Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   11   12   13   14   15   16   17   18   ...   197

www.vivo-book.com 

 

72 



eləyə  var-dövlətini  iki-üç  qat  artırmıĢ  adamın  qarĢısında 

necə  əyilir,  ona  necə  yarınır?!  Mən  mərc  gələrəm  ki,  bu 

adam  hətta  büdcənin  bədbəxt,  atılmıĢ  uĢaqlar  üçün  nəzərdə 

tutulan, doğrudan da müqəddəs və toxunulmaz olan pullarını 

da cibinə doldurur. Ah, iblislər! Ġblislər! Axı elə mən özüm 

də  kimsəsizin  biriyəm.  Hamı  mənə  nifrət  eləyir  –  atam, 

qardaĢlarım, bütün ailəm”. 

Müqəddəs Lüdovik bayramına az qalmıĢ, Jülyen dua 

oxuya-oxuya  Sədaqət  Xiyabanının  yanındakı  Belveder 

bağında  gəziĢirdi.  Birdən  uzaqdan  öz  qardaĢlarını  gördü. 

Jülyen  onlarla  üz-üzə  gəlməkdən  canını  qurtara  bilmədi. 

Onun  gözəl  qara  kostyumu,  ləyaqətli  görünüĢü  və 

qardaĢlarına  olan  səmimi  nifrəti  bu  kobud  iĢçiləri  elə 

qəzəbləndirdi  ki,  onlar  Jülyeni  huĢunu  itirənə  qədər 

döydükdən sonra onu al-qan içində qoyub getdilər. 

Cənab  Valno  və  bələdiyyə  rəisinin  köməkçisiylə 

gəziĢən  xanım  Renal  təsadüfən  bu  bağa  girdi.  O,  Jülyeni 

yerdə  al-qan  içində  görəndə  oğlanın  öldüyünü  düĢündü. 

Qadın elə sarsıldı ki, cənab Valno onu hətta qısqandı da. 



www.vivo-book.com 

 

73 



Amma  bu  qısqanclığın  heç  bir  əsası  yox  idi.  Jülyen 

xanım Renalı olduqca gözəl qadın hesab edir və buna görə 

də  ona  nifrət  eləyirdi.  O,  mümkün  qədər  bu  qadından  uzaq 

durmağa çalıĢırdı. Bu qadın onun yolunda dayanmıĢ yeganə 

maneə idi və oğlanın ayağı hər an büdrəyə bilərdi. 

Oğlan  qadınla  danıĢmaqdan  qaçırdı,  çalıĢırdı  ki, 

birinci görüĢdə xanım Renalın əlini öpməyi məsələsi tezliklə 

yaddan çıxsın. 

Xanım  Renalın  qulluqçusu  Eliza  isə  artıq  gənc 

mürəbbiyə  vurulmuĢdu.  O,  hisslərini  tez-tez  öz  xanımıyla 

bölüĢürdü.  Elizanın  sevgisi  Jülyenə  xidmətçi  oğlanlardan 

birinin  nifrətini  qazandırmıĢdı.  Jülyen  bir  dəfə  həmin 

xidmətçinin Elizaya Ģikayətləndiyini eĢitmiĢdi: 

– O əclaf mürəbbi burada peyda olandan bəri siz heç 

mənimlə danıĢmaq belə istəmirsiniz. 

Jülyen belə hörmətsizliyə layiq deyildi. Amma gözəl 

oğlan  bu  hadisədən  sonra  öz  görünüĢünün  qayğısına  ikiqat 

qalmağa baĢladı. 

Cənab Valnonun da nifrəti ikiqat artmıĢdı. Bir dəfə o, 

hamının  içində  elan  elədi  ki,  gənc  abbatın  bu  qədər 




www.vivo-book.com 

 

74 



bərbəzəkli  olmağı  o  qədər  də  yaxĢı  hal  deyil.  Qara,  enli 

yaxalıqlı  sürtuk  geyinən  Jülyen  rahibə  oxĢayırdı  –  bircə 

sutanası

14

 çatmırdı. 



Xanım  Renal  tədricən  hiss  elədi  ki,  Jülyen  tez-tez 

Elizayla danıĢır. Qadın baĢa düĢdü ki, bu ünsiyyətin səbəbi 

Jülyenin  paltarlarının  az  olmasıdır.  Oğlanın  o  qədər  az 

paltarı  vardı  ki,  o  tez-tez  geyimlərini  yudurtmalı  olurdu  və 

Elizaya tez-tez müraciət eləməyinin səbəbi də bu idi. 

Xanım  Renalın  fərqinə  belə  varmadığı  bu  kasıblıq 

onu elə təsirləndirdi ki, oğlana hədiyyə eləmək istədi. Amma 

qadın  buna  qərar  verə  bilmədi.  Bu,  Jülyenin  ona  yaĢatdığı 

birinci gərgin hiss  idi. O  günə qədər Jülyen  və  təmiz  könül 

rahatlığı onun üçün eyni Ģey idi. Jülyenin kasıblığından əzab 

çəkən  xanım  Renal  bir  dəfə  ərinə  dedi  ki,  Jülyenə  paltar 

hədiyyə eləsin. 

–  Bu  nə  axmaq  sözdür!  –  Əri  dedi.  –  Bizim  razı 

qaldığımız, bizə yaxĢı xidmət eləyən adama hədiyyə vermək 

nəyə  lazımdır?  Bax,  görsəydik  ki,  o  tənbəllik  eləyir,  öz 

                                                 

14

Sutana – keşiş cübbəsi 




www.vivo-book.com 

 

75 



iĢlərinə  soyuq  yanaĢır,  onda  oğlanı  həvəsə  gətirmək  üçün 

nəsə eləmək olardı. 

Məsələyə belə münasibət xanım Renala çox alçaldıcı 

gəldi.  Jülyen  olmasaydı,  o  heç  vaxt  bu  məsələnin  fərqinə 

varmayacaqdı. 

Amma  indi  hər  dəfə  onun  gözləri  gənc  abbatın 

qüsursuz  Ģəkildə  təmiz  və  səliqəli,  amma  sadə  paltarına 

sataĢanda öz-özünə deyirdi: 

“Yazıq oğlan, görəsən, o, bunu necə eləyir?” 

Tədricən Jülyenin bütün ehtiyacları onda ancaq rəhm 

hissi oyadır və ona əzab-filan vermirdi. 

Xanım  Renal  elə  əyalət  qadınlarından  idi  ki,  ilk 

baxıĢdan  adamın  gözünə  axmaq  görünə  bilərdi.  Onun  heç 

bir həyat təcrübəsi yox idi, özünün də söhbətdə ağıl nümayiĢ 

etdirmək həvəsi olmurdu. 

Belə incə və qürurlu qəlbə sahib olan bu qadın bütün 

canlılar  kimi  xoĢbəxtliyə  can  atanda  çox  vaxt  ətrafındakı 

kobud adamların ona elədiklərindən xəbər tutmurdu. 

Onun  nəsə  bir  təhsili  olsaydı,  bu  qadın  Ģəksiz  ki, 

bacarığı  və  iti  ağlıyla  hamını  heyran  qoyardı.  Amma  o 




www.vivo-book.com 

 

76 



zəngin  bir  varis  kimi  bütün  varlıqlarıyla  “Ġsanın  Müqəddəs 

Ürəyi”nin  qızğın  tərəfdarı  olan  yezuitlərin  düĢmənləri 

sayılan fransızlara nifrət eləyən rahibələrdən tərbiyə almıĢdı. 

Kilsədə  öyrəndiklərini  tezliklə  yaddan  çıxartmaq 

üçün xanım Renal kifayət qədər ağıllıydı. Amma o Ģeylərin 

əvəzində qadın heç nə qazanmadı və cəhalət içində yaĢadı. 

Varlı varis olduğuna görə hələ gənc yaĢlarından hamı 

ona yaltaqlanırdı, üstəlik özünün ləyaqət ölçüləri onu özünə 

qapanmağa  məcbur  elədi.  O,  ilk  baxıĢdan  adama  güzəĢtə 

getməyi bacaran, öz sözünü yeritməyə çalıĢmaqdan uzaq biri 

kimi görünürdü, buna görə də Veryerdəki kiĢilər həmiĢə öz 

arvadlarına  onu  nümunə  göstərməkdən  yorulmazdılar.  Bu 

isə  cənab  Renalı  əməlli-baĢlı  qürurlandırırdı.  Əslinə 

qalandasa,  ilk  baxıĢdan  adama  sadə,  təvazökar  görünən 

qadının  bu  cəhəti  yekəxanalıqdan  baĢqa  bir  Ģey  deyildi. 

Qürur  mücəssiməsi  olan  hər  hansı  Ģahzadə  belə  öz  əyan-

əĢrəflərinin  iĢlərinə,  xanım  Renalın  ərinin  əməllərinə, 

sözlərinə göstərdiyi maraqdan daha çox diqqət yetirərdi. 

Jülyen  gələnə  qədər  onun  diqqət  yetirdiyi  tək 

varlıqlar  –  uĢaqlarıydı.  Qadının  olan-qalan  bir  damcı 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə