Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə30/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   26   27   28   29   30   31   32   33   ...   219

 98 

Qəhrəmanı adı aldı. 1980-cı il dekabrın 4-də Ali Sovetin 

binasında bu nişanı təqdim edərkən H.Ə.Əliyev yoldaş dedi: 

"Rəsul Rza Azərbayçan sovet ədəbiyyatının görkəmli 

nümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğun 

və Süleyman Rüstəmlə birlikdə Azərbaycan Sovet poeziyasının 

banilərindən biri hesab olunur... 

...Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi, 

həm də yeni sosialist həyatı, sovet quruculuğu illərində 

respublika zəhmətkeşlərinin fəal işi  ətraflı  və yüksək bədii 

səviyyədə əks olunmuşdur. 

...Rəsul Rzanın poeziyası zəmanəmizdə coşğun inkişif edərək 

son vaxtlar respublikada baş verən müsbət prosesləri parlaq 

şəkildə  əks etdirir, zəhmətkeşlərin ideya-siyasi və estetik 

tərbiyəsinə kömək edir. 

...Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı 

tərəfindən sevilmiş, ona hüsn-rəğbət və hörmət, ölkəmizdə  və 

xaricdə böyük şöhrət qazandırmışdır". 

Atam da cavab nitqi söylədi: 

–Bu gün mən Azərbaycanın  ən xoşbəxt oğullarındanam, – 

dedi. 


...Bu yüksək ad məni daha böyük ruh yüksəkliyi ilə 

çalışmağa çağırır.. Partiyamızı əmin edirəm ki, bütün qüvvəmi 

və bacarığımı xalqıma xidmət işinə sərf edəcəyəm. 

Bu atamın son çıxışı idi və Ali Sovetin binasında təltifat 

mərasimi başlamazdan qabaq həkim ona ürəyi 

möhkəmləndirən iynə vurmuşdu. 



*** 

Yetmiş illiyiylə  əlaqədar radio və televiziyayla böyük 

verilişlər gedirdi, qəzet və jurnallarda məqalələr dərc olunurdu, 

Rəsul Rzanı diri klassik adlandırırdılar. Azərbaycanın və 

ölkənin hər yerindən məşhur  ədəbiyyat, sənət xadimlərindən 

tutmuş adi oxucularacan yüzlərcə teleqramlar, təbriklər, 

kağızlar gəlirdi. 

Anam: 



 99 

–Mən – heç bilməzdim ki, xalq Rəsulu bu qədər sevir, – 

dedi 

–Azərbaycan xalqı öz şairlərini çox sevir, –dedim, –



xüsusilə, o vaxtlarda ki, onları hökumət də sevir. 

*** 

Son illərdə, nəvələriynən  əyləndiyi dəqiqələrdən başqa, 

onun yeganə  həqiqətən  şad gününü – yenidən deputatlığa 

namizəd verilərkən gördüm. 

Mən bu barədə yazıram və yaza-yaza düşünürəm ki, 

şadlığının belə səbəbi kiminsə gözündə şair və şəxsiyyət kimi 

atamın obrazını kiçildə bilər. Buna baxmayaraq yazıram, 

əvvəla, ona görə ki, bu, doğrudan da, belə idi və mən də ancaq 

olanları yazmağı boynuma götürmüşəm. İkinci də, ona görə ki, 

mənim gözümdə bu sevinci onu əsla kiçiltmir. Deputat 

verilməsi, daha dəqiq desək, deputatlıqda bərpa olunması 

onunçün  ədalətsiz bir aksiyanın axır-əlbət  ədalətlə 

düzəldilməsi, haqqın, həqiqətin təsdiqi idi. Deputatlıqdan qat-

qat  şərəfli və yüksək ad sayılan qəhrəmanlıq adını çox sakit 

qarşıladı, heç bir o qədər də sevinmədi... 

Burada mən  İmran Qasımovun bütün bu işlərdə xidmətini 

qeyd etməyi özümə borc bilirəm. Atamın yenidən deputatlığa 

verilməsində  də, Sosialist Əməyi Qəhrəmanlığına təqdim 

olunmasında da İmranın böyük rolu oldu. Əlbəttə, bütün 

bunları  həll edən H.Ə.Əliyev idi. Ömrünün son ilində atama 

göstərilən bu hörmət və ehtiram aktları – ondan gəlirdi. Amma 

bütün bu işlərdə İmranın da səyi az deyildi. İmran danışırdı ki, 

Rəsulun deputat verilməsi haqqında H.Ə.Əliyevə deyəndə o, 

bu təklifi böyük rəğbətlə qarşıladı. Sosialist Əməyi Qəhrəmanı 

adı verilməsi də ancaq H.Ə.Əliyevin əzmiylə, nüfuzuyla oldu. 

Hətta H.Ə.Əliyevin haradasa dediyi bir söz də camaat arasında 

gəzirdi, deyibmiş ki, Rəsul Rzaya qəhrəman nişanı ala 

bilməsəm, bunu özümə bağışlaya bilmərəm. Deyibmi bu sözü, 

deməyibmi, bilmirəm. 

80–cı ilin aprelində yetmiş illiyinə bir ay qalmış atam yenə 




 100 

də  xəstəxanada yatırdı.  İmran mənə  zəng vurdu, dedi ki, 

Heydər  Əliyeviçin yanındaydım, Rəsulun məsələsindən 

danışırdı. Dedi ki, Sov. İKP MK-yla danışıb, Rəsul Rzanın 

Sosialist  Əməyi Qəhrəmanlığına layiq olması orda heç kəsdə 

şübhə oyatmır, amma bizim respublikanın  əhalisinə görə bura 

üç yazıçı qəhrəman çoxdur axı 40 milyonluq Ukraynada cəmi 

iki yazıçı bu adı alıb, Ermənistanda heç biri də almayıb. 

İmranın bir az küyə  və fantaziyaya aludə olduğuna bələd 

idim, odur ki, bu sözlərdən özümçün tamamilə aydın nəticə 

çıxartdım: atama bu ad verilməyib və bütün bu izahlar da 

İmranın həmin faktı ayrı səbəblərlə bəzəmək cəhdləridir. 

Amma aprelin axırlarında, gözləmədiyim halda evimə zəng 

olundu: 


–Sizinlə Heydər Əliyeviç danışacaq, – dedilər. 

H.Ə.Əliyev atamın səhhətini xəbər aldı, dedim ki, çox 

zəifdir, xəstəxanadadır. Sonra Əliyev eyniylə  İmranın mənə 

dediklərini təsdiq etdi: 

–Mən Suslov yoldaşla da, Çernenko yoldaşla da bu barədə 

ətraflı danışdım. Fikirləri belədir ki, Rəsul Rza bu ada 

tamamilə layiqdir, bu barədə heç bir şübhə yoxdur. İşin 

çətinliyi ondadır ki, bizim respublikamızda artıq iki yazıçı bu 

adı alıb, amma 40 milyonluq Ukraynada da bu ad yalnız iki 

yazıçıya verilib. Hər halda biz yoldaşları qane edə bildik və 

artıq qərar qəbul olunub. Təbrik edirəm. Bu barədə atanıza 

deyin, hər halda bu xəbər də ona mənəvi cəhətdən kömək olar. 

Çox sağ olun, Heydər Əliyeviç, – dedim, – bütün ailəmiz 

adından Sizə dərin minnətdarlığımızı bildirirəm. 

Axşam saat doqquz radələri idi, amma mən dərhal 

xəstəxanaya cumdum. Bu axşam orda Fidan növbə  çəkirdi. 

Xəstəxananın qapısı, darvazası çoxdan bağlanmışdı, divarı aşıb 

birtəhər özümü içəri sala bildim. 

Fidan mat qaldı: 

–Bu vaxt sən hardan gəlib çıxdın bura? 

–Yatmayıb ki? 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə