Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə25/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   21   22   23   24   25   26   27   28   ...   219

 83 

fövqündən, fəlsəfi, ümumbəşəri, zamandan yüksək zirvələrdən 

baxanda, belədir. Amma axı, bizim gerçəkliyin, illah da əyalət 

gerçəkliyinin ab-havasında yaşayırıq. Odur ki, bütün bunları 

vecinə almamaq çətindir... 

Hər yaşda,  ədəbi və ictimai mövqeyin hər mərhələsində 

başqa-başqa pisikdirmək üsulları var. Təzə başlayan müəllifin 

bir sətrini də çap etməyib onu elə beşiyindəcə boğmaq olar. 

İmzasını tanıtmış müəllifi tənqidin yaylım atəşləriylə  sıradan 

çıxarmaq,  şil-küt etmək mümkündür. Daha yüksək mövqeli 

yazıçını isə ətrafına təcrid çəpərləri çəkməklə, haqqında israrla 

susmaqla, onun yaradıcılığını görməzliyə vuraraq və ondan 

qat-qat aşağı dayanan tay-tuşunu üfürə-üfürə  şişirtməklə, 

hıqqana-hıqqana qaldırmaqla və neçə cür bu sayaq başqa 

fəndlərlə ruhdan salmaq, usandırmaq,  əlini, dilini bağlamaq – 

sınanmış vasitələrdir... və bütün bunların təbii nəticəsi kimi 

telefonun birdən-birə susur, qapın döyülmür, küçədə  səninlə 

salamlaşanda da əvvəlcə bərayi-ehtiyat o yan bu yana baxırlar 

– görən yoxdur ki... 

Bütün bu vəziyyətləri gərək özün yaşayasan ki, dibinə qədər 

duya biləsən. Ensiklopediyanın və "Qobustan"ın başında 

buludlar sıxlaşdıqca  şəxsən mənə münasibətin nə sayaq 

dəyişdiyini açıq-aydın görürdüm. 

Dost bildiyim adamlardan ikisi (mən indinin özündə  də 

onları dostum sayıram – amma bu artıq mənim  şəxsi 

xasiyyətim və  təbiətimlə bağlı  cəhətdir) oxşar iki situasiyada 

özlərini eyni cür apardılar. Biriynən təsadüfən Xaqani 

kücəsində görüşdük. Yazıçılar  İttifaqına tərəf gedirdik. Mən 

əvvəlcə onun davranışındakı müəyyən  əsəbiliyin fərqinə 

varmamışdım. Amma İttifaqın qabağında bir topa adamı 

uzaqdan görər-görməz ayaq saxladı: 

–Bağışla, – dedi, – amma bizi bir yerdə görməsələr

yaxşıdır. 

İkincisiylə Vaqif küçəsində, o vaxtlar mənim də yaşadığım 

Yazıçılar binası qarşısında rastlaşdıq. Neçə illərin vərdişinə 



 84 

uyğun dayanıb söhbət edirdik, amma aydın görürdüm ki, nəsə 

narahatdır, söhbəti tez qurtarmaq istəyir, elə hey binanın 

qapılarına, pəncərələrinə, eyvanlarına sarı boylanır. Axırda 

özünü saxlaya bilmədi və eyni sözləri təkrar etdi: 

–Bizi bir yerdə görməsələr, yaxşıdır. 

Bəlkə  mən  şişirdirəm, bu adi sözlərə xüsusi məna verirəm, 

ötəri bir cümlədən böyük nəticələr çıxarmaq istəyirəm. 

Bilmirəm, bəlkə də. Bəlkə də iki müxtəlif adamın bir-birindən 

xəbərsiz sözbəsöz dedikləri bu eyni cümlələrdə bütün 

zamanların ayıq-sayıq məntiqi vardı – axı, hamının gözü 

qarşısında belə mehribançılığın heç bir xeyri yoxdur, zərəri ola 

bilər. Amma hər halda mənə elə  gəldi ki, sifətimi 37-ci ilin 

zəhərli nəfəsi qarsdı, bu anlarda mən yalnız  əfsanəvi Həzrət 

İsanın Hefsiman bağındakı ölümcül kədərini deyil, tam real bir 

varlıq olan Heydər Hüseynovun ömrünün son günlərində, son 

saatlarında duyduğu "tənhalıq tilsimini" də dərk etdim. 

Həmişə deputat seçilən adamın seçilməməsi bu şəxsə rəsmi 

münasibətin açıq və aydın göstəricisi idi və bunu hamıdan 

əvvəl bir para adamlar – havadan iy çəkənlər hiss etmişdi – 

nazirindən tutmuş  mənzil-istismar kontoru işçilərinəcən 

zəncirin həlqələri bir-birinə bağlıydı. Və bu münasibətlərdən öz 

payını götürən ortabab bir şair atamın  şerlərini jurnal 

redaksiyasından qaytarmağa cəsarət edirdi. Nəşriyyat məmuru 

onun kitablarını ixtisar etməkdə, yubandırmaqda, plandan 

çıxarmaqda canfəşanlıq göstərirdi. Senzura şerinin hər sözünə, 

hər nöqtə-vergülünə  zərrəbinlə baxırdı,  şeytanın ağlına 

gəlməyən "ikinci mənalar" tapırdı, çapına icazə vermirdi. 

Jurnalın  ədəbi işçisi də, nəşriyyat ya senzura məmuru da 

arxayın idilər - qırx ildən artıq  ədəbi stajı olan, rəsmən Xalq 

şairi adını daşıyan, amma "gözdən düşmüş" sənətkara qarşı bu 

özbaşınalıq, saymazyanalıq üstündə kim onlara "gözün üstə 

qaşın var" deyəcəkdi? Kim? 

Heç kim... Bircə Rəsul Rza özü bu cür kəmfürsətlərə dişinin 

dibindən çıxanı deyəcəkdi və rastlaşanda əl verməyəcəkdi... 



 85 

Amma belələrinin nə vecinə... 



*** 

Bir dəfə atam mənə bir əfsanə danışdı. Yazmaq istəyirdi bu 

əfsanəni. Süjetini bilmirəm özü uydurmuşdu, ya hardansa 

eşitmişdi, oxumuşdu. Atamın, ümumiyyətlə,  şakəri vardı: 

hərdən özü uydurduğu rəvayətləri,  əfsanələri xalq yaradıcılığı 

kimi qələmə verirdi. Yadımdadır, "Oqonyok" jurnalına 

Sumqayıt haqqında oçerk yazarkən bu şəhərin adı haqqında 

rəvayət uydurmuşdu. Rəvayət guya Sum adlı bir gəncin 

məhəbbətiylə bağlıydı, – Sum, qayıt, – deyə onu çağırırdılar və 

yerin adı burdan qalmışdu. Oçerki bizə oxuyanda Sum adının 

nə  dərəcədə Azərbaycan üçün xarakter olub-olmaması 

barəsində mübahisə etmişdik. Oğlanın sevgilisinin adını 

Ceyran qoymuşdu və Ceyranbatan gölünü də bu əfsanəylə 

bağlamışdı. Ancaq ən qəribəsi odur ki, mənim gözlərimin 

qabağında yaranan bu "xalq əfsanəsi"ni alimlərimiz sonralar 

folklor kitablarına həqiqi müəllifini göstərmədən doğrudan-

doğruçu "el rəvayəti" kimi daxil etdilər və  hətta bu rəvayəti 

hansı  kənddə, hansı qocanın dilindən yazdığını iddia edən 

"tədqiqatçı"da tapıldı. Nə isə... 

Atamın danışdığı  rəvayətlərdən birini yazıçı Rüstəm 

İbrahimbəyov "Sosialistiçeskaə industriə" qəzetinin xüsusi 

müxbiriylə söhbətində xatırlayır: 

"Filmin  ("Bir-cənub  şəhərində" filmi nəzərdə tutulur – A.) 

ətrafında müəssisələrdə, institutlarda, idarələrdə mübahisələr 

gedirdi. Və bir dəfə belə diskussiyalardan birində bizim gözəl 

şairimiz Rəsul Rza pəncəsinə tikan batmış şir haqqında rəvayət 

danışdı. Təbii ki, şirin pəncəsi ağrayırdı, irinləmişdi. Amma 

şirin imdada çağırdığı bütün heyvanlar həmin o yaralı yeri 

yalayır, tumarlayırdılar, tikanı dartıb çıxartmağa isə 

qorxurdular – axı  kəskin ağrı heyvanlar padşahının qəzəbinə 

səbəb olardı. Nəhayət, balaca bir heyvancığaz gəlir, tikanı 

dartıb çıxardır.  Şir ağrıdan az qala öz xilaskarını öldürmək 

istəyir, amma yara sakit olandan sonra başa düşür ki, bu ağrı 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə