ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

69 

anamızsan, tax o qızılları, oğlanlarının toyunda tax, qoy... -

Könül sözünü tamamlaya bilmədi, anasının boynuna sarılıb 

hönkürdü. 

Şövkət xanım Könülü bağrına basıb: 

– Ağlama, qızım, bu gün sənin üçün əlamətdar bir gündür. 

Sənin həyatın bu gündən başlayır. Bəlkə  də  sənin hələ  uşaq 

qəlbin bunu yetərincə dərk etmir. Ancaq bu belədir, mənim əziz 

balam. Başa düşürəm, zaman bizimlə çox amansız davrandı, 

böyük acılar yaşatdı. Ancaq bu bizim hamımızın tale 

sınağımızdır. Quracağın ailə  sənin həyat məktəbindən aldığın 

dərsin bəhrəsi olmalıdır. Həyat bizim ailəyə qarşı çox qəddar 

olub. Bu əzablı yollar, sən yeni həyatda dözümlü, mübariz 

etməlidir, qızım. Həmişə  hər  şeyin yerini bil, insanları, baş 

verən olayları düzgün qiymətləndirməyi bacar, bax onda sən 

qalib ola bilərsən. Doğru-dürüst yaşamağı bacarsan, hər  şeyin 

olacaq, Könülüm. Sən ağıllı qızsan, həyatın əsil mənasını başa 

düşürsən. Sən gözəl ailə qurmağı bacaracaqsan, əziz balam. 

Başını anasının köksünə  sıxmış Könül atasının  şəklini seyr 

edir, gözlərindən axan yaş gözəl sifətinədə ağrılı cığırlar açırdı. 

Atası yenə gülümsəyirdi. Bu gülüşdə, məhəbbət də vardı, xeyir-

dua da, şəfqət də, qayğı da, təsəlli də, ümid də...  

Şövkət xanım növbəti həyat sınağından da üzüağ  çıxdı, o 

biri balalarını da beləcə Ramizsiz, tək başına nişanlayıb, 

toylarını edəcəkdi. 

Şosse yolunda – 20 il əvvəl Ramizin və onlarla digər şəhidin 

qanı tökülmüş yerdə sonralar rəmzi abidələr qoyulmuşdu. O 

kəndin  şəhid oğullarının övladlarının, elə  Şövkətgilin kiçik 

ailəsinin də gözəl bir ənənəsi var idi: Qızları  gəlin köçəndə, 

oğlanları evlənəndə  gəlinlik, bəylik libası geymiş cavanlar bu 

rəmzi abidə önünə, atalarının vurulduğu yerə əklil qoyur, onun 

və bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad 




___________Milli Kitabxana_______________ 

70 

edirdilər. Bu ənənə yəqin ki, nəsildən nəsilə keçəcək, şəhidlərin 

ruhuna ehtiram atalarınının simasında əbədi yaşayacaqdır... 

...Şövkət xanımın nəvələri böyümüşdü. 5 nəfərlik ailə artıb 

çoxalaraq kiçik bir qəbiləyə çevrilmişdi. 

Hər il yanvarın 20-də ata ocağına yığışan övladları artıq bu 

evə tək yox, öz ailələri ilə birlikdə gəlir, atalarının anım gününü 

qeyd edirdilər. Hərdən ailənin sonbeşikləri - balaca Ramiz və 

İsmayıl - nənəsinin qucaqlayır - nənə, bizə bir nağıl söylə, - 

deyirdilər, - Ramiz babanın nağılını. 

Bu nağıl isə xəyallarda yaşayan bir ömür idi ki, artıq nağıla 

dönmüşdü. Acılı-şirinli xatirələrdən yoğrulmuş bir nağıla...  

Hərdən nəvələri ilə Şəhidlər Xiyabanına gələn Şövkət xanım 

o illər haqqında kədər qarışıq sevinc hissi ilə danışardı.  

Bu gün müstəqil Azərbaycanımız özünün ən gözəl günlərini 

yaşayır.  Şəhidlərin qanı bahasına öz müstəqilliyini təkrar 

qazanmış Azərbaycan indi dünyanın  ən qüdrətli,  ən sivil, ən 

modern bir dövlətə çevrilməkdədir.  

Şövkət xanım bütün bunlar barədə böyük bir qürur hissi ilə 

söz açırdı nəvələrinə. Körpələrin əlindən tutub iftixarla Şəhidlər 

Xiyabanını ziyarətə  gələndə gündən-dünə gözəlləşən, sərhəd-

lərini genişləndirən, küçə-küçə böyüyən Bakıya heykəlləşmiş, 

daşa dönmüş  şəhidlərin gözləri ilə baxır. Azərbaycanın, 

Bakının  ən uca zirvəsində, müqəddəs bur guşədə uyuyan 

Şəhidlərin məzarına baxaraq deyir: 

– Rahat yatın,  əzizlərim! Azərbaycanımızın bu günü və 

sabahı etibarlı  əllərdədir. Sizin qanınız, canınız bahasına 

xalqımın əldə etdyi Müstəqillik əbədidir. Şəhidlər Xiyabanında, 

Sizinlə bir cərgədə uyuyan şair-telejurnalist Alı Mustafayev nə 

gözəl deyib:  

 

 



___________Milli Kitabxana_______________ 

71 

Vətən mülkü məhvərindən tərpənir, 

Bu qüdrətə baş əyməyə el gəlir. 

Külli-bəşər bir ağızdan dillənir. 

Ulu Hürmüz, bu ruhları oyandır! 

 

Bu torpağın hər igidi bir ərdir, 



Taleyimiz, qismətimiz hünərdir. 

Yer üzünə günəş doğur, səhərdir, 

Ulu Hürmüz, bu ruhları oyandır! 

 

Odlar yurdu haqq yolundan dönməsin



Qalxan bayraq qoy bir daha enməsin. 

Azadlığın al günəşi sönməsin, 

Ulu Hürmüz, bu ruhları oyandır! 

 

Göy gurlayıb ildırımlar çaxanda 



Səbrim dolub qılınc qından çıxanda, 

Yağı düşmən yurduma kəc baxanda 

Ulu Hürmüz, bu ruhları oyandır! 

 

Dünyamıza müqəddəslik dayaqdı, 



Haqqın dərgahında ölçülən haqdır! 

Azərbaycan torpağında sınaqdır, 

Ulu Hürmüz, bu ruhları oyandır! 

Ulu Hürmüz, bu ruhları oyandır! 

 



___________Milli Kitabxana_______________ 

72 

HƏR YADDAŞ BİR XATİRƏ... 

 

Ramiz ailəmizin sonbeşiyi idi.  

Gülxanım ananın 6 evladı vardı:  İki qızı, 4 oğlu... Qızları 

Əsmət və Minaxanım, oğlanları isə Sabbar, Hüseynağa, 

Əbülfəz və Cəbrayıl. Sonbeşiyimizi bütün kənd Ramiz çağırırdı 

1939-cu il dekabr ayının 23-ü idi. Həmin gün Bakının küçə 

və meydanları çox sərt bir qış rüzgarına mübtəla olmuşdu. 

Xeyli qar yağmış, yollar buz bağlamışdı. Belə bir qarlı-

çovğunlu gündə dünyaya gəlmişdi Cəbrayıl...Heç xəstəxanaya 

da apara bilməmişdilər anamızı, elə evdəcə gözünü açıb. Bu 

aləmdə ilk gördüyü, ana-atamız və qardaş-bacılarımız olmuşdu. 

Kəndin ağbirçəyi Zeynəb nənə atamız Hüseynxan kişiyə 

gözaydınlığı verəndə ondan çox biz sevinmişdik. 

Ağır təbiətli, çox nadir hallarda gülən Hüseynxan kişi təbiə-

tinə məxsus olaraq bir azca dodaqları qaçdı; əllərini göyə açdı 

- Şükür sənə, Allahım, – dedi. 

Yenicə doğulmuş körpəyə ad qoymaq böyük mübahisəyə 

səbəb oldu. Anası  və böyük qardaşı Sabbar Ramiz deyib 

dursalar da, evin ağsaqqalının sözünü çevirməyə heç kəs cürət 

etmədi. Körpənin adını  Cəbrayıl qoydular. Ancaq onu 

atasından başqa Cəbrayıl çağırmadı heş kəs. Hamı onu Ramiz 

kimi tanıdı, belə çağırdı. Bütün qohumlar, qonşular, kənd 

əhalisi üçün o Ramiz olaraq qaldı.  

Ramizin uşaqlığı müharibə illərinə təsadüf etdi. O ağır illər 

Ramizin uşaq qəlbində həmişəlik həkk olunmuşdu. Evlənəndən 

sonra Ramiz evladlarına həmişə deyərdi: 

- Yediyiniz çörəyin qədrini bilin. Mən uşaqlığımda jımığ da 

yemişəm., otla da qarnımı doyurmuşam. Özü də təkcə mən yox, 

bütün kənd camaatı yazın gəlməyini səbirsizliklə gözləyərdik. 

Çöldə-bayırda ot göyərəndə hamı sevinirdi ki, daha çoluğu-

cocuğu acından ölməyəcək.  



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə