Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə12/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   8   9   10   11   12   13   14   15   ...   197

www.vivo-book.com 

 

57 



Nəhayət,  o  özünə  gələndə  qapının  ağzında  əyninə 

sadə  köynək  geyinmiĢ  bir  oğlanla,  özü  də  onun  çox 

yaxınında dayandığının fərqinə vardı. 

– Gedək, cənab – o, bir az pərt səslə dilləndi. 

Xanım  Renal  ömründə  bu  qədər  möhkəm 

həyəcanlanmamıĢdı,  hələ  heç  vaxt  olmamıĢdı  ki,  canını 

bürüyən  əzablı  nigarançılıq  və  qorxu  qəfildən  belə  xoĢ 

möcüzəyə  çevrilsin.  Deməli,  onun  əzizlədiyi  mehriban 

balaları pinti, qəzəbli rahibin əlinə düĢməyəcəklər! 

Xanım  Renal  qonaq  otağına  keçəndə  geri  dönüb 

arxasınca  qorxa-qorxa  addımlayan  Jülyenə  baxdı.  Belə 

dəbdəbəli  evin  görüntüsü  onu  heyrətə  gətirdiyindən 

üzündəki ifadə  onu xanım  Renalın gözünə  daha da  sevimli 

göstərirdi.  O  heç  cürə  gözlərinə  inana  bilmirdi,  çünki 

mürəbbini həmiĢə qara kostyumda təsəvvür edirdi. 

– Yəni bu gerçəkdirmi, cənab? – o, qorxudan donub 

qalaraq,  güclə  dilləndi.  –  Axı  bu  yanlıĢlıq  da  ola  bilərdi,  o 

isə  oğlana  elə  inanmıĢdı  ki!  –  Siz  doğrudan  da  latın  dilini 

bilirsiniz? 



www.vivo-book.com 

 

58 



Bu  sözlər  Jülyenin  qüruruna  toxundu  və  son  on  beĢ 

dəqiqədə yaĢadığı xoĢbəxtliyi əlindən aldı. 

– Bəli, xanım, – o özünü mümkün qədər tox tutmağa 

çalıĢaraq dedi.  –  Mən latın dilini cənab küredən heç də pis 

bilmirəm,  hətta  o  bəzən  lütfkarlıq  eləyib,  bu  dili  onun 

özündən də yaxĢı bildiyimi deyir. 

Bu  an  Jülyenin  üzü  xanım  Renala  çox  qəzəbli 

göründü  –  oğlan  ondan  iki  addım  uzaqda  dayanmıĢdı.  O, 

oğlana yaxınlaĢıb alçaq səslə dedi: 

–  Düzünü  deyin,  dərslərini  bilmədiklərinə  görə 

uĢaqlarımı elə ilk günlərdən döyməyəcəksiniz ki? 

Bu  gözəl  qadının  mehriban,  az  qala  yalvarıĢla  dolu 

səsi Jülyenə elə təsir elədi ki, onun latın dilini bilənlərə xas 

olan rəsmi tərzdə danıĢmaq qərarı bir anda harasa yox oldu. 

Xanım  Renalın  üzü  ona  lap  yaxında,  düz  sifətinin 

qarĢısındaydı  və  oğlan  qadının  yay  donunun  ətrini 

ciyərlərinə  çəkirdi.  Bu  qoxusa  kasıb  kəndli  üçün  elə  qeyri-

adi  bir  Ģey  idi  ki,  Jülyen  saçlarının  dibinə  qədər  qızarıb 

güclə eĢidiləcək səslə dedi: 



www.vivo-book.com 

 

59 



–  Heç  nədən  qorxmayın,  xanım,  siz  necə  desəniz, 

mən elə də eləyəcəm. 

Ancaq  indi,  ancaq  bu  dəqiqə  xanım  Renal  uĢaqları 

sarıdan yaĢadığı qorxusundan azad oldu və qadın heyrətlə bu 

oğlanın  çox  gözəl  olduğunun  fərqinə  vardı.  Onun  incə,  az 

qala  qadınsayağı  cizgiləri,  ürkək  görünüĢü  özü  də  olduqca 

utancaq olan bu qadına gülməli görünmürdü. Əksinə, adətən 

kiĢi  gözəlliyi  üçün  vacib  sayılan  sərt  görünüĢ  onu 

qorxudurdu. 

–  Sizin  neçə  yaĢınız  var,  cənab?  –  qadın  Jülyendən 

soruĢdu. 

– Bu yaxınlarda on doqquz olacaq. 

– Mənim böyük oğlumun da on bir yaĢı var,  – artıq 

tamam  sakitləĢmiĢ  xanım  Renal  dedi.  –  O  sizinlə  lap 

dostunuz  kimi  olar,  onu  hər  Ģeydə  dilə  tuta  bilərsiniz.  Bir 

dəfə  necə  oldusa,  atası  ona  əl  qaldırdı.  Sonra  uĢaq  düz  bir 

həftə xəstə yatdı. Halbuki atası onu lap yüngülcə vurmuĢdu. 

“Guya  mən  özüm  necəyəm  ki?  Nə  fərqi  var?  Atam 

elə  dünən  məni  döyüb.  Bu  varlılar  nə  xoĢbəxt  adamlardı!” 

Jülyen öz-özünə fikirləĢdi. 




www.vivo-book.com 

 

60 



Xanım  Renal  indi  gənc  mürəbbinin  qəlbindən 

keçənləri  oxumağa  çalıĢırdı.  Oğlanın  üzünə  qəfil  çökmüĢ 

kədəri  də  utancaqlıq  kimi  baĢa  düĢdü.  Buna  görə  də  oğlanı 

ürəkləndirməyə çalıĢdı. 

–  Adınız  necədir,  cənab?  –  o,  elə  xoĢ,  elə  mehriban 

səslə bunu soruĢdu ki, Jülyen özünü unudaraq, qeyri-ixtiyari 

onun cazibəsinə qapıldı. 

–  Mənim  adım  Jülyen  Soreldir,  xanım.  Mən  çox 

qorxuram, çünki həyatım boyu ilk dəfədir ki, baĢqa evə ayaq 

basıram.  Sizin  iltifatınıza  ümid  edirəm  və  xahiĢ  edirəm  ki, 

hələ ki buraxacağım  səhvləri mənə bağıĢlayasınız. Mən heç 

vaxt  məktəbə  getməmiĢəm,  ailəmin  buna  imkanı  çatmırdı. 

Qohumumuz,  ġərəf  Legionu  ordeni  kavaleri,  qoca  alay 

loğmanını və bizim küreni, cənab ġelanı çıxmaq Ģərtilə heç 

vaxt  heç  kiminlə  danıĢmamıĢam.  O  sizə  mənim  barəmdə 

bütün  həqiqəti  deyər.  QardaĢlarım  həmiĢə  məni  döyüblər, 

onlara  inanmayın,  yəqin  ki,  mənim  barəmdə  ağızlarına 

gələni  danıĢacaqlar.  Nəsə  səhv  eləsəm,  məni  bağıĢlayın, 

bilin ki, ağlımda heç bir qara fikir olmayıb. 



www.vivo-book.com 

 

61 



Jülyen  bu  uzun  nitqi  söyləyərkən  yavaĢ-yavaĢ  öz 

utancaqlığına  qalib  gəlirdi  –  indi  o,  gözlərini  çəkmədən 

xanım  Renala  baxırdı.  Həqiqi  cazibə  fitri  istedad  məsələsi 

olanda,  özü  də  bu  istedad  sahibinin  öz  istedadından  xəbəri 

olmayanda, adətən belə olur. Özünü  qadın  gözəlliyin  mahir 

bilicisi  hesab  eləyən  Jülyen  bu  dəqiqə  qarĢısındakı  qadının 

iyirmi yaĢına hələ çatmadığına and içməyə hazır idi. Birdən 

onun  ağlına  qadının  əlini  öpmək  kimi  cəsarətli  bir  fikir 

gəldi. Bu fikir oğlanı elə həmin an da qorxuya saldı, amma 

sonra  o  öz-özünə  dedi:  “Əgər  mənə  xeyir  gətirəcəksə,  bu 

gözəl  qadının  bir  az  əvvəl  miĢarxanadan  ayrılıb  gəlmiĢ 

cavan  mürəbbiyə  qarĢı  yekəxanalığını  azalda  biləcək 

hərəkəti  eləməməyim  mənim  tərəfimdən  əməlli-baĢlı 

qorxaqlıq olar”. 

Bəlkə  də  Jülyenin  belə  cəsarətə  gəlməyinin  səbəbi 

həm  də  onun  yarım  ildir  ki,  cavan  qızlardan  öz  ünvanına 

eĢitdiyi  “qəĢəng  oğlan”  ifadəsiydi.  O  öz-özüylə  mübarizə 

apardığı  müddətdə  xanım  Renal  ona  ilk  vaxtlarda  özünü 

uĢaqlarla  necə  aparmağını  bir  neçə  kəlməylə  izah  etməyə 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə