Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə13/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   9   10   11   12   13   14   15   16   ...   144

43 

 

Mən  hələ  də  ona  baxmağa  utanırdım  –  heç  nədən  çəkinməsin, 



durub‐dayanmasın deyə. Balkonun pəncərəsindən düşən ay işı‐

ğı içərini azacıq aydınladırdı. Ayağa durdu. Əllərimi əlinə alıb 

öz  belinə  qoydu,  əlinin  işarəsiylə  tumanını  soyundurmağımı 

istədi.  Tumanını  aşağı  çəkdim.  Başqalarından  eşitdiyim  üsulla 

və  öz  səriştəsiz  instinktlərimlə  nataraz  əlimi  onun  dalında,  be‐

lində,  boynunda,  döşlərində  gəzdirdim.  Xırda  məməsinin gilə‐

lərini  astaca  sıxdım.  Qızın  pəncələri  üstə  dartınması  xoşuma 

gəldi.  Başını  arxaya  çevirib  gözlərini  yumur,  “off..,  uff...”la  za‐

rıyırdı. Demək bir şeylər bacarırmışam. Qızı bir qədər özümdən 

aralayıb onun lüt bədəninə tamaşa etdim, artıq utanmırdım. Le‐

na çox gözəliydi. 

...İlk dəfə qadın cinsiyyət üzvünü hələ 6‐cı sinifdə oxuyar‐

kən  görmüşdüm.  Səhər  ertədən  mal‐qaranı  nobata  qoşan  vaxt, 

eşidəndə  ki,  bu  gün  kimsə  tövlə,  hin,  ya  da  ev  tikir  çiçəyimiz 

çırtlardı,  zarafatla,  “Yeyəcux‐içəcux,  deyəcux‐güləcux”  –  deyib 

sevinərdik.  Bütün  kənd  cavanları  dəstə‐ittifaq  toplaşıb,  dəvət‐ 

filan  gözləmədən  həmkəndlimizin  bir  həftəlik  işini  bircə  günə 

qurtarardıq.  Nədi  nədi  pamidor‐badımcan  çığırtması,  macıx  – 

əriştəni,  ya  da  ən  yaxşı  halda  toyuq  supunu  birlikdə  yeyəcək, 

zarafatlaşıb  deyib‐güləcəyik.  Absəməd  kişinin  evini  tikəndə, 

qonşu  Şəfəq  xala  evin  xeyir‐duasını  verməyə  gəlmişdi.  Amma 

taxtadakı  yüzlük  mismara  ayağını  basıb  dərhal  da  yerə  çök‐

müşdü.  Görünür  yayın  istisindənmi,  ya  da  adi  vərdişdənmi, 

altdan  tuman  geyməmişdi.  Ağrıdan  hər  şeyi  unutmuş,  qırçın 

donunu  qaldırıb  ayağının  altına  baxanda  onun  tüklü  abırını 

tam aydınlığı ilə görmüşdüm... 

Yenidən Lenanı özümə sıxdım, belini qucaqladım. “Qüru‐

rum”  sözümə  baxmırdı  –  o  qədər  bərkimişdi  ki,  onu  hiss  et‐

mirdim, – az qalırdı dərisi cırılsın.  Lena aralanıb dizüstə döşə‐

məyə  çökdü.  Mən  bir  qədər  çimkinsəm  də,  nə  edəcəyimi  bil‐

mədim.  Lal‐dinməz  durub  bu  ağılasığmaz,  təsvir  edilməsi 



44 

 

mümkün  olmayan  ləzzətin  zövqündən  süst  qalmışdım.  Ürə‐



yimdə, – “Sağ əlim kənddəki bütün “devstvennik”lərin başına” 

– deyib gülümsündüm... 

Bu  dəqiqələrdə  mənə  ən  əziz  insan  Lena  olmuşdu.  Mənə 

ləzzət  vermək,  məni  məmnun  etmək  xatirinə  ciddi‐cəhdlə  hər 

bacardığı  şeyi  edirdi.  Məncə  o,  bu  anda  özünün  aldığı  ləzzət‐

dən çox, mənə verdiyi ləzzətdən məmnun idi və bu ləzzəti tam 

aldığımdan  əmin  olmaq  üçün  hər  xırda  mimikamı  yoxlayırdı. 

Mən,  bildiyim  şeyin  yaxınlaşdığını  hiss  edirdim.  Bir  tərəfdən 

bunun  ləngiməsini  istəyir,  digər  tərəfdən  isə  bunu  ləngidəcək 

heç  bir  yol  bilmirdim.  “Gəlir!”  –  gözlərimi  bərəldib  bağıranda, 

qalxıb  əli  ilə  ağzımı  tutdu  ki,  qonşular  eşitməsin.  Lena  finalı 

daha  aydın  görmək  üçün  əl  atıb  işığı  yandırdı.  Mənim  hal‐

dan‐hala  düşən  sifətimi  yamsılayırdı.  O,  öz  bakirəliyimi  poz‐

duğum  və  ləzzətini  heç  vaxt  unutmayacağım  bir  rus  gözəli  – 

ilkim  idi.  Həmin  gün  Lena  oğlanlığımı  əlimdən  alıb  məni  kişi 

elədi... 

Nə  böyük  xoşbəxtlikmiş  başqasına  ləzzət  vermək  iqtida‐

rında  olmaq.  Həmin  gecə  gözümüzü  qırpmadan  –  səhərədək 

dəli kimi tərləyə‐tərləyə, dəmir çarpayımızdan “qığılcım” çıxa‐

na, sıvırıq olanadək sevişdik. Sanki, o gecə bütöv  bədən ancaq 

bir orqana dönmüşdü. Mənim naşı tərəf müqabili olmağımdan 

törəyən  xırda  dilxorçuluqları  nəzərə  almasaq,  hər  şey  xoşbəxt‐

likdən də üstünüydü. Elə xoşbəxtiydik ki, həyatımın bütünlük‐

lə  belə  davam  etməsini  istəyirdim.  O  gecə  hər  şeyi  unutmuş‐

dum – imtahanı, Durna nənəmi, kəndimizi, valideynlərimi... 

Günəşin ilk şəfəqləri gözümə düşəndə yuxudan ayıldım – 

günortaya az qalırmış. Lena arxası mənə tərəf qucağımda mışıl‐

mışıl yatmışdı. Mən yenə istəyirdim, – qız zarıdı, çox yorulmuş‐

du,  –  qoymadı.  İkimiz  də  yataqdan  qalxdıq.  Əl‐üzümüzü 

yuduq. Son üç ədəd yumurtanı da qaynadıb naharla günortanı 

bir öynəyə saldıq. 



45 

 

Ehtirasın  dili  olmurmuş  –  axşamkı  səhnələri  xatırladıqca 



bir‐birimizi nəvazişlə qucaqlayır, öpüşürdük. Bir azdan Səmər‐

qənd qapını döydü. O gələn kimi yenə də təkləndim – yenə də 

Lena ilə cikkildəşib gülüşürdülər. Lena mənimlə keçirdiyi gecə‐

nin qısa xülasəsini Səmərqəndə danışdıqca, o gülür, hərdən də, 

–  “Malades!  Kişisən,  kişi!”  –  deyir,  əlini  kürəyimə  vururdu. 

Mən bu sillələrdə qısqanclıq hissini duymadığım üçün məəttəl 

qalmışdım. Birdən ciddiləşərək dedi: 

–  Hə,  kef  çəkmək  bitdi!  İndi  isə

 

kitablarını  götür  getdik. 



İmtahanına 2 gün qalıb, ciddi hazırlaşmalısan. 

– Baş üstə, yengə qardaş! – dedim. Kefim yaman kökəlmiş‐

di. Təzə bəydən betər idim. 

Hara  getdiyimizi  soruşmadan  paltarımı  geydim,  kitabımı 

və  konspektlərimi  götürdüm.  Yataqxanadan  çıxdıq.  Belim  qu‐

rumuşdu – güclə yeriyirdim. Səmərqənd arada məni sancırdı, – 

“Xayaların çalğu kimi yer süpürür, bir az addımlarını yeyinlət, 

kinoya  gecikəcəyik!”.  Lena  qoluma  girmişdi.  Bizə  baxanlardan 

utansam da, kimsənin məni tanımadığı bir yerdə qızla qol‐qola 

gəzməyi təbii hesab edirdim. 

“Vətən”    kinoteatrının    yanına    çatanda    Səmərqənd    kino 

üçün bilet almağa getdi. Biz isə küçədə sərgilənən antikvar əşya 

və  rəsm  əsərlərinə  baxırdıq.  Məni  “Malakan  bağı”na  qoyub 

kinoya  getdilər.  Skamyaların  birində  oturub  ətrafdakı  gözəl 

mənzərələrə, bəzəkli binalara baxmaqdan doymurdum. Kitabım‐

da “İlişikli irsiyyət hadisəsi”ni açdım, bəlkə də iki yüzüncü dəfə 

yenidən oxudum – “Yox, oxuya bilmirəm, beynimə heç nə girmir 

daha”,  –  deyib  kitabı  altıma  qoydum.  Yuxum  gözümdən  tökü‐

lürdü. 

Boş  əmcəkləri  sallanmış  ağ‐qara  bir  it  qarşımda  çöməlib 



oturdu. Mən ona, o isə zənlə mənə baxırdı. Sanki bu dəqiqə mə‐

nə  deyəcəklərini  hardan  başlamağı  düşünürdü.  İtin  fikirlərini 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə