Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə26/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   22   23   24   25   26   27   28   29   ...   219

 86 

onun xilas olması üçün vacib imiş. 

Bu rəvayətin çox dərin mənası var. Uzağı görə bilməyən 

adamlar bəzən ifşaedici sənət  əsərlərini qiymətləndirməyi 

bacarmırlar, müəllifi vətənpərvər olmamaqda təqsirləndirirlər. 

Amma süni parıltı yaratmaq çəkməsilənlərin peşəsidir, 

ədəbiyyatın vəzifələri başqadır...". 

Atamın mənə danışdığı  əfsanə isə belə idi: Günlərin bir 

günündə vəzir padşahın hüzuruna gəlib deyir ki, qibleyi-aləm, 

bir yağış yağacaq, hamı o yağışın suyundan içib dəli olacaq. 

Padşah: 

–Vəzir, bəs nə tədbirin var? – deyə xəbər alır. Vəzir: – Mən 

tədarük görmüşəm, – deyir, – adi sudan yığıb saxlayacağam 

özümçün. Bəli, bir gün, doğrudan da, leysan yağış yağır, 

vəzirlə padşahdan başqa hamı bu yağışın suyundan içir. Suyu 

içib başlarına hava gəlir, padşahla vəzirə baxıb: – A, a, a, 

bunlara baxın, dəli olublar! – deyirlər. 

Padşaha baxıb: – Buna bax, şalvar geyib... Vəzirə baxıb: – 

Gör e, bunun iki gözü, bir burnu var və s. – deyə  ağlını 

itirməmiş yeganə iki nəfəri lağa qoyurlar. Əvvəl lağa qoyurlar, 

gülürlər, amma get-gedə  əsəbiləşirlər, hirslənirlər, bərk 

qəzəblənirlər ki, vəzirlə padşah niyə bizə oxşamır, mütləq bizə 

oxşamalıdırlar, bizə oxşamaq istəməsələr, eyniylə bizim kimi 

olmasalar, özlərindən küssünlər... 

Bütün bunlardan qorxuya düşmüş padşah: – Vəzir, bir tədbir, – 

deyir. Vəzir:  Şah sağ olsun, mən bu günümüzü də qabaqcadan 

görmüşdüm deyir, odur ki, işimi möhkəm tutmuşam. Həmin yağış 

suyundan özümüzçün də saxlamışam. İçək biz də onlardan olaq, 

onlar ağılda olaq, onlar kimi olaq... 

Bəli, padşahla vəzir də bu sudan içib olurlar hamının tayı, 

yəni əslində dəli, dəlilərin gözündə isə adi, özününkü. 

Bu yazını işlərkən qeyd dəftərimi varaqladım və orda yanvar 

1971-ci il tarixli bir yazıya rast gəldim. Yazını olduğu kimi 

bura köçürürəm. 

"Bu gün Rəsul mənə yuxusunu danışdı. Yuxunu dünən gecə 



 87 

(yanvarın 4-dən 5-nə keçən gecə) görüb: "Gördüm ki, Tiflisdə 

bir məclisdəyəm. Tost deyirdim, deyirəm ki, məsələ stolun 

üstündəki nemətlərdə deyil, məsələ  qəlbin açıqlığındadır. Bu 

vaxt bir erməni durub öz dilində danışmağa başlayır. Deyirəm: 

mən bilmirəm o adam nə danışır, amma biri danışanda ikinci 

adamın danışması qanacaqsızlıqdır. Sonra da deyirəm ki, içək 

Azərbaycan və gürcü xalqlarının sağlığına. Sonra görürəm ki, 

aerodrom binası kimi böyük, geniş bir foyedəyəm. Hər tərəfdə 

ermənilərdir, mən lap təkəm. Mənə sataşırlar. Mən deyirəm ki

Tatul Huryana şer yazmışam. Biri lap üstümə  gəlir, 

provokasiya eləyir ki, onu vurum, o da məni itələsin, yıxılım və 

guya təsadüfən basdırıqda məni ayaqlayıb tapdalasınlar. Hər 

tərəfdən üstümə  gəlirlər. Lap təkəm, heç yerdən də kömək, 

gümanım yoxdur. Nədənsə, Ağasəfi – 34-cü ildə ölmüş bibim 

oğlunu çağırıram, haradan düşüb o yadıma bilmirəm"... 



*** 

Mətləbdən uzaq düşdüm. Atam Yerevana ensiklopediya 

işçilərinin müşavirəsinə getmişdi. Orda iclasda çıxış edərkən 

onu telefona çağırmış və demişdilər ki, təcili Bakıya qayıtsın. 

Qayıtdı və səhər MK-ya getdi. 

Mən kinostudiyada idim, ordan hər yarım saatdan bir telefon 

edirdim. İşdə yox idi, ev telefonları susmuşdu. Anam bağda idi. 

Nəhayət, günün ikinci yarısında telefon hay verdi. Atam artıq 

evdəydi. 

–Nə oldu? 

–Qurtardı... 

–Necə, nə cür? 

–Gəl bura, – dedi. 

On beş  dəqiqədən sonra yanındaydım. Balaca iş otağında  

oturmuşdu, gülümsünürdü. 

–Vəssalam, – dedi, – axır ki, hər şey qurtardı. 

H.Ə.Əliyevin yanındaymış,  Əliyev deyib ki, sabah büroda 

sizi işdən azad edəcəyik. Atam: 

–Bir xahişim var, – deyib, – icazə verin mən sabah büronun 



 88 

iclasına gəlməyim. 

–Bizdə heç vaxt belə olmayıb... amma sizin xahişinizi 

nəzərə alarıq. 

–Mən büroda özümü saxlaya bilməzdim, – dedi atam. Artıq 

heç nə demədi, amma mənimçün hər şey aydın idi. 

O gün bütün axşamı bir yerdə olduq. Donetsk şəhərindən 

mənim köhnə tanışım Vladimir Vasilyeviç Qajiyev Bakıya 

qonaq gəlmişdi. Toğrul Nərimanbəyova da zəng vurdum, atam, 

Qajiyev, Toğrul, mən "Azərbaycan" mehmanxanasının 

restoranına getdik. 

Qajiyev və Toğrul atamın sağlığına badələr qaldırırdılar. 

Qajiyev deyirdi ki, Azərbaycan xalqının Sizin kimi şair oğluyla 

fəxr etməyə haqqı vardır. Gündüzkü hadisədən heç birinin 

xəbəri yox idi. Biz də heç nə demədik. 

Səhəri atamın iştirakı olmadan büroda onu işdən azad 

etdilər. 

Bir neçə il keçdi və  həmin o büro üzvlərinin  əksəriyyəti 

müxtəlif vaxtlarda işlərindəki nöqsanlara görə  vəzifələrindən 

və büro üzvlüyündən azad edildilər. Hər biri də dünənki 

kolleqalarının onların ünvanına söylədikləri ittihamları 

kirimişcə dinləyir, razılaşır və qızğın təşəkkür edirdi. 

Büronun həmin iclasından sonra atamın H.Əliyevə 

göndərdiyi axırıncı  məktubunun surəti də arxivindədir 

(məktubun əsli rus dilindədir). 

"Hörmətli Heydər Əliyeviç! 

Sizinlə görüşdən qabaq mən Quliyev yoldaşla danışdım və 

dedim ki, arayışla müfəssəl tanış olmaq istəyirəm. Baş 

redaksiyanın partiya bürosu üzvləri, onun katibi, mənim elmi 

işlər üzrə müavinim Yerevandadırlar və  məsələnin 

müzakirəsini bir neçə günlüyə təxirə salmaq məqsədəuyğundur. 

Mənim dediklərimə Quliyev yoldaş heç bir reaksiya 

vermədi, mən də belə  nəticə  çıxardım ki, məsələ artıq həll 

olunub. Məhz buna görə və səhhətimi nəzərə alaraq mən sizdən 

büroda iştirak etməyəcəyimi xahiş etdim. Siz razılıq verdiniz. 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə