ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

___________Milli Kitabxana_______________ 

58 

Söz deyənlər çox oldu. 

Ceyhunla  Əbülfəz təzəcə tikilmiş  sərdəbanın yanında 

durmuşdular. Yaş gilələnmiş gözlərini atalarının cənazəsindən 

çəkmmirdilər. Sərdabanın qapısı hörülürdü. Diqqətlə baxan 

uşaqlar axırıncı daş hörüləndə: 

– Yox, ata ölmə, getmə ata. Ay ata biz səni çox sevirik. 

Getmə ata, – deyə bir ağızdan qışqırdılar. Uşaqların bu fəryadı 

qəbrisitanlığı  lərzəyə  gətirdi. Yaşından asılı olmayaraq hamı 

hönkürtü ilə ağladı. Əmiləri uşaqları qucaqladı. 

– Bu, el matəmidir. El gücü, sel gücüdür. Güclü olmaq 

lazımdır. Hələ bu xəmir çox su aparacaq... Bu, hamının 

ürəyindən keçən fikir idi... 

Yanvarın 22-də  Şəhidlər Xiyabanı yaradıldı. Bir vaxtlar 

Cənbərəkənd qəbristanlığı olmuş təpədə yeni qəbrlər sıralandı.  

1905 və 1918-ci illərdə Erməni-müsəlman qırğınınında səhid 

olmuş insanların dəfn edildiyi bu qəbirstanlıq sonralar, yəni 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

dağıdılmış, yerində park salınmışdı.  

Amma illər sonra tarix təkrar olunur, bir vaxtlar pərən-

pərənə salınmış ruhlar yeni qurbanlarla bərabər öz əbədi 

məskənlərinə dönürdülər.  

Əhali şəhərdə elan olunmuş komendat saatına, bütün qadağa 

və  təhdidlərə  rəğmən, heç nədən qorxmayaraq bu yüksəklikdə 

öz  şəhidlərini dəfn etməyə nail olmuşdu. Nə  şəhər küçələrinə 

şütüyən tankların vahiməsi, nə  əli avtomatlı  əsgərlərin hədə-

qorxusu, nə respublika rəhbərliyinin mövqeyi camaatı öz 

inadından döndərə bilməmişdi. Fövqəladə  vəziyyətə baxma-

yaraq bütün Azərbaycan ayağa qalxmışdı. Bütün xalq öz 

şəhidlərini son mənzilə yola salmağa gəlmişdi. Hətta bütün 

çətinliklərə baxmayaraq respublikanın rayonlarından da Bakıya 

gələnlərin sayı-hesabı yox idi. Qəbirləri qazanda sümüklər üzə 

çıxırdı. Şəhidlər şəhidlərə qovuşurdu. 



___________Milli Kitabxana_______________ 

59 

* * * 


 

İki gündən sonra Şövkət xanımgilin darvazası döyüldü. 

Gələnlər ehtiramla dedilər: 

–  Şövkət xanım, belə  məsləhət görüblər ki, siz icazə 

verəsiniz, Ramizin cənazəsini Şəhidlər Xiyabanına aparıb orada 

dəfn edək.  

Şövkət qaynanasına baxdı. Ana qətiyyətlə başını buladı. 

Şəhərdən gələn nümayəndələr  Şövkət xanımı da, Ramizin 

anasını da dilə tutub onları razı salmağa çalışırdılar. Onlar 

qadınları inandırmaq üçün dedilər ki, 20 Yanvar gecəsi həlak 

olanların demək olar ki, əksəriyyəti yeni yardılan  Şəhidlər 

Xiyabanında dəfn olunub. Gələcəkdə ora ümumxalq 

ziyarətgahına çevriləcək. 

Şövkət xanım onlara göstərilən diqqət və qayğı üçün 

minnətdarığını bildirdi, gələnlərə üzrxahlıq elədi: 

– Bilirsiz, əvvəlcədən bilsəydik böyük məmnuniyyətlə 

Ramizin orada dəfn olunmasına razılıq verərdik. Ancaq təzədən 

onun ruhunu narahat edib ora köçürsək camaat nə deyər. Bu 

heç İslam dininə də uyğun dəyil. Dünən basdırdığımızı bu gün 

yenidən çıxara bilmərik axı... Bir də ki, nə fərqi var, ya Şəhidlər 

Xiyabanı, ya bura.. Şəhid  şəhiddir, torpaq da ki, torpaq...Hər 

ikisi Vətənimizin bir parçasıdır. Bura bizə daha yaxındır, elə 

yanımızda olsa yaxşıdır, tez-tez ziyarətinə gedə biləcəyik. Həm 

də anası belə istəyir.. Ora da lazımdırsa, şəklini verim aparın. 

Xeyli söhbətdən sonra gələnlər razılaşdılar. Ramizin şəklini 

götürüb getdilər. 



 

* * * 


 

Şəhidlərin ölmündən üç gün keçirdi... Şəhidlər Xiyabanında 

sıralanmış qəbrlərin sayı getdikcə artırdı. Xəstəxanalarda yaralı 



___________Milli Kitabxana_______________ 

60 

yatanların bir qismini də  zəhərli güllələrdən xilas eləmək 

mümkün olmamışdı. Rayonlara, ata ocağına aparılan şəhidlərin 

də bəzisini gətirib burada dəfn elyirdilər. İmperiya cəlladları 20 

Yanvar faciəsinin qurbanlarının sayını  dəqiqləşdirməyə belə 

imkan vermirdilər. Şəhərdə belə bir xəbər yayılmışdı ki, o geçə 

tankların tırtırları altında əzilənləri, süngü ilə dəlik-deşik edilib 

öldürülənləri gizlicə Nargin adasına aparıb orada dəfn ediblər. 

İtkin düşənlərin, o gecə səssiz-soraqsız yoxa çıxanların yolunu 

bu gün də gözləyənlər var. Hətta 2-3 gün sonra da şəhərdə və 

onun ətrafında öldürülənlər, yaralananlar var idi. Sumqayıta, işə 

gedən üç alimimizin də faciəli surətdə  həlak olması xalqın 

qəzəbinə səbəb olmuşdu. 

Tank onların maşınını yolda haqlamış, soyuqqanlıqla tankı 

onların oturduğu maşının üstünə sürmüş, “uf” belə demədən də 

onları ayaqlayıb keçmişdi. Bu şəhidlər də Xiyabanda dəfn 

edilmişdilər. 

Yer-göy şəhidlərə, o əliyalın, insanlara, sinələrini odlu silah-

ların, tankınların, süngülərin qarşısına sipər edib, qanları, 

canları bahasına ana torpağa azadlıq toxumu səpən cavanlara 

ağlayırdı: 

 

Baxıram dünyanın bu gərdişinə, 



Dəli bir ağlamaq keçir könlümdən. 

Fələk rəvac verdi namərd işinə

Dəli bir ağlamaq keçir könlümdən. 

 

Torpaqda haqqı var axan qanın da, 



Bir nərin qolları düşüb yanında. 

Müqəddəs Şəhidlır Xiyabanında 

Dəli bir ağlamaq keçir könlümdən. 

 



___________Milli Kitabxana_______________ 

61 

Şəhidlərə həsr olunmuş seirlər, bayatılar, ağılar əl-əl gəzirdi. 

 

Tanklar gəlir üstümüzə. 



Bir dəstə gül verin bizə, 

 

Biz tankların qarşısına, 



Çiçəklərlə çıxanlarıq, 

Zalımları, qansızları 

Çiçəklərlə yıxanlarıq. 

 

Tanklar gəlir üstümüzə, 



Bir dəstə gül verin bizə. 

 

Əlimizdə qərənfillər 



Üz qoyarıq bu asfalta. 

Çiçəklərə dəyib sınar 

Başımıza enən balta. 

 

Tanklar gəlir üstümüzə, 



Bir dəstə gül verin bizə. 

 

Tankın, topun qarşısından 



Geri durmaq günahdır. 

Ölmək ölüm demək deyil

Əbədi yaşamaqdır... 

 

Tanklar gəlir üstümüzə, 



Bir dəstə gül verin bizə. 

Tanklar gəlir üstümüzə, 

Bir dəstə gül verin bizə. 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə