ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

___________Milli Kitabxana_______________ 

62 

Soyuq yanvar günlərindən biri idi. Sulu qar yağırdı. Şövkət 

xanım bir qucaq qərənfili bağrına basıb Ramizin görüşünə 

gedirdi. Bu gülləri Ramiz öz əlləri ilə  əkib becərmişdi, gəlin 

səhər onları istixanadan dərib dəstə bağlamışdı. 

İndi qadın  ərinin  əlinin hərarətini yaşadan bu dilsiz-ağızsız 

çiçəklərdən Ramizin ətrini alırdı. Onlarla danışırdı, onlardan 

Ramizi soruşurdu. 

Evdən çıxanda heç kəsə heç nə deməmişdi. Təkbaşına, 

şösseyə, Ramizin vurulduğu yerə gəlmişdi.  

Əlindəki gülləri yola, asfaltın üstünə duzüb için-için 

ağlayırdı.. Ötüb-keçən maşınların fit səsinə belə  məhəl 

qoymadan, yağan sulu qarın üst-başını islatdığını belə  fərqinə 

varmadan, yaş asfaltda diz çökmüşdü. Elə bu vaxt onun yanına 

gələn və sakitcə arxasında dayanıb ağlayan iki gənc qızın da 

onunla bərabər diz çökdüyünü gördü. Onlar da şəhid 

ailələrindən idi. Əzizləri burda vurulmuşdu. 

Üç qadının yol üstündə, yaş asfalt üzərində diz çöküb 

qırmızı  qərənfilləri nəvazişlə oxşayıb ağlayan görən sürücülər 

də maşını saxlayır, “Allah rəhmət eləsin” – deyib ehtiramla baş 

əyir, onların dərdinə şərik olduqlarını bildirir, kədərlərinə şərik 

olur, dərdlərini bölüşürdülər.  

Şövkətin  ətrafındakı  qələbəliyin sayı getdikcə artırdı. Gəlin 

başını qaldırıb yan-yörəsinə baxdı. Başına toplaşan insanların 

çoxaldığını, hamısının da onunla bərabər ağladığını, qadınların ya-

na-yana ağı dediklərini görəndə  gəlbində  qəribə bir yüngüllük, 

fərəh hiss elədi, elə bil dərdi bir azca azalmışdı. O indi tək deyildi, 

gör bir nə  qədər dərd ortağı, qəm sirdaşı vardı onun. Qürurla 

güllərə baxdı, qərənfillər nəm asfalt üzərində alışıb yanırdılar elə 

bil... 


 

 



___________Milli Kitabxana_______________ 

63 

Qərənfil- şəhid qanı, 

Ağla, qərənfil, ağla. 

Ağla, inlət meydanı, 

Ağla, qərənfil, ağla.  

 

Cavanlara qıydılar, 



Tanklar altda qoydular.  

Qanın içib doydular, 

Ağla, qərənfil, ağla. 

 

...Şövkətin yoxluğunu birinci hiss edən anası oldu. Sara 



xanım oğlu Yusiflə  bərabər  şosse yoluna tərəf qaçdı. Ora 

toplaşanların çoxluğu ananı çaşdırdı. Qadın həyəcan və 

nigarançılıqla:  

-

 



Allah, sən özün balamı qoru, – deyib yüyürdü.  

Şövkəti bir dəstə adamın  əhatəsində sağ-salamat görəndə 

zavallı ana bir qədər toxtadı. Yavaşca qızının qolundan tutdu. 

– Yer soyuqdur, qalx ayağa, bala, qalx gedək, hava da 

soyuqdur, xəstələnərsən. 

Şövkət sakitcə ayağa qalxdı, minnətdarlıq hissi ilə yan-

yörəsinə toplaşan insanlara baxdı: 

-

 



Çox sağ olun, məni tək qoymadınız, hamınızın başı sağ 

olsun! 


Anası ilə Yusif onun qoluna girdilər. Gəlinin bütün bədəni 

həyəcandan və soyuqdan tir-tir əsirdi. Yol boyu heç biri 

danışmadı. Hər kəs öz ürəyi ilə  dərdləşirdi. Evə  gəldilər. 

Uşaqlarının dördü də lal-dinməz dayanıb heyrətlə analarını 

süzürdülər. Üstü-başı su içində olan Şövkət balalarını 

qucaqladı... 

Anası yenə onu danladı: 

– Özünə yazığın gəlmir, heç olmasa bu körpələri düşün, ay 




___________Milli Kitabxana_______________ 

64 

bala, – Sara xanım göz yaşlarını saxlaya bilmədi – Allah 

qorusun, sənin də başına bir iş gəlsə, bu uşaqlara kim baxacaq, 

ay qızım, bu dərd bir sənin başında deyil ki... Bir az səbirli ol, 

bir az özünü təmkinli apar, ölənlə indiyədək kim ölüb ki... 

– Mən səbirliyəm, dözümlüyəm, anacan, bundan sonra da 

belə olacaq, bu gün mən dərk elədim ki, Ramiz millətinin

xalqının yolunda şəhid olub. Ana, kaş  sən görəydin, 

tanımadığım insanlar mənə bu gün necə ehtiram göstərirlər, 

necə  məhəbbətlə boynuma sarıldılar, necə ürəklə  mənə  təsəlli 

verdilər,”şəhidlər bizim də balamız, bizim də qardaşımızdı” – 

dedilər. Hətta yoldan keçən maşınları belə saxlayır, maşından 

düşənlər sükutla dayanıb baxır, bəzisi yaxınlaşıb başsağlığı 

verir, körpələr asfaltın üstünə çiçək səpirdilər. Camaatımızın bu 

hörməti, bu ehtiramı qarşısında baş  əyirəm, ana, mən daha 

ağlamayacam... 

...40 gün Azərbaycan  əynindən matəm libasını soyunmadı. 

40 gün başına qara bağlamış bayraqlarımız şəhid məzarlarının 

üstdə dalğalandı, 40 gün Şəhidlərin qəbri yalqız qalmadı, 40 

gün  Şəhidlər Xiyabanı müqəddəs Kəbə evi kimi öz zəvvarla-

rının göz yaşında və qərənfil yağışında yuyundu.  

Azərbaycanın dörd bir yanından gələn insanlar şəhidlərin 

məzarı önündə diz çöküb, onların uyuduğu qutsal torpağı 

öpdü... 


Ölkənin hər yerində,  ən ucqar kəndlərdə belə  şəhidlərin 

adına ehsan verildi, Quran oxundu. Bəlkə də yer kürəsinin heç 

bir yerində belə matəm olmamışdı.  

...Enerji bloku partladılan Televiziyanın verilişləri xeyli 

azalmışdı, Xəbərlər proqramının rəsmi məlumatı  şəhər 

komendatının senzurasından sonra efirə verilirdi. Qəzetlər 

bağlanmışdı. Ara-sıra gizlincə çap olunan vərəqələr  əl-əl 

gəzirdi.  Əhalinin yeganə informasiya mənbəyi Mirzə  Xəzərin 




___________Milli Kitabxana_______________ 

65 

apardığı “Azadlıq radiosu” idi ki, orada verilən xəbərlər də heç 

könül açan deyildi. Azərbaycan ziyalıları, xüsusilə  də  şair 

Bəxtiyar Vahabzadə tez-tez bu radio vasitəsi ilə dünya 

ictimayyətinə müraciət edir, nüfuzlu beynəlxalq təşkilatlardan 

Azərbaycan xalqına yardım istəyirdilər. Amma dünyanın qulağı 

kar, gözləri kor olmuşdu. 

Hamının danışdığı, hər kəsin bir nöqtədə birləşdiyi  əsas 

məsələ bu idi: xalqı bu vəziyyətdən çıxarmağa, bu bəladan 

qurtarmağa, azğınlaşmış ermənlərin qarşısını almağa qadir bir 

rəhbər lazımdır, millətin Atatürk əzmli, Atatürk qeyrətli bir 

liderə ehtiyacı var. 

Bir müddətdən sonra bütün xalq neçə il əvvəl SSRİ-də  ən 

yüksək dövlət postuna dəvət olunan, sonralar, yəni Qorbaçov 

hakimiyyətə gələndən sonra isə min bir bəhanə ilə vəzifəsindən 

- SSRİ Nazirlər Sovetinin birinci müavini postundan 

uzaqlaşdırılan Heydər  Əliyevin Moskvadakı Azərbaycan 

səfirliyinə getməsi, orada jurnalistlər üçün keçirdiyi mətbuat 

konfransında Mixail Qorbaçovu onun xalqının başına gətirilən 

müsibətlərdə günahlandırması  və Kommunist Partiyasının 

sıralarından nümayişkarənə  şəkildə istefa etməsi böyük bir 

sensasiyaya səbəb oldu. Məşəqqət və zülümlə üz-üzə qalan 

xalq ümidini və  gələcək nicatını bu insanın yenidən 

Azərbaycana qayıtmasında görürdü... Xalq ümidlə ayağa qalxıb 

mübarizəsini davam etdirdi...  

 

* * * 



 

...Bir-birini əvəz edən saatlar günlərə, günlər illərə çevrilirdi. 

Artıq saçlarına dən düşmüş Şövkət xanım hələ də qara yaylığı 

başından açmamışdı. Ramizsiz illər nə qədər ağır olsa da, artıq 

o da taleyinin bu qisməti ilə barışmış, el ağbirçəklərinin dediyi 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə