Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə172/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   168   169   170   171   172   173   174   175   ...   197

www.vivo-book.com 

 

860 



nəğməkarlarıamansızca  təqib  edir.  Siz  bu  mahnını 

eĢitmisiniz:  

 Mən öz atımı 

 Elə çox istəyirdim ki...və s. 

Jülyen  bu  mahnıya  axıra  qədər  qulaq  asmalı  oldu. 

Deyəsən,  fransızca  oxumaq  ispanın  çox  xoĢuna  gəlirdi.  Bu 

gözəl mahnını hələ heç kim belə hövsələsizcə dinləməmiĢdi. 

Mahnını axıra qədər oxuyub qurtarandan sonra don Diyeqo 

Bustos dedi: 

–  Xanım  de  Fervakın  əlindən  bir  musiqiçi  yerindən-

yurdundan qaçaq düĢdü. Mahnı təxminən belə idi: 

Bir meyxana küncündə qəfildən bir qıza vuruldum... 

Jülyen  Bustosun  indicə  bu  mahnını  da  axıra  qədər 

oxuyacağından  qorxdu.  Amma  bu  dəfə  ispan  mahnının 

məzmununu  danıĢmaqla  kifayətləndi.  Mahnının  sözləri 

doğrudan da ədəbsiz və murdar idi. 

Don Diyeqo dedi: 

–  Xanım  de  Fervak  mənim  yanımda  bu  mahnı  barədə 

danıĢıb  qəzəblənəndə,  ona  etiraz  elədim.  Dedim  ki,  onun 

kimi  qadınlar  hər  cızma-qaraya  fikir  verməməlidi.  Ədəb-




www.vivo-book.com 

 

861 



ərkan  qaydaları  nə  qədər  sərt  olsa  da,  Fransada  həmiĢə 

meyxana  ədəbiyyatı  olacaq.  Amma  xanım  de  Fervak  min 

oyundan  çıxıb,  o  sözləri  yazan,  qonorarının  ancaq  yarısını 

almıĢ bədbəxtin ildə min səkkiz yüz frank aldığı iĢ yerindən 

qovulmasına  nail  oldu.  O  vaxt  mən  xanım  de  Fervaka 

dedim:  “Ehtiyatlı  olun,  siz  o  yazıq  cızma-qaraçını  öz 

silahınızla vurdunuz, o də əvəzində sizi öz silahı ilə – Ģeirlə 

vurar,  namus  barədə  nəsə  bir  mahnı  qoĢar.  O  bunu  eləsə, 

qızıla  tutulmuĢ  bütün  ziyafət  salonları  sizin  tərəfinizi 

saxlayacaq,  amma  hər  Ģeyə  gülməyə  adət  eləmiĢ  adamların 

ağzını  heç  kim  yuma  bilməyəcək”.  Mən  bunu  deyəndə, 

bilirsinizmi  xanım  de  Fervak  mənə  necə  cavab  verdi? 

“Tanrının  xatirinə  mən  bütün  Parisin  gözü  qarĢısında  dar 

ağacına  da  yollanaram.  Bu,  Fransada  görünməmiĢ  bir 

tamaĢa  olardı.  Amma  xalq  ədəb-ərkana  hörmət  etməyi 

öyrənərdi.  Və  o  gün  –  həyatımın  ən  gözəl  günü  olardı”.  O 

bunu  deyəndə,  gözləri  necə  parlayırdı  –  adamın  heç 

yadından çıxmır! 

– Onun gözləri çox gözəldir! – Jülyen az qala qıĢqırdı. 

– Belə görürəm ki, siz əməlli-baĢlı vurulmusunuz... Deməli, 




www.vivo-book.com 

 

862 



– don Diyeqo Bustos yenə vacib bir əda ilə söhbətə baĢladı, 

–  o  qisasçılığa  aparan  məkrə  sahib  qadın  deyil.  Onun 

insanlara 

ziyan 


vurmaq 

meylinin 

səbəbi 

–  onun 


bədbəxtliyidir.  Mənə  elə  gəlir  ki,  onun  nəsə  gizli  bir  dərdi 

var.  bəlkə  də  o  ömrü  boyu  özünü  ədəb-ərkan  mücəssəməsi 

kimi aparmaqdan bezib.  

Ġspan susub, düz bir dəqiqə heç nə danıĢmadan Jülyenə 

baxdı.  

–  Bütün  məsələ  bundadı,  –  o,  təmtəraqlı  səslə  əlavə 

elədi. – Bax, bu yerdən yapıĢıb, nəyəsə ümid edə bilərsiniz. 

Mən  onun  yanında  sadiq  xidmətçi  kimi  fırlanmaq  Ģərəfinə 

nail  olduğum  iki  il  ərzində  bu  barədə  uzun-uzadı 

düĢünmüĢəm.  Sizin  gələcəyiniz  isə,  vurulmuĢ  cənab,  bu 

böyük  sirrdən  asılıdır:  o  doğrudanmı  boynuna  düĢən  rolu 

oynamağa  məcbur  olan  ikiüzlü  qadındımı  və  baĢqalarına 

əzab verməyinin səbəbi özünün bədbəxt olmasıdırmı? 

– Ola bilər ki, – qraf Altamira axır ki, dilə gəldi, – sənə 

dəfələrlə dediyim kimi, o fransız Ģöhrətpərəstliyinə yoluxub 

və  mahud  alverçisi  olan  atası  barədəki  xatirələr  ona  əzab 

verir.  Ola  bilər  ki,  onu  ağrıdan  budu,  xasiyyəti  isə  elə 



www.vivo-book.com 

 

863 



doğuluĢdan quru və ətiacıdı. O ancaq bir halda xoĢbəxt ola 

bilər  –  Toledaya  köçüb,  orada  özünə  onun  qarĢısında  hər 

gün  cəhənnəmin  qorxunc  dibini  təsvir  eləyən  bir  rahib 

tapsın.  

Jülyen gedəndə don Diyeqo daha vacib sifət alaraq, ona 

dedi: 


–  Altamira  sizin  bizlərdən biri  olduğunuzu  mənə  dedi. 

Gün  gələcək,  azadlığımızı  qazanmağa  siz  bizə  kömək 

edəcəksiniz.  Buna  görə  mən  bu  xırda  məsələdə  sizin  üçün 

əlimdən  gələni  eləyəcəyəm.  Siz  xanım  de  Fervakın  üslubu 

ilə tanıĢ olsanız, bunun sizə xeyri dəyər. Alın, burda onun öz 

əli ilə yazdığı dörd məktub var.  

–  Mən  onların  üzünü  köçürüb,  sizə  qaytararam!  – 

Jülyen sevindiyindən az qala qıĢqırdı. 

– Burada danıĢdıqlarımız barədə heç kimə bircə kəlmə 

də deməyəcəyinizə də söz verirsinizmi? 

–  ġərəfimə  and  içirəm  ki,  heç  kimə  bircə  kəlmə  də 

demərəm! – Jülyen dedi. 

–  Onda  Tanrı  köməyiniz  olsun!  –  don  Diyeqo  bunu 

deyərək, Altamira ilə Jülyeni qapıya qədər ötürdü. Bu səhnə 




www.vivo-book.com 

 

864 



qəhrəmanımızın  eynini  bir  az  açdı,  onun  hətta  azacıq 

gülümsədiyini də demək olar. 

–  Bu  da  mənə  əxlaq  dərsi  keçən  alicənab  Altamira  – 

deyə, o düĢündü. 

Don  Diyeqo  Bustosla  bu  vacib  söhbət  aparılan  vaxt, 

Jülyen  Aliqr  qəsrinin  qülləsindəki  saatların  vurmasına 

diqqətlə qulaq asırdı. 

Nahar vaxtı idi, bir azdan o, Matildanı görəcəkdi. Evə 

qayıdan  kimi,  Jülyen  cidd-cəhdlə  geyim-kecimi  ilə  məĢğul 

olmağa baĢladı. Pillələri enərkən oğlan düĢündü: 

–  Bu,  birinci  axmaqlıqdır.  Amma  knyazın  qoyduğu 

qaydaların hamısına əməl eləmək lazımdır. 

Sonra  o  təzədən  otağına  qayıdıb,  ən  sadə  yol 

kostyumunu geyindi.  

– Ġndi qaldı bircə baxıĢlar məsələsində ələ verməmək. 

Altının yarısı idi, naharsa altı tamamda baĢlamalı idi. 

Jülyen  qonaq  otağına  keçdi,  burada  heç  kim  yox  idi. 

Mavi divanı görəndə, oğlan divanın qarĢısında dizlərini yerə 

ataraq,  dodaqlarını  adətən  Matildanın  əlini  dayadığı  yerə 

toxundurdu və göz yaĢlarını saxlaya bilmədi.  




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə