Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə24/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   20   21   22   23   24   25   26   27   ...   219

 80 

Əlbəttə, bu məktub cavabsız qaldı. 

Atamın arxivində Azərbaycan KP MK–nın birinci katibi 

Heydər Əliyev yoldaşa göndərilmiş bir neçə məktubun surətləri 

də var. Məktublardan biri Qobustandakı daş karxanasının 

oradakı nadir qayaüstü rəsmlərin kor qoyulması haqqındadır. 

Bu barədə təcili tədbir görməyin vacibliyi qeyd olunur. Başqa 

məktublar ensiklopediyaya aiddir. Çapına, satışına icazə 

verilməsi və sairə məsələlər qaldırılır. 

"ASE-nin 20 min nüsxə çap olunmuş birinci cildi bu vaxta 

qədər satışa buraxılmayıb. Hazırda 1972–ci il tarixi ilə 

buraxılması  təklif olunur... Xahiş edirəm bu məsələlər 

haqqında göstəriş verəsiniz." 

Başqa bir məktub (əsli ruscadır) 



Hörmətli Heydər Əliyeviç! 

ASE-nin birinci cildinin buraxılması  məsələsi hələ  də  həll 

olunmayıb, redkollegiyanın və redaksiya şurasının heyəti 

təsdiq olunmayıb. Lazım olan düzəlişlər və  dəqiqləşdirmələri 

etmişik və bu barədə MK-ya 27 iyul 1972-ci il tarixli məktubla 

bildirmişik. Cildin buraxılış müddəti haqqında qərarın 

olmaması nəticəsində redaksiya çox ciddi çətinliklərlə üzləşir. 

Bizə ayrılmış kağız, lideron, karton və başqa materialları qəbul 

edə bilmirik və onlardan imtina etməyimiz ASE-nin gələcək 

təchizatını  təhlükə qarşısında qoyur. O biri cildlərin 

materialları üzərində  işləyə bilmirik, çünki onların məzmunu, 

bir çox cəhətdən birinci cildlə bağlıdır.  İkinci cildin 

materiallarının bir hissəsi yığıla bilərdi, amma mətbəə  qəbul 

etmir. Birinci cildin çap və buraxılış  məsələsinin yubadılması 

çox böyük çətinliklər və  əngəlliklərlə  nəticələnə bilər. 

Respublikadan kənarda (Omskda, Leninqradda, Moskvada) 

böyük əziyyətlərlə çap etdirdiyimiz rəngli və ağ-qara xəritələr, 

əlaqədar orqanların təlimatına görə, köhnəlmiş hesab 

olunacaqlar, bu xəritələrin yenidən tərtib və çap edilməsi isə, 

böyük xərclərdən əlavə uzun müddət vaxt da tələb edəcək. 

Sizin çox məşğul olduğunuzu yaxşı bilirəm, amma ki, ASE-


 81 

nin birinci cildinin ləngidilməsi və bununla bağlı olaraq 

kollektivin qeyri-normal fəaliyyəti yaradıcı  əməkdaşları  işdən 

soyudur və peşələrindən yadırğadır. 

Sizə müraciət edərək ASE redaksiyasındakı son dərəcə 

gərgin vəziyyəti nəzərə almanızı,  ən yaxın zamanda 

Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin 

buraxılması  məsələsini həll etmənizi və bununla da bizim 

kollektivin normal işləməsi üçün şərait yaratmanızı xahiş 

edirəm. 

Rəsul Rza. 

4 yanvar, 1972 

 

Bütün bu ətraflı, müfəssəl sənədlər, məktublar arasında 



birdən kiçik, çox qısa bir kağız da gördüm. O biri məktubların 

makina surətlərindən fərqli olaraq bu atamın öz xətti, öz əl 

yazmasıydı, özü də rusca yazılmışdı: 

Pervomu Sekretarö ÜK KP Azerbaydjana tov. Alievu Q.A. 

Uvajaemıy Qeydar Alieviç. Smertelğno ustal. Dalğşe ne moqu. 

Jdu Vaşeqo reşeniə. 

Rasul Rza. 

25 VIII –75 

 

Belə bir ərizə yazdığından mənim xəbərim yoxdu. Məncə, 



heç göndərməmişdi də onu. İnsan nə  qədər dözümlü, mətin 

olsa belə, onun zəiflik məqamları, hər şeydən bezdiyi anları da 

var. Yəqin belə  dəqiqələrinin birində yazıb bu kağızı. Yazıb 

qoyub qovluğa. Çünki heç olmasa, birinci cildi buraxmamış 

işdən çəkilmək istəmirdi. Ömrünün on ilini, səhhətini, 

əsəblərini qurban verdiyi işin heç olmasa bircə cildlik bəhrəsini 

görmək istəyirdi. Amma bu istək ürəyinin nisgili oldu. 

Nisgil kimi də apardı onu özüylə... 



*** 

Ərizəsiz-filansız azad etdilər onu. Daha doğrusu, çıxartdılar. 

Yadımdadır, Cəfər Cəfərov katiblikdən hələ  təzəcə 



 82 

çıxarıldığı vaxt mənə: 

–Rəsulu üç qat cəzalandıracaqlar, – dedi, – Deputat 

seçmədilər – bu bir, Moskvada Qurultayda Yazıçılar İttifaqının 

İdarə heyətinə düşmədi – bu iki. Gec-tez ensiklopediyadan da 

götürəcəklər – bu da olacaq üç... 

Atam Azərbaycan Ali Sovetinin ilk çağırışından həmişə 

deputat olmuşdu (yalnız bir çağırışdan başqa, gərək ki,  1946-cı 

ildə seçkilərdə). O zaman kino naziri işləyərkən 

M.C.Bağırovun qəzəbinə keçmişdi, Bağırov yanıq verirmiş 

kimi: "Bax, bütün nazirləri deputat vermişik səndən başqa", – 

deyirmiş. Atamın M.C.Bağırovla münasibətləri gah 

əzizlənməsi, təqdir olunması, gah gözdən salınması, amma 

həmişə  ləyaqətini saxlaması haqqında, Nizami yubileyində 

Rəfiligildə toqquşmaları, Bağırova qaytardığı  sərt və  mərd 

cavablar haqqında bir neçə adam maraqlı xatirə yaza bilərdi, 

amma kim yazacaq, yazsa da, kim üzə  çıxaracaq? Və haçan? 

Ümumiyyətlə, bütün bunlar – Azərbaycan ictimai həyatının 

qarışıq səhifələri, neçə-neçə insanın mənəviyyatında dərin izlər 

salmış, neçələrini gedər-gəlməzə aparmış, neçələrini hifz etsə 

də, ruhən  şikəstləşdirmiş, Səməd Vurğun demişkən "asta-asta 

sıpıxıb" sudan quru çıxan "tilsimli qəhrəmanların" hər dönüşdə 

iştə-piştə olduqları, neçəsinin abrını saxlayaraq, şəxsiyyətini 

qoruyaraq kənara çəkilib, susub gizləndiyi dövran, o illərin 

təzadlı, dolaşıq, çoxyönlü həqiqətləri nə zamansa açılacaq, 

çözələnəcək, aşkarlanacaqmı? Kimin kim olduğu 

aydınlaşacaqmı? Ya hər  şey – yaxşı da, pis də, mərdlik də, 

namərdlik də, bütövlük də, nakişilik də dövrün sıx dumanı 

içində əbədilik itib gedəcək? Kim bilir? Kim bilir... 

*** 

Əgər kimsə, haçansa bu parçaları oxuyacaqsa, bəlkə  də 

çiyinlərini çəkdi: "Bu nə söhbətlərdir belə, nə böyük işdir 

bəyəm – deputat seçməyiblər, ya İdarə heyətinə düşməyib. 

Həqiqi şairçün, bütün bunların nə əhəmiyyəti ola bilər?" 

Şübhəsiz, bütün bunlara hadisələrin içindən deyil, 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə