Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə16/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   12   13   14   15   16   17   18   19   ...   197

www.vivo-book.com 

 

77 



həssaslığı  da  onların  xırım-xırda  qayğılarına,  kədərlərinə, 

balaca  sevinclərinə  xərclənib  gedirdi.  Bütün  ömrü  boyu 

xanım Renal təkcə tanrını odlu məhəbbətlə sevmiĢdi – bu da 

ki Bezansondakı “Ġsanın qəlbi” monastırında olmuĢdu. 

Düzdü,  o  heç  kimə  bunu  deməmiĢdi,  amma 

uĢaqlardan birinin soyuqlaması, ya da qızdırmaq kifayət idi 

ki, qadın özünü uĢaq sanki ölübmüĢ kimi aparsın. 

Evliliyinin  ilk  illərində,  hələ  səmimiliyinin  qızğın 

çağlarında hisslərini əriylə bölüĢməyə can atanda cavabında 

ya  kobud  gülüĢ,  ya  da  ərinin  çiyinlərini  çəkərək,  qadın 

tərsliyi  barədə  dediyi  nəsə  çeynənmiĢ  bir  ifadə  eĢidərdi. 

Xüsusilə  söhbət  uĢaqların  səhhətindən  gedəndə  ərinin  belə 

zarafatları  xanım  Renalın  ürəyini  qovururdu.  Gəncliyinin 

keçdiyi yezuit monastırında gördüyü yaltaqcasına diqqət və 

canıyananlığın əvəzində qazandığı bu idi. Onu kədər tərbiyə 

eləmiĢdi.  Qüruru  ona  imkan  vermirdi  ki,  öz  kədərini, 

məyusluğunu  ən  yaxĢı  rəfiqəsi  xanım  Dervillə  bölüĢsün.  O 

əmin idi ki, bütün kiĢilər onun əri cənab Valno və bələdiyyə 

sədrinin  köməkçisi  cənab  ġarko  de  Mojiron  kimidi. 

Rütbələrə,  niĢanlara,  pullara  aidiyyəti  olmayan  hər  Ģeyə 




www.vivo-book.com 

 

78 



qarĢı kor-koranə nifrət, kobudluq və ən küt laqeydlik – ona 

elə gəlirdi ki, bunlar çəkmə geyinib, Ģlyapa taxan bütün kiĢi 

cinsinə aid olan xüsusiyyətlərdir. 

Amma  aradan  bu  qədər  illər  keçəndən  sonra  belə 

xanım Renal ətrafındakı bu gönüqalınlara öyrəĢə bilmirdi. 

Gənc  kəndli  balası  Jülyeni,  bu  alicənab  və  qürurlu 

qəlbə malik olan oğlanı görəndə indi onun təzə-tər bir sevinc 

yaĢamağının səbəbi də bu idi. Xanım Renal oğlanın ən sadə 

Ģeylərdən xəbərsiz olmağını ona tezliklə bağıĢladı. Tezliklə 

onun  bu  sadəlövh  xüsusiyyətləri  qadının  xoĢuna  gəlməyə, 

gözünə  Ģirin  görünməyə  baĢladı.  Qadın  görürdü  ki,  oğlan 

hətta  ən  sadə  Ģeylərdən,  məsələn,  yolu  keçəndə  bir  kəndli 

arabasının  altına  düĢən  yazıq  itdən  danıĢanda  belə  ona 

məmnuniyyətlə qulaq asmaq olur. Qadın fikirləĢirdi ki, o iti 

əri görsə, ancaq gülməklə kifayətlənərdi – amma o, Jülyenin 

bu  hadisədən  danıĢanda  qara,  incə  qaĢlarını  necə  əzabla 

əydiyini görürdü. 

YavaĢ-yavaĢ  hiss  eləyirdi  ki,  geniĢ  qəlblilik, 

insanpərvərlik – hamısı bu gənc abbatda cəmləĢib. Bu gözəl 



www.vivo-book.com 

 

79 



insani  cəhətlərin  alicənab  ürəklərdə  yaratdığı  heyranlıq 

hissini də qadın indi ancaq bu oğlana qarĢı duyurdu. 

Əgər  onlar  Parisdə  yaĢasaydılar,  Jülyenlə  xanım 

Renalın  münasibətləri  belə  ləng  inkiĢaf  eləməzdi.  Çünki 

Parisdə  sevgi  –  romanların  övladıdı.  Gənc  mürəbbi  və 

çəkingən xanım üç-dörd roman oxuyub, Jimnaz teatrında bir 

neçə  mahnıya  qulaq  asandan  sonra  tezcənə  hisslərini 

aydınlaĢdırardılar.  Romanlar  onlara  kimləri  nümunə 

götürməyi, rollarının nədən ibarət olduğunu, kimə oxĢamaq 

lazım gəldiyini öyrədərdi. Beləliklə də, tez, ya gec bəlkə də 

heç  bir  sevinc  yaĢamadan,  hətta  bəlkə  heç  istəmədən, 

qarĢısında  bu  nümunələri  görən  Jülyen  Ģöhrətpərəstlikdən 

olsa belə, o nümunəyə uyardı. 

Aveyronda,  ya  da  Pireneydəki  hansısa  balaca 

Ģəhərcikdə ən xırda təsadüf belə hadisələri sürətləndirərdi – 

o  sərt  iqlimin  xüsusiyyəti  budu.  Amma  bizim  bu  tutqun 

səma  altındakı  kasıb  gənci  Ģöhrətpərəstliyə  aparan  onun  ali 

xislətinin pul tələb eləyən Ģıltaqlıqlara meyil eləməyidir. O, 

qarĢısında  doğrudan  da  əxlaqlı,  iĢi-gücü  ancaq  uĢaqlarının 

qayğısını  çəkmək  olan,  otuz  yaĢlı  qadın  görür  və  bu  qadın 




www.vivo-book.com 

 

80 



romanlardan  nümunə  götürməyə  heç  də  meyilli  deyil.  Hər 

Ģey ləng inkiĢaf eləyir, əyalətdə hər Ģey aramla və daha təbii 

baĢ verir. 

Gənc  mürəbbinin  kasıblığını  ürəyinə  salan  xanım 

Renal  kövrəldiyindən  az  qala  ağlamaq  həddinə  çatırdı.  Bir 

dəfə necə oldusa, Jülyen onun ağladığını gördü. 

– Ġlahi, xanım, sizin nəsə dərdiniz var? 

–  Yox,  dostum  –  qadın  cavab  verdi.  –  UĢaqları 

çağırın, bir az gəziĢək. 

Xanım Renal onun qoluna girib, oğlana sığındı və bu 

hərəkət  Jülyenə  çox  qəribə  göründü.  Ġlk  dəfəydi  ki,  qadın 

ona “dostum” deyə müraciət eləyirdi. 

Gəzinti baĢa çatanda Jülyen qadının bayaqdan tez-tez 

qızardığının  fərqinə  vardı.  Xanım  Renal  addımlarını 

yavaĢıtdı. 

–  Siz  yəqin  bilirsiniz  ki,  –  o,  oğlanın  üzünə 

baxmadan dilləndi – mən Bezansonda yaĢayan varlı xalamın 

yeganə  varisiyəm.  O,  tez-tez  mənə  hədiyyələr  göndərir. 

Oğlanlarım isə sizin sayənizdə elə yaxĢı oxuyurlar ki...Odur 

ki,  sizdən  xahiĢ  edirəm,  təĢəkkür  əlaməti  olaraq  məndən 




www.vivo-book.com 

 

81 



balaca  bir  hədiyyə  qəbul  edəsiniz.  Elə-belə,  boĢ  Ģeydi... 

özünüzə paltar almağınız üçün bir neçə luidor. Amma... 

Qadın daha çox qızararaq susdu. 

– Amma nə, xanım? – Jülyen soruĢdu. 

– Amma bunu, – qadın baĢını aĢağı salıb pıçıldadı, – 

bunu ərim bilməsə yaxĢıdı. 

–  Mən  balaca  adamam,  xanım,  amma  mən  xidmətçi 

deyiləm,  –  gözləri  qəzəbdən  parlayan  Jülyen  qəddini 

dikəltdi. – Əlbəttə ki, siz bu barədə düĢünməyi heç özünüzə 

sığıĢdırmamısınız da. Əgər mən cənab Renaldan pul barədə 

nəsə  gizlətsəm,  özümü  hər  hansı  bir  xidmətçidən  də  aĢağı 

hiss eləyərdim. 

Xanım Renal məhv olduğunu hiss elədi. 

–  Cənab  Mer,  –  Jülyen  davam  elədi,  –  mən  bura 

gələndən bəri beĢ ay hər dəfə otuz altı frank ödəyib. Mən öz 

haqq-hesab  kitabımı  elə  bu  dəqiqə  də  cənab  Renala,  nəinki 

cənab  Renala,  hamıya,  lap  məndən  zəhləsi  gedən  cənab 

Valnoya da göstərə bilərəm. 

Bu  ədəb  dərsindən  sonra  xanım  Renal  həyəcanla, 

bənizi  ağarmıĢ  halda  onun  yanınca  addımladı  və  gəzintinin 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə