ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

___________Milli Kitabxana_______________ 

43 

 

...Səhər tezdən xəstəxanaya gedib, meyiti gətirməli idilər. 



Şövkət xanım hələ də özünə gəlməmişdi. Könüllə Ceyhun hər 

şeyi başa düşdüklərindən daha çox analarının qulluğunda da-

yanmışdılar. Onun əllərini ovuşdurur, dodağına suda islanmış 

pambıq sürtür, saçlarını  sığallayır, hərdən yavaşca pıçılda-

yırdılar: 

– Ana, anacan, aç gözlərini, sən də bizi qoyub getmə, aç 

gözlərini. 

12-13 yaşlı bu körpələr artıq bilirdilər ki, bir daha atalarını 

görməyəcək, onun sinəsinə  sığınmayacaqlar. Analarına da bir 

şey olsa, Allah eləməsin... 

8-9 yaşlı Əbülfəzlə Ülkəri isə ovundurmaq mümkün deyildi.. 

– Ana, atamı istəyirəm, – deyə səhərə kimi ağlayan Əbülfəz 

səhərə yaxın yuxuya getmişdi. Şövkət xanımın isə ürəyi sözünə 

baxmırdı, tez-tez bayılırdı. Qonum-qonşuları tökülüşüb 

gəlmişdilər, eşidən-bilən onlara yığışmışdı. Qadınlar onun 

əyninə yapışmış qanlı paltarını soyundurmuş, dərisindəki qan 

ləkələrini təmizləmiş,  əyninə qara rəngli paltar geyindirmiş

başına qara yaylıq bağlamışdılar. 

Şəhərdə aləm bir-birinə  dəymişdi. Bakıda fövqəladə  vəziy-

yət elan olunmuşdu. Bütün avtobuslar, taksilər,  şəxsi maşınlar 

saxlanılır, hər kəsin sənədi yoxlanırdı. Küçələrdə  hərəkət 

məhdudlaşdırılmışdı, rəsmi idarələrdə çalışanların çoxuna 

buraxılış vərəqləri verilmişdi. Şəhərdə həyat demək olar ki, öz 

ahəngini, ritmini itirmişdi. Bakı müharibədən çıxmış döyüş 

meydanını xatırladırdı. Adamların üzü dərddən, yaşanan 

faciənin dəhşətindən bozarmışdı. Axşam güllələr açılan 

yerlərdə tez-tələsik yuyulub təmizlənmiş qan izlərinin  əvəzinə 

qərənfillər od kimi közərirdi... 

Elektrik qatarları  işləmir, ali və orta məktəblərdə  dərslər 



___________Milli Kitabxana_______________ 

44 

keçirilmirdi, zavod və fabriklərin qapısı bağlanmışdı, ümumiy-

yətlə, sanki ətrafda həyat dayanmışdı. Azərbaycanın hər 

yerində matəm idi.  

Azadlıq toxumu səpilən gecənin  şəhidlər göyərdən 

müstəqillik meyvəsinin dadını hiss edən Azərbaycan xalqı 

əslində o gecə öz cəsarəti, mübarizə  əzmi, qəhrəmanlığı  və 

həmrəyliyi ilə düşmənə meydan oxumuşdu. 

Ramizin məclisinə gələnlərin hərəsi bir söz danışırdı: 

–  Şəhərdə daha çox ölən olub. 

– Hə, deyirlər Salyanski kazarmasının yanında ölənlərin sayı 

yüzü keçib. 

– Vəhşilər, canilər balkona çıxanlara, yoldan keçənlərə, hətta 

uşaqlara belə güllə atıblar. 

– Deyirlər hələ ölənlərin sayı dəqiqləşdirilməyib.  

– Tədqiqatlar aparılır. 

– Yadınızdadır, neçə gün əvvəl göydə vertolyotlar uçurdu. 

Sən demə, elə bu qaniçənləri Bakıya daşıyırmışlar.  

– Deyirlər  əliyalın, dinc əhalini qıranlar saqqallılar imiş. 

Xüsusi hazırlıqlı dəstələr, hətta içındə ermənilər də varmış. 

– Azadlıq uğrunda mübarizə aparan xalqı qırıb, ölkəni viran 

edəndən sonra erməni quldurlarını gecə ikən aradan çıxarıblar. 

Səhər açılanda isə heç bir şey olmamış kimi yenə də adi qayda 

ilə Sovet əsgərlərini və tankları küçələrdə növbə  çəkməyə 

çıxarıblar. 

– Bakının bütün küçələri tankla doludur. 

– Bakıda heç belə müsibət olmamışdı. 

– Tarix dərsində müəllimimiz bizə 1905, 1918-20-ci illərdə 

erməni-müsəlman qırğınlarından danışardı. Biz əvvəllər müha-

ribəni, davanı televizorda, kinoda görərdik. Sovet qoşunlarının 

xalqımızın başına gətirdiyi bu qanlı faciə isə heç yatsaydıq 

yuxumuza belə girməzdi. Kim inanardı ki, 70 il bir bayraq 




___________Milli Kitabxana_______________ 

45 

altında yaşadıqların sənin millətinə belə divan tuta bilər, sənin 

xalqını qan dənizində boğar, vallah, ağıla sığışmayan işdir bu... 

Söz-söhbət uzandıqca uzanır, fikirlər haçalanır,  əsəblər 

gərilir, hisslər coşurdu. Bəlli olansa bu idi ki, Azərbaycan 

matəm içində idi. Elə  kənd, elə  qəsəbə yox idi ki, orada yas 

çadırları qurulmasın,  şəhidlər üçün ehsan verilməsin. Qanlı 

Yanvar hadisəsindən sonra insanlar bir-biri ilə daha mehriban, 

daha qayğıkeş dolanırdılar, hamı bir-birininə köməyə  tələsir, 

şəhid övladlar çiyinlərdə götürülür, şəhid ailələri ehtiramla 

yuxarı başa keçirilir, şəhid balalarına qayğı göstərilir, imkanlı-

imkansız, yas mərasimi olan bütün ünvanlara yardım edilir, 

hamı təmənnasız bir-birinə əl uzadır, dayaq dururdu. 

Şəhər demək olar ki, hərbçilərin  əlində idi. Respublikanın 

bütün strukturları iflic vəziyyətindəydi. Xalqı qanına qəltan 

eləyənlər indi də onun yaralarını duzla yuyurdular, əhalinin 

səsini hər vəchlə boğmaq istəyirdilər.  

Qanlı Yanvar qırğını xalqı qorxutmadı,  əksinə onu daha da 

müdrikləşdirdi, mətnləşdirib birləşdirdi. Sovet tanklarına və əli 

silahlı hərbiçilərə məhəl qoymadan, ölümdən belə çəkinmədən 

şəhidlərimizə ehtiram əlaməti olaraq hər yerdə qara bayraqlar 

asmışdı xalq. Hər qara bayrağın başında qan rəngli qırmızı 

qərənfillər ağlayırdı. Yazıq qərənfillərin qismətinə o gecə 

matəm gülləri olmaq düşdü.  

Şəhidlərimizin dəfni günü bütün küçələr qırmızı qərənfillərlə 

bəzənmişdi. Hər yerdə  şamlar yandırılmışdı.bütün yollar 

Azadlıq meydanına aparırdı. Bütün Azərbaycan  şəhidləri ilə 

vidalaşmaq üçün şəhərin baş meydanına axışırdı.  İmperiya 

qadağalarına, rus əsgərlərinin dəyənəklərinə təpki göstərən xalq 

nəhayət ki, şəhid övladlaırını  şəhərin  ən uca zirvəsində – 

Dağüstü parkda dəfn eləməyə müəssər oldu. Həmin gün 

Azadlıq meydanından bir durna qatarı  pərvazlandı.  Şəhidlər 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə