillərin  mis 

yanacaq  borusundan  düzəldilmişdi  –  əzilmiş  ucu  adamın  əlini 

deşirdi.  Kanalları  dəyişirdim.  Birdən  öz‐özümə:  “Aman  Alla‐

hım,  necə  unutmuşam!  Axı  bu  gün  “Abituriyentlərə  kömək” 

verilişi var! 

...“Aparıcı,  biologiya  elmləri  namizədi  ...Ömərova.  Mövzu 

– “İlişikli irsiyyət hadisəsi”. Aman tanrım, tam istədiyim dərs!”. 

Mövzunun yarısını ötürmüşdüm. Bütün hiss orqanlarımla dər‐

sə  hakim  kəsildim.  Aparıcı  elə  nurani  qadındır  ki,  tanıdıq‐

larımdan kiməsə oxşadırdım. “İlişikli irsiyyət hadisəsi” ümumi 

biologiya  fənnində  əzbərlədiyim,  lakin,  tam  dərinliyinə  vara 

bilmədiyim yeganə mövzuydu.  Yəqin, elə çətin mövzu olduğu 

üçün  imtahanqabağı  televiziya  mövzusu  olaraq  seçmişdilər. 

Ənniyaz müəllim bu dərsi mənə bəlkə də əlli dəfə oxutmuşdu, 

mənimsə,  mövzunu  əzbərləməkdən  başqa  yolum  qalmamışdı. 

Amma  biri  mövzu  ilə  əlaqədar  kitabdankənar  sual  versəydi, 



38 

 

cavab verə bilməyəcəyimdən əminiydim. Öz aramızdı, deyəsən 



Ənniyaz müəllimin özü də bu mövzunu düz‐əməlli bilmirdi... 

Lənətə  gəlmiş  Səmərqənd  gəlməyə  vaxt  tapdı...  Qapını 

yumuruğuyla  elə  vurdu  ki,  divar  titrədi,  “antenna”  yenə  yerə 

düşdü.  Qapını  cəld  açıb  başımı  televizorun  arxasına  soxdum. 

Antennanı  nizamlayanədək  aparıcı,  –  “...gələn  görüşlərədək, 

imtahanlarda uğurlar arzulayırıq” – deyib verilişi bitirdi. Dilxor 

oldum.  Səmərqənd  yarı  bədəni  içəridə,  dəhlizdə  kiməsə 

səsləndi,  –  “Не  стесняйся,  свой

25

...  Onun  arxasınca  19‐20  yaşlı 



gözəl  bir  qız  içəri  girdi.  Azacıq  şişmanlığı  vardı,  amma  çox 

suyuşirin qızıydı. Rus idi. Əl uzadıb salam verdi: 

– Lena. 

– Fərhad – mən də özümü təqdim etdim. 

– Mojna Fedya? – soruşdu. 

– Fedya net, Fərhad – dedim. Səmərqənd güldü: 

– A çuşka, Fedya elə Fərhad deməkdir da... 

Səmərqənd qızı mənim yanımda qoyub, dəhlizin başındakı 

ayaqyoluna qaçdı, – görünür yenə “qaynadırdı”. Qız mənə nəsə 

deyirdi.  Lakin,  mən  rusca  “da”, “net”dən  başqa  heç  nə  bilmir‐

dim.  Səmərqənd  qayıtdı.  Köynəyini  və  şalvarını  soyundu, 

ancaq  alt  tumandaydı.  Utandığımdan  yerə  girdim,  sanki  so‐

yunan  mən  idim.  Səmərqəndə  göz‐qaş  elədim,  –  “Abırsızlıq 

eləmə, qızdan utanmırsan?” 

Səmərqənd: 

–  Sən  qız  yanında  heç  soyunmamısan?  Sən  “devstven‐

nik”sən? 

–  O nə deməkdir? – soruşdum. 

– Heç qızla yatmamısan? – deyəsən forslanırdı, ya da məni 

qəsdən cırnadırdı. 

– Yox... – lap utandım. 

                                                            

25

 

“Çəkinmə, özümüzünküdür!” (rus)



 


39 

 

Lena  “devstvennik”  sözündən  söhbətin  nədən  getdiyini 



anlamışdı. Səmərqənddən soruşdu: 

– Саша, oн еще девственник, я правильно понялa

26

?! 

Çox  mehriban  qız  idi.  Səmərqəndin  “çuşka”  sözünə  hirs‐

lənəndə,  Lena  mənə  başa  saldı  ki,  “çuşka”  rusca  “чужак”, 

“чужой”  –  yəni  “yad  adam”  mənasını  verir.  Mən  də  şəhər 

mühitinə  düşmüş  yad  adam  idim.  Ağzından  çıxan  hər  sözü 

əl‐qolla mənə başa salmaqdan ərinmirdi. 

İllər ötdükdən sonra rus dilini öyrəndim və onda qandım ki, 

Lena ilə onun “Saşa”sı məni necə məsxərəyə qoyub gülürmüşlər. 

Lena eyni sualı Səmərqəndə bir də verdi, – “Fedya bakirədir?” 

Səmərqənd Lenaya: 

– Deyəsən elədir... – dedi, sonra mənə, – “Necə olub ki, sən 

indiyədək qızla olmamısan, sən lap bədbəxtsənmiş ki...” 

Mən: 


– Dümbələk, kənddə “yatmağa” qız var? Elə bil özü kənd‐

də  gündə  bir  qızla  yatırmış,  zalım  oğlu...  –  Lenanın  dilimizi 

bilməməsindən ürəklənmişdim. 

Uzun  çək‐çevirdən  sonra  razılaşdılar  ki,  mən  “devstven‐

nik”əm və məndən əl çəkdilər. Lena hər şeyin yerini əzbərdən 

bilirdi, demək əvvəllər də burda olubmuş. İndi başa düşürdüm 

Səmərqəndin  niyə  kəsirə  qaldığını.  Lena  televizorun  altındakı 

siyirmədən  kartof,  soğan,  sabılcanı  çıxarıb  yemək  bişirməyə 

girişdi.  Üst‐başını  batırmamaq  üçün  məndən  əynimdəki  qo‐

luqısa  futbol  köynəyimi  ona  verməyimi  istədi.  İlk  dəfə  idi  ta‐

nımadığım qızın yanında soyunmaq zorundaydım. Altda may‐

kam  da  yox  idi,  gözüm  divardakı  güzgüyə  sataşdı,  qıpqırmızı 

qızarmışdım. Lena bu halıma baxıb mənə xeyli güldü. Qızın hə‐

yasızlığından  bir  az  ürəkləndim,  maykamı  tapıb  əynimə  gey‐

dim. Qız heç utanıb çəkinmədən köynəyini soyundu, hətta be‐

                                                            

26

 

Saşa, o hələ bakirədir, mən düz başa düşdüm? (rus.)



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə