Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə168/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   164   165   166   167   168   169   170   171   ...   197

www.vivo-book.com 

 

840 



Doğrudan  da,  bu  iki  adam  bayaqdan  nə  qədər  asta 

danıĢmağa  çalıĢsa  da,  elə  birinci  dəqiqədən  səslərdən  biri 

Jülyenə  tanıĢ  gəlmiĢdi.  Oğlan  yer  üzünü  bu  mənfur 

varlıqdan təmizləməkdən özünü güclə saxladı.  

 – Axı mənim tapĢırığım var, – o öz-özünə dedi.  

Rahib  və  əlaltısı  çıxıb  getdilər.  Aradan  on  beĢ  dəqiqə 

keçəndən  sonra  Jülyen  özünü  elə  göstərdi  ki,  guya  indicə 

oyanıb.  O  qıĢqırmağa  baĢladı,  səs-küy  salıb,  bütün  qonaq 

evini ayağa qaldırdı.  

 – Məni zəhərləyiblər! Mən özümü pis hiss eləyirəm! – 

o qıĢqırırdı. – Ġlahi, mən bu ağrıya dözə bilmirəm!  

Ceronimoya kömək eləmək üçün ona bəhanə lazım idi. 

Oğlan  onun  yanına  gedəndə  müğənninin  tiryək  qatılmıĢ 

Ģərabdan yarıanlaqsız halda yatdığını gördü.  

Jülyen  bu  ehtimalı  qabaqcadan  nəzərə  alıb,  təkcə 

Parisdən gətirdiyi Ģokoladı yemiĢdi.  

O  nə  qədər  çalıĢsa  da,  Ceronomonu  oyadıb,  özüylə 

apara bilmədi.  




www.vivo-book.com 

 

841 



 – Mənə bütün neapolitan krallığını hədiyyə versələr də, 

oyanan deyiləm – müğənni yarıyuxulu halda dedi. Yox, yox, 

yox! Yuxu hər Ģeydən Ģirindi!  

 – Bəs, yeddi knyaz? 

 – Qoy, gözləsinlər! 

Jülyen  tək  yola  çıxdı  və  daha  heç  bir  maneəylə 

üzləĢmədən həmin alimənsəb adamın yanına çatdı.  

Bütün  səhəri  cəhd  eləsə  də,  Jülyen  həmin  adamın 

qəbuluna  düĢə  bilmədi.  XoĢbəxtlikdən,  saat  dörddə  hersoq 

gəzməyə  çıxdı.  Jülyen  onun  piyada  gəziĢdiyini  görəndə, 

düĢünmədən  ona  yaxınlaĢıb,  sədəqə  istədi.  Hersoqun  iki 

addımlığında  dayandı,  markizin  ona  verdiyi  saatı  cibindən 

çıxarıb, ovcunda saxlayaraq, əlini ona uzatdı. 

Hersoq ona baxmadan: 

 – Arxamca gəlin, amma mənə yaxınlaĢmayın. 

Həmin  yerdən  təxminən  iyirmi  beĢ  lye  aralanandan 

sonra hersoq gözlənilmədən yolu burulub, balaca bir kafeyə 

girdi.  Və  bu  ucuz,  çirkli  yeməkxana  otağında  Jülyen 

əzbərlədiyi  dördsəhifəlik  mətni  hersoqa  danıĢdı.  O  sözünü 

qurtaranda hersoq: 




www.vivo-book.com 

 

842 



 – Dediklərinizi təkrarlayın. Amma bir az yavaĢ olun – 

dedi.  


Jülyen  ikinci  dəfə  mətni  əzbər  deyəndə  hersoq  kağıza 

nəsə qeyd elədi. 

 –  Piyada  poçt  stansiyasına  gedin.  ƏĢyalarınızı  və 

faytonu  burada  qoyun.  Strasburqa  gedin.  Bu  ayın  iyirmi 

ikisində  (bu  gün  ayın  onu  idi)  günün  birinci  yarısı  elə  bu 

yeməkxanada  olun.  Ġndi  aradan  yarım  saat  keçməmiĢ 

buradan çıxmayın. Bircə kəlmə də danıĢmayın!  

Jülyenin eĢitdiyi elə bu sözlər oldu. Amma onun əməlli-

baĢlı heyran olmağı üçün elə bu sözlər də kifayət idi. 

 “Deməli, böyük iĢlər belə görülür! Bu hökmlü adam üç 

gün  əvvəl  bizim  boĢboğazların  zəvzəkliyini  eĢitsəydi, 

görəsən, nə deyərdi?”  

Jülyen iki günə Strasburqa çatdı. Ona elə gəldi ki, bura 

əbəs  yerə  gəlib  –  onun  bu  Ģəhərdə  nə  iĢi  vardı  ki?  Oğlan 

əməlli-baĢlı fənd iĢlədib, ora dolayı yolla getdi.  

 “Əgər o Ģeytan abbat Kastaned məni tanıdısa, o mənim 

izimi  itirəcək  qədər  axmaq  adam  deyil.  Ġlahi,  tapĢırığımı 



www.vivo-book.com 

 

843 



yerinə  yetirməyimə  mane  olub,  məni  gülünc  vəziyyətdə 

qoya bilsədi, o necə xoĢbəxt olardı?!” 

XoĢbəxtlikdən,  Konqresin  Ģimal  sərhədinin  polis  rəisi 

abbat Kastaned onu tanımamıĢdı. Strasburqdakı yezuitlər də 

xeyli  gözüaçıq  olsalar  da,  baĢı  ancaq  özünə  qarıĢan  cavan 

hərbiçiyə  oxĢayan,  mavi  pencəkli,  yaxası  ordenli  Jülyeni 

izləmək onların ağlına gəlmədi.  

 

 



 

XXIV 


 

 

 STRASBURQ 



 

Adamın gözü qamaşır! Sevginin çılğınlığı, sevgiyə görə 

özünü  unutmaq  bacarığı  –  hamısı  səndə  var.  Onun  adamı 

ovsunlayan  fərəhi,  onun  şirin  həzzi  –  təkcə  bu  sənin 

ixtiyarında  deyil.  Mən  ona  yatdığı  yerdə baxıb:  –  budur,  o 

bütün  varlığı,  bütün  mələksimalığı,  bütün  sevimli  acizliyilə 


www.vivo-book.com 

 

844 



mənimdi!  O  indi  necə  varsa,  mərhəmətli  Tanrı  onu  bir  kişi 

qəlbinin  sevinc  və  fərəhi  üçün  necə  yaradıbsa,  mənimkidir! 

– deyə bilmərəm. 

 

 

Şillerin odası 

 

Bir həftəni Strasburqda keçirməyə məcbur olan Jülyen, 



fikrini  br  az  dağıtmaq  üçün  hərbi  Ģöhrət  və  vətənə  sədaqət 

barədə fikirlərə qapanmıĢdı. 

O  həqiqətən  də  vurulmuĢdumu?  Jülyen  özü  də  bunu 

bilmirdi, o ancaq Matildanın onun qəlbinə hakim kəsildiyini 

hiss eləyirdi. Matilda onun xoĢbəxtliyinin, onun xəyallarının 

sahibiydi. 

Jülyen özünə qalib gəlmək və dərdə qapılmamaq üçün 

var  gücüylə  özünü  ələ  almalı,  ürəyinin  olan-qalan  təpərini 

səfərbər eləməliydi. Onun üçün Matildaya aid olmayan nəsə 

barədə  düĢünmək  mümkün  deyildi.  ġöhrətpərəstliyi,  xırda 

sevinclər 

onu  xanım  Renala  bəslədiyi  hisslərdən 

yayındırırdı.  Matilda  onun  varlığına  hakim  kəsilmiĢdi: 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə