ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

66 

kimi “belini bərk bağlayıb“ alın açıqlığı ilə, mətanət və 

dəyanətlə uşaqlarını böyüdürdü. 

Xəyallar onu bəzən yaxın keçmişə, Ramizli günlərinə apa-

rırdı, bəzən 20 Yanvar gecəsindən sonra dəyişən ömür yoluna, 

ağrılı-acılı saatları düşünürdü. Uşaqları evdə olmayanda 

həyəcan içində otaqları  gəzirdi. Hər otaqdan Ramizin şəklini 

asmışdılar. Hər yerdən Ramiz boylanırdı. Hara dönürdüsə 

onunla göz-gözə gəlirdi. Artıq adət etmişdi, bir çətinliyi olanda 

otaqlardan birinə çəkilir, Ramizin rəsminin qarşısında dayanır, 

ərinin şəkli ilə danışır, ondan məsləhət alır, onunla dərdləşirdi. 

Beləcə keçib gedirdi ömür... 

Şövkət xanım Novruz bayramında anadan olmuşdu. Ramizin 

sağlığında onlar həm ad gününü, həm bayramı xüsusi 

təmtəraqla keçirirdilər, axşam Ramiz evə dönəndə öz əlləri ilə 

becərdiyi çiçəklərin  ən gözəlini seçib dəstə bağlayır, aldığı 

hədiyyə ilə birlikdə Şövkətə gətirərdi. Həmin gün dünyanın ən 

gözəl sözlərini də  həyat yoldaşının ünvanına söyləyərdi 

Ramiz... 

İllər quşdan qanad alıbmış kimi sürətlə uçub getmişdi. Artıq 

övladları da böyümüşdü. Ancaq balaları, bu ənənəni indi də 

yaşatmağa nail olmuşdular. İndi onlar analarına çiçək dəstələri 

gətirirdilər, hədiyyə alırdılar. 

Şövkət xanım bu gün çox həyəcanlı görünürdü. Evdə  qərar 

tuta bilmirdi. Bu gün qızına elçi gəlirdi. O bu axşam Ramizin 

yoxluğunu daha çox hiss edirdi. Kaş möcüzə baş verəydi, kaş 

indi qapı açılaydı, Ramiz gülə-gülə içəri girəydi, qollarını geniş 

açıb onu bağrına basaydı, “Gözümüz aydın, ay Şövkət, qızımız 

böyüyüb, ona elçi gəlirlər, xoşbəxt olsun, mənim balam“ - 

deyəcək. Qadın dönüb Ramizin divardan asılmış şəkilinə baxdı, 

ona elə gəldi ki, şəkil gülümsəyir... 

Bu gün qızına elçi gəlirdi, yəqin bir-iki ildən sonra o da 




___________Milli Kitabxana_______________ 

67 

kiminsə qapısını döyəcək, evinə gəlin gətirəcəkdi.  

Nə tez gəlinlik yaşına çatdı bu qız? Elə bil ki, dünəndi, hər 

ikisi beşik başında dayanıb nəvazişlə, məhəbbətlə körpələrinə 

baxırdılar. Ramiz böyük qızı Könülü çox istəyirdi, həmişə ona 

“bacı“- deyirdi.  

Şövkət yenə ürəyində özü-özü ilə danışırdı: 

– Ramiz, mən sənsiz neyləyəcəm, bu boyda ağır işin öhdə-

sindən necə gələcəyəm? Qonaqlarımı sənin kimi qarşılayıb yola 

sala biləcəyəmmi? Sabah mütləq sənin görüşünə  gələcəyəm, 

Ramiz, sənin məsləhətinə elə çox ehtiyacım var ki...  

 

* * * 



 

Qonaqlar artıq dağılışmışdı. Ana-bala otaqda yalqız qal-

mışdılar. Hər ikisinin gözü Ramizin divardan asılmış  şəklinə 

zillənmişdi. Könül atasına diqqətlə baxırdı. Birdən o dilləndi: 

– Ana, atanın şəklinə bax, elə bil ki, nə isə demək istəyir. 

– Hə, qızım, sənə xeyir-dua vermək istəyir, sənə xoşbəxtlik 

arzulayır, atan. 

– Yadındamı, ana, atam ölən ilin ilk Novruz bayramı, biz 

şəklinin qarşısına bayram şirniləri və bir nimçə aş qoyduq. Bir 

həftə orada qaldı. Biz sənə görə, sən isə bizə görə, ürəyimizi 

sındırmamaq üçün, o qablara dəymirdik. Bir dəfə isə biz sənin 

şəkillə danışdığını  eşitdik. Sən atanın  şəkilinə baxıb səssizcə 

ağlayır və pıçıltı ilə soruşurdun ki: 

– Axı niyə yemirsən, Ramiz, bəlkə yağı azdır, bəlkə, so-

yuyub yeməklər?. Qoy aparım isidim sənin üçün... Yoxsa, 

küsmüsən bizdən? 

Biz də gizlincə  ağlayırdıq. Səhər tezdən Ülkərlə  Əbülfəz 

şəkilin önündəki qabları götürdülər,  əvəzinə isə bir qucaq 

qərənfil qoydular. 



___________Milli Kitabxana_______________ 

68 

Bu illər  ərzində Könül anasına dost, sirdaş, dərd otağı 

olmuşdu.  

Ramizin böyük oğlu atasının arzuladığı peşənin dalınca gedə 

bilməmişdi, təhsil sistemindəki dəyişiklər, başlarına gələn 

müsibət onu lap erkən yaşlarından işləməyə, anasına, bacılarına 

sahib çıxmağa vadar etmişdi. Ceyhun Ticarət texnikumunda 

oxuyurdu, dərsdən sonra isə  işə  tələsirdi.. Könülün dərsləri 

çətinləşmişdi, ali məktəbi qurtarmağına cəmi bircə il qalırdı.. 

Şövkət xanım isə Ramizdən sonra anasını da itirdiyindən 

bərk sarsılmışdı, ona elə gəlirdi ki, bu gen düyada yapa yalqız 

qaldı. Uzun müddət özünə gələ bilmədi. Ona görə də işdən də 

çıxdı. İndi evin yeganə dayağı, çörək ağacı Ceyhun idi. Bütün 

ağır günlər, çətin anlar onları  sındıra bilmədi. Pis-yaxşı bir 

təhər dolanırdılar.  Şövkət xanımın həmişə qürurlu gəzirdi, 

qohumlarının heç birinə ağız açmadı. Lap sonda, qızının gəlin 

köçmə məsələsi gerşəkləşəndə illərdən bəri əl vurmadığı mücrü 

yadına düşdü. Ramizin bir vaxtlar minbir arzu-niyyətlə aldığı 

zinyət  əşyaları dar günün yarağına çevrildi. Mürcüdəki qızıl 

əşyaları satıb Könülün cehizini düzəldəcəkdi... 

– Ana, özünü çox xərcə salma. Sən varsan, bu bizə  bəsdir. 

Cehiz məsələsinə görə  də, narahat olma, yavaş-yavaş  hər  şey 

alacağıq. 

– Atanızın arzuları ürəyində qaldı. Siz balaca olanda 

dünyanın bütün naz-nemətini evə daşıyardı. Həmişə sizin üçün 

ən yaxşı pal-paltarı seçib alardı, ən gözəl oyuncaqlar gətirərdi, 

deyərdi qoy balalarım heç nədən korluq çəkməsinlər, ürəyi 

bütöv böyüsünlər.  İndi mən onun da yerinə sizdən heç nəyi 

əsirgəməyəcəm. Siz məni yaşadan qol-qanadımsınız. Bu 

əşyalar sizindir. Atanızdan sonra mənim qızıl taxdığımı 

görübsünüzmü, yox... 

– Elə demə ana, sənin nə yaşın var ki, gözəl, qəşəng 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə