Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə23/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

ailə və ayrımlardan  300 ailə Qarsa qaçmışlar, qüvvətli  Uluxanlı 

tayfasından  600  ailə  Bəyazidə,  müsəlman  cəlali  kürdləri  isə 

Muşa  qaçmışlar.  Qarapapaqlardan  digər  800  ailə  isə  Arazı 

keçib Həsən xanın (İrəvan xanı  Hüseyn xanın qardaşı) dəstəsinə 

birləşmişlər.  Onlarla  birlikdə  Cəmədinli  kürdləri  (700  ailə), 

birukilər (400  ailə),  dovmanlılar (400  ailə),  çobankərəlilər (200 

ailə),  Zilanlı  kürdləri  (1000  ailə)  sərhəddən  o  taya -  Türkiyəyə 

keçmişlər.

İrəvan  xanlığının  ərazisində  yeni  rus  üsuIi-idarəsi  tətbiq

etmək  üçün  Paskeviçin  əmri  ilə  İrəvan  müvəqqəti  idarəsi

yaradılır  və  yerli  qoşunların  komandanı  general  Krasovski  rəis

təyin  edilir.  Arxiyepiskop  Nerses  Aştarakesi  idarənin  üzvü

olur.  Krasovskinin  Nersesə  verdiyi  qeyri-məhdud  səlahiyyətlər

sayəsində  ermənilər  istədiklərinə  nail  olurlar.  Müharibədən

çıxmış  əhaliyə  paylamaq  üçün  verilən  4.500  çetvert  taxılın

böyük  hissəsi  sayca  azlıq  təşkil  edən  ermənilərə  paylanmışdı.

Müsəlmanlar  dövlət  himayəsindən  məhrum  edilmişdilər.

Bununla  əlaqədar  Paskeviç  Baş  Qərargah  rəisinə  göndərdiyi

məktubunda  yazırdı:  «Mən  təsəvvür  etməzdim  ki,  Krasovski

yalnız  Nersesin  iradəsi  ilə hərəkət edəcək,  mənim ona verdiyim

təlimata  məhəl  qoymayıb,  yenicə  ələ  keçirilmiş  əyalətin  idarə

edilməsi  qayğısına  qalmayacaq,  bütün  əhalinin  dörddə  üçünü

təşkil  edən  müsəlmanlara  himayədarlıq  etməyəcək,  lazımi

vəsait  ayırmayacaq».  Yerli  müsəlmanlar  arasında  narazılığın

artması  əhalini  yaşadıqları  yerlərdən  köçüb  sərhədin  o  tayına

keçməyə  vadar  edirdi.  Rusiyadan  narazı  əhalinin  sərhədin

o  tayında  cəmlənməsi  Paskeviçi  narahat  edirdi.  Ona  görə

•  


də  o,  Nersesi  İrəvan  müvəqqəti  idarəsindəki  fəaliyyətindən 

uzaqlaşdırmışdı.  Türkmənçay  müqaviləsi  imzalandıqdan  sonra 

Paskeviç  general  Krasovskini  rəis  vəzifəsindən  azad  etmiş, 

müsəlmanlara  qarşı  bəd  əməllərindən  əl  çəkməyən  Nersesi 

isə  Bessarabiyaya  sürgün  etdirmişdi.

79



1828- ci  il  fevralın  10-da  Təbriz-Tehran  yolunun  üstündə

yerləşən  Türkmənçay  kəndində  bağlanan  müqavilə  ilə  1826-

1828-ci  illər  Rusiya-İran  müharibəsinə  son  qoyulur.  Bu

müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın

ərazisinə  qatılır.  Martın  20-də  I  Nikolay  bu  müqaviləni  təsdiq

edir  və  ertəsi  gün  «Erməni  vilayəti»  yaradılması  haqqında

fərman  verilir.  Fərmanda deyilir:  «İranla  bağlanmış  müqaviləyə

•  


əsasən,  İrandan  Rusiyaya  birləşdirilən  İrəvan  və  Naxçıvan 

xanlıqlarını  bundan  sonra  «Erməni  vilayəti»  adlandırmağı 

hökm  edir  və  öz  titulumuza  daxil  edirik.  Həmin  vilayətin 

quruluşu  və  onun  idarə  edilməsi  qaydası  haqqında  ali  senat 

lazımi  fərmanları  öz  vaxtında  alacaqdır».

İrəvan  əyalətinə  keçmiş  İrəvan  xanlığının  15  mahalı, 

Naxçıvan  əyalətinə  5  mahal  və  Ordubad  dairəsinə  5  mahal 

daxil  idi.  Vilayət  idarəsinin  rəisi  vəzifəsinə  yerli  qoşunların 

komandanı  Aleksandr  Çavçavadze  təyin  edilmişdi.

1829- 

cu  ilin  əvvəlində  qraf  Paskeviç-Erivanskinin  tapşırığı 



ilə  kollec  assesoru  İ.Şopen  «Erməni  vilayəti»ndə  kameral 

siyahıyaalma  keçirmişdir.  Əlyazması  20  cilddən  ibarət  olan 

bu  siyahıyaalmanın  nəticələri  müəllifin  1852-ci  ildə  nəşr 

edilən  «Erməni  vilayətinin  Rusiya  imperiyasına  birləşdirilməsi 

dövrünün  tarixi  abidəsi»  əsərində  verilmişdir.

İ.Şopenə  görə,  «Erməni  vilayəti»ndə  752  kənd  olmuşdur. 

Onlardan  521-i  İrəvan  əyalətində,  179-u  Naxçıvan  əyalətində, 

52-si  Ordubad  dairəsində  olmuşdur.  Müharibə  nəticəsində 

vilayətin  ərazisində  359  kənd,  o  cümlədən  310  kənd  İrəvan 

əyalətində,  42  kənd  Naxçıvan  əyalətində,  6  kənd  Ordubad 

dairəsində  xaraba  qalmış,  əhalisi  didərgin  düşmüşdür.

İ.Şopenin  hesablamasına  görə,  xanlıqların  işğal  edilməsinə- 

dək  «Erməni  vilayəti»nin  ərazisində  təxminən  23.730  ailə 

(İrəvan əyalətində  1 7.000 ailə,  Naxçıvan əyalətində 4.600 ailə, 

Ordubad  dairəsində  2.130  ailə)  yaşamışdır  ki,  orta  hesabla  hər 

ailədə  5  nəfər  götürdükdə,  bu,  118.650  nəfər  təşkil  edir.

80



Siyahıyaalmanın 

nəticələrinə 

görə, 

vilayətdə 



81.749 

müsəlman  və  25.131  yerli  erməni  qeydə  alınmışdır.  Bu 

siyahıyaalmanın  üstün  cəhəti  ondadır  ki,  ayrı-ayrı  yaşayış 

məntəqələri  üzrə  İrəvandan  və  Türkiyədən  köçürülən  erməni 

ailələrinin  sayı  və  onların  hansı  yaşayış  məntəqəsində 

məskunlaşdırıldıqları  göstərilmişdir.

1840-cı  ildə  «Erməni  vilayəti»  buraxılır.  Əvəzində  təşkil 

edilən  İrəvan  qəzası  Gürcü-İmereti  quberniyasının  tərkibinə 

daxil  edilir.  1849-cu  ildə  İrəvan,  Aleksandropol,  Naxçıvan, 

Ordubad  və  Novo-Bəyazid -  Yeni  Bəyazid  qəzalarından  ibarət 

İrəvan  quberniyası  təşkil  edilir və  191 7-ci  ilə  qədər  bu  struktur 

dəyişməz  qalır.

81



Ermənilərin  Osmanlı  imperiyasında 

türklərə  qarşı  törətdikləri  soyqırımı

Son  iki  əsrdə  «dənizdən-dənizə  Böyük  Ermənistan» 

xülyasını  milli  məqsədə  çevirən  bədxah  qonşularımız 

ərazi  ilhaqı  siyasətini  həyata  keçirərkən  bəşəriyyət 

əleyhinə  yönəlmiş  ən  dəhşətli  cinayətlərə  əl  atdıqları 

halda  insanlığa  sığmayan  bu  vandalizm  aktlarını,  bir 

qayda  olaraq,  türklərin  və  azərbaycanlıların  adına  yaz­

mağa  çalışmışlar.  Müsəlmanlara,  əsasən  də  türklərə 

düşmən  kimi  yanaşan  ermənilər  özlərinin  regionda 

çirkin  ərazi  iddialarını  gerçəkləşdirmək  üçün  bu  qon­

darma  soyqırımı  iddialarının  ayrı-ayrı  ölkələrdə  ta­

nınmasına  yönəlmiş  genişmiqyaslı  kampaniya  aparırlar.

1915-ci  il  aprelin  24-də  Osmanlı  Türkiyəsinin  guya 

«1,5  milyon  nəfər  ermənini  milli-etnik  zəmində  qətlə 

yetirməsi»  kimi  iftira  xarakterli  kampaniya  da  ermə­

ni  mifomaniyasının  real  təhlükəlilik  dərəcəsini  aşkar 

nümayiş  etdirir.

Acınacaqlısı  həm  də  budur  ki,  özləri  haqqında  daim  «məz­

lum  millət»  obrazı  yaratmağa  çalışan  ermənilər  bu  çirkin  id­

dialarını  Türkiyəyə  və  Azərbaycana  xoş  münasibətdə  olmayan 

bəzi  dövlətlərə  və təşkilatlara  qəbul  etdirə  bilmişlər.  Məsələyə 

siyasi  motivlərlə yanaşan, özlərinin  merkantil  maraqları  naminə 

ikili  standartlara  yol  verərək  ermənilərin  qondarma  iddialarını 

dəstəkləyən,  əldə  bəhanə  edən  həmin  dövlətlər  və  təşkilatlar, 

əslində,  tarixi  həqiqətin  nədən  ibarət  olduğunun  qətiyyən  fər­

qində  deyillər.  Tarixən  «erməni  məsələsbndən  Türkiyəyə  qar­

şı  «təzyiq  vasitəsi»  kimi  yararlanmış  həmin  qüvvələr  bu  gün 

də  rəsmi  Ankaraya  təsir  göstərmək  üçün  qondarma  erməni 

soyqırımı  iddialarından  bəhrələnirlər.  Açıq  demək  lazımdır  ki,

82



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə