Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə20/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   16   17   18   19   20   21   22   23   ...   197

www.vivo-book.com 

 

97 



Nəhayət, üç gündən sonra Jülyen, əslində birinci gün 

gətirməli olduğu bəhanəni tapdı. Düzdü, bu bəhanə iftiradan 

ibarət  idi,  amma  nə  fərqi  var  idi  ki?  O,  qətiyyətsiz  səslə 

küreyə  dedi  ki,  ancaq  o  qıza  aid  olduğu  üçün  açıqlaya 

bilmədiyi bir səbəb var. Elə ilk gündən onun təklifini qəbul 

etməyə mane olan da bu səbəb imiĢ. 

Təbii ki, bu məsələ Elizanın namusuna ləkə gətirirdi. 

ġelan  ataya  elə  gəldi  ki,  bu,  gənc  kilsə  xadiminin 

ürəyində  yanmalı  olan  müqəddəs  alov  deyil,  sadəcə  qəliz 

çılğınlıqdı. 

– Dostum, – küre oğlana dedi, – Rahiblikdənsə, sizin 

xeyirxah,  varlı,  ailəcanlı,  təhsilli,  möhtərəm  bir  kəndli 

olmağınız daha yaxĢı olardı. 

Jülyen bu məsləhətə çox tutarlı bir cavab verə bildi. 

O,  çox  yaxĢı,  əsl  gənc  dindara  xas  olan  ahənglə  danıĢırdı. 

Amma  gözlərində  gizlədə  bilmədiyi  ehtiras  alovu  ġelan 

atanı qorxudurdu. 

Bununla  belə,  Jülyen  barədə  kədərli  qənaətlərə 

gəlmək lazım deyil. O öz saxta cümlələrini elə incəliklə, elə 

ehtiyatla  düĢünmüĢdü  və  yaĢına  görə  bu  saxtalığın 




www.vivo-book.com 

 

98 



öhdəsindən elə ehtiyatla gəlirdi ki! Səs ahəngi və hərəkətlərə 

gəlincə,  axı  oğlan  sadə  kəndlilərin  arasında  yaĢayırdı  və 

gözünün  qabağında  elə  də  yaxĢı  nümunələr  yox  idi.  Sonra 

belə  davranıĢlarla  tanıĢ  olar-olmaz,  oğlanın  danıĢığı  da, 

hərəkətləri də mükəmməlləĢmiĢdi. 

Qulluqçusunun  miras  alandan  sonra  kefsiz  gəzməyi 

xanım Renalı çox təəccübləndirirdi. O qızın elə hey kürenin 

yanına  qaçmağını  və  ordan  ağlamıĢ  halda  qayıtdığını 

görürdü.  Axır  ki,  Eliza  özünün  ərə  getmək  məsələsini 

xanımına danıĢdı. 

Xanım  Renalın  az  qala  dili  tutuldu.  Qadın  gah 

qızdırır, gah titrədirdi. Sonda yuxusu da tamam ərĢə çəkildi. 

Ancaq  ya  qulluqçu  qız,  ya  da  Jülyen  onun  yanında  olanda 

sakitləĢirdi.  Bu  cütlüyün  evlənəndən  sonra  necə  xoĢbəxt 

olacağını  təsəvvür  etməkdən  baĢqa  xanım  Renalın  əlindən 

heç nə gəlmirdi. Onların ildə beĢ yüz luidorla yaĢayacaqları 

kasıb  ev  qadının  gözünə  ən  gözəl  rənglərdə  görünürdü. 

Əlbəttə,  Jülyen  Veryerdən  iki  lye

17

  uzaqda  yerləĢən  Bredə 



                                                 

17

Lye – qədimdə Fransada uzunluq ölçüsü. 1lye = 4445m. 




www.vivo-book.com 

 

99 



magistraturada  oxuyacaq.  Deməli,  onu  aradabir  görmək 

imkanı olacaq. 

Xanım Renala elə gəldi ki, dəli olur: o, bunu ərinə də 

dedi  və  axırda  doğrudan  da  xəstələnib,  yorğan-döĢəyə 

düĢdü. 

AxĢam  qulluqçu  qız  onun  yatağına  Ģam  yeməyi 



gətirəndə xanım Renal qızın ağladığını gördü. Ġndi Eliza onu 

bərk əsəbiləĢdirirdi və o, qızın üstünə qıĢqırdı. Amma elə o 

dəqiqə də qızdan üzr istədi. Eliza hönkürdü və ağlaya-ağlaya 

dedi ki, əgər xanım icazə versə, öz dərdini ona danıĢar. 

– DanıĢın, – xanım Renal razılaĢdı. 

–  Bilirsiniz,  xanım,  o,  təklifimi  qəbul  eləmədi. 

Deyəsən,  ağzıgöyçəklər  ona  mənim  barəmdə  nəsə 

danıĢıblar. O da inanıb. 

–  Kim  sizin  təklifinizi  rədd  eləyib?  –  nəfəsi  daralan 

xanım Renal soruĢdu. 

–  Kim  olacaq  ki,  cənab  Jülyen!  –  qız  ağlaya-ağlaya 

dedi.  –  Cənab  küre  onu  nə  qədər  dilə  tutub.  Ona  deyib  ki, 

qulluqçu olduğuna görə belə əxlaqlı qızı rədd eləmək olmaz. 



www.vivo-book.com 

 

100 



Axı cənab Jülyenin də atası sadə dülgərdi. Elə özü də guya 

sizin yanınıza iĢə düzələnə qədər necə yaĢayıb ki? 

Xanım  Renal  daha  qızı  dinləmirdi.  Qadın  o  qədər 

xoĢbəxt idi ki, az qalırdı dəli olsun. O, Elizanı məcbur elədi 

ki, dediklərini dəfələrlə təkrar eləsin: qız bir neçə dəfə dedi 

ki, cənab Jülyen ona birdəfəlik rədd cavabı verib və oğlanın 

fikrindən daĢınacağına heç bir ümid yoxdur. 

–  Mən  axırıncı  dəfə  cəhd  eləyərəm,  –  xanım  Renal 

qıza dedi. – Cənab Jülyenlə özüm danıĢaram. 

Sabah  səhər  yeməyindən  sonra  xanım  Renal  özünə 

görünməmiĢ  həzz  yaĢatdı.  Rəqibi  olan  qadının  əvəzindən 

xahiĢ  etməklə  düz  bir  saat  oğlanın  Elizadan  və  onun 

mirasından inadla imtina etməyini görmək həzzini. 

Jülyen  yavaĢ-yavaĢ  utancaqlığına  qalib  gəlirdi  və 

söhbətin 

axırında 

o, 

xanım 


Renalın 

məntiqli 

xəbərdarlıqlarına olduqca ağıllı cavablar verirdi. 

Bu  ümidsizlik  içində  keçən  günlərdən  sonra  qəlbinə 

axan  sevinc  seli qadının  gücünü sındırdı.  O  özündən getdi. 

Qadın  özünə  gələndən,  qulluqçular  onu  otağında  yerbəyer 




www.vivo-book.com 

 

101 



eləyəndən sonra xanım Renal tək qalmaq istədi. O, dərin bir 

heyrət içindəydi. 

“Yəni doğrudanmı mən Jülyeni sevirəm?” – axır ki, o 

özündən soruĢdu. 

BaĢqa  vaxt  onun  vicdanını  sızladacaq,  ürəyini 

titrədəcək bu kəĢf indi ona sadəcə qəribə gəldi. Elə bil, qadın 

kənardan  dayanıb,  özünə  baxırdı.  YaĢadıqlarından  sonra 

özünə gələ bilməyən ürəyi indi elə bil keyləĢmiĢdi, dünyanın 

bütün həyəcanlarına laqeyd idi. 

Xanım  Renal  nəsə  toxumaq  istədi,  amma  onu  yuxu 

apardı və oyananda baĢ verənlər gözünə o qədər də dəhĢətli 

görünmədi. 

O,  indi  elə  xoĢbəxt  idi  ki,  dünyada  heç  bir  pis  Ģeyi 

görmək  iqtidarında  deyildi.  Bu  mehriban,  təmiz  qəlbli  və 

məsum  əyalət  qadını  heç  vaxt  yaĢamadığı  sevinc,  ya  da 

məyusluq  hissini  daha  dərindən  hiss  etsin  deyə  ürəyini 

əziyyətə salmağa cəhd eləmirdi. 

Jülyen  bu  evdə  peyda  olmamıĢdan  qabaq  Parisdən 

kənarda  yaĢayan  bütün  ailə  qadınlarına  xas  evdarlıqla 

məĢğul olan xanım Renal sevgiyə bir lotereyaya baxan kimi 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə