ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

___________Milli Kitabxana_______________ 

35 

–  Var, birinin həyat yoldaşı, yəni mənim bacım maşıdadır, 

yalvarıram tez olun. 

Həkimlər yaralıları maşınlara yerləşdirdilər. Onlardan biri 

Rəşidə dedi:  

– Qardaş, yollarda vəziyyət onsuz da təhlükəlidir, keçib get-

mək belə mümkün deyil. Yaxşısı budur, siz maşınla şəhərə gir-

məyəsiniz, bayaqkı vəzuyyətdən sizin qurtuluşunuz bir möcüzə 

idi. Maşını burada qoysanız növbəti tank onu əzib keçəcək. Siz 

qayıdın evə. Sonra, yəni səhər gələrsiz xəstəxanaya. Onsuz da... 

Rəşid həkimə sözünü tamamlamağa imkan vermədi. 

– Cəhənnəmə olsun maşın, mən də onunla gedəcəyəm. 

Hələ  şokda olan, bir möcüzə  nəticəsində sağ qaldıqlarına 

inanmyan Şövkət xanım elə bil ki, qəflət yuxusundan ayıldı. 

– Yox-yox, onsuz da Ramizi itirirəm, səni də itirə bilmərəm, 

qardaş, həkim düz deyir sən qayıt, mən Ramizlə gedəcəm. 

– Bəs? 

– Sus, Rəşid, balalarımı sənə tapşırıram, mənə bir şey olsa, 



onlar sənə əmanət. 

Rəşid bacısının alnından öpdü. 

– Yaxşı, bacı get, Allah amanında. 

 

* * * 

 

Xəstəxanaya 15 dəqiqəlik yol idi. Amma Sovet tankları 



Təcili Yardım maşınlarını Sabunçu körpüsündə haqladı. 

İnsanların qışqırığı tankların tırıltısına qarışmışdı. Körpüdən 

keçmək mümkün deyildi. Qayıtmalı oldular. Körpünün altın-

dan elektrik qatarları keçirdi. Maşınlar relslərin üstündən aşıb 

keçə bilməzdilər.  Şövkət xanım Təcili Yardım maşınından 

düşüb dəmir yoluna yaxın qapıların birindən yolu soruşdu. 

Sən demə burada da güclü atışma olubmuş. Yaralananlar və 



___________Milli Kitabxana_______________ 

36 

ölənlər var idi. Əhali qorxusundan həyətlərinə  çəkilmişdi. 

Şövkət xanımın səsinə bir neçə adam çıxdı. 

– Maşın relslərin üstündən keçə bilməyəcək. Relslərin 

üstünə nə isə qoymaq lazımdır ki, maşın hərəkət etsin, – deyə 

adamların arasından yaşlı bir kişi irəli yeridi.  

– Ay Allah, özün kömək ol. Axı, xəstəxanaya cəmi 200 metr 

qalıb. Belə  də  dərd olar. Qansızlar Təcili Yardım maşını belə 

buraxmırlar, bu müsibət harada görünüb, bunları ana doğmayıb, 

bunların ürəyində Allah xofu yoxdur- bunu da bir qadın dedi və 

ağlaya-ağlaya yaxın həyətlərdən birinə qaçdı.  

Şövkət xanım göz yaşı içində  ətrafdakılardan imdad 

istəyirdi. Kömək edə bilməyəcəklərini dərk edən insanlar 

başlarını  aşağı  əyib dayanmışdılar, elə bil gücsüz və çarəsiz 

qaldıqları üçün Şövkət xanıma baxmağa utanırdılar. 

Ay qardaş, bəs nə edək, bəlkə başqa bir yol var?  

– Gərək kənd arası yolla mədənlərin arası ilə gedəsiniz. 

– Çox uzaq olmazmı? 

– Başqa çarəniz yoxdur. 

Sürücü tərəddüdlə: 

– Axı, mən yolu tanımıram-dedi. 

– Biz sizə yolu göstərərik, – cavanlarda ikisi maşına mindi. 

Ramiz hərdən özünə  gəlir,  əllərini  Şövkət xanıma uzadır, 

pıçıltı ilə: 

– Ölürəm, Şövkət, uşaqlarım... – deyirdi. 

Şövkət xanımsa onun əllərini öpür: 

– Döz, əzizim, lap az qalıb, bir azca da döz, indicə çatacağıq, 

cəmi beş dəqiqəlik yolumuz qalıb. 

Şövkət xanım belə desə də bilirdi ki, bu 5 dəqiqəlik yol acı 

bağırsaq kimi uzandıqca uzanacaq, onlar bu mədən yolundan 

sağ-salamat keçib getmələri də Allahın lütfü olacaq. Amma o 

ümidini itirmək istəmirdi... 




___________Milli Kitabxana_______________ 

37 

Yol kələ-kötür, narahat idi. Hər dəfə maşın nəyəsə toxunub 

silkələnəndə Ramiz zarıyırdı. 

Ərinin bum-buz əllərini nəfəsi ilə isidən  Şövkət elə hey 

pıçıldayırdı: 

Bir az da döz, qurban olum, bir azca da səbr elə, çatırıq. 

O  ərindən daha çox indi özünə  təskinlik verirdi. Ona elə 

gəlirdi ki, Ramizi bu həyata bağlayan yeganə bağ onun 

əlləridir.  Əgər o əllərini Ramizin əllərindən ayırsa  ərini, 

balalarının atasını həmişəlik itirəcək. 



 

* * * 

 

Xəstəxanada həkimlər bir-birinə qarışmışdı. Cərrahiyyə 



şöbəsində yer çatışmadığından yaralıları döşəməyə düzmüş-

dülər. Əməliyyat aparmağa növbə çatmırdı.  

Həkimlərdən biri amiranə səslə həkimlərə göstəriş verdi: 

– Burada bir nəfər də ölməməlidir,  əlimizdən gələni 

etməliyik ki, hamını əməliyyat edib yaşada bilək. 

Ramizi düşürüb həkim müayinə etmək üçün çarpayıya 

uzatdılar. Həkim güllə yarasına baxanda başını tərpətdi. 

– Çox qan itirib. Xanım sizdə yaralısınız?- həkim  Şövkət 

xanımın qanlı üst-başına baxdı. 

– Yox, yox yəqin yoldaşımın qanıdır. Həkim diqqətlə baxıb 

başını yana çevirdi. Şövkət xanım bilmirdi ki, Ramizin 

ciyərindən dəymiş güllə öz işini görmüşdü. Parçalanmış ciyər 

qan ilə qarışıq axırdı. Şövkət xanım fərqinə varmadan bu ciyər 

tikələrini də qan qarışıq üst-başına, hətta sifətinə çəkmişdi. 

– Həkim tibb bacısını səslədi: 

– Səidə, xanıma kömək et əl-üzünü yusun. 

– Lazım deyil, tez yoldaşımı müayinə edin, – deyən Şövkət 

xanımın gözləri elə bil hədəqəsindən çıxmışdı. 




___________Milli Kitabxana_______________ 

38 

Qan təzyiqini ölçən həkim - təzyiq demək olar ki, yoxdur. 

Sizə Allah kömək etsin. Çox qan itirib. Ürəyi sağlamdır, hətta 

qansız belə döyünür. 

Ramiz son dəqiqələrini yaşayırdı. Ancaq dodaqları tərpənir, 

nəsə deyirdi. Tibb bacısı Səidə Ramizə yaxınlaşanda onu tanıdı. 

Onlar yaxın qohum idilər. 

–  Şövkət,  Şövkət, – deyə  pıçıldayan Ramizə  tərəf gələn 

Səidə: 

– Mən Şövkətəm, nə lazımdır? 



– Su, su. 

Səidə pambığı isladıb onun dodaqlarına sıxdı. 

– İçin, – dedi. 

Ramizin – Çox sağ ol, bacı. – pıçıltısını eşidən Səidə özünü 

saxlaya bilməyib ağladı.  

Həkim: xəstə can üstə olsa da həyat yoldaşını tanıya bilir. 

Sən ona Şövkətəm dedikdə, o sənə bacı dedi. Bildi ki, sən o 

deyilsən. Şövkət hara getdi? 

– Xanım çox üzülüb, biz onu o biri otağa keçirtdik ki, ərinin 

ölümünü görməsin. 

Ramiz iri gözlərini bərəldib  ətrafa baxırdı. Gözləri ilə kimi 

isə axtarırdı.  Şövkət qapıda göründü. Ramiz ona diqqətlə 

baxanda gülümsədi. Gülüşü dodağında dondu. Artıq həyata 

əlvida demişdi.  Şövkətin qışqırığı, fəryadı  xəstəxananı başına 

götürmüşdü. Onu heç cürə sakitləşdirə bilmirdilər.  

Həkim  Şövkətə yaxınlaşıb onu sakitləşdirmək məqsədilə 

dedi: 

– Biz cərrahiyyə  əməliyyatı aparmalıyıq. Siz evə gedin. 



Səhər xəstəyə dəyməyə gələrsiz. 

– Yox, doktor, mən onun yanında qalacağam. 

– Olmaz. Həkim göz yaşlarını gizlədərək  Şövkət xanımı 

sakitləşdirirdi. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə