Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə29/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   25   26   27   28   29   30   31   32   ...   219

 95 

bəlkə ondan da artıq təriflərə layiq idi və bu hörmət, ehtiram, 

məhəbbət sözləri də səmimi hissdən doğula bilərdi. Amma hər 

halda işlədiyin idarənin rəhbərinə bu sayaq sözlər yazmaq 

nədirsə, məni şübhəyə salırdı və əfsus ki, gələcək məhz elə bu 

şübhələri doğrultdu. 

Bakıdan bəlkə  də  həmişəlik ayrıldığı bu son dəqiqələrində, 

ölüm ayağında, min bir ağrı  və  əziyyət içində atam o adamı 

düşünür, Məmməd Arifə ayrı heç kəsi yox, məhz onu tapşırırdı. 

Atamın xəstəliyinin  ən ağır günlərində isə ensiklopediyada 

müşavirə keçirirdilər və vicdan çəkisini özünə artıq yük bilən 

birisi atamın kölgəsini qılınclayırdı (nə  dəqiq ifadədir, məhz 

"kölgəsini"). Deyirmiş ki, ali təhsil diplomu olmayan bir adam 

(atamın, doğrudan da, ali təhsil diplomu yox idi və bu barədə 

özü dəfələrlə demiş, yazmışdı) ensiklopediyaya necə rəhbərlik 

edə bilər? Bəli, sözümün canı odur ki, bu müşavirədə həmin o 

Filankəs də  iştirak edirmiş. Yox, əlbəttə, atamın  əleyhinə 

danışmayıb, hər necə olsa, onu da, diplom haqqında danışanı 

da atam götürüb işə, amma lehinə, müdafiəsinə bir kəlmə 

deməyib, ağzına su alıb susub. 

Bir epizod da yadıma düşür. Anamın Moskvada ağır xəstə 

yatdığı günlərdə, atamla mən də Moskvada, onun yanında 

olduğum günlərdə  əlimə Bakıdan gəlmiş bir qəzet keçdi. 

Bakıda Yazıçılar  İttifaqında keçirilmiş iclasın hesabatı  dərc 

olunmuşdu. Çıxışların qısa məzmunu verilmişdi: Rəsul Rzanın 

şerlərindəki formalizmi atəşin tənqid edirdilər və bu çıxışların 

içində (redaktorun geniş 

qəlbiydimi buna səbəb, 

diqqətsizliyiydimi, bilmirəm) belə bir abzas da vardı ki, gənc 

şair Vaqif Nəsib çıxış edənlərlə razılaşmadı  və  Rəsul Rzanın 

poeziyasını müdafiə etməyə cəhd göstərdi. 

Müxtəlif dövrlərdə – 30-cu illərdə, 50-ci illərin ikinci 

yarısında, 60–cı illərin  əvvəllərində atama qarşı güclü tənqid 

kampaniyaları  təşkil olunurdu və bütün bu dövrlərdə atamın 

yalnız bədxahları, istəməyənləri deyil, dostları, ardıcılları, 

tərəfdarları, müdafiəçiləri də olub. Amma sərt Moskva qışında, 




 96 

intizarlı günlərimizdə,  əlimiz hər yandan üzülən çağımızda 

rəsmi qəzet hesabatında keçən bu bir neçə cümləlik məlumatı 

heç vədə unutmaram. Vaqif Nəsibin adı – onun istedadlı şeri və 

nəsri bir yana dursun – tək elə bir bu cəsarətinə görə  həmişə 

yaddaşımın işıqlı bucağında yaşayacaq. 

Atamı eksperimental cərrahiyyə klinikasına, məşhur həkim 

Marat Dmitriyeviç Knyazevin şöbəsinə qoyduq. İki günlük 

müayinədən sonra Knyazev mənə dedi ki, hələ analizin bütün 

nəticələrini almamışıq, amma güman edirik ki, atanızın hardasa 

şişi var. Ümumi vəziyyəti də belədir ki, operasiya eləmək 

mümkün deyil. Odur ki, görünür, yaxın günlərdə onu geri 

aparmalı olacaqsınız. Mən sizin adətlər haqqında eşitmişəm, 

mənə elə  gəlir ki, bu hadisə evdə, vətənində olsa, daha 

münasibdir. 

Bundan aydın-açıq nə demək olardı ki... Mən isə bu qərarı, 

təbii ki, məğzini gizlədərək, dəyişərək, ayrı  səbəblər gətirərək 

anama və uçub Moskvaya gəlmiş Fidana deməliydim. 

Knyazevdən xahiş elədim ki, bu barədə anama və bacıma bir 

şey deməsin. 

–Niyə ki? – deyə  təəccübləndi, sonra əlavə etdi – Ananız 

xəstə adamdı, ona bəlkə, doğrudan da, hələ demək lazım deyil. 

Bacınızın isə həqiqəti bilməyə sizin qədər haqqı var. 

İki gün də keçdi – necə iki gün, bir Allah bilir – Knyazev 

səhər-səhər mənə gülə-gülə: 

–Sizi təbrik edirəm, – dedi, – bizim gümanımız təsdiq 

olunmadı. Şiş yoxdur. Qanında stafilokok tapılıb. Bu mikroba 

qarşı güclü dərmanlarımız var. Elə bilirəm ki, hər  şey yaxşı 

qurtaracaq. 

Məndən qabaq atamın özünü təbrik edibmiş  və atama da 

yalnız onda agah olubmuş ki, sən demə, bunların  şübhələri 

şişə-filana imiş... 

Mikrobu təyin edən kimi bütün müalicəni ona qarşı 

yönəltdilər və  xəstə elə sürətlə, elə tez yaxşılaşdı, dirçəldi ki, 

Bakıdan zəng vuranlar belə  təcili sağalmaya heç cür inana 



 97 

bilmirdilər. 

Elçin də Bakı vağzalında ötürənlər arasındaydı, Moskvaya 

nə halda getdiyini görmuşdü və indi yolu Moskvaya düşmüşdü. 

Bir yerdə  xəstəxanaya getmişdik, atamın belə az müddətdə – 

on-on beş gün ərzində – bu qədər dəyişib yaxşılaşmasını görür, 

gözlərinə inanmırdı. 

Bakıdan Abbas Zamanov mehmanxanadakı nömrəmizə 

zəng vurur, bibim Surəylə danışırdı: 

–Yəni sən lap öz gözlərinlə gördün ki, yerindən durur, – 

yeriyir, gəzir? 

74-cü ilin yanvarında dörd aydan artıq sürən xəstəliyindən 

sağaldı və bundan sonra düz yeddi il üç ay yaşadı. Taleyinmi 

deyim, həkimlərinmi deyim ona hədiyyə verdikləri bu yeddi il 

üç ayda "Çinar ömrü" şerini,  Şuşa haqqında, Babək haqqında 

şerlərini, xəstəliyiylə bağlı  şerlər silsiləsini və neçə başqa 

silsilə  şerlər, "Min dörd yüz on səkkiz" və "Qız qalası" 

poemalarını, İsmayıllı və Ağdaş rayonları haqqında oçerklərini, 

Əzizə  Cəfərzadənin "Aləmdə  səsim var" romanı haqqında və 

Mövlud Süleymanlının "Dəyirman" povesti haqqında, dil 

haqqında, cavan şairlər haqqında məqalələr yazdı, neçə 

müxbirlə söhbət etdi, müsahibələr verdi, Gəncədə Nizami 

günlərində,  Şamaxıda Sabir günlərində, Bakıda Sabit 

Rəhmanın 70 illik yubiley gecəsində iştirak etdi, üç dəfə baba 

idi, beş dəfə oldu – Təranənin Nigar və Bəyaz adlı iki qızını da 

gördü, onların dil açmasından, yeriməsindən fərəhləndi, onların 

məzəli sözlərini təkrar etdi. Moskva televiziyası onun haqqında 

veriliş, Bakı kinostudiyası film çəkdi, Toğrul Nərimanbəyov 

portretini işlədi. Mənim kino və teatr premyeralarımda iştirak 

etdi,  Əkbər Babayevin, Əliağa Kürçaylının və  qızı Ülkərin 

ölümlərindən sarsıldı, onlara vida sözləri yazdı,  İmran 

Qasımovun  əlacsız xəstəliyə düçar olduğuna açıdı, Elçinlə bir 

yerdə Moskvaya yazıçılar qurultayına getdi, yenidən Yazıçılar 

İttifaqının idarə heyətinə üzv oldu, yenidən Azərbaycan SSR 

Ali Sovetinə deputat seçildi və 70 illiyində Sosialist Əməyi 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə