Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə27/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   23   24   25   26   27   28   29   30   ...   219

 89 

Bunu ona görə yazmıram ki, Büronun ASE haqqında qərarı 

barədə mübahisə edim. Ancaq yaxşı adımı qorumaq mənim 

borcumdur. Məlum olduğu kimi, ASE təşkil olunarkən 

respublikada müvafiq ensiklopedik kadrlar da yox idi, 

ensiklopediya yaratmaq təcrübəsi də. Baş redaksiyanın işlədiyi 

müddətdə kollektiv yarandı, bu kollektiv əsasən gənclərdən 

ibarət idi və onlar təcrübə və səriştə qazandılar. 

Qeyri-səmimi olmaq istəmirəm və odur ki, öz təəccübümü 

bildirirəm: Nə  səbəbə  məni 21-25 oktyabr 1975-ci ildə 

Moskvaya sovet və xarici yazıçılarla görüşə, dəvət olunduğum 

görüşə getməyə qoymadılar və  əvəzində  məsləhət gördülər ki, 

Yerevana, Zaqafqaziya ensiklopediyalarının müşavirəsinə 

getdim. Halbuki, artıq elə bu vaxt mənim ensiklopediyadakı 

vəzifəmdən azad edilməyim barədə  məsələ  həll olunubmuş. 

Birinci cildin buraxılmasını beş il ləngidəndən sonra, 

doğrudanmı, məni Yerevana ASE-nin baş redaktoru kimi 

göndərmək və müşavirənin ortasındaca, məruzəm vaxtı Bakıya 

geri çağırmaq vacib idi? 

Yol.  Əliyev H.Ə. Xalqıma layiqli mədəni abidə yaratmaq 

üçün  əlimdən gələni  əsirgəmədim.  Əgər müyəssər ola 

bilmədimsə, bu, mənim günahım deyil. Soruşmaq olar: əgər 

respublikanın  ən görkəmli alimlərinin böyük qrupu 

"prinsipsizlik göstəribsə"  (büronun qərarında deyildiyi kimi – 

A.) belə alimlərlə neçə  işləmək və ilk Azərbaycan 



ensiklopediyasını yaratmaq olar? 

Əgər yeni yoldaşlar  əldə edilmiş böyük təcrübədən istifadə 

edərək yaxın zamanda ASE–nin yüksək kefiyyətli çapını 

buraxarlarsa, mən şad olaram. 

Hörmətlə" 

Rəsul Rza. 

 

*** 

1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvada 

Nəsimi yubileyindəydik. Fikrət  Əmirovun "Nəsimi dastanı" 



 90 

baleti Bakıda Nəsimi yubileyində böyük uğur qazandı. Bu 

baletin librettosu mənim idi və odur ki, Moskvaya Nəsimi 

gecəsinə gedənlər siyahısına məni də salmışdılar. 

Baletdə  səhnə arxasından Nəsimi  şerləri səslənirdi. Bakı 

tamaşasında bu şerləri oxuyan aktyor Moskvaya gəlməmişdi, 

odur ki, təklif etdilər bu misraları mən oxuyum. 

Səhnə arxasından Nəsimi beytlərini oxudum: 



Dünya duracaq yer deyil, ey can, səfər eylə, 

Aldanma anın alına, ondan həzər eylə... 

Varı möhnətdir cahanın nə umarsan, ey könül, 

Lənət olsun bu cahana və cahanın varına. 

Tamaşadan sonra Fikrət Əmirovu təbrik edəndə mənə:  

–Axır Bolşoy teatrda da ürəyini boşaltdın, – dedi.  

Həmin gecə Bakıda Cəfər Cəfərov vəfat edibmiş... 

Moskvadan qatarla qayıdırdıq, atamla bir kupedəydik. Elə hey 

susurduq, hərdən-birdən danışanda da ancaq Cəfərdən 

danışırdıq. 

Atam özünü çox pis hiss eləyirdi. Ayağı  bərk ağrıyırdı. 

Hərarətölçəni qoyduq – qızdırması çox yüksək idi. Get-gedə 

halı da xarablaşırdı. Qatar rəisinə müraciət elədim, növbəti 

stansiyaya teleqram vurdular. Minvodda kupemizə  həkim 

gəldi. 


–Qanqrena başlaya bilər, – dedi, – qatardan düşürmək, təcili 

xəstəxanaya çatdırmaq lazımdır. Atam razı olmadı: 

–Ancaq Bakıda düşəcəm, – dedi. 

İynə vurdular, həb verdilər qızdırmasını bir azca saldılar. 

Bakıya çatan kimi yarım saatlıq evə  dəydi, ordan birbaşa 

xəstəxanaya apardıq... 

Onu müayinə edəndə cavan həkimdən təbəssümlə soruşdu: 

–Nədi, kəsəcəksiniz ayağımı?  

Həkim tutuldu: 

–Yox, niyə ki... 

Dörd aydan artıq çəkən ağır azarı belə başlandı. 

Bu üzücü xəstəliyin bütün təfərrüatını yazmayacam. Əvvəl-




 91 

əvvəl elə bil yaxşılığa doğru gedirdi – ayağında yaraya 

infeksiya düşmüşdü, diabet olduğu üçün əngəl açmışdı, 

qorxulu bir şey yox idi, amma çox gec sağalası idi. 

Amma noyabrın axırında halı birdən-birə  kəskin  şəkildə 

xarablaşdı, bütün göstəricilər – şəkər, azot qalığı, qan təzyiqi – 

təhlükəli həddə çatdı, az qala koma halına düşdü. Vəziyyəti 

gün-gündən ağırlaşırdı – yemirdi, içmirdi, bir kəlmə söz 

deməyə taqəti yox idi. 

Bütün bədəni ağrıyırdı, dərmanların təsiri nəticəsində 

keyişirdi, gecələr yata bilmirdi. İynə vurulan qolu "abses" 

eləmişdi, bu da ona çox əziyyət verirdi. Bir dəfə  həkimlərin 

yanında çaşıb abses əvəzinə "sepsis" dedi. Həkimlər 

diksindilər: 

–Nə danışırsınız, Allah göstərməsin, sepsis nədir, adicə 

absesdir, – dedilər. 

Bunacan bilməsəm də, indi başa düşdüm ki, "sepsis" çox 

qorxulu sözdür. Bir neçə gündən sonra məlum oldu ki, atamın 

vəziyyəti məhz bu qorxulu sözlə  təyin olunur: sepsis, qan 

zəhərlənməsi. 

Ağır xəstəyə baxmaq son dərəcə çətin işdir, illah da ki, atam 

kimi kür xasiyyətli adam ola. Xəstəlik xasiyyətinin  ən naqis 

cəhətlərini üzə  çıxarırdı – əsəbi və hövsələsiz, sərt, kobud, 

şıltaq olurdu. Şübhəsiz, mən də, bacılarım da bütün bunlara 

dözməyi borcumuz, vəzifəmiz bilirdik, hər bir nazını çəkməyə, 

yuxusuz gecələr keçirməyə, hər narahatlığa, zəhmətə,  əzaba 

qatlaşmağa hazırdıq. Amma hamıdan çox əziyyət anamın 

payına düşürdü. Bizim hərəmiz həftədə, on gündə bir yuxusuz 

gecə keçirirdiksə, anamın hər gecəsi yuxusuz keçirdi və  hər 

gündüzü də  ərinin yanında idi. Bir-iki saat dincəlməyə, 

gözünün çimirini almağa onu güclə  məcbur edirdik. Özü də 

xəstə olan yaşlı qadının bu mənəvi və fiziki dözümünə mat 

qalınasıydı. 

İndi, neçə illər keçəndən sonra fikrən o günlərə qayıdarkən 

düşünürəm ki, yuxusuz gecələrinin altını anam sonralar çəkdi. 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə