Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə170/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   166   167   168   169   170   171   172   173   ...   197

www.vivo-book.com 

 

850 



 – Bunun adına baxın – knyaz gülməkdən uğunub getdi. 

–  BağıĢlayın,  baĢa  düĢürəm  ki,  sizin  üçün  o  az  qala 

müqəddəsdir.  Deməli,  siz  hər  gün  xanım  Dübuayla 

görüĢməlisiniz,  amma  qətiyyən  ona  qarĢı  soyuqluq,  ya  da 

inciklik  nümayiĢ  etdirməyin.  Əsrimizin  tələbini  yaddan 

çıxartmayın:  həmiĢə  sizdən  gözlənilənin  əksini  eləyin.  Bir 

həftə 

əvvəl,  sizə  onun  xoĢ  rəftarını  qazandıran 



hərəkətlərinizi eləyənə qədərki halınıza qayıdın. 

–  Ġlahi,  o  vaxtlar  mən  elə  rahat  idim  ki!  –  Jülyen 

məyusluqla  dedi.  –  Mənə  elə  gəlirdi  ki,  içimdə  ona  qarĢı 

ancaq mərhəmət hissi var.  

Knyaz onun sözünü kəsdi: 

–  Dünyanın  özü qədər  qədim  bir  deyim  var  –  pərvanə 

Ģam  oduna  yanar.  Əvvəla,  siz  onunla  hər  gün 

görüĢməlisiniz.  Ġkincisi,  siz  kübar  cəmiyyətdən  olan  bir 

qadınla  dilxoĢluq  eləməyə  baĢlamalısınız,  amma  bunu 

ehtiraslı  bir  Ģəkildə  eləməməlisiniz.  BaĢa  düĢürsünüz? 

Açığını  deyim  ki,  bu  rolu  oynamaq  sizə  çətin  olacaq:  siz 

komediya  göstərəcəksiniz,  amma  oyununuz  sizi  ələ  versə, 

hər Ģey məhv olacaq. 



www.vivo-book.com 

 

851 



–  O  çox  ağıllı  qadındır,  mənsə  axmağın  biriyəm,  – 

Jülyen çarəsizcə mızıldandı.  

–  Yox,  sadəcə,  mənə  elə  gəlir  ki,  siz  o  qadına  mən 

düĢündüyümdən  də  çox  vurulmusunuz.  Xanım  de  Dübua 

zadəgan  nəsli  və  tükənməz  varidatı  ilə  fəxr  edən  bütün 

qadınlar  kimi  özünü  dünyanın  mərkəzi  hesab  eləyir.  O 

sizinlə maraqlanmaq əvəzinə, özü ilə maraqlanır, buna görə 

də sizi yaxĢı tanımır. Onun özü üçün uydurduğu bir-iki sevgi 

çılğınlığı  ərəfəsində  o  sizi  olduğunuz  kimi  deyil,  öz 

xəyallarındakı  qəhrəman  kimi  görüb.  Amma  lənət  Ģeytana, 

axı bu iĢin əlifbasıdı, əzizim Sorel, sizsə məktəbli deyilsiniz! 

Deməli,  belə!  Gedək  bir  dükana.  Bu  nə  gözəl  qara 

qalstukdur. Elə bil lap Berlinqton stritdəki Con Andersonun 

qalstukudur.  Zəhmət  çəkib,  boynunuzdakı  bu  idbar  ipi  açın 

və bu qalstuku taxın. 

– Deməli, belə! – dükandan çıxan knyaz sözünə davam 

elədi.  –  Sizin  bu  xanım  Dübua  hansı  cəmiyyətdə  fırlanır? 

Ġlahi!  Ada  bax!  Əzizim  Sorel,  bağıĢlayın,  özümdən  asılı 

olmadan dedim. Hə, deməli, indi siz hansı xanımla dilxoĢluq 

eləyəcəksiniz? 

Corab  fabrikinin  qızı,  əsl  namus 



www.vivo-book.com 

 

852 



mücəssəməsi  ilə.  Onun  gözəl  gözləri  var.  Mən  hələ  belə 

gözlər  görməmiĢəm,  elə  xoĢuma  gəlir  ki!  Əlbəttə,  onu 

Ģəhərin  ən  gözəl  qızı  hesab  eləyirlər,  buna  baxmayaraq, 

yanında  ticarətdən,  dükanlardan  danıĢanda  utanıb, 

qıpqırmızı qızarır. Bədbəxtlikdən, onun atası Strasburqun ən 

məĢhur  tacirlərindən  biri  olub.  Deməli,  –  knyaz  gülə-gülə 

dedi,  –  söhbət  nəyisə  ĢiĢirtməkdən  düĢəndə,  o  gözəl  xanım 

bunu sizə deyil, özünə götürəcək. Onun bu qəribə cəhəti çox 

gözəl və olduqca xeyirlidir. Bunun sayəsində siz onun gözəl 

gözlərini  görüb,  ağlınızı  itirməyəcəksiniz.  Sizin  uğurunuz 

artıq təmin olunub. 

Jülyenin  ağlına  marĢalın  dul  qalmıĢ  arvadı,  tez-tez  de 

La-Molların qəsrinə qonaq gələn xanım de Fervak gəldi. Bu, 

marĢalın ölümündən bir il əvvəl onunla nikaha girmiĢ əcnəbi 

gözəl  idi.  Deyəsən,  onun  bütün  həyatı  ancaq  bir  Ģeyə  həsr 

olunmuĢdu:  atasının  fabrik  sahibi  olduğunu  hamıya 

unutdurmaq.  Parisdə  özünə  nəsə  bir  ad  qazanmaq  üçün 

xanım  de  Fervak  Ģəhərdə  xeyirxahlığı  təbliğ  edən  dul 

qadınlara rəhbərlik etmək qərarına gəlmiĢdi. 



www.vivo-book.com 

 

853 



Jülyen  doğrudan  da  knyaza  heyran  qalmıĢdı.  O  da  bu 

knyaz kimi əhli-kef olmaq üçün nələr verməzdi?  

Dostların  söhbəti  qurtarmadı.  Korazov  da  heyran 

qalmıĢdı  –  axı  hələ  indiyə  qədər  heç  bir  fransız  onun 

söhbətlərinə belə diqqətlə və yorulmadan qulaq asmamıĢdı.  

–  Hə,  axır  ki,  məqsədimə  çatdım,  –  knyaz  ürəyində 

sevinirdi,  –  mənim  müəllimlərim  mənə  qulaq  asır  və 

məndən həyat dərsi alır.  

–  Deməli,  danıĢdıq?  –  o  artıq  onuncu  dəfə  idi  ki, 

Jülyenə  bu  sualı  verirdi.  –  Xanım  Dübuanın  yanında  corab 

fabrikinin sahibinin qızı ilə danıĢanda bircə damcı da ehtiras 

büruzə  verməyin.  Məktub  yazanda  isə  əksinə,  olduqca 

ehtiraslı  olun.  Gözəl  yazılmıĢ  sevgi  məktubu  oxumaq  – 

özünü əlçatmaz elan eləmiĢ qadın üçün ən böyük həzdir. Bu, 

onun  üçün  istirahət  dəqiqəsidir.  Bu  yerdə  o  oynamaq 

ehtiyacı hiss eləmədən, ürəyinin səsinə qulaq asa bilər. Odur 

ki, gündə ona iki məktub yazın. 

–  Yox,  heç  vaxt!  –  Jülyen  qəfildən  hürkdü.  –  Mənim 

dərimi diri-diri soysalar da, bunu eləmərəm! Ġkicə sətir belə 

düĢünüb,  yazmağa  halım  yoxdu,  mən  ölü  kimi  bir  Ģeyəm, 




www.vivo-book.com 

 

854 



əziz  dostum,  məndən  heç  nə  gözləməyin.  Bu  məsələnin 

baĢını  buraxın,  mən  elə  buradaca,  bu  yol  qırağında  uzanıb, 

öləcəyəm.  

–  Kim  deyir  ki,  siz  nəsə  düĢünüb,  yazmalısınız?  Yol 

çantamda  altıcildlik  sevgi  məktubları  var.  Bütün  qadın 

növlərinə, bütün xasiyyətlərə hesablanmıĢ məktublar var. Ən 

namuslu  qadınlar  belə  gözdən  qaçmayıb.  Axı  Riçmond-

Terrasda – Londondan üç lye aralıda Kalisski də Ġngiltərənin 

ən gözəl kvaker xanımının arxasınca sürünürdü.  

Gecə saat ikidə Jülyen dostundan ayrılanda daha özünü 

elə  də  bədbəxt hiss  eləmirdi. Səhəri  gün knyaz  evinə  mirzə 

dəvət  elədi  və  mirzə  əlli  üç  dənə  sevgi  məktubunun  üzünü 

köçürüb Jülyenə verdi – bu məktublarda ən ali, ən təvazökar 

əxlaqa  sahib  olan  qadınları  tərk-silah  etmək  üçün  hər  Ģey 

vardı. 

– Əlli dördüncü məktub yoxdur, – knyaz dedi. – Çünki 



Kalisskinin  nəzakətli  Ģəkildə  evdən  qovublar.  Sizin  üçünsə 

bunun heç bir fərqi yoxdur, onsuz da corab fabriki sahibinin 

qızının  sizi  evdən  qovması  heç  vecinizə  də  deyil.  Axı  siz 

təkcə xanım de Dübuanın ürəyini ələ almağa çalıĢırsınız!  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə