ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

81 

20 Yanvarın rəmzi qırmızı  qərənfillərdir. O kədərli gündə 

şəhidlərimizi minlərlə  qərənfillə yola saldıq, ağı, mərsiyə, 

bayatı ilə uğurladıq son mənzilə. Ramizin becərdiyi qərənfillər 

də  həm onun, həm də digər  şəhidlərimizin məzarına qismət 

oldu. Ramizin ölümü hamımızı yandırdı.  

Amma bir təsəllimiz var ki, Ramiz kimi igidlər bizim xalqın 

azadlığı  uğrunda  şəhid olub. Şəhidlərunsə  məqamı, mərtəbəsi 

bilirsiniz ki, Allahın yanında çox ucadır. Bir təsəllimiz də 

budur ki, Ramizin işiğı bu gün də yanır, onun ömür-gün yoldaşı 

Şövkət xanım kişi kimi bu ailənin başında durdu, uşaqlarına 

korluq çəkdirmədi, onları böyütdü, oxutdu, hamısını yerbəyer 

etdi. Üzü ağ olsun, o əsl azərbaycan xanımıdır, mən ona 

möhkəm can sağlığı, uzun ömür arzulayıram. 



 

Hacıxanım Zərifə Məmmədova. 

Ramizin qohumu 

 



___________Milli Kitabxana_______________ 

82 

* * * 


 

Deyir birindən soruşurlar ki, qardaşın necə adamdır? O da 

qayıdıb deyir ki, bilmirəm, yol yoldaşı olmamışam. 

Bu məsəldə çox böyük məna, hikmət var. Doğrudan da 

bizim həyatda tanıdığımız hər hansı bir şəxs, istər qohum olsun

istərsə  də dost, yoldaş öz daxili aləmini məhz evindən, 

kəndindən, şəhərindən, ölkəsindən uzaqlarda daha bariz şəkildə 

ortaya qoyur, müsbət və ya mənfi xüsusiyyətlərini daha tez 

biruzə verir. 

Mən də uzun müddət vətəndən kənarda yaşamışam Bir 

müddət Ramiz də (Cəbrayıl) mənimlə bir yerdə  işləməli oldu, 

Ramiz  əslində, ilk baxışdan başqalarından heç nə ilə 

fərqlənməyən adi bir insan idi, eyni zamanda onun 

başqalarından seçilən bəzi cəhətləri vardı. 

Ramiz dostluqda sədaqətli idi, vətənini, millətini çox sevirdi. 

Əsl türk oğlu türk idi. Haqsızlıqla barışmaz, xəyanəti 

bağışlamaz, yalanı sevməz, verdiyi sözdən geri çəkilməzdi.  

Ramizlə həmyaşıd olsaq da, bir qəsəbədə yaşasaq da onunla 

yaxınlığım və dostluğum Qazaxstan Respublikasında daha da 

möhkəmləndi. 60-cı illərdə Manqışlaq vilayətində neft 

istehsalına başlananda, Azərbaycandan, xüsusilə  də Bakıdan 

oraya kömək üçün peşəkar neftçilər göndərmişdilər. Biz də 

onların arasında idik. Manqışlağa keçmiş Sovetlər  İttifaqında 

hər yerindən nümayəndələr dəvət olunmuşdu.  

O illərdə  də  bəzən milli zəmində toqquşmaral baş verirdi. 

Rusların,  şovinist rus siyasətçilərinin məqsədyönümlü 

ayrıseçkililiyini biz müsəlmanlar hər addımda hiss edirdik. 

Bizim indi-indi yaradıb fəzliyyətini genişləndirməyə 

çalışdığımız diaspora hərakatının hələ o vaxt nə olduğunu 

bilmədiyimiz bir dövrdə Ramiz belə bir cəmiyyət yaratmışdı.  

Biz onunla bir otaqda yaşayırdıq. Ramiz Manqışlaqda 

işləyən bütün azərbaycanlıların qayğısına qalırdı. Yeni 




___________Milli Kitabxana_______________ 

83 

işləməyə  gələnlərin işlə, yaşayış yeri ilə  təmin olunmasına 

kömək edirdi, onların bir sıra sosial problemlərinin həllinə 

yardım etməyə çalışırdı. 

Az sonra o Azərbaycan icmasının liderinı çevrildi. Dara düşən 

hər kəs ilk növbədə onu axtarıb tapır, kömək üçün ona müraciət 

edirdilər. Ramiz də heç kəsdən köməyini  əsirgəmirdi. Onun bir 

sözü vardı: “Sən Azərbaycanda öz hərəkətinə görə özün 

cavabdehsən, burda isə  hər kəsin hərəkəti bizim Vətənin adına 

yazılır Burda xoşumuza gəlməyən, hətta nifrət etdiyimiz 

soydaşımıza belə hörmətlə yanaşmalıyıq. Azərbaycanın adına 

xətər gətirən hec bir hərəkətə yol verməməliyik. Qoy özgə 

millətdən olanlar da bizim cəmiyyətimizin möhkəmliyinə, birli-

yinə, səmimiyyətinə qibtə etsinlər. Əgər biz bu hımrəyliyə nail ola 

bilsək, bizə hörmətlə yanaşacaqlar, heç kəsin bizə yuxarıdan aşağı 

baxmağa gücü çatmayacaq. Biz təklənsək, tez sınarıq!”  

...Bir dəfə Moskvadan Manqışlağa xüsusi bir komissiya 

göndərmişdilər. Onlar hər yerə burunlarını soxur, işçiləri sorğu-

suala tutur, adamları az qala təhqir edirdilər. Onaların arasından 

bir məmur hikkə ilə Ramizdən haralı olduğunu soruşdu və onun 

Bakıdan. Azərbaycandan gəldiyini biləndə:  

– Görürəm Bakı neftçiləri Qazaxstandakı neft hasilatında 

fəal iştirak edirlər. Sonra da bəzi sözlər dedi. Ramiz isə ona çox 

diqətlə qulaq asdı, sakitcə belə bir cavab verdi: 

– Biz Bakı neftini Moskvaya hədiyyə erdik, indi də 

qazaxların neftini sizə daşımağa kömək edirik. 

Bu sözlər məmuru bərk tutdu, qıp-qırmızı qızardı və dönüb 

hirsli-hirsli Ramizə dedi: 

–  Əgər 37-ci il olsaydı, bu sözlərinə görə  səni güllələ-

yərdilər! 

Ramiz də söz altda qalmadı: 

– Siz ömrünüz boyu sözün düzünü deyənləri güllələmisiniz! 

Mənsə  həmişə milli nemətlərimizi  əlimizdən alanlara nifrət 

etmişəm. Elə buna görə  də bir vaxt Moskvanın gülləsinə tuş 




___________Milli Kitabxana_______________ 

84 

gələcəyimi istisna etmirəm, – deyib o məmurdan uzaqlaşdı. 

Məmur heyrətlə onun arxasınca baxdı. 

İndi o əhvalatdan çox illər keçir. Ramizin bu mistik hissiyatının 

nə qədər güclü və həqiqətə uyğun olduğunu illər keçəndən sonra 

dərk edirəm. Qazaxstandan sonra bizim dostluğumuz daha da 

mökəmləndi. Biz ailəliklə tez-tez bir-birimizin evinə qonaq 

gedərdik. 

Ramizin gözəl ailəsi vardı. Həyat yoldaşı  Şövkət xanım 

mənim dostuma, qardaşıma layiq nəcib, ləyaqətli, mehriban, 

gülərüz bir xanım idi. Dörd uşaq anası üçün qonaq qəbul etmək 

çətin olsa da o heç vaxt bunu biruzə verməz, həmişə bizi 

üzügülər qarşılayardı. 

Hal-hazırda  Şövkət xanım Azərbaycan Qadın və  iİnkişaf 

mərkəzində çalışır, ictimai işlərdə fəal iştirak edir. 

90-cı illərdə  işimlə  əlaqədar mən Rusiyaya köçməli oldum. 

Yanvarın 15-də Ramiz mənə zəng etdi ki. 20-də gəlirəm. Mən onu 

səbirsizliklə gözləyirdim. O mənə uçacağı  təyyarənin reysini de-

mişdi, ona görə də əziz dostumu qarşılamaq üçün aeroporta getdim. 

Ancaq gələn sərnişinlər arasında Ramiz yox idi. Çox təəc-

cübləndim, həm də narahat oldum. Axı, Ramiz heç vaxt vədinə 

xilaf çıxmamışdı. Bakıya zəng vurdum. Bakıdan mənə çox 

həyacanlı  xəbərlər verdilər. Sən demə  həmin gün Sovet hərbi 

hissələrinin xüsusi təlim keçmiş  dəstələri Bakıya soxularaq 

mənim sevimli şəhərimi qan gölünə çeviriblər.  Şəhərə tanklar 

yeridilib. Çoxlu təlafat var. Ramiz də o gecə şəhid olub. 

Yaxın dostumu itirdiyimə inana bilmirdim. Xəyalım çox uzaq-

lara getmişdi. Onun məmura dediyi sözləri xatırladım. Bir daha 

əmin oldum ki, ağıllı insanlar öz ölümlərini əvvəlcədən görürlər... 

Onun dəfnində iştirak etmək üçün təcili Bakıya uçdum Dəfn 

mərasimi gözlənildiyindən də  təmtəraqlı keçdi. Hələ Suraxanı 

öz tarixində belə bir matəm görməmişdi. 

Atam Kərim Mehdiyev Ramizin məzarı başında alovlu nitq 

söylədi. O respublikada hamının tanıdığı hörmətli  şəxslərdən 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə