Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə162/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   158   159   160   161   162   163   164   165   ...   197

www.vivo-book.com 

 

810 



 –  Sizə  cənab  abbat  Soreli  təqdim  edirəm,  –  markiz 

dedi.  –  O  heyrətamiz  dərəcədə  iti  yaddaĢı  olan  adamdır. 

Cəmi bir neçə saat əvvəl mən dedim ki, ola bilsin, o ali bir 

tapĢırıq almaq Ģərəfinə nail oldu, osa öz yaddaĢını nümayiĢ 

etdirmək üçün “Kotidyen”in birinci səhifəsini baĢdan-ayağa 

əzbərlədi. 

 –  A-a!  Xaricdə  yaĢayan  o  yazıq  N-in  xəbəri...  –  ev 

sahibi dedi.  

O tez qəzeti əlinə alıb, özünü Jülyenə nümayiĢ etdirmək 

üçün üzünə nəsə naqolay bir ifadə verərək, oğlana baxdı. – 

Buyurun, cənab.  

Ortalığa  dərin  sükut  çökdü,  bütün  baxıĢlar  Jülyenə 

dikildi.  Oğlan  elə  yaxĢı  cavab  verirdi ki, iyirminci sətirdən 

sonra hersoq onun sözünü kəsdi: 

 – Bəsdi. 

Çöl  donuzu  kimi  baxan  balacaboy  adam  masanın 

arxasına  keçdi.  O,  deyəsən,  iclasın  sədriydi,  çünki  masa 

arxasına keçər-keçməz lomber kətili Jülyenə göstərib, yaxın 

oturmasını iĢarə elədi. Jülyen yaĢıl örtülü masanın arxasında 

oturmuĢ adamların sayının on ikiyə çatdığını gördü. 




www.vivo-book.com 

 

811 



 –  Cənab  Sorel,  –  hersoq  dedi,  –  hələ  ki,  o  biri  otağa 

keçin, bir azdan sizi çağıracağıq. 

Ev sahibi qəfildən qayğılı sifət aldı. 

 –  Pəncərə  qapaqlarını  örtməyiblər,  –  o,  yanında 

oturmuĢ adama astadan dedi.  

Sonra axmaq bir səslə Jülyenə tərəf bağırdı: 

 – Pəncərələrdən baxmaq lazım deyil!  

 –  Hə,  mənim  iĢim  bitdi,  ən  azından  artıq  bunların 

fırıldaqlarının iĢtirakçısıyam – Jülyen düĢündü. – Hələ yaxĢı 

ki,  bu  adamı  birbaĢa  Qrev  meydanına  aparan  gizli 

iclaslardan  deyil.  Amma  belə  bir  təhlükə  olsaydı  belə,  mən 

markizin  xətrinə  buna  getməliydim.  Gələcəkdə  mənim 

axmaqlığım ucbatından onun yaĢayacağı məyusluğu birtəhər 

azaltmağı bacarsaydım, xoĢbəxt olardım. 

Və  öz  dərdini,  çılğınlığını  yadından  çıxartmadan,  o, 

ətrafına  göz  gəzdirirdi.  Burada  gördüyü  hər  Ģey  yaddaĢına 

hopub  qalırdı.  Ancaq  bu  vaxt  yadına  düĢdü  ki,  markiz 

xidmətçiyə gedəcəyi küçənin adını demədi, özü də heç vaxt 

eləmədiyi bir Ģeyi elədi – fayton sifariĢ verdi.  



www.vivo-book.com 

 

812 



Jülyen  uzun  müddət  düĢüncələrə  qapılıb  qaldı.  O, 

qırmızı  məxmər  və  enli,  qızılı  dirəklərlə  iĢlənmiĢ  qonaq 

otağında  oturmuĢdu.  Hündür  masanın  üstündə  fil 

sümüyündən iri xaç qoyulmuĢdu, buxarının üstündəsə cənab 

de  Mestrin  qızılı  ilmələrlə  iĢlənmiĢ,  nəfis  cildli  “Papa 

haqqında” kitabı vardı.  

Jülyen  söhbətə  qulaq  asan  adam  kimi  görünməmək 

üçün  kitabı  açdı.  QonĢu  otaqdakı  söhbət  arada  çox  yaxĢı 

eĢidilirdi. Nəhayət, qapı açıldı və onu içəri çağırdılar.  

 –  Cənablar,  nəzərə  alın  ki,  bu  dəqiqədən  etibarən  biz 

hersoqun qarĢısında danıĢırıq – iclas sədri dedi. – Bu cənab, 

– o, Jülyeni göstərdi, – öz iĢinə sədaqətlə xidmət edən gənc 

din  xadimidir.  O,  heyrətamiz  dərəcədə  iti  yaddaĢının 

sayəsində  bizim  burada  danıĢdıqlarımızı  sözbəsöz  hersoqa 

çatdıracaq.  –  Ġclas  sədri  əynində  iki-üç  jilet  olan  adama 

dəvət iĢarəsiylə müraciət elədi: – Söz sizindir cənab.  

Jülyen düĢündü ki, iki-üç jiletli adamı adıyla çağırmaq 

daha  məqsədəuyğun  olardı.  Oğlan  vərəq  götürüb,  cidd-

cəhdlə yazmağa baĢladı.  

 



www.vivo-book.com 

 

813 



(Müəllif  burada  onun  bütün  vərəqi  nöqtələrlə 

doldurduğunu demək istəyir.  

 –  Bu  çox  yersiz  olar  –  naĢir  etiraz  elədi.  –  Belə 

yüngülməcaz əsərə yersiz hoqqalar lazım deyil.  

 –  Siyasət,  –  müəllif  də  etiraz  elədi  –  ədəbiyyatın 

boynuna keçirilmiĢ dəyirman daĢıdı. Yarım il də keçməz ki, 

bu  siyasət  ədəbiyyatı  suyun  dibinə  aparar.  Fantaziya 

məhsulları  arasındakı  siyasət  –  konsertin  ortasında 

tapançadan atəĢ açmaq kimi bir Ģeydi. Ürəkdağlayan səs var, 

amma  heç  nə  ifadə  eləmir.  O  heç  bir  musiqi  alətiylə 

harmoniya  təĢkil  eləmir.  Siyasət  mənim  oxucularımın 

yarısını  incik  salacaq,  o  biri  yarısınasa  darıxdırıcı 

görünəcək,  çünki  bu  səhər  qəzetlərdən  oxuduqları  siyasi 

xəbərlər  mənim  yazdıqlarımdan  daha  gerçək  və  maraqlı 

olacaq... 

NaĢir dedi: 

 –  Əgər  sizin  qəhrəmanlarınız  siyasətdən  danıĢmırsa, 

deməli, onlar  min  səkkiz  yüz  otuzuncu  ilin  fransızları deyil 

və  kitabınız  da  iddia  elədiyiniz  kimi,  hadisələrin  güzgüsü 

deyil...) 




www.vivo-book.com 

 

814 



Jülyenin protokolu iyirmi altı səhifə tutdu; bu da onun 

qısa xülasəsi; hərçənd, kifayət qədər solğundur, ona görə də 

həmiĢə belə vəziyyətlərdə olduğu kimi müxtəlif məzəli 

əhvalatlardan istifadə etmək lazım gəldi, ancaq onların 

çoxluğu adamı ya çəkindirə, ya yalan təsiri bağıĢlaya 

bilər(bax: “De Tribyunu qəzeti”). 

 

Müqəddəs görünüĢlü,  əynində çoxlu jiletlər olan adam 



(bəlkə də o yepiskop idi) tez-tez gülümsəyirdi və bu zaman 

onun aĢağı endirdiyi kirpikləriylə kölgələnmiĢ gözləri qəribə 

Ģəkildə  parıldayır,  baxıĢlarısa  adi  vaxtlarda  olduğu  kimi 

qətiyyətsiz  görünmürdü.  Hersoqun  (görəsən  o  hersoq  kim 

idi?) qarĢısında birinci çıxıĢ eləməli olan bu cənab, görünür, 

ümumi rəyi ifadə eləməliydi. Jülyenə elə gəldi ki, bu adam 

nəsə 

qəti 


nəticələrə 

gələ 


bilməmələrindən, 

qətiyyətsizliklərindən 

Ģikayətləndi 

(adətən 


hakimləri 

bununla  ittiham  eləyirlər).  Sonra,  müzakirə  vaxtı  hersoq 

bunu onun nəzərinə çatdırmağı unutmadı.  

Bir  neçə  nəsihətamiz  və  təsəlliverici  ifadədən  sonra 

jiletli adam dedi: 

 –  Böyük  insan,  ölümsüz  Pittin  idarə  elədiyi  alicənab 

Ġngiltərə inqilabının qarĢısını almaq üçün qırx milyard frank 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə