ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

76 

almışdılar. O zaman baş verən hadisələrə etinasız qala 

bilməyən Ramiz Yeni Suraxanıya xəstə anamıza baş  çəkməyə 

gələndə, yola toplaşıb Rus ordusunun qarşısına taxta barikadalar 

quran həmkəndlilərinin yanına tələsdi. Tələsdi ki, onları  gələn 

ölüm təhlükəsindən qoruya bilsin. Amma özü bu vəhşilərin 

gülləsinə tuş gəldi.. 

Onun ölümü bizim ailə üçün bir faciə idi Onun gənc xanı-

mını  və dörd övladını heç nə ilə ovundura bilmədik.  Əslində 

biz də onlarla bərabər uzun müddət Ramizin yoxluğuna dözə 

bilmirdik. Bizim üçün Ramizsiz həyat çətin təsəvvür edilir. 

Lakin zaman öz hökmünü vermişdi. Qarlı-tufanlı soyuq bir 

gecədə doğulan Ramiz soyuq, lakin qarsız bir gecədə bizi tərk 

etdi. 


Artıq o qanlı gecədən illər keçmışdir. Deyirlər  ərlə arvadın 

torpağı bir yerdən götürülür. Ramizin özü kimi mərd, kişi 

qeyrətli Şövkət xanım dörd evladını boya-başa çatdırdı, onların 

haısını evləndirdi.  

İndi Şövkətin 11 nəvəsi var, onların arasında ən çox sevdiyi 

balaca Ramizdir. Ramiz bizim hamımızın təsəllisi, əzizidir. Biz 

inanırıq ki, balaca Ramiz də öz babası kimi qorxmaz, mərd, 

cəsur, vətənpərvər bir igid olacaq. 

Biz qardaşımız Ramizlə fəxr edirik. Onun yoxluğu bizə ağır 

bir dərd olsa da, təsəllimiz budur ki, o bizim xalqın azadlığı 

uğrunda  şəhid olub., bütün nəslimizə, bütün kəndimizə, 

xalqımıza başucalığı gətirib.. 

ALLAH BÜTÜN ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN. 

 

Ramizin (Cəbrayılın) qardaşları  



Sabbar və Hüseynağa  

Xanməmmədovlar 

 



___________Milli Kitabxana_______________ 

77 

 

 



 


___________Milli Kitabxana_______________ 

78 

* * * 


 

O günlərə yenidən qayıtmaq, o anları təkrar xatırlamaq çox 

çətindir. Mənə elə  gəlir ki, o Qanlı Yanvar faciəsindən 20 il 

deyil, lap 30 il, 60 il keçsə belə, o yara heç vaxt köhnəl-

məyəcək, həmişə  sızıldayacaq, həmiçə bizi incidəcək. 1990-cı 

il yanvarın 20-də Azərbaycan xalqına qarşı  ağır cinayət 

törədildi. Azərbaycanın  ərazi bütövlüyünün pozulması 

cəhdlərinə etiraz əlaməti olaraq küçələrə  çıxmış dinc əhaliyə 

divan tutmaq məqsədi ilə Bakıya və Respublikamızın bir neçə 

rayonuna qanunsuz olaraq qoşun hissələri yeridildi 

Görünməmiş  qəddarlıqla həyata keçirilən cəza tədbirləri 

nəticəsində yüzlərlə günahsız insan yaralandı, qətlə yetirildi. 

O gün Azərbaycan xalqı özünün ən şanlı səhifələrdən birini 

yaşadı. O gün həm də bizim üçün birlik günü oldu. O gecə 

müstəqillik üçün canından kecənlər gələcək nəsillər üçün əsl 

məktəbə çevrildi.  

20 Yanvar Azərbaycan xalqının faciəsi idi. Eyni zamanda da 

xalqın birliyini, yekdilliyini təntənəsi, zülmə,  ədalətsizliyə 

ümummilli etirazının başlanğıcı idi. Biz bu gün iftixarla deyirik 

ki, Azərbaycanın azadlığı 20 Yanvar faciəsində tökülən  şəhid 

qanı ilə yazıldı.  

O qanlı gecədə Azərbaycan xalqı bir daha sübut etdi ki 

azadlığı  uğrunda ölümə belə hazırdır. Mənim yaxşı tanıdığım 

Ramiz də bu şəhidlərdən biri idi. 

Mən Ramizi (Cəbrayılı) lap çoxdan tanıyırdım, biz bir 

qəsəbənin sakini, bir küçənin qonşuları idik. O çox cəsur, mərd 

insan idi. Qəsəbədə böyükdən-kiçiyə hamı onu tanıyırdı. Ramız 

xeyirxah,  əliaçıq, səxavətli adam idi. Qapısına diləyə  gələni 

əliboş, naümid qaytarmazdı. Bəzən imkansız insanlara gizlicə 

əl tutardı, kimininsə oğlunun və ya qızının toy xərcini ödəyərdi, 




___________Milli Kitabxana_______________ 

79 

amma dostlarına tapşırardı ki, bu barədə keş  kəsə, nə toy 

sahibinə, nə də qonum-qomşuya bir söz deyin. Hərdən kiminsə 

evinə gedəndə hiss eləyirdi ki, o adamın sıxıntısı var, nəyəsə 

ehtiyac duyur, ehmalca çay içdiyi süfrənin bir qulağını qaldırır, 

imkanı çatan qədər ora pul qoyur, amma heç kəsə heç nə 

demirdi. O fikirləşirdi ki, qarşısındakı insanı alçaltmaq 

dünyanın ən günah işidir. Ramiz çox sədaqətli dost idi. Onunla 

oturub-duranlar bilirdilər ki, Ramiz dostu üçün, elinin-obasının, 

kəndinin-kəsəyinin qeyrəti üçün hər cür fədakarlığa hazırdır. 

Ramiz (əsl adı  Cəbrayıl olsa da, bütün kənd onu Ramiz kimi 

tanıyırdı) Allah adamı idi, heç kəsin haqqını yeməzdi, halal 

haram bilən idi, heç vaxt haqqı nahaqın ayağına verməzdi.  

Yeni Suraxanının ilk şəhidi olan Ramizlə biz fəxr edirik O 

yaxşı övlad, yaxşı dost, yaxşı ata və yaxşı həyat yoldaşı idi. 

Şəhidlərimizin əziz xatirəsini uca tutaraq onların keçdikləri o 

ağır anları  qələmə almaqla Ramizin ömür-gün yoldaşı  Şövkət 

xanım təqdirə layiq bir iş görür. Yəqin ki bu kitab təkcə şəhid 

ailələrinin yox, hər bir oxucunun rəğbətini qazanacaq. 

Rayonun ictimai-siyası həyatında öz fəaliyyəti ilə xüsusi uiə 

seçilən Şövkət xanıma uğurlar arzulayıram. 

 

 Arif Babayev, 

 Suraxanı Maşınqayırma  zavodunun  

direktoru,   Şöhrət Ordenli  

 



___________Milli Kitabxana_______________ 

80 

* * * 


 

Xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsindən 

bizi 20 illik bir zaman ayırır. O qanlı gecə insan fəryadı, tank 

tırtıllarının hayqırtısı, güllə  səsləri ilə yaddaşımıza  əbədi həkk 

olunub. Düz 20 ildir ki, arxasız ərlərə, talesiz nərlərə, günahsız 

qanlara, bədənsiz qollara ağlayırıq.  

Biz Yeni Suraxanı sakinləri qara yanvar gecəsini heç vaxt 

unutmayacağıq Çünki o gecənin bilavasitə  iştirakçıları  və 

şahidləri arasında bizim qəsəbənin də sakinləri vardı. Tankların 

qəsəbəyə girməsi sakinləri qorxuya salsa da, onları 

sarsıtmamışdı. Aeroport şossesində  şəhid olanlar çox idi 

Onların arasında qəsəbə sakini Ramiz (əsil adı  Cəbrayıl idi, 

ancaq hamı onu Ramiz deyə çağırırdı) də vardı. Ramiz ailənin 

sonbeşiyi olduğundan hamı onun xətrini istəyirdi  

Cəmi on beş il əvvəl evlənmişdi Ramiz, dörd övladı vardı. 

Həyat yoldaşı  Şövkət xanım ali təhsilli olsa da, balalarını 

layiqli vətəndaş kimi böyütmək üçün işləmir, onların tərbiyəsi 

ilə  məşğul olurdu. Balaca istilikxanaları vardı, orada qərənfil 

becərirdilər Ramiz vaxtının çoxunu da elə burada keçirirdi. 

Əsas işindən qayıtdıqdan sonra ta gecədən xeyli keçənəcən gül-

çiçəyin nazını  çəkər, onlara qulluq etməkdən usanmazdı. 

Əvvəllər anası, qardaşları ilə  bərabər yaşayırdılar. Sonra ailə 

böyüdü, uşaqların sayı artıdı  və Ramiz də çalışdığı yerdə ev 

növbəsində olduğundan onlara Hövsan qəsəbəsində yeni mənzil 

verdilər. Təzə evə daşındıqları üç ilə yaxın idi. Görünür, 

doğurdan da yazıya pozu yoxmuş,  əgər o gecə Ramizgil Yeni 

Suraxanıya, xəstə anasına baş çəkməyə gəlməsəydilər, yəqin ki

heç o qəfil güllə  də yüzlərlə insanın arasından axtarıb onu 

tapmayacaqdı. Amma yaxşı deyirlər ki, qədərdən-qismətdən 

qaçmaq mümkün deyilmiş. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə