Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə25/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   21   22   23   24   25   26   27   28   ...   197

www.vivo-book.com 

 

122 



üçü də evdəki bütün döĢəklərin içini tökəcəklər. Bu gün iki 

mərtəbədəki  döĢəklərin  içini  doldurublar,  bircə  üçüncü 

mərtəbədəkilər qalıb. 

Jülyenin sifəti dəyiĢdi: o, qəribə tərzdə xanım Renala 

baxdı və onun qolundan tutub qabağa apardı. Xanım Dervil 

addımlarını yeyinlədib onlara çatmağa cəhd eləmədi. 

–  Məni  xilas  edin,  –  Jülyen  xanım  Renala  dedi.  – 

Bunu təkcə siz bacararsınız. Axı siz bilirsiniz, o xidmətçinin 

məndən  zəhləsi  gedir. Sizə bir Ģey  etiraf  eləyim, döĢəyimin 

içində bir portret gizlətmiĢəm. 

Bunu eĢidən xanım Renalın rəngi avazıdı. 

– Ġndi mənim otağıma ancaq siz  girə bilərsiniz. Heç 

kimə hiss elətdirmədən döĢəyimin künclərini axtarın – orada 

balaca bir qutu tapacaqsınız. Balaca, hamar, karton qutu. 

–  Portret  də  qutunun  içindədi?  –  ayaqlarının  yerdən 

üzüldüyünü hiss eləyən xanım Renal güclə soruĢdu. 

Onun  haldan-hala  düĢdüyünü  görən  Jülyen  qadının 

bu halından istifadə etmək qərarına gəldi. 

– Sizdən daha bir xahiĢim var: xanım, nə olar, mənə 

bir yaxĢılıq eləyin, o Ģəklə baxmayın. Bu mənim sirrimdi. 




www.vivo-book.com 

 

123 



– Sirrinizdi? – xanım Renal pıçıltıyla soruĢdu. 

O  hər  nə  qədər  maddiyyatçı,  qazancdan  baĢqa  heç 

nəylə  maraqlanmayan,  ancaq  var-dövlətlə  fəxr  eləyən 

insanların arasında böyüsə də, qəlbində təzəcə baĢ qaldıran 

sevgi artıq ona böyük ürəyə sahib olmağı öyrətmiĢdi. 

Ġndi  onun  qəlbi  nə  qədər  yaralansa  da,  xanım  Renal 

fədakarlıq  dolu  səslə  Jülyendən  təfərrüatları  öyrənməyə 

baĢladı ki, oğlanın tapĢırığını daha yaxĢı yerinə yetirə bilsin. 

– YaxĢı, – o gedə-gedə dedi. – Deməli, balaca, girdə, 

qara, hamar qutudur, eləmi? 

–  Bəli,  bəli,  xanım,  –  Jülyen  təhlükədə  olan 

adamların səsindəki ahənglə dedi. 

Ölümə məhkum olunmuĢ adamlar kimi rəngi ağarmıĢ 

qadın  üçüncü  mərtəbəyə  qalxdı.  Bütün  bu  dözülməz 

iztirablardan əlavə hələ bir halı da pisləĢdi: ona elə gəldi ki, 

indicə  huĢunu  itirəcək,  amma  Jülyenə  kömək  etməli 

olduğunu xatırlayıb, özünü ələ aldı. 

“Necə  olur  olsun,  mən  o  qutunu  tapmalıyam”  –  öz-

özünə dedi. 



www.vivo-book.com 

 

124 



O,  indi  elə  Jülyenin  otağında  xidmətçiylə  danıĢan 

ərinin  səsini  eĢitdi.  Amma  xoĢbəxtlikdən  onlar  otaqdan 

çıxıb,  uĢaqların  otağına  keçdilər.  O,  döĢəyi  qaldırıb,  əlini 

qətiyyətlə  içliyin  arasına  saldı:  kobud  saman  barmaqlarının 

zərif dərisini cızdı. Amma o ağrıya qarĢı nə qədər dözümsüz 

olsa da, indi bu ağrını heç hiss eləmədi də, çünki elə həmin 

an  qutunun  hamar  üzü  əlinə  toxunmuĢdu.  Qadın  qutunu 

qapıb, qaçaraq otaqdan çıxdı. 

Ərinin 

onu 


Jülyenin 

otağında 

yaxalaması 

qorxusundan  qurtular-qurtulmaz  bu  qutu  barədəki  fikirlər 

onu elə bir hala saldı ki, qadın az qaldı huĢunu itirsin. 

“Deməli, Jülyen kiməsə vurulub, budu, onun sevdiyi 

qadının Ģəkli olan qutunu da mən indi əlimdə tutmuĢam”. 

Qısqanclıq  əzabında  qovrulan  xanım  Renal  halsız-

halsız qonaq otağında düz qapının yanındakı kürsüyə çökdü. 

Onun  həmiĢəki  bilgisizliyi  bu  dəfə  də  dadına  çatdı.  Bu  an 

yaĢadığı heyrət qadının əzablarını yüngülləĢdirirdi. 

Otağa girən Jülyen qutunu qadının əlindən alıb, bircə 

kəlmə  də  demədən,  bircə  kəlmə  də  minnətdarlıq  eləmədən 

öz otağına qaçdı, sobanı tezcə qalayıb, qutunu oda atdı. 




www.vivo-book.com 

 

125 



O,  rəngi  avazımıĢ,  məhv  olmuĢ  halda  dayanmıĢdı: 

oğlan onu gözləyən təhlükəni həddən artıq ĢiĢirtmiĢdi. 

“Napoleonun  portreti,  bütün  günü  ona  olan 

nifrətindən  danıĢan  adamın  otağından  çıxır”  –  o,  baĢını 

yelləyə-yelləyə  öz-özünə  deyirdi.  –  “Özü  də  Ģəkil  qatı 

royalistin,  üstəlik  məndən  yanıqlı  olan  cənab  Renalın  əlinə 

keçir!  Hələ  bir  ehtiyatsızlığa  bax,  portretin  arxa  tərəfində, 

ağappaq  yerdə  mənim  xəttimlə  yazılmıĢ  yazı.  Burada  daha 

Ģübhə  yeri  qalmır:  hamı  biləcəkdi  ki,  mən  ona  pərəstiĢ 

eləyirəm.  Ona  hər  pərəstiĢ  etirafımı  tarixlərinə  qədər  qeyd 

eləmiĢəm. Axırıncı qeydi də srağagün eləmiĢəm. Beləcə, hər 

Ģey  qurtaracaqdı,  bütün  nüfuzum  bircə  anın  içində  məhv 

olacaqdı – Jülyen qutunun odda əriməyinə baxaraq öz-özünə 

deyirdi.  “Axı  mənim  olanım  da,  məni  dolandıran  da  elə 

nüfuzumdu. Mənim bütün həyatım. Özü də necə həyat!” 

Bir saatdan sonra yorğun və qəlbi özünə qarĢı rəhmlə 

dolu  Jülyen  lap  kövrəldi.  Xanım  Renalı  görən  kimi,  oğlan 

onun  əlindən  tutub,  elə  ürəkdən  öpdü  ki,  beləsini  hələ  heç 

vaxt  bacarmamıĢdı.  Qadın  xoĢbəxtlikdən  çiçəkləndi,  amma 

canını bürüyən qısqanclığın təsirilə tez də oğlanı geri itələdi. 




www.vivo-book.com 

 

126 



Jülyenin bir az əvvəl aldığı qəfil zərbədən sonra hələ 

özünə  gələ  bilməmiĢ,  qüruru  indi  onun  ağlını  baĢından 

çıxarmıĢdı.  O,  xanım  Renala  baxanda  ancaq  varlı  qadın 

gördü və ikrahla onun əlini buraxıb getdi. 

Jülyen dərin-dərin düĢünərək bağda gəziĢirdi, tezliklə 

oğlanın dodaqlarına məkrli bir təbəssüm qondu. 

“Tək-tənha  elə  gəziĢirəm  ki,  elə  bil  özümözümün 

ağasıyam.  UĢaqlarla  məĢğul  olub-eləmirəm,  ta  ki  cənab 

Renal bir də üzümü danlayana qədər...Və gələn dəfə o məni 

danlayanda haqlı olacaq!” 

Sonra Jülyen uĢaq otağına qaçdı. 

Onun  çox  sevdiyi  balaca  oğlan  Jülyenə  qısıldı  və 

uĢağın bu hərəkəti onu kövrəltdi. 

“Bunun hələ ki, məndən zəhləsi getmir, – o düĢündü. 

– Amma tez də ürəyiyuxalığına görə özünü danladı, ona elə 

gəldi ki, bu hərəkəti zəifliyin əlamətidir. – Bu uĢaqlar məni 

dünən aldıqları ov iti kimi əzizləyirlər”. 

 

 






Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə