Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə23/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   19   20   21   22   23   24   25   26   ...   219

 77 

izahat verməli olub Xalq şairi, deputat, ensiklopediyanın baş 

redaktoru. 

Ensiklopediyanın milli-patriotik ruhundan rəncidə olanlar, 

xalqımızın tarixini olduğu kimi, doğru-dürüst işıqlandırmaq 

istəyindən narazı qalanlar redaksiyanın işini müxtəlif, bəzən 

hətta "elmi don" geyindirilmiş bəhanələrlə, bəzənsə açıq-aşkar 

şantajla ləkələmək, "ipə-sapa" yatmayan" baş redaktoru ya ram 

etmək, itaətə  gətirmək, ya da dolaşdırıb cana-boğaza yığmaq 

istəyirdilər. Hətta xeyirxahları belə: "Rəsul nə əcəb öz xoşuyla 

ərizə verib çıxmır – deyirdilər, – bu təzyiqlər, bu hücumlar 

qarşısında təkbaşına nə edəcək axı?" Atam isə: "Ərizə-zad 

verməyəcəyəm, çıxarırlar, çıxarsınlar", – deyirdi. Və onu 

çıxarmaq üçün nə çirkin yollara, nə  bəd  əməllərə  əl 

atmırdılar?!! Axır ki, iş Sov.İKP MK yanında Partiya Nəzarəti 

Komitəsinə 

qədər gedib çıxdı. Ordan Azərbaycan 

Ensiklopediyasının Baş redaktorunu ləkələmək tapşırığı ilə 

məxsusi komissiya göndərildi. Moskvalı qonaqlara can-başla 

qulluq göstərən yerli "qonaqpərəstlər" də fürsəti fövtə 

vermədilər. Sokolov adlı bir məmurun hazırladığı hesabata 

cavabı atam Sov.İKP Siyasi bürosunun üzvü, Partiya Nəzarəti 



Komitəsinin sədri Pelşeyə göndərdi: 

"Hörmətli A.Y.Pelşe yoldaş! 

Sokolov yoldaşın arayışında ASE-nin işindəki bəzi faktlarla 

yanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli izah edən 

əsassız müddəalar da var... Sokolovun arayışla tanış olmaq 

üçün mənə çox məhdud vaxt verildiyinə görə, mən yalnız bəzi 

yadımda qalan maddələri təkzib edə bilərəm. 

Birinci cildin maketinin 4 aya, cildin özünün isə il yarıma 

buraxılacağını real saymaq üçün ya gərək obyektivlik hissini 

tam itirmiş olasan, ya da ensiklopediya nəşri kimi mürəkkəb 

işin spesifik xüsusiyyətlərindən heç baş  çıxartmayasan. 

Halbuki, 1966-cı ildə, ensiklopediyanın nəşri haqqında qərar 

qəbul edilməsindən beş ay sonra Baş redaksiyanın bircə dənə 

otağı belə yox idi, ştatı isə yalnız tək bir baş redaktordan ibarət 


 78 

idi. Ensiklopediya kollektivinin guya başlı-başına buraxılması 

haqqında Sokolovun iddiası da həqiqətə uyğun deyil. 

Məlumdur ki, ASE kollektivi çox böyük iş görüb və qismən IV 

və V cildləri, habelə Azərbaycan və rus dillərində xüsusi cildi 

hazırlayıb. 60 min kəlmə termindən ibarət sözlük nəşr olunub. 

Onu demirəm ki, respublikada ensiklopedik nəşr təcrübəsinin 

olmamasını, terminoloji məsələlərin, toponimika məsələlərinin 

bərbad vəziyyətini də  nəzərə almaq lazımdır. Baş redaksiya 

onlarla  əməkdaşını, mütəxəssisləri məlumat toplamaq üçün 

respublikanın şəhər və kəndlərinə göndərməli oldu və toplanan 

məlumatlardan bir çoxu ilk dəfə bizim tərəfimizdən qeydə 

alındı. Onlarla tarixi və coğrafi xəritələr də ASE tərəfindən 

hazırlanmış  və  nəşr olunmuşdur.  Əgər bütün bunlar yoldaş 

Sokolovun iddia etdiyi kimi kollektivin başlı-başına 

buraxılmasıdırsa, onda bəs gərgin, faydalı və mütəşəkkil iş nə 

deməkdir? 

Təəccüb doğuran odur ki, Sokolov yoldaş  nəyin bahasına 

olursa-olsun məni ləkələmyə çalışır. Rəsul Rzanın işə gec 

gəlməsi və  işdən tez getməsi haqqında iddiası da, görünür, 

R.Hüseynovun verdiyi məlumatlara  əsaslanır. Məsələnin 

mahiyyətinə  gəldikdə isə, birinci Sokolov yoldaş bilməlidir ki, 

baş redaktorun iş günü normalaşmış deyil. İkincisi, onu da 

yaxşı bilməlidi ki, ASE Baş redaksiyasındakı  işimdən başqa 

mən xeyli ictimai vəzifə də daşıyıram: Asiya və Afrika ölkələri 

ilə Respublika həmrəylik Komitəsinin sədri, APN-in respublika 

ictimai idarə heyətinin sədri, Respublika Sülhü Müdafiə 

Komitəsinin sədr müavini, Yazıçılar  İttifaqı  Rəyasət heyətinin 

üzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri, 

Terminologiya Komitəsinin üzvü, Sabir poeziya günləri 

Komitəsinin sədri, Böyük Sovet Ensiklopediyası Redaksiya 

heyətinin üzvü, Azərbaycan KP MK-nın təftiş komissiyasının 

üzvü və i. a. Aydındır ki, bütün bu ictimai işlər üçün mən 

sutkanın 24 saatından vaxt ayırmalıyam, hətta istirahətimin və 

yuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq 


 79 

mən ensiklopediyanın baş redaktoru vəzifəsini işin tam 

həcmində icra edirəm. 

Sokolov yoldaş yazır ki, mən 1970-75-ci illərdə 18 kitabımı 

nəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki: Nə 

olsun? Amma işin həqiqi tərəfi odur ki, bu beş ildə mənim 18 

yox, 9 kitabım çıxıb (arayış əlavə edirəm). Deyəsən Sokolovun 

gözündə  rəqəmlər nədənsə ikiləşir. Yəni doğrudanmı Sokolov 

yoldaş elə hesab edir ki, mənim kolleqalarım – şairlər 

M.Bajan, P.Brovka, İ.Abaşidze – Ukrayna, Belorusiya və 

Gürcüstan ensiklopediyalarının baş redaktorları olandan bəri 

şer yazmır və kitab nəşr etdirmirlər? 

Mənim Göyçaydakı bağım haqqında Sokolov yoldaşın 

iddiaları da həqiqətdən uzaqdır. Burada Sokolov yoldaş rəqəmi 

ikiləşdirməkdən də keçib, üçləşdirib; 95 kvadrat metrlik 

Göyçay evimi 265 kvadrata çatdırıb. Bu Göyçaydakı evdən 

Yazıçılar İttifaqının dörd üzvü – mən, həyat yoldaşım, oğlum və 

əmim oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə, Tbilisidə, 

Daşkənddə və başqa böyük şəhərlərdə yaşayan yazıçıların səs-

küydən uzaq bir yaradıcılıq guşələri – bağları olduğu kimi, 

mən də bu evi halal zəhmətimlə qazandığım pullara və dövlət 

təşkilatlarıyla müqavilə əsasında tikdirmişəm (bu barədə bütün 

sənəd və arayışları əlavə edirəm). 

Partiyaya üzvlük haqqını da mən həmişə vaxtlı-vaxtında 

vermişəm, 1972-73-cü illərdə 8 ay ağır xəstə yatdığım üçün 

oğlum mənim üzvlük haqqımı  səhv hesabladığına görə lazım 

olduğundan da bir qədər artıq məbləğdə verib. Bütün bu aydın 

faktları  nə  səbəbdənsə yanlış izah etdiyi və  ədalətsiz qənaətə 

gəldiyi üçün qoy yoldaş Sokolov öz partiya vicdanı qarşısında 

cavab versin. 

Mən heç vaxt razı olmaram ki, uzun illərin namuslu 

fəaliyyətimdən sonra, ömrümün 66-cı ilində  mənə  əsassız 

ittihamlar verilsin və  mənim bir yazıçı  və kommunist kimi 

bioqrafiyama kölgə düşsün. Məktubumun yeganə məqsədi budur. 

 

Hörmətlə, Rəsul Rza." 


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə